Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə53/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   49   50   51   52   53   54   55   56   ...   266

 

106 


 

orta  hesabla  22,5  sm  təşkil  etmişdir.  Yalnız  Ucar  rayonu  ərazisindən  gətirilən  əncir 

formasının 3 ədədi kök vermiş, boyları 12,3 sm olmuşdur (Cədvəl 1).  

Yuxarıda qeyd olunduğu kimi məktəbcikdə 7 forma əncir tingləri üzərində də 

ölçü  və  hesablama  işləri  aparılmışdır.  7  forma  içərisində  boy  göstəricisi  minimum 

29,0  sm-lə  98,0  sm  arasında  tərəddüd  edilmişdir.  Yəni  6  saylı  formada  bu  göstərici 

29,0  sm  olmuşdursa  3  saylı  formada  59,0  sm  olmuşdur.  1  saylı  formada  boy 

göstəricisi 48,5 sm, 2 saylı formada 32,0 sm, 4 saylı formada 98 sm, 5 saylı formada 

60 sm, 7 saylı formada isə 86,8 sm təşkil etmişdir. Rəqəmlərdən göründüyü kimi bu 

formalarının  tinglərinin  bir  hissəsi  yəni  1;  3;  4;  5;  6  və  7  saylı  formaları  genofond 

bağına  daimi  yerləşdirmək  olar.  Bunlarla  paralel  olaraq  sort  sınağına  təqdim 

etdiyimiz Bol əncir, Şəlalə əncir sotları və nəzarət kimi götürülmüş Kadota sortunun 

boy göskəricisi 22,8-53,0 sm arasında olmaqla onların sayı hər sort üzrə 10-15 ədəd 

təşkil  etmişdir.  Həmin  tinglərin  genofond  bağında  olan  seyrəkliyi  aradan  qaldırmaq 

üçün birinci cərgədə yerləşdirilməsi qərara alınmışdır 

2015-ci  ilin  avqust  ayının  ikinci  ongünlüyündə  Samux  rayonunun  kəndlərinə 

ekspedisiya  təşkil  edərək  əncir  formalarının  bu  ərazilər  üçün  yeni  yaradılan  və  ata- 

baba sort və formalarını aşkar etmək üçün axtarışlar aparıldı.  

Bələdçilərin,  həvəskar  bağbanların,  seleksiyaçıların  köməkliyi  ilə  Samux 

rayonunun  Sərkar,  Ziyadlı,  Qarayeri,  Qovlar  sarı,  Alabaşlı,  Qara  arx  və  Seyidlər 

kəndləri  araşdırıldı.  Həyətyanı  sahələrdə  olan  əncir  bitkiləri  yoxlanıldı.  Meyvə 

yetişdiyi  müddət  olduğuna  görə  hər  bir  sahibkarla  ünsiyyətdə  olduq.  Eyni  zamanda 

onların  suallarını  cavablandıraraq  bu  ərazilərdə  olan  əncir  biomüxtəlifliyinin  şahidi 

olduq. Müəyyən edildi ki, bu ərazilərdə əsasən Sarı Gəncə əncir sortu üstünlük təşkil 

edir.  Bununla  yanaşı  açıq  rəngli,  bozumtul,  palıdı  rəngli,  bənövşəyi,  qara  rəngli 

meyvələri  olan  əncirlərə  təsadüf  edildi.  Digər  ərazilərdə  olduğu  kimi  bu  zonada  da 

əncir  bitkisi  geniş  müəyyən  edildiyi  yayılıb,  xalq  tərəfindən  sevilərək,  artırıldığı  və 

qorunaraq  saxlandığı  müəyyən  edildi.  Onlardan  4  forma  seçilərək,  qısa 

xarakteristikası  qeydiyyata  alındı.  Aşkar  edilmiş  əncir  formaları  boylarına, 

meyvələrinin  dadına,  rənginə,  çəkilərinə  görə  bir-birindən  fərqlənirlər.  Aşağıda 

onların qısa xarakteristikası verilir. 

 

Cədvəl 1.  



Əncir formalarının boy göstəriciləri 

s/s 

Əncir fornmalarının 

adı 

5 tingin boy göstəriciləri

sm 

5 bitkinin boy 

göstəricilərindən orta rəqəm, 

sm 

Kadota nəzarət 



16; 18; 24; 26; 30; 

22,8 


Bol əncir 

38; 35; 62; 60; 70 

53,0 


Şəlalə 


32; 30; 35; 31; 30 

31,6 


Qala- 1 


34; 30; 40; 55; 60 

43,8 


Qala- 2 


26; 25; 24; 28; 30 

26,6 


Forma- 2 m 

20; 23; 22; 21; 25 

22,2 


Sarı Abşeron 

21; 20; 27; 25; 30 

22,4 


ŞF forma 

37; 35; 42; 41; 50 

41,0 


Forma 1 


45; 52; 

48,5 


10 

Forma 2 


30; 34 

32,0 



 

107 


 

 

Forma  1:  Bu  əncir  forması  Qarayeridə  həvəskar  Səlim  Abdullayevin  bağında 

aşkar  edildi.  Onun  bağındakı  bir  neçə  əncir  formasından  bir  forma  seçildi.  Bitkinin 

boyu  7,5  m,  diametri  6,0  m  olmaqla  dik  qalxan  formadır.  Yaşı  35-40  ildir.  Ağacın 

gövdəsi  açıq-bozumtuldur.  Üst  hissəsi  hamardır.  Qollu-budaqlı  formadır.  Birillik 

zoğları tünd palıdı rəngdədir. Zoğlarda buğumlar yaxındır. Birillik zoğların uzunluğu 

12-14 sm-dir. Boy konusu düz qalxandır. 

Yarpaqları iridir, tünd rənglidir, 3-5 dilimlidir. Yarpağın kənarları dalğavaridir. 

Yarpaq ölçüləri-24/22, 23-21, 25/22, 24/22, 23/20 sm olub, orta hesabla 23,8/21,4 sm 

təşkil edir. 

Meyvəsi  açıq-sarı  rəngdədir.  Bu  əlamət  yetişdikdə  daha  yaxşı  görünür. 

Meyvənin  forması  saplağa  tərəf  azca  uzanan  yumrudur.  Ağızcığı  örtülür.  Meyvə 

yetişdikdə  ağızcıqda  damla  şəklində  şirə  görünür.  Meyvənin  ləti  açıq  çəhrayıdır. 

Tumu  azdır,  orta  irilikdədir.  Meyvənin  üzərində  azacıq  damarlanma  görünür. 

Meyvənin saplağı qısadır (0,6 sm). Dərilərkən meyvə zədələnmir. Meyvənin çəkisi- 

59;  59;  57;  58;  58q  orta  hesabla  58-59q  təşkil  edir.  Dadı  çox  şirindir.  Meyvə 

cəzbedicidır.  Tezyetişən  formadır.  Sahibinin  dediyinə  görə  və  müşahidə  zamanı 

xəstəlik  və  zərərverici  müşahidə  olunmamışdır.  Davamlı  formadır.  Hər  il  bar  verir, 

təqribən 65-75 kq məhsul əldə edilir. Meyvəsi-mürəbbə, cem, kompot hazırlamaq və 

qurutmaq üçün yararlıdır. Avqust ayının 15-20-dən başlayaraq sentyabr ayının 15-nə 

qədər məhsul yığılır. Dequstasiya qiyməti 5 balla qiymətləndirildi. 

Forma 2: Bu forma Ziyadlı kəndində Babayev Əhmədin həyətində aşkar edildi. 

Bitkinin  boyu  7,0  m,  diametri  6,5  m  olmaqla  dik  qalxan  qollu  –  budaqlı  formadır. 

Gövdəsi  bozumtuldur,  şumaldır.  Birillik  zoğları  yoğundur,  buğumaraları  yaxındır, 

palıdı rəngdədir, 10-12 sm uzunluğundadır.  Boy nöqtəsi azacıq əyiləndir. 

Yarpağı tünd  yaşıldır, kənarları mişarvaridir,  yarpaq ayası bütöv, 3 dilimlidir. 

Yarpaq ölçüləri- 30/27; 28/25; 29/26; 29/25; 28/26 sm-dir. Orta hesabla 28,8/25,8 sm 

təşkil edir. 

Meyvəsi  bozumtul  açıq  rəngdədir.  Meyvə  yetişən  zaman  açıq-sarı  rəngdə 

olmaqla çox cəzbedicidir. Meyvənin forması əsasən yumrudur, üst hissə az miqdarda 

damarlı  görünür.  Ləti  açıq  -  çəhrayıdır,  tumu  azdır,  orta  irilikdədir.  Dadı  şirindir, 

yetişən zaman partlamır, ağızcığı kiçikdir, örtülüdür. Meyvənin çəkisi 54; 58; 59; 55; 

57  q-dır.  Orta  hesabla  56-  58  q  təşkil  edir.  Məhsuldar  formadır.  Orta  tezyetişən 

formadır.  Hər  il  məhsul  verir.  Bir  ağacdan  70-75  kq  keyfiyyətli  məhsul  dərilir. 

Avqust  ayının  20-dən  sentyabr  ayının  20-ə  qədər  meyvə  yığımı  davam  edir. 

Universal  formadır,  qurutmaq,  mürəbbə  hazırlamaq,  kompot,  cem  üçün  yararlıdır. 

11 


Forma 3 

60; 58 


59,0 

12 


Forma 4 

96; 100 


98,0 

13 


Forma 5 

55; 60; 65 

60,0 

14 


Forma 6 

28; 30 


29,0 

15 


Forma 7 

78; 80; 84; 92; 100 

86,8 

16 


Forma Z.Ə 

30; 32; 34; 31; 30 

31,4 

17 


Forma Pərvanlı 

20; 25 


22,5 

18 


Forma Ərəstun 

10; 12; 15 

12,3 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə