172
AZƏRBAYCANDA BECƏRİLƏN QARĞIDALI SORT VƏ HİBRİD
XƏTLƏRİNİN KƏMİYYƏT GÖSTƏRİCİLƏRİNİN KORRELYATİV
ANALİZİ
H.R.Məmmədova
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
Məqalədə qarğıdalı bitkisinin 68 sort və hibrid xətlərinin kəmiyyət əlamətlərinə
görə korrelyasiya əlaqələrinin təhlili göstərilmişdir.
CORRELATIVE ANALYSES FOR QUANTITATIVE TRAITS OF
VARIETIES AND HYBRID LINES OF CORNS.
H.R.Mammadova
Research Institute of Crop Husbandry
The article were shown correlative analyses for quantitative traits of 68 varieties
and hybrid lines of corns.
UOT 633.1
AMARANT XXI ƏSRİN BİTKİSİDİR
E.B.ƏLİYEV, b.ü.f.d., C.M.TƏLAİ b.ü.f.d, dosent
Azərbaycan KTN, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bakı şəh., Pirşağı qəs.,
Sovxoz 2,
elxan-aliyev00@rambler.ru
Məqalədə amarant bitkisinin tarixi, mənşəyi, yayılma arealı, növləri, müxtəlif
sahələrdə, o cümlədən kənd təsərrüfatında, təbabətdə, kosmetologiya, farmakologiya
və sairə sahələrdə bir sıra qiymətli xüsusiyyətləri ilə bağlı geniş məlumatlar
verilmişdir.
Açar sözlər: amarant, zülal, yem, skvalen, becərmə, məhsul
Ключевые слова: амарант, белок, корм, сквален, выращивание, урожай
Key words: amaranth, protein, forage, squalus, cultivation, crop
Mövzunun aktuallığını elmi cəhətdən əsaslandırmamışdan öncə qeyd edək ki,
BMT-nin ərzaq komissiyasının 2014-cü ildə gəldiyi yekdil rəyinə əsasən qaratərə
bitkisi və ya pencər (bundan sonra Amarant) öz qidalılıq və müalicəvi
xüsusiyyətlərinə görə XXI əsrin bitkisi kimi qəbul edilmişdir. Bu bitkiyə göstərilən
son dərəcə xüsusi diqqət və verilən belə bir yüksək qiymət ilk növbədə onun
insanın həyat fəaliyyətinin ən müxtəlif sferalarında sayagəlməz müsbət xüsusiyyətləri
və eyni zamanda ətraf mühit və ekologiyanın sağlamlaşdırılmasında əvəzedilməz
bitki obyektlərindən, ən əsası isə Planetin sürətlə artan əhalisinin yüksək keyfiyyətli
173
zülal ilə təmin etməsi imkanlarının hədsiz dərəcədə geniş spektra malik olması ilə
izah edilir.
Vətəni Meksika ölkəsinin ərazisi də daxil olmaqla Cənubi və Mərkəzi
Amerika hesab edilən amarant qədim yerli hinduların, asteklərin və inklərin
qarğıdalıdan sonra bitki mənşəli qida rasionunun əsas tərkib hissəsini təşkil edirdi.
Hindular bu bikinin dənini “Allahın qızıl dəni”, “hindu buğdası” “inəklərin çörəyi”
adlandıraraq onun qidalılıq və müalicəvi xüsusiyyətlərini olduqca yüksək
qiymətləndirirdilər.
Amarant özünün ikinci doğum tarixini XX əsirdə, ABŞ alimlərinin bu bitkinin
dəyərli xüsusiyyətlərinə yetirdikləri diqqətdən sonra əldə etdi və hazırda dünyanın
yüzlərlə elmi-tədqiqat institutları bu qədim bitkinin dirçəlişi ilə bağlı müxtəlif
səpgidə müasir səviyyəli ciddi tədqiqat işləri aparırlar.
Son dərəcə qiymətli dənli, tərəvəz, yem, texniki və bəzək bitkisi olan
Amarantın botaniki adı yunan sözü-amarontos, yəni solmayan çiçək sözündən
götürülüb. Qış fəsli üçün qurudulmuş çiçəkləri 3-4 ay müddətində solmayaraq ilkin
formasını saxlaya bilmək qabiliyyətinə görə onu haqlı olaraq el içində “insanların qış
dostu” adlandırmışlar. Bir qayda olaraq amarant birillik, birevli, amarantkimilər
fəsiləsinə aid olan bitkidir. Bitkinin hündürlüyü 2-3 metrə, gövdəsinin diametri 8-10
sm, kütləsi isə 3-5 kiloqramdan 30 kq-aqədər çatır. Süpürgəsi müxtəlif forma və
sıxlıqda olub, uzunluğu 1,5 m, dəni xırda, rəngi ağ, çəhrayı, qəhvəyi, qara, lak
parıltılı çalarlara malik olur. Süpürgədə 0,5 kq-a qədər dən əmələ gəlir. 1000 dənin
kütləsi 0,6-0,9 qram arasında olur.Yetişmiş halda bitkinin yarpaqlarının sayı 500 dən-
1000-ə qədər çatır, 1m
2
torpaqda yarpaqlar bir neçə yaruslar üzrə yerləşirlər ki, bu da
ümumi yarpaq səthinin 6-10 dəfə çox olmasına dəlalət edir. Amarant bitkisi C
4
fotosintetik tip xüsusiyyətinə malik olduğundan o qısa müddət ərzində lazımi qida
mühitində çox böyük biokütlə toplamaq (2000 s /ha) qabiliyyətinə malikdir. İqtisadi
səmərəlilik baxımından rəsmi hesablamalar göstərir ki, bu həcmdə yaşıl kütlə əmələ
gətirən amarant bitkisinin 1 hektar əkin sahəsindən müxtəlif təyinatlı istiqamətlərdə
istifadəsindən 37500 ABŞ dollarında xalis gəlir götürmək mümkündür.
Amarantın ilk yaranma mənşəyi Cənubi Amerika olduğundan bu ərazidə onun
çoxlu sayda növ və növmüxtəlifliyinə təsadüf edilir. Sonralar o, Şimali Amerikaya,
Hindistana və digər ərazilərə gətirilmiş və beləliklə də bitkinin ikinci yaranma ocağı
və formaəmələgəlmə mərkəzi Şimali Hindistan və Çin ölkələrinin əraziləri sayılır ki,
hazırda bu regionlarda amarantın bir çox növ və növmüxtəlifliyi geniş yayılmışdır.
Avropaya bu bitki ispanlar tərəfindən gətirilmiş, ilk vaxtlar bəzək bitkiləri
kimi, XVIII əsrdən başlayaraq yem və yarma istehsalı üçün becərilirdi. Hazırda
dünya üzrə onun 65 cinsi, 900-ə qədər növü məlumdur ki, onlardan 17 növü
Rusiyada, 9-u isə Azərbaycan ərazisində yayılmışdır. Respublikamızda amarantın ən
çox yayılan növləri- qırmızıbaldır qaratərə (Amaranthus blitum), quyruqlu
qaratərə (Amaranthuscaudatus L.), göyümtül qaratərə (Amaranthus lividus L.),
süpürgəvarı qaratərə (Amaranthus paniculatus), geriqatlanan qaratərə (Amaranthus
retroflexus L.), üçrəng qaratərə (
Amaranthus tricolor L.) və digər 3 növ-
Amaranthus
hybridus,
Amaranthus spinosus,
Amaranthus viridis-dir.