106
orta hesabla 22,5 sm təşkil etmişdir. Yalnız Ucar rayonu ərazisindən gətirilən əncir
formasının 3 ədədi kök vermiş, boyları 12,3 sm olmuşdur (Cədvəl 1).
Yuxarıda qeyd olunduğu kimi məktəbcikdə 7 forma əncir tingləri üzərində də
ölçü və hesablama işləri aparılmışdır. 7 forma içərisində boy göstəricisi minimum
29,0 sm-lə 98,0 sm arasında tərəddüd edilmişdir. Yəni 6 saylı formada bu göstərici
29,0 sm olmuşdursa 3 saylı formada 59,0 sm olmuşdur. 1 saylı formada boy
göstəricisi 48,5 sm, 2 saylı formada 32,0 sm, 4 saylı formada 98 sm, 5 saylı formada
60 sm, 7 saylı formada isə 86,8 sm təşkil etmişdir. Rəqəmlərdən göründüyü kimi bu
formalarının tinglərinin bir hissəsi yəni 1; 3; 4; 5; 6 və 7 saylı formaları genofond
bağına daimi yerləşdirmək olar. Bunlarla paralel olaraq sort sınağına təqdim
etdiyimiz Bol əncir, Şəlalə əncir sotları və nəzarət kimi götürülmüş Kadota sortunun
boy göskəricisi 22,8-53,0 sm arasında olmaqla onların sayı hər sort üzrə 10-15 ədəd
təşkil etmişdir. Həmin tinglərin genofond bağında olan seyrəkliyi aradan qaldırmaq
üçün birinci cərgədə yerləşdirilməsi qərara alınmışdır
2015-ci ilin avqust ayının ikinci ongünlüyündə Samux rayonunun kəndlərinə
ekspedisiya təşkil edərək əncir formalarının bu ərazilər üçün yeni yaradılan və ata-
baba sort və formalarını aşkar etmək üçün axtarışlar aparıldı.
Bələdçilərin, həvəskar bağbanların, seleksiyaçıların köməkliyi ilə Samux
rayonunun Sərkar, Ziyadlı, Qarayeri, Qovlar sarı, Alabaşlı, Qara arx və Seyidlər
kəndləri araşdırıldı. Həyətyanı sahələrdə olan əncir bitkiləri yoxlanıldı. Meyvə
yetişdiyi müddət olduğuna görə hər bir sahibkarla ünsiyyətdə olduq. Eyni zamanda
onların suallarını cavablandıraraq bu ərazilərdə olan əncir biomüxtəlifliyinin şahidi
olduq. Müəyyən edildi ki, bu ərazilərdə əsasən Sarı Gəncə əncir sortu üstünlük təşkil
edir. Bununla yanaşı açıq rəngli, bozumtul, palıdı rəngli, bənövşəyi, qara rəngli
meyvələri olan əncirlərə təsadüf edildi. Digər ərazilərdə olduğu kimi bu zonada da
əncir bitkisi geniş müəyyən edildiyi yayılıb, xalq tərəfindən sevilərək, artırıldığı və
qorunaraq saxlandığı müəyyən edildi. Onlardan 4 forma seçilərək, qısa
xarakteristikası qeydiyyata alındı. Aşkar edilmiş əncir formaları boylarına,
meyvələrinin dadına, rənginə, çəkilərinə görə bir-birindən fərqlənirlər. Aşağıda
onların qısa xarakteristikası verilir.
Cədvəl 1.
Əncir formalarının boy göstəriciləri
s/s
Əncir fornmalarının
adı
5 tingin boy göstəriciləri,
sm
5 bitkinin boy
göstəricilərindən orta rəqəm,
sm
1
Kadota nəzarət
16; 18; 24; 26; 30;
22,8
2
Bol əncir
38; 35; 62; 60; 70
53,0
3
Şəlalə
32; 30; 35; 31; 30
31,6
4
Qala- 1
34; 30; 40; 55; 60
43,8
5
Qala- 2
26; 25; 24; 28; 30
26,6
6
Forma- 2 m
20; 23; 22; 21; 25
22,2
7
Sarı Abşeron
21; 20; 27; 25; 30
22,4
8
ŞF forma
37; 35; 42; 41; 50
41,0
9
Forma 1
45; 52;
48,5
10
Forma 2
30; 34
32,0
107
Forma 1: Bu əncir forması Qarayeridə həvəskar Səlim Abdullayevin bağında
aşkar edildi. Onun bağındakı bir neçə əncir formasından bir forma seçildi. Bitkinin
boyu 7,5 m, diametri 6,0 m olmaqla dik qalxan formadır. Yaşı 35-40 ildir. Ağacın
gövdəsi açıq-bozumtuldur. Üst hissəsi hamardır. Qollu-budaqlı formadır. Birillik
zoğları tünd palıdı rəngdədir. Zoğlarda buğumlar yaxındır. Birillik zoğların uzunluğu
12-14 sm-dir. Boy konusu düz qalxandır.
Yarpaqları iridir, tünd rənglidir, 3-5 dilimlidir. Yarpağın kənarları dalğavaridir.
Yarpaq ölçüləri-24/22, 23-21, 25/22, 24/22, 23/20 sm olub, orta hesabla 23,8/21,4 sm
təşkil edir.
Meyvəsi açıq-sarı rəngdədir. Bu əlamət yetişdikdə daha yaxşı görünür.
Meyvənin forması saplağa tərəf azca uzanan yumrudur. Ağızcığı örtülür. Meyvə
yetişdikdə ağızcıqda damla şəklində şirə görünür. Meyvənin ləti açıq çəhrayıdır.
Tumu azdır, orta irilikdədir. Meyvənin üzərində azacıq damarlanma görünür.
Meyvənin saplağı qısadır (0,6 sm). Dərilərkən meyvə zədələnmir. Meyvənin çəkisi-
59; 59; 57; 58; 58q orta hesabla 58-59q təşkil edir. Dadı çox şirindir. Meyvə
cəzbedicidır. Tezyetişən formadır. Sahibinin dediyinə görə və müşahidə zamanı
xəstəlik və zərərverici müşahidə olunmamışdır. Davamlı formadır. Hər il bar verir,
təqribən 65-75 kq məhsul əldə edilir. Meyvəsi-mürəbbə, cem, kompot hazırlamaq və
qurutmaq üçün yararlıdır. Avqust ayının 15-20-dən başlayaraq sentyabr ayının 15-nə
qədər məhsul yığılır. Dequstasiya qiyməti 5 balla qiymətləndirildi.
Forma 2: Bu forma Ziyadlı kəndində Babayev Əhmədin həyətində aşkar edildi.
Bitkinin boyu 7,0 m, diametri 6,5 m olmaqla dik qalxan qollu – budaqlı formadır.
Gövdəsi bozumtuldur, şumaldır. Birillik zoğları yoğundur, buğumaraları yaxındır,
palıdı rəngdədir, 10-12 sm uzunluğundadır. Boy nöqtəsi azacıq əyiləndir.
Yarpağı tünd yaşıldır, kənarları mişarvaridir, yarpaq ayası bütöv, 3 dilimlidir.
Yarpaq ölçüləri- 30/27; 28/25; 29/26; 29/25; 28/26 sm-dir. Orta hesabla 28,8/25,8 sm
təşkil edir.
Meyvəsi bozumtul açıq rəngdədir. Meyvə yetişən zaman açıq-sarı rəngdə
olmaqla çox cəzbedicidir. Meyvənin forması əsasən yumrudur, üst hissə az miqdarda
damarlı görünür. Ləti açıq - çəhrayıdır, tumu azdır, orta irilikdədir. Dadı şirindir,
yetişən zaman partlamır, ağızcığı kiçikdir, örtülüdür. Meyvənin çəkisi 54; 58; 59; 55;
57 q-dır. Orta hesabla 56- 58 q təşkil edir. Məhsuldar formadır. Orta tezyetişən
formadır. Hər il məhsul verir. Bir ağacdan 70-75 kq keyfiyyətli məhsul dərilir.
Avqust ayının 20-dən sentyabr ayının 20-ə qədər meyvə yığımı davam edir.
Universal formadır, qurutmaq, mürəbbə hazırlamaq, kompot, cem üçün yararlıdır.
11
Forma 3
60; 58
59,0
12
Forma 4
96; 100
98,0
13
Forma 5
55; 60; 65
60,0
14
Forma 6
28; 30
29,0
15
Forma 7
78; 80; 84; 92; 100
86,8
16
Forma Z.Ə
30; 32; 34; 31; 30
31,4
17
Forma Pərvanlı
20; 25
22,5
18
Forma Ərəstun
10; 12; 15
12,3