Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə52/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   48   49   50   51   52   53   54   55   ...   266

 

104 


 

və  digər  bitkilər  bitir.  Heç  də  təəcüblü  deyil  ki,  respublikamıza  başqa  ölkələrdən 

gətirilmiş digər subtropik bitkilər (zeytun, subtropik xirnik, çay, tunq, banbuk, dəfnə)  

normal sürətdə yetişir, keyfiyyətli məhsul verir. 

Azərbaycanda subtropik bitkilərin, eyni zamanda əncir bitkisinin becərilməsinə 

qədim dövrlərdən başlanmışdır. Qədim dövrdə yaşayan (eramızdan əvvəl) alimlərdən 

Strabon,  Teofrast,  VII  əsrdə  yaşayan  alimlərdən  Kaqankatvatsi  öz  əsərlərində 

Azərbaycanda  zeytun,  nar,  əncir,  zəfəran  bitkilərınin  geniş  sürətdə  becərildiyini 

ətraflı  göstərmişlər  [1].  Səyyahlardan  Spasskiy  Avtonomov  “Bakıdan  Sankt- 

Peterburqadək  yol  qeydiyyatları”  adlı  işində  belə  yazmışdır:  Azərbaycanda  bəzi 

yerlərdə  yabanı  zeytunlar  bitir.  Əncir,  nar,  tut,  zəfəran  isə  əsil  Abşeronun 

özünəməxsus  bitkiləridir.  Tədqiqatçılardan  V.A.Monuşqo  qeyd  etmişdir  ki,Muğan 

düzündə  Biləsuvar  yaxınlığında  köhnə  dağıdılmış  kəndin  yerində  zeytun  və    digər 

subtropik  bitkilərin  agaclarının  kötükləri  qalmışdır  [2;  3].  Bunlardan  əlavə 

tədqiqatçılar göstərmişlər ki, Naxçıvanın dağlıq hissələri yabanı badamlarla örtülmüş, 

Şəki,  Qarabağın  dağətəyi  hissələri  Samux  rayonunun  əsas  massivi  yabanı  püstə 

kolluqları ilə zəngindir. Şəki rayonunun Daşbulaq ərazisində  yabanı nar və əncirlik, 

Zaqatala  rayonundakı  Naradcalı,  Tovuz  rayonu  ərazisində  olan  məhşur  Əncirli, 

Xanlar  rayonundakı  Qozlu  talası,  Əzgilli  tala  ərazisi  və  s.  bir  daha  göstərir  ki, 

Azərbaycanın  əksər  rayonlarında  subtropik  bitki  cəngəllikləri  geniş  yayılmışdır. 

Əncir bitkisi yabanı halda Lənkəran, Astara ərazilərində, Zaqatala, Şəki zonalarında, 

Ordubad ərazisinin Kotam kəndində, Siyəzən rayonu ərazisində sıldırım qayalıqlarda, 

əlçatmaz  qayaların  üstündə  aşkar  edilmişdir.  Əncir  ağac  və  kol  formalı,  qışda 

yarpağını  tökən  meyvə  bitkisidir.  Ağaclarının  gövdəsi  hamar,  parlaq  kül  rəngində 

olub,  enli  və  sallanan  budaqları  olur.  Cavan  zoğları  əvvəlcə  yaşılımtıl,  sonradan 

qəhvəyi və nəhayət boz kül rəngini alır. Əncirin yarpaqları iri, bütöv və ya 3-5 dilimli 

olub üst tərəfi açıq  yaşıl rəngdə alt hissəsi isə  tüklüdür. Əncir bitkisinin ən maraqlı 

bioloji xüsusiyyətlərindən biri onun çiçəklənməsi və meyvə verməsidir. Başqa meyvə 

bıtkiləri  kimi  əncir  də  çiçəkləyir.  Ancaq  əncirin  çiçəklənməsi  çiçək  yatağının 

içərisində getdiyinə görə baxanda çiçək görünmür. Əncir ikievli bitkidir. Onun çiçək 

yatağı  əncirin  meyvəsini  təşkil  edir.  Əncir  3  tipdə  uzun  sütunlu  dişi  çiçəklər,  qısa 

sütunlu  dişi  çiçəklər  və  erkək  çiçəklər  əmələ  gətirir.  Bunlardan  ancaq  uzun  sütunlu 

dişi çiçəkləri yerləşən meyvələri, daha doğrusu çiçək yatağı yeyilir. Belə ağacları fiqi 

adlandırırlar.  Qısa  sütunlu  dişi  çiçəkləri  qalla,  erkək  çiçəklər  gətirən  ağaclar  isə 

kaprifiqilərdir ki, bunların meyvələri  yeyilmir, tozlanmanı təmin  edir. Meyvəcilikdə 

istifadə  olunan  əncir  növləri  azdır  (Ficus  carica  L,  Ficus  afqanistanica  Varb,  Ficus 

pseudocarica  Miq,  Fiсus  palmata)  [1;  2].  Əncir  bitkisinin  (Ficus  carica  L) 

morfofizioloji  xüsusiyyətləri,  yayılması,  toplanması,  pomoloji  göstəriciləri,  çoxalma 

üsulları,  aqrotexniki  qulluq  və  s.  məsələlər  bir  çox  tədqiqatçılar  tərəfindən 

öyrənilmişdir [3; 4; 5; 6; 7]. 

Respublikamızın ərazisində geniş yayılan, qədim zamandan məlum olan əncir ( 

Ficus  carica  L)  bitkisinin  meyvələrindən  yaş  və  qurudulmuş  halda  geniş  istifadə 

olunur. Bundan əlavə əncirin meyvələrindən mürəbbə, doşab, cem, kompot, spirt və 

şərab hazırlanır. Əncirin yaş meyvəsində 25%, quru meyvəsində 75%-ə  qədər şəkər 

vardır.  Əncirin  tərkibində  olan  şəkər  insan  orqanizmi  tərəfindənasan  həzm  olan 



 

105 


 

fruktoza və qlükozadan ibarətdir. Eyni zamanda əncir meyvələrinin tərkibində A və C 

vitamini, dəmir  və kalium  vardır. Mədə xəstaliklərinə  tutulan, qanı az olan  şəxslərə 

yetişmiş  əncir  meyvələrinin  verilməsi  məsləhət  görülür.  Əncir  qaxından  hazırlanan 

kompotu il boyu istifadə etmək daha məsləhətdir. 

Tədqiqat işi Saray Dayaq Məntəqəsində 18 əncir sort və formalarının üzərində 

aparılmışdır.  Həmin  sort  və  formalar  üzərində  aqrotexniki  iş  aparılmışdır.  Bunlarla 

paralel  olaraq  tematik  plana  uyğun  olaraq  Samux  rayonunun  ərazisinə  ekspedisiya 

zamanı təşkil edilmiş 4 ədəd yeni yerli əncir forması aşkar edilmişdir. Aşkar edilmiş 

yeni  əncir  formalarının  qeydiyyatı  beynəlxalq  deskliptorlar  əsasında  aparılmış,  hər 

forma  üzərində  müvafiq  qaydada  səciyyələndirmə  aparılmışdır.  Ümumrusiya 

Bitkiçilik  İnstitutunun  (VİR)  və  Krım  Dövlət  Nəbatat  bağının  əməkdaşlarının 

hazırladığı  proqram  və  metodika  [8;  9]  əsasında  fenoloji  müşahidələr  aparılmış 

morfoloji  xüsusiyyətlər,  məhsuldarlıq  və  pomoloji  göstəricilər,  xəstəlik  və 

zərərvericilərə qarşı davamlılıq öyrənilmişdir.  

1.  Fenoloji  müşahidə:  birillik  zoğların  rəngi,  yarpaq  ölçüləri,  boy 

tumurcuğunun xarici görünüşü və rəngi; 

2.  Morfoloji  xüsusiyyətlərin  parametrləri:  bitkinin  boyu  (h.d),  birillik  zoğların 

uzunluğu, diametri, buğum aralarının sayı, yarpaq ayasının xarici görünüşü; 

3.  Məhsuldarlıq  göstəriciləri:    meyvənin  yetişmə  müddəti,  meyvənin  ölçüsü, 

kütləsi, məhsuldarlığı; 

4.  Pomoloji  göstəriciləri:  meyvənin  saplağının  uzunluğu,  meyvənin  rəngi  və 

forması,  lətin  rəngi,  meyvənin  partlaması,  budaqda  quruması,  sənaye  və  məişətdə 

yararlığı və dequstasiya balı; 

5. Xəstəlik və zərərvericilərə qarşı davamlılığı: bitkinin və meyvənin həşəratlar 

tərəfindən zədələnməsi, çürümə, qıcqırma və göbələk xəstəlikləri. 

 

Əvvəlcədən  toplanmış  əncir  formaları  Saray  Dayaq  Məntəqəsində  əkilərək 



onların  üzərində  aqrotexniki  tədbirlər  yerinə  yetirilmiş,  fenoloji  müşahidə 

aparılmışdır. Toplanmış 18 əncir formasından 11 formanın qələmləri  və 7 formanın 

tingləri məktəbcikdə yerləşdirilmişdir. Qələm və artırılan formaların sayı 10-15 ədəd 

olmaqla onların əksəriyyətində kök vermə və boy atma qənaətbəxş olmuşdur. 7 ədəd 

əncir formasının hərəsindən 2 ting basdırılmışdır. Yalnız 5 nömrəli formadan 3 ting, 

7  nömrəli  formadan  5  ədəd  ting  məktəbciyə  əkilmişdir.  Məktəbcikdə  olan  bitkilər 

üzərində  aparılmış  fenoloji  müşahidə  və  ölçü  hesablama  işləri  göstərmişdir  ki,  

boyları minimum 12,3 sm formalar olduğu halda Qala 1 formasında bu göstərici 53,0 

sm  təşkil  etmişdir.  Daha  dogrusu  sort  sınağı  üçün  hazırlanmış  əncirlərdən  nəzarət 

kimi  götürülmüş  Kadota  sortunun  bitkilərinin  boyu  orta  hesabla  22,8  sm  təşkil 

etmişdirsə, Bol əncir sortunda bu göstərici 53,0 sm, Şəlalə sortunda isə 31,6 sm təşkil 

etmişdir.  Bakının  Qala  muzeyi  sahəsindən  topladığımız  Qala  1  və  Qala  2  əncir 

formalarında kök vermə qənaətbəxş olmuşdur. Belə ki, Qala 1 formasında 5 bitkidən 

orta boy göstəricisi 43,8 sm, Qala 2 formasında 26,6 sm olmuşdur. Belə bir hal digər 

formalarda  da  özünü  göstərmişdir.  Onların  boyları  22,2  sm-dən  41,0  sm  arasında 

olmuşdur. Zərdab rayonu ərazisindən olan Z.Ə.formasında 5 bitkidən orta rəqəm 31,4 

sm  təşkil  etmişdirsə,  Pərvanlı  kəndindən  toplanan  formada  bu  göstərici  2  bitkidən 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə