Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə54/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   50   51   52   53   54   55   56   57   ...   266

 

108 


 

Baxış  zamanı  bitkidə  zərərvericilərlə  zədələnən  və  xəstəlik  əlamətləri  müşahidə 

edilməyib. Dequstasiya zamanı 5 balla qiymətləndirildi.  

 

 



 

Forma  3:  Bu  forma  Samux  rayonunun  Seyidlər  kəndində  Əsgərov  Raqifin 

həyətində  aşkar  edildi.  Bitkinin  boyu  6,0  m,  diametri  isə  6,5  m  olub  ətrafa  yayılan 

qollu-budaqlı formadır. Bitkinin gövdəsi bozumtul olmaqla hamardır. Birillik zoğları 

orta  yoğunluqda  olub,  tünd  palıdı  rəngdədir.  Buğumaraları  yaxındır.  Zoğların 

uzunluğu 15-16 sm-dir. Boy nöqtəsi sivridir. 

Yarpaqları  tünd  rəngindədir.  İridir  -  5-7  dilimlidir.  Yarpaqların  kənarları 

dalğavaridir. Girintili - çıxıntılıdır. Yarpaq ölçüləri: 27/27; 25/26; 25/25; 27/26; 24/25 

sm-dir. Orta hesabla: 26,2/25,8 sm təşkil etdi. 

Meyvəsi  yumrudur,  qara  rəngindədir,  əsasən  tünd  bənövşəyi  rəngə  daha  çox 

çalır.  Meyvənin  saplağı  0,7  sm-dir.  Dərilərkən  meyvə  zədələnmir.  Meyvənin  ləti 

çəhrayı  rəngə  çalır.  Tumu  azdır,  meyvə  yetişdikcə  ağızcıqda  damla  kimi  şirin  lət 

görünür. Dadı şirindir, dərilib daşınarkən əzilmir. Qabığı elastikidir, asanlıqla soyulur. 

Məhsuldarlığı  yüksəkdir,  avqustun  20-dən  yığım  başlayıb  1  ay  müddətində  istifadə 

olunur.  Hər  ağacdan  75-80  kq  meyvə  toplanır.  Yetişmə  zamanı  meyvənin 

partlamasına təsadüf edilmədi.  Meyvənin çəkisi 63; 65; 64; 65; 64; orta hesabla: 64- 

65 q təşkil  etdi. Xəstəlik və çürümə hallarına təsadüf edilmədi. Dequstasiya zamanı 

4,5 balla qiymətləndirildi. 

Forma 4: Bu forma Samux rayonunun Qara arx kəndində Məmmədov Ənvərin 

həyətində  aşkar  edilmişdir.  Bitkinin  boyu  8,0  m,  diametri  6,5  m  olmaqla  dik 

qalxandır. Qollu-budaqlıdır. Gövdəsi şumaldır, açıq-boz rəngindədir. Birillik zoğları 

yoğundur,  buğumaraları  yaxındır.  Zoğun  uzunluğu  14-15  sm  olub  açıq  -  palıdı 

rəngindədir. Gövdədə və budaqlarda parlaqlıq var. Ətrafı açıq olduğuna görə mamıra 

təsadüf  edilmir.  Boy  nöqtəsi  itidir,  düz  qalxandır.  Yarpaqları  iridir,  tünd  yaşıldır. 

Yarpaq  ayası  bütöv  olub,  həm  də  3  dilimli  olmaqla  kənarları  mişarvaridir.  Yarpaq 

ölçüləri: 25/21; 24/21; 26/22; 25/22; 25/21 sm-dir. Yarpağın saplağı uzundur. Yarpaq 

ölçüləri orta hesabla 25,0/21,4 sm təşkil edir. 

Meyvəsi  yumru  olub,  saplağa  tərəf  uzanır.  Yetişməmiş  göyümsov  görünür, 

ancaq  tam  yetişəndə  meyvənin  üzəri  sarılaşır  və  yanaqları  sarı  rəngə  boyanır.  Ləti 

açıq  çəhrayı  rəngdədir.  Tumu  azdır,  orta  irilikdədir.  Meyvənin  saplağı  0,4  sm-dir. 

Dərilərkən  meyvə  zədələnmir.  Meyvənin  qabığı  nazik  olub  elastikidir,  asanlıqla 

soyulur. Dadı şirindir, daşınarkən meyvə əzilmir. Meyvənın çəkisi: 57; 59; 62; 61; 63 

q  olur.  Orta  hesabla:  60-62  q  təşkil  edir.  Sahibinin  dediyinə  və  müayinə  zamanı 

meyvədə  çürümə,  partlama  və  tökülməyə  təsadüf  edilmədi.  Tez  yetişən  formadır. 

Avqust  ayının  15-dən  sentyabr  ayının  15-ə  qədər  meyvə  yığımı  davam  edir.  Hər 

ağacdan 70-75 kq meyvə toplanır. Dequstasiya zamanı 5 balla qiymətləndirildi. 

Uzun illər ərzində seleksiya yolu ilə yaradılan Bol əncir və Şəlalə əncir sortları 

Azərbaycan respublikası Kənd Təsərrüfatı Nazirliyi Seleksiya Nailiyyətlərinin sınağı 

və  mühafizəsi  üzrə  Dövlət  Komissiyasına  verilmiş  və  onların  materialını  artırmaq 

üçün  pitomnikdə  işlər  davam  etdirilmişdir.  Onlar  qələm  vasitəsi  ilə  artırılaraq 

məktəbcikdə  standart  tinglər  əldə  edilmiş,  sonra  daimi  yerlərinə  köçürülmüş,  bütün 

aqrotexniki  tədbirlər  yerinə  yetirilmişdir.  Bunlarla  yanaşı  respublikanın  Göyçay, 




 

109 


 

Ucar,  Sabirabad,  Zərdab,  İsmayıllı,  Ağdaş  və  Samux  rayonu  ərazilərində  yeni  əncir 

formaları əldə edilərək əncir genofond bağını zənginləşdirilmək üçün artırılır.  

 

ƏDƏBİYYAT  

 

1.

 



Жуковский  П.М.  Культурные  растения  и  их  сородичи.  М.Колос.  1971, 

791с. 


2.

 

Петрова  Е.Ф.  Инжир  в  средней  Азии.  Ашхабад.  Изд-во  ЫЛЫМ,  1984. 



112с. 

3.

 



Əkpərov  Z.İ.,  Həsənov  N.Ə.,  Məmmədov  A.T.  Əncirin  (Ficus  carica  L) 

genofonda yeni daxil edilmiş yerli formaları // AMEA-nın xəbərləri (biologiya 

elmləri seriyası). №  3-4, 2009, s.90-95 

4.

 



Федоренко В.С. Субтропические и тропические плодовые культуры. Киев. 

Высшая Школа. 1990, 237 с. 

5.

 

Həsəsnov  N.  Ə.,  Həsənova  A.H.  Azərbaycan  əncirin  vətənlərindən  biridir  // 



Azərbaycan Aqrar Elm J. 1-3, 2007, s. 83-85 

6.

 



Axundzadə  İ.M.,  Həsəsnov  N.  Ə.  Əncirin  yayılma  tarixi  və  morfoloji 

xüsusiyyətləri. // AMEA-nın xəbərləri. 1977, 4, s.33-38 

7.

 

Aslanov S.R. Əncir. Bakı. Azərbaycan SSR EA nəşriyyatı. 1962, 64s. 



8.

 

Программа  и  методика  изучения  сортов  плодовых,  субтропических, 



орехоплодных культур и винограда. Л., ВИР, 1970, 23с. 

9.

 



Программа и методика изучения сортов граната и инжира. Крым. 1972, 16 

с. 


 

СБОР И ИЗУЧЕНИЕ ГЕНОФОНДА ИНЖИРА 

Н.А.Гасанов, А.Г.Гасанова 

Институт Генетических  Ресурсов  НАНА 

 

В  данной  статье  представлены  факты  о  создании  путём  селекции  сортов 

инжира  Бол  инжир  и  Шалала,  которые  переданы  в  Государственную  Комиссию  по 

сортоиспытанию  при  Министерстве  Сельского  Хозяйства  Азербайджанской 

Республики.  Продолжается  работа  по  размножению  этих  образцов  в  питомнике. 

Кроме 


этого, 

в 

Геокчайском, 



Уджарском, 

Сабирабадском, 

Зардабском, 

Исмаиллинском,  Агдашском  и  Самухском  районах  собраны  и  размножены  новые 

формы инжира для обогащения генофонда коллекции этой культуры.  

 

COLLECTION AND STUDY OF FIG GENE POOL 



N.A.Hasanov, A.G.Hasanova 

Genetic Recourses Institute of ANAS 

 

This article is about the development by breeding of Bol Injir and Shalala varieties, 



which  were  fransfered  to  The  State  Commission  for  Variety  Testing  of  Ministry  of 

Agriculture of Azerbaijan Republic. The multiplying of this fruit continues in plant nursery. 

Besides  this,  for  enriching  the  gene  pool  of  this  collection  new  forms  of  fig  have  been 

collected in Geokchay, Ujar, Sabirabad, Zardab, Ismailly, Aghdash, Samukh regions.  



 


Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə