Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə55/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   51   52   53   54   55   56   57   58   ...   266

 

110 


 

UOT 635.25:632.4 

 

YABANI  SOĞANLARIN (ALLİUM L.) SOĞANAQLARININ                              

İNTRODUKSİYA POTENSİALI 

 

S.R.HƏSƏNOV, Ç.T.NAMAZOVA  

         AMEA Genetik Ehtiyatlar İnstitutu,Azadlıq prospekti 155. Bakı, Az 1106 

                                        E-mail Sabir_Hasanov @ rambler. ru 

 

    Məqalədə  Azərbaycan  ərazisində  yayılmış  yabanı  soğan  (Allium  L.

növlərinin soğanaqlar vasitəsilə mədəni kulturaya keçirilməsindən bəhs olunur. Yeni 

şəraitdə əkilmiş yabanı soğan bitkilərinin bir qismi həyatlarının müxtəlif dövrlərində 

tələf  olurlar.  Tələf  olma  səbəblərindən  biri  onların  xarici  mühitin  fiziki-kimyəvi 

amillərinə uyğunlaşa bilməməsidirsə, digər səbəbi yeni mühitdə onların xəstəliklərə 

yoluxmalarıdır. Yabanı soğan növlərinin yayıldıqları təbii şəraitlərdə bu xəstəliklərlə 

yoluxmamalarının  səbəbi,  həmin  yerlərdə  xəstəlik  törədicilərinin  olmamasıdır.  Yeni 

şəraitdə  əkilmiş  yabanı  növlər  soğan  güvəsi  (Acrolepiopsis  assectella)  və  soğan 

milçəyi  (Delia  antiqua)  cücüləri  tərəfindən  ziyan  görür  və  göbələk  xəstəliklərinə 

yoluxurlar. 

 

Açar sözlər: cins, növ, introduksiya, seksiya, həyatilik 

Кулючевые слова:род, вид, интродукция,  селекция, жизнеспособность 

Key words: genus, species, introduction, selection, vitality 

 

 Soğankimilər-Amaryllidaceae  fəsiləsinə  daxil  olan  bitkilərin  dünyada  30  cinsə 



aid  olan  870-dən  çox  növü  yayılmşdır.  Azərbaycanda  Amaryllidaceae  fəsiləsinin  iki 

cinsinin (Allium L. və Nectaroscordum Lindl.) numayəndələri vardır [1; 2; 3; 5; 6; 7; 

8; 9]. 

 Allium  cinsinin  şimal  yarımkürəsində  yayılmış  300  növündən,  52-sinə 

Azərbaycan florasında rast  gəlinir ki, onlardan da 35-i Naxçıvan MR-də tapılmışdır 

[4;  9].  Naxçıvan  MR  ərazisində  yayılmış  Allium  L.  cinsinə  aid  olan  növlərin  növ 

tərkibi haqda olan məlumatlar ziddiyyətlidir [5;6]. 

Hazırda  dünyada  soğanların  (Allium  L.)    tədqiqi  sahəsində  işlər  aparılır  və 

naliyyətlər  əldə  olunmuşdur.  Son  zamanlar  Şərqi  Avropada  yayılmış  soğan  növləri 

üçün sistematikaya yeni taksonlar əlavə edilmişdir [9]. 

 Yabanı  soğan  növlərinin  vegetativ  və  generativ  orqanları  ilə  introduksiyası 

imkanlarının öyrənilməsi çox  mühüm əhəmiyyətə malikdir. 

 Azərbaycanın müxtəlif  bölgələrindən, fərqli torpaq-iqlim şəraitindən toplanmış 

yabanı  soğan  növlərinin  soğanaqları  Abşeron  şəraitində  əkilmiş  və  növlərin 

bitkilərinin yeni şəraitdə həyatilik qabiliyyətləri tədqiq edilmişdir.         

  Mədəni  kulturaya  introduksiya  üçün  yabanı  növlərdən  əkin  materialı  əldə 

edilərkən növün ekoloji vəziyyəti nəzərə alınmışdır. Arealda bitkilərinin sayı çox az 

miqdarda  olan  növlərdən  areala  zərər  gətirməyəcək  miqdarda  əkin  materialı 

(soğanaq, kökümsov və toxum)  götürülmüşdür. 




 

111 


 

  Yabanı təbiətdən toplanmış 30 növə aid 853 soğanaq və kökümsov yeni şəraitə 

introduksiya  edilmişdir.  Əkilmiş  soğanaq  və  kökümsovların  hamısından  bitkilər 

alınsa  da  onlardan,  ancaq  467-i  həyatlarının  birinci  ilinin  sonuna  qədər  salamat 

qalmışdır. Həyatlarının ikinci ilini 299, üçüncü ilini isə 166 bitki başa bura bilmişdir. 

Birinci il 386, ikinci il 168, üçüncü il isə 133 bitki tələf olmuşdur. 



Allium  seksiyasından  olan  növlərin  introgentlərinin  üç  ildəki  həyatilik 

qabiliyyətləri  orta  hesabla  19,7%  -dir.  Bu  seksiyaya  aid  olan  Respublika  ərazisində 

yayılmış  16  növdən  ən  yüksək  həyatilik  qabiliyyətinə  malik  olan  A.ampeloprasum-

dur.  Bu  növün  Yardımlı  rayonu  ərazisindən  yığılmış  24  ədəd  soğanağı  Abşeronda 

aqrokulturada  əkilmiş,  soğanaqların  hamısından  bitki  alınmış  və  bitkilərin  hamısı 

ömürlərinin  birinci  ilini  başa  vura  bilmişdir.  Ömürlərinin  ikinci  ilində  bir,  üçüncü 

ilində isə iki bitki tələf olmuşdur. Cəmi 20 bitki ömrünün üçüncü ilini də başa vura 

bilmişdir.  Bu  seksiyadan  olan  və  ən  aşağı  nəticə  göstərən,  soğanaqları  Abşeron 

rayonu  ərazisindən  toplanmış  A.atroviolaceum  Boiss.  növüdür.  bu  növün 

soğanaqlarının Abşeron rayonu ərazisindən toplanmasına  baxmayaraq aqrokulturada 

əkilmiş 75 soganağın hamısından bitki alınsa da onların 59-u ömürlərinin birinci ilini 

başa vurmuşdur. Bitkilərin 7-si ikinci il, 5-i isə üçüncü il tələf olmuşdur. Cəmi 4 bitki 

ömürünün üçüncü ilinin sonuna qədər salamat qalmışdır. Codonoprasum (Reichenb.)  

Ende seksiyasından olan növlərin həyatiliyi üç ildə orta hesabla 19,4% olmuşdur. Bu 

seksiyadan  olan  və  ən  yüksək  nəticə  göstərən  A.murianthum  Boiss.  növüdür.  Bu 

növün  Lənkəran  rayonu  ərazisindən  yığılaraq  Abşeronda  aqrokulturada  əkilmiş  28 

soğanağından alınmış bitkilərin 13-ü ömrlərinin birinci, 2-si ikinci, 3-ü isə 3-cü ilində 

tələf olmuş, cəmi on bitki salamat qalmışdır. 



  Scorodon  C.  Koch  seksiyası  növləri  introgentlərinin  həyatiliyi  ömürlərinin 

üçüncü  ilində  30,5%  olmuşdur.  A.rubellum  M.B.  növünün  Abşeron  rayonu 

ərazisindən  yığılmış  18  soğanağı  aqrokulturada  əkilmiş  və  soğanaqların  hamısından 

bitki  alınmışdır.  Bitkilərin  11-i  ömürlərinin  birinci,  3-ü  ikinci,  1-i  isə  üçüncü  ilində 

tələf olmuşdur, cəmi 3 bitki salamat qalmışdır. Bu seksiyadan olan  A.moshatum L. 

növünün  Quba  rayonu  ərazisindən  yığılmış  41  soğanağı  aqrokulturada  əkilmiş  və 

soğanaqların hamısından bitkilər alınmışdır. Bitkilərin   7-i, ömürlərinin birinci, 11-i 

ikinci, 8-i isə üçüncü ilində tələf olmuş, cəmi 15 bitki salamat qalmışdır. 



Anguinum C. Don. seksiyasının Azərbaycanda yayılmış yeganə  A.victorialis L. 

növünün Lənkəran rayonu ərazisindən toplanmış 63 soganağından alınmış bitkilərin 

cəmi  28,6%-i  ömürlərinin  üçüncü  ilinə  kimi  salamat  qalmışdır.  Bitkilərin  21-i 

ömürlərinin  birinci,18-i  ikinci,  6-ı  isə  üçüncü  ilində  tələf  olmuşdur.  Cəmi  18  bitki 

ömürlərinin üçüncü ilini başa vura bilmişdir. 

Schonoprasum  Dum  seksiyasının  Xızı  rayonundan  toplanmış  A.shoenoprasum 

L. növünün 61 soğanağından alınmış bitkilərin 8-i ömürlərinin birinci, 9-u ikinci, 28-i 

isə  üçüncü  ilində  tələf  olmuşdur.  Cəmi  16  bitki  ömrünün  üçüncü  ilini  başa 

vurmuşdur.  Abşeron  rayonundan  toplanmış  A.aucheri  Boiss.L.  növünün  10 

soğanağından  alınmış  bitkilərin  5-i  ömürlərinin  birinci,  4-ü  ikinci,  1-i  isə  üçüncü 

ilində  tələf  olmuşdur.  Cəmi  1  bitki  ömürünün  üçüncü  ilini  başa  vurmuşdur. 



Rhizirideum  Don  seksiyasının  Azərbaycanda  yayılmış  yeganə  A.albidum  Fisch.  ex 

M.Bieb  növünün  introgentlərinin  26,7%-i  ömürlərinin  üçüncü  ilini  başa  vura 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə