Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə87/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   83   84   85   86   87   88   89   90   ...   266

 

176 


 

 

 Aqrotexniki  baxımdan  amarantın  becərilməsi  ilə  bağlı  bir  sıra  müsbət 



xüsusiyyətləri onu digər mədəni bitkilərlə müqayisədə xeyli sayda üstünlüklərə malik 

olduğunu  göstərir  ki,  bu  da  müasir  dövrdə  fermerlərin  və  torpaq  mülkiyyətçilərinin  

böyük  marağına  səbəb  olmuşdur.  Belə  ki,  bitkinin  dən  çıxımı  üzrə  məhsuldarlığı 

stabil olaraq  35-60  s /ha təşkil edir, yaşıl kütləsinin  maksimal məhsuldarlığı 2000 s 

/ha  çatır  və  bu  qədər  məhsul  əldə  etmək  üçün  1  hektara  cəmi  0.5-1  kq    toxum 

materialı kifayət edir. Müqayisə üçün qeyd edək ki, 1 hektarda buğda əkini aparmağa 

200-220 kq, qarğıdalı üçün isə 20-25 kq toxum materialı tələb olunur.  Amarantı yer 

səthindən 18-20 sm hündürlükdə kəsdikdə 3-4 həftə ərzində  o özünü yenidən bərpa 

edir. Onun son dərəcə güclü kök sistemi hesabına  quraqlığa ən davamlı bitkilərdən 

olması,  şoranlıq  şəraitində  bəzi  formalarının  3  m  hühdürlüyə  qədər  inkişaf  etməsi, 

cücərdikdən  2  ay  sonra  1600  s  /ha  yaşıl  kütlə  məhsulu  vermə  qabiliyyəti,  onun  ən 

müxtəlif  aqroekoloji  şəraitlərə  qısa  zaman  kəsiyində  uyğunlaşma  qabiliyyəti  bu 

bitkinin unikallığına dəlalət edən xüsusiyyətlərdən sayılır. 

 

Bütün  bunlarla  yanaşı  bu  bitkinin  bir  faydalı  xüsusiyyətini  də  -  neftlə 



çirklənmiş  torpaqların  rekultivasiyası  və  reabilitasiyasının  həyata  keçirilməsində 

oynadığı  rolu  zənnimizcə  xüsusi  qeyd  etmək  lazımdır.  Məlumdur  ki,  neftlə 

çirklənmiş  torpaqlar  hazırda  ən  müxtəlif  üsullarla  təmizlənir  ki,  onlardan  biri  də  

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  (AMEA)  alimləri  tərəfindən  neftlə 

çirklənmiş  torpaqların  bitki,  mikroorqanizm  və  onurğasızların  vasitəsi  ilə 

təmizlənməsi təklifi olmuşdur. Müəyyən edilib ki, ot bitkilərindən pencər, yarğanotu, 

adi  yovşan,  dəvətikanı,  sürünən  ayrıq,  onurğasızlardan  soxulcan  kimi  tanınan  yağış 

qurdu, mikroorqanizmlərdən isə bəzi bakteriyalar və maya göbələkləri torpaqda ağır 

metal zərrəciklərini və radionuklidləri toplaya bilmə qabiliyyətinə malikdirlər. Neftlə 

çirklənmiş torpaqlara amarant kimi güclü kökləri olan bitkilər əkdikdə onlar müəyyən 

müddət  ərzində  topraqdakı  zərərli  maddələri  mənimsəyərək  onu  əkin  üçün  yararlı 

hala salırlar. 

 

Son illər ölkəmizdə  bu bitkinin yetərincə faydalı xüsusiyyətləri nəzərə alınaraq 



ona  olan  diqqət  xeyli  artmış,  müxtəlif  beynəlxalq  səviyyələrdə  layihələr  həyata 

keçirilmiş  amarant  üzərində  aparılan  tədqiqat  işlərinin  nəticələri  böyük  uğurlar  əldə 

etmiş  onlardan  bəziləri  yüksək  qiymətləndirilmişdir.  Belə  ki,  ilk  dəfə  2012-ci  ildə 

keçirilən  “İNEPO-Avrasiya”  Ətraf  Mühitin  Mühafizəsi  VI  Beynəlxalq  Layihə 

Olimpiadasında  “Qaratərə  bitkisi  vasitəsilə  neftlə  çirklənmiş  torpaqların 

təmizlənməsi” adlı layihə həmin ilin “İNEPO-Avrasiya”- nın bürünc medalına, eyni 

zamanda  da  həmin  layihə  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  (ARDNŞ) 

tərəfindən  “İlin  uğurlu  neft  layihəsi”  elan  olunaraq  xüsusi  mükafata  layiq 

görülmüşdür. 

 

Diqqət  çəkən  layihələrdən  biri  də  Ukrayna  Elm  və  Texnologiya  Mərkəzinin 



dəstəyi  ilə  “Abşeronun  neft  və  neft  məhsulları  ilə  çirklənmiş  torpaqlarının 

bioremediasiya  üsullarının  işlənib  hazırlanması”  layihəsi  üzrə  tədqiqat  işləri 

olmuşdur.    Bu  tədqiqatlarda  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Botanika, 

Radiasiya  Problemləri,  Mikrobiologiya,  Torpaqşünaslıq  və  Aqrokimya,  Neft  Kimya 

Prosesləri İnstitutlarının aparıcı alimlərinin iştirakı ilə canlılar arasında mövcud olan 

qida  əlaqələrindən  istifadə  edərək  mikroorqanizmlərin,  torpaq  onurğasızlarının  və 




 

177 


 

bitkilər  də  cəlb  olunmaqla  çirklənmiş  torpaqların  təmizlənməsi  üsulu  işlənib 

hazırlanmış və hazırda bu istiqamətdə tədqiqatlar davam etdirilir. 

 

Bütün  yuxarıda  şərh  olunanlara  əsaslanaraq  tam  əminliklə    demək  olar  ki, 



amarant  və  ya qaratərə bitkisi Azərbaycan Respublikası Prezedenti tərəfindən yaxın 

gələcəkdə gözlənilən  növbəti Fərmanında Dövlət Proqramlarında digər bitkilər kimi, 

öz  layiqli  yerini  tutacaq,  onun  ölkə  ərazisinin  müxtəlif  regionlarında,  xüsusilə  quru 

iqlim  şəraiti  və  dağətəyi  rayonlarda  elmi  əsaslarla  geniş  miqyaslı  tətbiqi 

gerçəkləşəcəkdir.  

 

Hazırda  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  17  aprel  2015  –  ci  il 



109  nömrəli  qərarına  əsasən  Azırbaycan  ET  Əkinçilik  İnstitutu  və  Azərbaycan  ET 

Yemçilik,  Çəmənçilik  və  Otlaqlar  İnstitutunun  bazasında  yenidən  yaradılmış 

Əkinçilik  ET  İnstitutunda  və  Kənd  Təsərrüfatı  Nazirliyinin  30  oktyabr  2015  -   ci  il 

tarixli 110 nömrəli əmri ilə təsdiqlənmiş yeni strukturuna cəlb olunmuş mütəxəssislər 

tərəfindən 

“Azərbaycanın 

müxtəlif 

aqroekoloji 

zonalarında 

amarant  (lat. Amaranthus)  bitkisinin  becərilmə texnologiyasinin elmi əsaslarla 

inkişaf  etdirilməsi”  mövzusunda  layihə  hazırlanmışdır.  Hazırlanmış  layihənin 

mövzusu  Respublikanın    aqrar  sahədə  aparıcı  təşkilatlarından  biri  sayılan    yeni 

yaradılmış  Əkinçilik  ET  İnstitutunun    profilinə  tam  uyğun  gəldiyindən    bu 

istiqamətdə  tədqiqat  işlərinin  məhz,    adı  çəkilən  təşkilatda  yerinə  yetirilməsinin 

zəruriliyi  daha  məqsədyönlü  hesab  edilir.  Yeni  struktura  malik  Əkinçilik  ET 

İnstitutunda yüksək ixtisaslı kadr potensialının (seleksiyaçılar, genetiklər, fizioloqlar, 

biokimyaçılar,  fitopatoloqlar,  entomoloqlar,  toxumçular,  aqronomlar)  müasir 

tələblərə  cavab  verən,  yüksək  texnoloji  imkanları  ilə  səciyyələnən  keyfiyyət  və 

yemlərin texnologiyasına dair  laborotoriyaların  fəaliyyət göstərməsi bu istiqamətdə 

tədqiqat işlərinin yüksək səviyyədə həyata keçirilməsinə böyük ümidlər yaradır. 



 

ƏDƏBİYYAT xXXXX 

 

--- 



 

АМАРАНТ РАСТЕНИЕ XXI ВЕКА 

 

Э.Б.Алиев,  Дж.М.Талаи 

МСХ Азербайджана, Научно-Исследовательский Институт Земледелия 

 

 

В  настоящей  статье  дана  общирная  информация  об  истории, 



происхождении,  ареале  распростронении,  видах,  некоторых  полезных 

свойствах    растения  амаранта  в  разных  областях,  в  том  числе  в  сельском 

хозяйстве, медицине, косметологии, фармокологии и др.    

 

 

AMARANTH IS A XXI CENTURY CROP 

 

E.B.Aliev, J.M.Talai 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə