Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə57/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   53   54   55   56   57   58   59   60   ...   266

 

114 


 

One part of onions crops introduced to new condition perishes in their different 

period of life (vegetation).  One of the perishing reasons is the inability of adaptation  

to the physical-chemical factors of external condition. Other reason is the infection to 

the diseases in the new condition. Wild species was cultivated in the new condition, 

are  damaged  by  the  leek  moth  (Acrolepiopsis  assectella)  and  onion  fly  (Delia 



antiqua)  and are infected onion fungal diseases.    

 

UOT630*164.3;630*165.6  

 

ARPANIN RÜŞEYM KÖKCÜYÜ VƏ ONUN ƏHƏMİYYƏTİ 



 

H.C.HƏŞİMOVA 

Əkinkçilik Elmi Tədqiqat İnstitutu, Tərtər Bölgə Təcrübə Stansiyası, Az4351, 

Zolgörən kəndi, Tərtər r. 

 leila29-12-05@yandex.ru 

 

Məqalədə  arpanın  taxıl  bitkisi  olaraq,  məhsuldarlıqla  musbət  korellyasiya 

təşkil  edən  əlamətlərindən  biri  -  rüşeym  kökcüyü  və  onun  bitkinin  inkişafinda 

əhəmiyyətindən bəhs edilir. 

 

Açar sözlər: arpa, sortnümunə, kök sistemi, rüşeym kökcüyü 

Ключевые  слова: ячмень, сортообразец, корневая система, зародышевые   

корешки  



Key words: barley, varietysamples, root system, germinal roots 

 

Arpa  (Hordeum  vulgare  L.)  dunyada  böyük  əhəmiyyətə  malik  dənli  taxıl 

bitkisidir,  vacibliyinə  görə  dunya  üzrə  qarğıdalı,  düyü  və  büğdadan  sonra  dördüncü 

yeri tutur (FAOSTAT 2014). 

Arpa bütün dünyada heyvan yemi, pivə sənayesində maya və insan qidası kimi 

istifadə olunur. Xüsusilə Tibet, Nepal, Həbəşistan, Eritreya və Şimali Afrikada arpa 

əhəmiyyətli bir qida qaynağıdır. 

Arpa yığımından  sonra küləş sahəsi hətta  inkişaf etməkdə olan ölkələrdə belə 

otlaq  kimi  istifadə  olunur.  Arpa  yaşıl  otlaq  kimi  (xəsil)  və  ya  silos  üçün  də  geniş 

istifadə edilir.  

Son  illərin  məlumatına  görə  dünyada  arpa  istehsalı  müxtəlif  səbəblərə  görə  

təxminən  20%  yəni  123  millyon  ton  azalmışdır  və  bu  da  arpa  bitkisi  istehsalının 

artırılmasının vacibliyini -məhsuldarlığın əsas şərt olduğunu göstərir. 

Məhsuldarlıq sortdan tələb edilən əsas əlamətlərdən biri olub,  sortun bioloji və 

təsərrüfat keyfiyyələrinin ətraf mühitin konkret şərtləri ilə qarşılıqlı əlaqəsini özündə 

cəmləşdirir.  Məhsuldarlıq  mürəkkəb  göstərici  kimi  iki  əsas  elementə  ayırılır:  vahid 

sahədə  bitki  sayı  və  bir  bitkinin  məhsuldarlığı.  Hər  element  özlüyündə  bir  neçə 

göstəricidən  asılı  olub,  səpin  sıxlığı-  cücərtilərin  və  yığıma  qədər  salamat  qalan 

bitkilərin  sayı,  məhsuldarlıq  -  məhsuldar  kollanma,  sünbüldə  sünbülcüyün  və  dənin 

sayı,  min  dənin  kütləsı  və  s.  ilə  müəyyən  olunur.  Ümumi  məhsuldarlığın 




 

115 


 

yüksəldilməsi    bütün  məhsuldarlıq  göstəricilərinin  seleksiya  yolu  ilə  artırılması 

hesabına baş verir.  

  Məhsuldarlıqla  musbət  korellyasiya  təşkil  edən  bəzi  əlamətlərdən  biri  də 

bitkilərin kök sistemidir. 

Arpa,  yulaf  və  buğda  ilə  müqayisədə  daha  güclü  kök  sisteminə  malikdir. 

Bitkilərin  inkişafı  və  məhsuldarlığı  xususi  ilə  yoxsul  və  az  nəmli  torpaqlarda  bu 

göstəricidən cox  asılıdır (Ведров, Дмитриев и др. 2002, Полномочнов, 2005). 

Arpa  bitkisi  rüşeym  və  düyün  köklərindən  əmələ  gələn  saçaqlı  kök  sisteminə 

malikdir.  Rüseym kökcüyü dənin rüşeymində başlanğıc halda mövcüd olduğu üçün 

belə adlanır.  Rüşeym kökcüyü 16

0

-19



0

C temperaturda adətən səpindən 5-7 gün sonra 

əmələ gəlir. Rüşeym kökcüyü 2-8 ədədə qədər ola bilir və üçüncü bəzən isə dördüncü 

yarpaq  əmələ  gələnədək  inkişaf  edir.  Bundan  sonra  əlavə  köklər  əmələ  gəlməyə 

baslayir. Rüseym kökcükləri dənin cücərməsi zamanı fomalaşmağa başlayır. Onların 

sayı  dənin  iriliyindən  və  keyfiyyətindən  asılı  olsa  da  sonrakı  inkişaf    torpagın 

keyfiyyətindən və ətraf mühitdən asılı olaraq gedir. 

Rüşeym kökcüyünün fəalyyəti vegetasiyanın ilk günlərindən dən əmələ gəlməyə 

qədər  olan  müddətdə  bitkinin  inkişafını  təmin  edir.  Kollanma  zamanı  quraqlıq 

olduqda düyün kökləri əmələ gəlmir və bu zaman rüşeym kökləri bitkinin həyatında 

xüsusi əhəmyyət kəsb edir. Bu zaman bitki yalnız rüşeym köklərinin hesabına inkişaf 

edir.  Buna  görə  də  rüşeym  kökləri  güclü  və  cox  sayda  inkişaf  etdikcə  xarici  mühit 

stressləri bitkinin inkişafına daha az təsir edir. 

Bu  məqsədlə  Tərtər  Bölgə  Təcrübə  Stansiyası  (BTS)  şəraitində  bölgədə  arpa 

əkinləri  üçün  optimal  səpin  müddəti  (oktyabrın  II  ongünlüyü)  və  səpin  normasında 

(hektara 3 milyon cücərə bilən dən),  hər biri 1 m

sahəli ləklərdə,1000 dən kütləsinə 



görə  qruplaşdırılaraq  əkilmiş  arpa  kolleksiya  nümunələrində  (50  ədəd  sabit  xətt) 

rüşeym kökləri tədqiq edilmişdir. Səpindən 10-12 gün sonra kütləvi cücərtilər əmələ 

gəlmiş,  inkişafın  üç  yarpaq  mərhələsindəhər  nümunədən  10  bitki  götürülməklə  

rüseym  kökcükləri  sayılmışdır.  Vegetasiya  dövründə  müvafiq  fenoloji  müşahidələr 

aparılmış,  nümunələr  xəstəliklərə  davamlılığa  görə  qiymətləndirilmişlər.  Tam 

yetişmə  mərhələsində  hər  nümunədən  10  bitki  götürülməklə  (kökündən  çıxarılaraq) 

məhsuldarlıq göstəriciləri təyin edilmişdir. 

Aparılmış  tədqiqat  zamanı  müəyyən  olunmuşdur  ki,  1000  dən  kütləsi    50 

qramdan  az  (45,0-48,0)  olan  sortnümunələrin  bitkilərində    rüşeym  kökcüyünün  sayı 

5-6 ədəd intervalında dəyişmişdir. Müvafiq olaraq  1000 dən kütləsi  50 qramdan  çox 

(51,0-60,0) olan sortnümunələrdə isə rüşeym kökcüyünün sayı 7-8 ədəd intervalında 

dəyişərək, digərləri ilə müqayisədə 2-3 ədəd çox olmuşdur (Cədvəl 1). 

Aparılmış  tədqiqat  nəticəsində  rüşeym  kökcüklərinin  sayının  dənin  iriliyi  - 

dolğunluğu,  kollanmanın  isə  öz  növbəsində  rüşeym  kökcüklərinin  sayı  ilə  birbaşa 

asılılıq  təşkil  etdiyi  və  yüksək  məhsuldar  kollanmanın  ümumi  məhsuldarlığın 

artmasına səbəb olduğu müəyyən edilmişdir. 

 

 

 



 


Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə