Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə85/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   81   82   83   84   85   86   87   88   ...   266

 

172 


 

AZƏRBAYCANDA BECƏRİLƏN QARĞIDALI SORT VƏ HİBRİD 

XƏTLƏRİNİN KƏMİYYƏT GÖSTƏRİCİLƏRİNİN KORRELYATİV 

ANALİZİ 

 

H.R.Məmmədova  

Əkinçilik Elmi-Tədqiqat İnstitutu 

 

Məqalədə qarğıdalı bitkisinin 68 sort və hibrid xətlərinin kəmiyyət əlamətlərinə 



görə korrelyasiya əlaqələrinin təhlili göstərilmişdir. 

 

CORRELATIVE ANALYSES FOR QUANTITATIVE TRAITS OF 

VARIETIES AND HYBRID LINES OF CORNS. 

 

H.R.Mammadova  

Research Institute of Crop Husbandry 

 

The article were shown correlative analyses for quantitative traits of 68 varieties 



and hybrid lines of corns. 

 

UOT 633.1 



AMARANT XXI ƏSRİN BİTKİSİDİR 

 

E.B.ƏLİYEV, b.ü.f.d., C.M.TƏLAİ b.ü.f.d, dosent 

Azərbaycan KTN, Əkinçilik   Elmi-Tədqiqat İnstitutu, Bakı şəh., Pirşağı qəs.,  

Sovxoz 2,  

elxan-aliyev00@rambler.ru

 

 

 

 



Məqalədə amarant bitkisinin tarixi, mənşəyi, yayılma arealı, növləri, müxtəlif 

sahələrdə, o cümlədən kənd təsərrüfatında, təbabətdə, kosmetologiya, farmakologiya 

və  sairə  sahələrdə    bir  sıra  qiymətli  xüsusiyyətləri  ilə  bağlı  geniş  məlumatlar 

verilmişdir.  

 

Açar sözlər: amarant, zülal, yem, skvalen, becərmə, məhsul 



Ключевые слова: амарант, белок, корм, сквален, выращивание, урожай 

Key words: amaranth, protein,  forage,  squalus, cultivation,  crop 

 

 



Mövzunun aktuallığını  elmi  cəhətdən əsaslandırmamışdan öncə qeyd  edək ki, 

BMT-nin  ərzaq  komissiyasının  2014-cü  ildə  gəldiyi  yekdil  rəyinə  əsasən  qaratərə 

bitkisi  və  ya  pencər  (bundan  sonra  Amarant)  öz  qidalılıq  və  müalicəvi 

xüsusiyyətlərinə  görə  XXI  əsrin  bitkisi  kimi  qəbul  edilmişdir.  Bu  bitkiyə  göstərilən 

son  dərəcə    xüsusi  diqqət  və  verilən  belə  bir    yüksək  qiymət  ilk  növbədə    onun 

insanın həyat fəaliyyətinin ən müxtəlif sferalarında sayagəlməz müsbət xüsusiyyətləri 

və  eyni  zamanda  ətraf  mühit  və  ekologiyanın  sağlamlaşdırılmasında  əvəzedilməz 

bitki obyektlərindən, ən əsası isə Planetin  sürətlə artan əhalisinin yüksək keyfiyyətli 




 

173 


 

zülal  ilə  təmin  etməsi  imkanlarının  hədsiz  dərəcədə  geniş  spektra  malik  olması  ilə 

izah edilir. 

 

Vətəni  Meksika    ölkəsinin  ərazisi  də  daxil  olmaqla  Cənubi  və  Mərkəzi 



Amerika    hesab  edilən  amarant  qədim  yerli  hinduların,  asteklərin  və  inklərin 

qarğıdalıdan  sonra  bitki  mənşəli  qida  rasionunun  əsas  tərkib  hissəsini  təşkil  edirdi. 

Hindular  bu  bikinin  dənini  “Allahın  qızıl  dəni”,  “hindu  buğdası”  “inəklərin  çörəyi” 

adlandıraraq  onun  qidalılıq  və  müalicəvi  xüsusiyyətlərini  olduqca  yüksək 

qiymətləndirirdilər. 

 

Amarant özünün ikinci doğum tarixini XX əsirdə, ABŞ alimlərinin bu bitkinin  



dəyərli  xüsusiyyətlərinə  yetirdikləri  diqqətdən  sonra  əldə  etdi  və  hazırda  dünyanın  

yüzlərlə  elmi-tədqiqat  institutları  bu  qədim  bitkinin  dirçəlişi  ilə  bağlı  müxtəlif 

səpgidə müasir səviyyəli ciddi tədqiqat işləri aparırlar.  

 

Son  dərəcə  qiymətli  dənli,  tərəvəz,  yem,  texniki  və  bəzək  bitkisi  olan 



Amarantın  botaniki  adı  yunan  sözü-amarontos,  yəni  solmayan  çiçək  sözündən 

götürülüb. Qış fəsli üçün qurudulmuş çiçəkləri 3-4 ay  müddətində solmayaraq ilkin 

formasını saxlaya bilmək qabiliyyətinə görə onu haqlı olaraq el içində “insanların qış 

dostu”  adlandırmışlar.  Bir  qayda  olaraq  amarant  birillik,  birevli,  amarantkimilər 

fəsiləsinə aid olan bitkidir.  Bitkinin hündürlüyü 2-3 metrə, gövdəsinin  diametri 8-10 

sm,  kütləsi  isə  3-5  kiloqramdan  30  kq-aqədər  çatır.  Süpürgəsi  müxtəlif  forma  və 

sıxlıqda  olub,  uzunluğu  1,5  m,  dəni  xırda,  rəngi  ağ,  çəhrayı,  qəhvəyi,  qara,  lak 

parıltılı çalarlara malik  olur. Süpürgədə 0,5 kq-a qədər dən əmələ  gəlir. 1000 dənin 

kütləsi 0,6-0,9 qram arasında olur.Yetişmiş halda bitkinin yarpaqlarının sayı 500 dən-

1000-ə qədər çatır, 1m

2  

torpaqda  yarpaqlar bir neçə yaruslar üzrə yerləşirlər ki, bu da 



ümumi  yarpaq  səthinin  6-10  dəfə  çox  olmasına  dəlalət  edir.  Amarant  bitkisi  C

4

 



fotosintetik  tip  xüsusiyyətinə  malik  olduğundan  o  qısa  müddət  ərzində  lazımi  qida 

mühitində  çox böyük biokütlə toplamaq  (2000 s /ha) qabiliyyətinə malikdir.  İqtisadi 

səmərəlilik baxımından rəsmi hesablamalar göstərir ki, bu həcmdə yaşıl kütlə əmələ 

gətirən amarant bitkisinin 1 hektar  əkin sahəsindən müxtəlif təyinatlı istiqamətlərdə 

istifadəsindən 37500 ABŞ dollarında xalis gəlir götürmək mümkündür.

 

 



Amarantın ilk yaranma mənşəyi Cənubi Amerika olduğundan bu ərazidə onun 

çoxlu  sayda  növ  və  növmüxtəlifliyinə  təsadüf  edilir.  Sonralar  o,  Şimali  Amerikaya,  

Hindistana və digər ərazilərə  gətirilmiş və beləliklə də  bitkinin ikinci yaranma ocağı  

və formaəmələgəlmə mərkəzi Şimali Hindistan və Çin ölkələrinin əraziləri sayılır ki, 

hazırda bu regionlarda amarantın bir çox növ və növmüxtəlifliyi geniş yayılmışdır.  

 

Avropaya  bu  bitki  ispanlar  tərəfindən  gətirilmiş,  ilk  vaxtlar  bəzək  bitkiləri 



kimi,  XVIII  əsrdən  başlayaraq  yem  və  yarma  istehsalı  üçün  becərilirdi.    Hazırda 

dünya  üzrə  onun  65  cinsi,  900-ə  qədər  növü  məlumdur  ki,  onlardan  17  növü 

Rusiyada, 9-u isə Azərbaycan ərazisində yayılmışdır. Respublikamızda amarantın  ən 

çox  yayılan  növləri-  qırmızıbaldır  qaratərə  (Amaranthus  blitum),  quyruqlu 

qaratərə (Amaranthuscaudatus L.),  göyümtül  qaratərə (Amaranthus  lividus L.), 

süpürgəvarı  qaratərə (Amaranthus  paniculatus),  geriqatlanan  qaratərə (Amaranthus 



retroflexus L.), üçrəng qaratərə (Amaranthus tricolor L.) və digər 3 növ-Amaranthus 

hybridus,Amaranthus spinosus,  Amaranthus viridis-dir. 


Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə