236
Beləliklə, 8-ci və 7-ci yarus yarpaqlarda, variantlar arasındakı fərqə əsasən F
i
-
13.5%:17.6%; A
k
– 11.4%:20%; CO
2
q-37.4%:31%; T
i
-25%:24% nisbətində
dəyişmişdir.
Bərk buğda sortlarına uyğun olaraq, yumşaq buğda sortlarında da ölçmələr
nəticəsində alınan göstəricilər aşağıdakı intervalda dəyişmışdir.
İlk olaraq yumşaq buğda Nurlu-99 sortunda yarpaqlarda hər iki yarusda fiziolji
göstəricilərin variantlar arasındakı fərqlərə nəzər salaq. Belə ki, boruya çıxma
fazasında fotsintez intensivliyi-F
i
-7.4%:34%; A
k
–11%:18% CO
2
q-29%:20% T
i
-
23%:11% nisbətdə dəyişmişdir.
Digər sortlarda olduğu kimi yumşaq buğda sortu Qobustan sortunda da boruya
çıxma fazasında variantlar arasındakı fərq uyğun olaraq F
i
-16%:25%; A
k
–
21.9%:26.8%; CO
2
q-26.4%:15.0%; T
i
-20%:11.2% intervalında olmuşdur.
Təhlilər əsasında variantlar arasındakı fərqə əsasən qeyd etmək olar ki,
müqayisə olunan fizioloji parametrlərdə suvarılan variant ilə quraqlıq variant
arasında elə də kəskin fərq müşahidə olunmur. Bunu da kəskin yaz-yaz quraqlığı baş
vermədiyi, vegetasiyanın sonuna doğru variantlar arasındakı fərqin daha aydın nəzərə
çarpmasını isə getdikcə quraqlığın dərinləşməsi ilə əlaqələndirmək olar.
Cədvəldən göründüyü kimi, sünbülləmə, çiçəkləmə və dən dolma fazasında da
mütəmadi ölçmələr aparılmışdır.
Əvvəlki inkişaf fazalarından fərqli olaraq dən dolma fazasında, yəni
vegetasiyanın sonuna doğru genotiplər arasındakı fərqə görə belə qiymətləndirmə
aparılmışdır. Qaraqılçıq-2 sortunda F
i
-43%:18%, A
k
–33%:17%, CO
2
q-21%:6%, T
i
-
35%:26.5%, Əlincə-84 sortunda isə fərqli olaraq, F
i
-38.6%:19.4%, A
k
–31%:28% ,
CO
2
q-26.5%:22% , T
i
-30.3%:15% nisbətində olmuşdur.
Yumşaq buğda sortlarından olan Nurlu-99 genotipində də bərk buğda
genotiplərində olduğu kimi vegetasiyanın sonunda dən dolma fazasında öyrənilən
parametrlərin variantlar arasındakı fərq F
i
-24%:17%; A
k
–26.5%:29.3%; CO
2
q-
16%:21%; T
i
-30%:40% nibətində dəyişmişdir.
Nəhayət, Qobustan yumşaq buğda sortunda isə anoloji olaraq dən dolma
fazasında F
i
-20%:41%;
A
k
–40.6.%:38%; CO
2
q-5.8%:10.3%;
T
i
-36%:11.8%
intervalında olmuşdur.
Aparılan təhlillərə nəzərən qeyd etmək olar ki, bütün tədqiq edilən sortlarda
öyrənilən parametrlərə görə variantlar arası fərq vegetasiyanın əvvəlində az,
vegetasiyanın sonuna doğru isə artmağa doğru getmişdir. Onu da qeyd etmək olar
ki, xüsusən də quraqlıq variantlar arasındakı fərqdə kəskin azalma müşahidə olunur.
Bu da kəskin quraqlığın baş verməsi ilə əlaqədar olaraq ağızcıqların keçiriciliyinin
azalması, fotosintezin zəifləməsinə səbəb olur. Bərk buğda genotiplərini müqayisə
etdikdə Əlincə-84 sortu Qaraqılçıq-2 sortuna nisbətən quraqlığa daha davamlı
olmuşdur.
Yumşaq buğda genotiplərini müqayisə etdikdə isə verilənlərə əsasən qeyd
etmək olar ki, Nurlu-99 sortu Qobustan sortuna nisbətən davamlı olmuşdur.
Qrupların hər ikisinə birlikdə nəzər saldıqda, vegetasiyanın inkişaf fazalarında
müxtəlif yaruslara görə variantlar arasındakı fərqin müqayisəsinə nəzərən qeyd etmək
olar ki, tezyetişən buğda genotiplərinin vegetasiyanın əvvəlində olduğu kimi sonuna
237
doğru variantlar arasında o qədər də kəskin fərq müşahidə edilmir. Bu da onunla izah
olunur ki, kəskin quraqlığın baş verməsinə qədər bu sortlar öz lazımi inkişaf
mərhələsini tamamlayır. Əks halda isə vegetasiya müddəti uzanan sortlarda dənin
dolması zamanı kəskin quraqlıq nəticəsində dən tam dolmur bu da məhsuldarlığın
azalmasına gətirib çıxarır.
Sonda qeyd edək ki, biotik və abiotik amillər bitkilərin bioloji tələblərinə
uyğun olmadıqda onların fəaliyyətində gedən fizioloji proseslər pozulur, bitkilərin
inkişaf dinamikası zəifləyir və bəzi halda tələf olurlar. Əksinə, bitkilər lazım olan
şərait və amillərlə təmin edildikdə, normal inkişaf edərək yüksək məhsul verirlər.
ƏDƏBİYYAT
1.
Ali, A.M., A.N. Boyce and S.S. Barakbah. 2010. Spike traits and characteristics
of durum and bread wheat genotypes at different growth and developmental
stages under water-deficit conditions. //Aust. J. Basic Appld. Sci. 4: 144-150
2.
Алиев J.А. Physiological bases of what breeding tolerant to water stress./
Proceedings of the 6
th
Intern. Wheat conference, Budapest. Hungary, 2000 İn:
“Wheat in a Global Enviroment” (eds. By Z.Bedo and L.Lang), Kluwer
Academic Publishers, Dordrecht, Boston, London 2001, vol. 9. p. 693-698
3.
Siddique M.R.B., Hamid A., İslam M.S. (2001) Drought stress, effects on water
relations of wheat. //Bot. Bull. Acad. Sin 41:35.39
4.
Evrendilek
F.,
Asher
J.B.,
Aydin
M.
2008.
Diurnal
photosynthesis,wateruseefficiencyandlightuseefficiencyofwheatunderMediterrane
anfieldconditions. //Journalof Environmental Biology, 29 (3): 397–406
5.
Elhafid R, Sunth DH, Karrou M, Sarnir K, (1998). Morphological attributes
associated with early season drought tolerance in spring wheat in a
Mediterranean environment. //Euphytica 101: 273-282
6.
Ghobadi M, Ghobadi ME, Kahrizi D, Zebarjadi AR, Geravandi, M, (2012).
Evaluation of drought tolerance indices in dryland bread wheat genotypes under
post-anthesis drought stress. //World Academy of Science, Engineering and
Technology 67: 1257-1261
7.
FangY.,BingchengX.,TurnerN.C.,LiF.2010.Doesroot
pruningincreaseyieldandwater-useefficiency ofwinter wheat? //Crop and Pasture
Science, 61 (11): 899–910
8.
FoisS.,MotzoR.,GiuntaF.2009.Theeffectofnitrogenous
fertilizerapplicationonleaftraitsindurumwheatinrelation
tograinyieldanddevelopment. //FieldCropsResearch,110 (1): . 69–75
9.
GonzalezA.,BermejoV.,GimenoB.S.2010.Effectofdifferent
physiologicaltraitsongrainyieldinbarleygrownunder
irrigatedandterminalwaterdeficitconditions. //Journalof Agricultural Science, 148
(3): 319–328
10.
J.Y. Lu, L. Shan, J.F. Gao, et al., Effects of drought stress on photosynthesis and
some hysiological characteristics in flag leaf during grain filling of wheat,
//Agric. Res. Arid Areas 21 (2) (2003) 77–81