275
Aparılan tədqiqatlar nəticəsində 2014-2015-ci illərin vegetasiya dövründə sarı
pas xəstəliyi ilə müqayisədə qonur pas və gövdə pası, bəzi regionlarda - Cəlilabad,
Qobustan və Tərtərdə cüzi (R-10MR-30MS), digər bölgələrdə isə (Abşeron və
Şəki) demək olar ki, müşahidə olunmamışdır (0-R). Bütün regionlar üzrə GPS
göstəriciləri qeydə alınmış, yüksək infeksiya tələ pitomnikində öyrənilən Yr2, Yr6,
Yr7, Yr 9, Yr18, Yr25, Yr31 və s. genləri, xüsusilə
Yr27 genini daşıyan bir çox
genotiplər sarı pas patogeninə yüksək həssaslıq göstərmişdir. Hətta 2009-2010-cu
ildə Yr27 geni dünyanın bir çox olkələrində, Həbəşistan, Iran, Iraq, Keniya, Mərakeş,
Suriya, Türkiyə, Özbəkistan, CWANA o, cümlədən Azərbaycandada bütün raslara
yüksək həssaslığı ilə səciyyələnmişdir. Həmin illər xəstəlik nəticəsində 30-40%-ə
qədər məhsul itkisi qeydə alınmışdır (Şəkil 4).
Şəkil 4. Sarı pasın (P. Striiformis) kütləvi yayılması
Hazırda Azərbaycannın bütün regionlarında Yr5/ 6* Avocet S, Triticum spelta
(Inter,Yr5),Yr 15/ 6* Avocet S,Strubes Dickopf (W;2-more?),Chinese 166 (W;Yr1),
Hybrid 46 (W;Yr4) genini daşıyan genotiplər sarı pas xəstəliyinə davamlılıq
göstərmişdir.
Macer tərəfindən 1966-cı ildə Triticum spelta album növündə tapılan [9] və
sonralar 2BL xromosomunda sentromerdən 21 cM məsafədə yerləşdiyi təyin edilən
Yr 5 geni [10] Amerikanın bütün raslarına davamlılıq göstərmiş, (X. M. Chen,
personal communication) və bu gen Kema [11] tərəfindən bir çox kommersiya
sortlarına köçürülmüşdür.
Digər effektiv hesab olunan Yr 15 geni 1970-ci ildə Gerechter-Amitai və
Stubbsun [12] tədqiqatları ilə G-25 Triticum dicoccoides Korn Puccinia striiformis-
ın müxtəlif coğrafi mənşəli raslara qarşı davamlılığı aşkar olunaraq onların
genotipində qeydə alınmışdır. Sonralar bu genin dominant xarakter daşıması başqa
tədqiqatçılar tərəfindən göstərilmiş [13; 14], və onun 1B xromosomunun qisa
çiynində yerləşdiyi McIntosh və Silk [15] tərəfindən təyin edilmişdir. Yr15 və bu
xüsusiyyətinə görə tetraploid və heksaploid buğda sortlarına köçürmüşdür [13;16].
Xianming Chenin şəxsi məlumatına görə (Xianming Chen, personal
communication) Yr15 geni bu illər ərzində istixana və tarla şəraitində heç bir rasa
həssaslıq göstərməmiş, əksinə, bütün raslara davamlı olmuşdur.