Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə89/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   85   86   87   88   89   90   91   92   ...   266

 

180 


 

Cədvəl 1.  

Müxtəlif assosiasiyalarda xarakter növlərin yayılması (fidellik) 

 

Assosiasiyalar 



 

Növlər 



(Otluq 

Assosiasiya-

ları) 



(Querce 

tum macran 

thera) 



(Carpin 

etum 

betulus) 



(Juniper 

etum foetidis 

sima) 



(Paliur 

etum spina-

christii) 

1 (Taxus baccata L. ) 

 

 

**********   



 

2 (Cornus mass L.)  

 

……………  **********  ……………   



3 (Acer campestre L.) 

 

....................  **********   



 

(Celtis 



caucasica 

Willd.) 


 

**********  **********   

 

5 (Jasminum fruticans



 

 

 



**********  ********** 

6 (Veronica ceratocarpa)  **********  **********   

 

 

7 (Fraxinus excelsior L.) 



 

**********  **********  **********   

8  (Stachys  byzantina  C. 

Koch.) 


**********  **********  **********  **********   

 

1.Elə xarakterik növlərdir ki, yalnız bir assosiasiyada rast gəlinir (C assosiasiyası). 



2.  Elə  xarakterik  növlərdir  ki,  C  assosiasiyasının  qonşu  assosiasiyalarında  da  (B  və 

D) görünür.  

3. Elə xarakterik növlərdir ki, A assosiasiyasında görünür.  

4. C və B assosiasiyalarını A və D assosiasiyalarından ayıran növ.  

5,6. E və D, həmçinin A və B assosiasiyalarını qonşu assosiasiyalardan ayıran növlər.  

7. B, C və D assosiasiyaları təşkil edən növ. 

8. Müxtəlif məskən şəraitinə fərq qoymayan növ. 

Aparılan  statistik  analizlərin  nəticələrinin  əsasında  aşağıdakı  6  assosiasiya 

təyin  olundu.  Sütənçay  vadisində  nisbi  bitki  layihəsi  və  nisbi  sıxlıq  əsasında 

dominant növləri təyin olundu  və ona görə 6 formasiya seçildi. Vadinin bitkiliyinin 

təsnifatı aparıldı (Şəkil 1.). 

 



 

181 


 

 

 



Şək 1. Sütənçay vadisinin bitkiliyinin təsnifatı 

 

Tədqiqat ərazisi Witakerin metodunun əsasında  Meşə və Çəmən bitkiliyindən 



təşkil  olunmuşdur.  Bu  ərazi  ağaclıq,  kolluq,  kolcuqluq  və  otluq  tiplərinə  malikdir. 

Meşə  bitkiliyi  enliyarpaq  və  iynəyarpaq  meşələrdən  təşkil  olunmuşdur.  Çəmən 

bitkiliyidə bozqır və subalp çəmənliklərinə malikdir. Meşə bitkiliyi ağaclıq və kolluq 

tiplərindən  təşkil  olunmuşdur.  Çəmən  bitkiliyidə  kolcuqluq  və  otluq  tiplərinə 

malikdir.  

Tədqiqat  ərazisində  ağaclıq  ən  böyük  tipdir  və  bu  tip,  Carpinetea,  Quercetea 

və  Juniperetea  formasiyalarından  təşkil  olunmuşdur.  Ağaclıq  (meşə)  tipində  zahiri 

görünüş cəhətdən fanerofitlər üstünlük  təşkil  edir. Ərazinin  ikinci böyük tipi kolluq 

tipidir  ki  Paliuretea    formasiyasına  malikdir.  Kollar  ərazinin  aşağı  sərhədlərində, 

meşə  kənarlarında  və  meşə  tərkibində  geniş  yayılmışdır.  Onlar  meşələrdə  meşəaltı 

təbəqəsini əmələ gətirir.  

Otluq  və  kolcuqluq  tipləri,  müvafiq  olaraq,  Festucetea    Thymetea 

formasiyalarından təşkil olunmuşdur. 

Məntəqədə  çox  məhdudiyyət  və  problem  yaradan  amillərin  olmamasına  görə 

biomüxtəliflik  çoxdur  və  bu  əsasda  növlərin  arasında  olan  rəqabətin  miqdarı  onların 

fərdləri  arasındakı  rəqabətə  nisbətən  çoxdur.  Bu  rəqabət  əməldə  növlərin  ekoloji 

meydanını göstərir. 



 

182 


 

Bu  tədqiqatlar  əsasında  yüksəklik,  yamacın  cəhəti  və  yamacın  meyllik  faizi 

ərazinin  nisbətən  məhdudiyyət  yaradan  amillərindən  hesab  olunur,  belə  ki,  o, 

bitkilərin yayılmasında mühüm rol oynayır. O cümlədən, Paliuretum spina – christii 

assosiasiyası 630-920 m yüksəklikdə və Juniperetum foetidissima assosiasiyası 800-

1250 m yüksəklikdə müşahidə olunmuşdur. 

Ona görə bu iki assosiasiyanın xarakter növləri özünəməxsus yüksəklikdə bitir 

ki,  ondan  istər  aşağıda,  istərsə  də  yuxarıda  bu  növlər  itəcəkdir,  yəni  yüksəklik  bəzi 

növlərə məhdudiyyət yaradır.  

Növlərin bir miqdarına çətinlik yaradan digər bir amil də yamacın cəhətidir. Bu 

barədə yalnız şimal yamaclarında müşahidə edilən Taxus baccata növunə işarə etmək 

olar  ki,  orada  rütubətlilik  əmsalı  vahiddən  böyükdür.  Digər  mənada  bu  yerlərin 

torpağının  rəngi  qəhvəyidir  və  onlarda  temperatur  az,  rütubət  və  üzvi  maddənin 

miqdarı çoxdur. 

Palıd  və  ya  Quercetum  macranthera  assosiasiyanın  xarakterik  növləri  əsasən 

cənub  və  cənub-şərq  yamaclarında  rast  gəlinir.  Bu  assosiasiyanın  bəzi  hallarda  şərq 

və şimal-qərb yamaclarında da müşahidə olunması mümkündür. 

Vələs  və  ya  Carpinetum  betulus  assosiasiyası  və  onun  xarakterik  növlərinin 

əksəriyyəti  şimal  və  şimal-qərb  yamaclarında  yayılmışdır.  Vələs  növü  həmin 

yamaclarda  sıx  toplumlar  təşkil  edir,  yəni  bu  assosiasiya  temperatur  və  işıq  rejimi 

münasib olan rütubətli yerlərdə müşahidə olunur. Bu tədqiqatlar əsasında vələs növü 

müvafiq  yamaclarda  təmiz  formasiya  şəklində  rast  gəlinir.  Vələs  formasiyasının  bu 

yamaclarda  layihə  örtüyü  90%-dən  çoxdur  ki,  bu  da  gözəyarı  təyin  edilmişdir. 

Yamacın meyllik dərəcəsi bitkilərin  yayılmasında məhdudiyyət  yarada bilən ekoloji 

amillərdəndir.  Yuxarıda  qeyd  etmişdik  ki,  meyllik  dərəcəsi  65-85%-ə  bərabər  olan 

yamaclarda  göyrüş  (Fraxinus  excelsior)  növü  daha  çox  rast  gəlinir.  Hər  hansı  bir 

növün meydana çıxması, yayılması və itməsində yamacın rolu böyükdür. 

Tədqiqat  ərazisində  aşağıdan  yuxarıya  yüksəkliyin  artması  ilə  rütubət  və  ali 

maddənin  miqdarı  çoxalır  və  nəhayətdə  məskən  şəraiti  yaxşılaşır.  Ekoloji  amillər 

bəzən  bir-biri  ilə  mövqelərini  dəyişir.  Məsələn,  Fraxinus  excelsior  şimal 

istiqamətlərində, sərt yamaclarda (>70%) daha çox müşahidə olunur. 

 

ƏDƏBİYYAT 



 

1.

 



Haciyev  V.C.  Azərbaycanın  yüksək  dağlıq  bitkiliyinin  ekosistemi.  Baki:  Təhsil 

Eim, 2004, 130s. 

2.

 

Musayеv  M.Q.  Kür-Araz  оvalığındakı  şirin  su  hövzələrinin  flоra  və  bitkiliyinin 



müasir еkоlоji vəziyyəti: Biоl. еlm. nam. … dis. avtоrеf. Bakı, 2009, 20 s. 

3.

 



Qurbanov E.M. Ali bitkilərin sistematikası. Bakı, 2009, 420 s. 

4.

 



Səfərоv  A.R.  Kürəkçay  hövzəsinin  flоra  və  bitkiliyi,  оnun  təsərrüfat  əhəmiyyəti: 

Biоl. еlm. nam. … dis. avtоrеf. Bakı, 2003, 24 s.  

5.

 

Камелин  Р.В.  Флористический  анализ  естественной  флоры  горной  Средней 



Азии. Л.: Наука, 1973, 355 с.  

6.

 



Молдояров  А.М.  Растительность  бассейна  реки  Калба  и  её  хозяйственное 

значение. Фрунзе: АН Киргизской ССР, 1964, 205 с. 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə