Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə56/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   52   53   54   55   56   57   58   59   ...   266

 

112 


 

bilmişdir.  Quba  rayonundan  toplanmış    A.albidum  Fisch.  ex  M.Biebnövünün  45 

soğanağından alınmış bitkilərin  13-ü ömürlərinin birinci, 17-i ikinci, 3-ü isə üçüncü 

ilində tələf olmuşdur. Cəmi 12 bitki ömürlərinin üçüncü ilini başa vurmuşdur. 



 Oreiprason  Herrm  seksiyasının  Azərbaycanda  yayılmış  A.saxatile  M.  Bieb 

növü introgentlərinin 7,1%-i ömrünün üçüncü ilini başa vurmuşdur. Bu növün Quba 

royonu  ərazisindən  toplanmış  23  soğanağından  alınmış  bitkilərin  6-ı  ömrünün 

birici,  8-i  ikinci,  5-i  üçüncü  ilində  tələf  olmuşdur.  Cəmi  4  bitki  ömürlərinin  üçüncü 

ilini başa vurmuşdur.  

 Porphyroprason 

Ekberg  seksiyasının  Azərbaycanda  yayılmış  yeganə  



A.oreophilum C.A.M. növünün introgentlərinin 7,7%-i ömürlərinin üçüncü ilini başa 

vurmuşdur.  Quba  rayonundan  toplanmış    A.oreophilum  C.A.M.növünün  13 

soğanağından  alınmış  bitkilərin    5-i  ömürlərinin  birinci,  4-ü  ikinci,  3-ü  isə  üçüncü 

ilində tələf olmuşdur. Cəmi 1 bitki ömürünün üçüncü ilini başa vurmuşdur. 



Briseis  (Salisb.)  Stearn  seksiyasının  Azərbaycanda 

yayılmış  yeganə 



A.paradoxum  M.B. Don. növünün introgentlərinin 12,5%-i ömürlərinin üçüncü ilini 

başa vurmuşdur. Quba rayonundan toplanmış   A.paradoxum  M.B. Don, növünün 16 

soğanağından  alınmış  bitkilərin    4-ü  ömürlərinin  birinci,  6-ı  ikinci,  4-ü  isə  üçüncü 

ilində tələf olmuşdur. Cəmi 2 bitki ömrünün üçüncü ilini başa vurmuşdur. 



 Ophioscordon  (Waller.)Vved  seksiyasının  Azərbaycanda  yayılmış  yeganə 

A.ursinum  L.  növünün  introgentlərinin  9,2%-i  ömürlərinin  üçüncü  ilini  başa 

vurmuşdur.  Qəbələ  rayonundan  toplanmış  A.ursinum  L.növünün  76  soğanağından 

alınmış  bitkilərin    38-i  ömürlərinin  birinci,  17-i  ikinci,  14-ü  isə  üçüncü  ilində  tələf 

olmuşdur.  Cəmi 7 bitki ömürünün üçüncü ilini başa vurmuşdur. 



Reticulato-bulbosa  R.  Lam.  seksiyasının  Azərbaycanda  yayılmış  A.szovitsii 

Regel  növünün  introgentlərinin  12,5%-i    ömürlərinin  üçüncü  ilini  başa  vurmuşdur. 

Quba  rayonundan  toplanmış  A.szovitsii  Regelnövünün  16  soğanağından  alınmış 

bitkilərin    5-i  ömürlərinin  birinci,  5-i  ikinci,  4-ü  isə  üçüncü  ilində  tələf  olmuşdur. 

Cəmi 2 bitki ömrünün üçüncü ilini başa vurmuşdur. 

Təcrübə göstərir ki, introduksiya zamanı  soğan növləri bitkilərinin  götürüldüyü 

şərait nəzərə alındıqda bitkilərin həyatilik qabiliyyətləri yüksək olur. Daimi nəmişlik 

şəraitində bitən növlərin soğanaqları birbaşa normal aqrokultura şəraitində əkildikdə 

mühit  onlara  mənfi  təsir  göstərir,  bitkilər  tələf  olur.  Belə  növlərın  bitkilərinin 

soğanaqları  birinci  il  daimi  rütubətli  olan  yerdə,  sonrakı  illərdə  isə  rütubət  tədricən 

azaldılmaqla bacərilməlidir. Bu zaman bitkilərin yeni şəraitə tədricən  uyğunlaşması 

qismən  təmin  edilmiş  olur.  Çoxillik  təcrübə  göstərir  ki,  əkin  üçün  götürülmüş 

soğanaq  və  kökümsovlar  iri  olduqca  onlardan  alınan  bitkilər  daha  dözümlü  olur, 

bitkilərin çoxu həyatlarının birinci ilində çiçək açır və toxum verir. Çox zaman belə 

çiçəklər  normal  inkişaf  etmir.  Belə  çiçəklərdə  ya  heç  toxum  əmələ  gəlmır,  ya  da 

toxumlar  tam  keyfiyyətsiz  olur.  Bitkilərin  ömürlərinin  müxtəlif  dövrlərində  tələf 

olma  səbəblərinin  əsasını  yeni  mühitin  fiziki  kimyəvi  amilləri  təşkil  edirsə  də,  bu 

sahədə xəstəlik və zərərvericilərin də rolu böyükdür  



 

                                                     

 


 

113 


 

ƏDƏBİYYAT 

 

1. Əliyev Ş.A.Tərəvəzçilik. Bakı Universiteti Nəşriyyatı. 1997, s.190-219 

2.  Həsənov  S.R.  və  b.Yabanı  soğanaqlı  bitkilərin  bəzi  genetik  xüsusiyyətləri.// 

Azərbaycan Aqrar Elmi, №8-9, 2007, s.44-45 

3.  Həsənov  S.R.,  Namazova  Ç.T.Azərbaycanda  yayılmış  yabanı  soğan  (Allium  L.) 

növlərinin  kariologiyası./  BDU-nun  Biologiya  fakültəsinin  80  illik  yubileyinə  həsr 

olunmuş “Ekserimental biologiyanın inkişaf perspektivləri” mövzusunda Respublika 

Elmi konfransının materialları. 2014, s.135-136 

4.  İbrahimov  Ə.Ş.,  Nəbiyeva  F.X.,  Quliyeva  S.Q.,  İbadlı  O.B.  Naxçıvan  MR 

florasının  soğan  növləri.  Onların  təbii  ehtiyatı  və  mühafizəsi.  //AMEA  Xəbərləri 

(biologiya elmləri bölməsi), cild 66, №2, 2011, səh.64-68 

5.Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik 

spektri   (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). Naxçıvan, Əcəmi nəşr. 

2008, 364 s. 

6.  Talıbov  T.H.,  Quliyeva  S.Q.Naxçıvan  MR  florasının  Alliaceae  J.Agardh 

fəsiləsindən olan bitkilər. //AMEA Mərkəzi Nəbatat Bağının əsərləri VII cild, 2007,  

s.104-106 

7. Ибрагимов А.Ш. Растителность Нахичеванской Автономной Республики и ее 

народнохозяйственное значение. Баку, Элм: 2005, 230 с. 

8.  Конспект  флоры  Кавказа.  Изд.  Санкт-Петербургского  университета,  Санкт-

Петербург Е.11:2006,с.140-159 

9.Флора Азербайджана . Баку.  Изд. АН Аз. ССР II: 1952, с. 134-162 



 

ПОТЕНЦИАЛ ИНТРОДУКЦИИ ЛУКОВИЦ ДИКИХ ВИДОВ ЛУКА 

(ALLİUM L.) 

 

С.Р.Гасанов, Ч.Т. Намазова  

Институт Генетических Ресурсов НАНА 

 

При  интродукции  лука  в  новые  условия  проращивания  часть  растений 



погибает  в  различные  периоды  жизни.  Одной  из  причин  гибели  является 

невозможность их адаптации к воздействию физических и химических веществ 

окружающей среды, другой причиной является поражение  болезнями в новой 

среде.  Посаженные  в  новых  условиях  дикие  виды  поражаются  личинками 

луковой  моли  (Acrolepiopsis  assectella) и луковой мухи(Delia  antiqua) а также 

заражаются грибковыми болезнями. 

 

 

THE INTRODUCTION POTENTIAL OF BULBS OF THE WILD ONION 



(ALLIUM L.) SPECIES 

 

S.R.Hasanov, Ch.T.Namazova 

Genetic Resources Institute of  ANAS 

 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə