Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə63/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   59   60   61   62   63   64   65   66   ...   266

 

127 


 

SAFLORUN BİOMETRİK GÖSTƏRİCİLƏRİNİN KORRELYASİYASININ 

SKRİNİNQİ 

 

N.A.Ryabtseva  

Don, Dövlət Aqrar Universiteti 

 

 



Məqalədə  saflorun  biometrik  göstəricilərinin  korrelyasiyasının  skrininqinin 

nəticələri  verilmişdir.  Dispersiya  analizi  göstərir  ki,  variantlar  arasındakı  fərq  95% 

ehtimallar  səviyyəsində  əhəmiyyətlidir.  Saflor  aqrosenozunda  ən  çox  məhsuldarlıq 

erkən  əkinlərdə  olub  1,25-1,34  t/ha  təşkil  etmişdir.  Əkinin  10  və  20  gün 

gecikdirilməsi  məhsuldarlığın  nəzərə  çarpacaq  dərəcədə  azalmasına  səbəb  olur. 

Saflorun  biometrik  göstəricilərinin  korrelyasiyası  tam  və  güclü  əlaqənin 

mövcudluğunu göstərmişdir. 

 

SCREENING CORRELATION OF BIOMETRIC INDICATORS OF 

SAFFLOWER 

 

N.A.Pyabseva  

Don State University 

 

The  data  screening  correlation  biometric  indicators  safflower.  Analysis  of 

variance  showed  that  the  essential  difference  between  the  embodiments  95% 

significance  level.  The  highest  crop  productivity  safflower  was  formed  in  early 

sowing time from 1, 25 to 1, 34 t / ha. The delay with seeding at 10 days and 20 days, 

results  in  a  significant  decrease  in  yields.  Correlation  biometric  indicators  of 

safflower showed a complete and strong connection. 

 

 



UOT 633.1 

 

YUMŞAQ BUĞDA GENOTİPLƏRİNDƏ BİR SIRA BİOMORFOLOJİ 

GÖSTƏRİCİLƏRİN TƏDQİQİ 

 

A.M.MEHTİYEVA,  H.M.ŞIXLİNSKİ 

AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı, AZ1106, Azadlıq prospekti 155, Azərbaycan 

mehdiyeva0089@mail.ru; sh.haci@yahoo.com

 

 

Məqalədə  Abşeron  Elmi-Tədqiqat  Bazasında  buğda  genotiplərinin  bir  sıra 

biomorfoloji  (çiçəkləmə  vaxtı,  bitkinin  hündürlüyü  (sm),  buğumların  sayı, 

sünbülaltlığının uzunluğu (sm), məhsuldar gövdələrin sayı, sünbülün uzunluğu (sm), 

sünbülcüklərin  sayı,  1000  dənin  kütləsi  (qram),  xlorofilin  miqdarı)  parametrlərinin 

öyrənilməsindən bəhs edilir. 

 

 

 


 

128 


 

Açar sözlər: buğda, genotip, biomorfoloji göstərici, çiçəkləmə 

 

Ключевые  слова

пшеница,  генотип,  биоморфологические  параметры, 

цветение 

 

Key words:  wheat, genotype, biomorphological indicators, flowering 

 

 



 

 

Buğda (Triticum L.) 40-dan çox ölkənin və dünya əhalisinin 35%-nin əsas qida 



ehtiyatını  təşkil  edir.  Mədəni  buğda  sortları  qidalılıq  dəyəri  baxımından  digər  taxıl 

bitkilərindən  üstündür.  Tərkibi  əsasən  60-80%  nişastadan,  8-15%  proteindən 

ibarətdir.  Buğda  gündəlik  ehtiyac  duyulan  kalori  və  protein  ehtiyacının  20%-dən 

çoxunu qarşılayır [1]. 

 

Dünya  əhalisinin  ərzağa  olan  tələbatının  ödənilməsində  buğda  bitkisindən 



alınan  un  və  un  məmulatları  əvəzedilməzdir.  Buğdа  dənində  80-84%  endosperm 

olmаsı  istehsаl  zаmаnı  yüksək  sortlu  un  çıхımını  аrtırır.  Bəzi  ədəbiyyatlarda 

buğdanın 26 növünün olduğu göstərilir və onlar əsasən 3 poliploid qrupda birləşirlər. 

Buğdanın  yabanı  formalarından  əsasən  seleksiyada  bağlanğıc  material  kimi  istifadə 

olunur,  mədəni  növlərindən  isə  əsasən    bərk  və  yumşaq  buğda  mühüm  əhəmiyyətə 

malikdirlər [1; 2; 3; 4]. 

 

Ayrı-ayrı    bölgələrdə  torpaq-iqlim  şəraitinin  müxtəlifliyi  bu  bölgələr  üçün 



yüksək  məhsuldar,  ətraf  mühitin  əlverişsiz  amillərinə,  xəstəliklərə  qarşı  davamlı, 

adaptiv  xüsusiyyətli,  intensv  tipli  sortların  yaradılmasını  tələb  edir.  Buna  görə  də 

dənli  bitkilərin  müxtəlif  ekoloji–coğrafi    mənşəyə  malik  olan  dünya  kolleksiya 

nümunələri  və  yerli  nümunələr  toplanaraq  öyrənilməli,  onların  respublikamızın 

müxtəlif 

bölgələrində 

ekoloji 

sınaqlar 

keçirərək 

üstün 


xüsusiyyətləri  

müəyyənləşdirməli  və  seleksiya  yolu  ilə  hər  bölgə  üçün  əlverişli  sortlar 

yaradılmalıdır [5]. 

 

AMEA-nın  Genetik  Ehtiyatlar  İnstitutunun  Abşeron  Elmi-Tədqiqat  Bazasında 



tədqiq  olunan buğda   genotiplərinin bir sıra biomorfoloji parametrləri  yerli sortlarla 

müqayisəli  şəkildə  öyrənilmişdir.  Bu  buğda  genotipləri  Azərbaycanın  müxtəlif 

bölgələrindən  toplanmış  və  bir  sıra  Beynəlxalq  mərkəzlərdən  introduksiya 

olunmuşdur. 

 

 

 



 

 

 



 

 

 



Cədvəl 1 

Abşeron Elmi-Tədqiqat Bazasında buğda nümunələrinin bir sıra biomorfoloji 

xüsusiyyətlərinin nəticələri (2014-2015-ci il) 

 

 

s/s 

 

Nümunələrin adı 

Çiçəkləmə 

vaxtı 

Bitkinin 

hündürlüyü, 

(sm) 

Buğum-

ların sayı, 

(ədəd) 

Buğumara 

sının 

uzunluğu, 

(sm) 

Məhsuldar 

gövdələrin 

sayı, (ədəd) 

6167 var. Lutescenc 



04.05 

105 sm 


43 sm 


6264 var. Lutescenc 



12.05 

104 sm 


40 sm 


5-6 

6278 var. Lutescenc 



01.05 

89 sm 


42 sm 


6279 var. Ferrugenium 



30.04 

90 sm 


35 sm 


6280 var. Lutescens 



01.05 

103 sm 


40 sm 


6290 var. erythrospermum 



26.04 

120 sm 


39 sm 


6300 var. Graecum 



28.04 

92 sm 


30 sm 


6927 var. Graecum 



30.04 

105 sm 


42 sm 





Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə