164
istehsal edən RAPD, SSR və AFLP kimi markerlər təbii populyasiyalardakı
variasiyanı təxmini olaraq təmsil edəcək genetik resursların yaradılmasında mühüm
rol oynayır [25; 26; 27; 28; 29].
Ölkəmizdə yayılmış bitki nümunələrinin qorunması, saxlanması və istifadəsinə
son illərdə maraq daha da artmışdır. Bu məqsədlə, AMEA Genetik Ehtiyatlar
İnstitutu və onun tərkibində Cənubi Qafqazda ilk dəfə olaraq genbank yaradılmışdır.
Bu genbankda 8000-ə yaxın bitki nümunəsi qorunub saxlanılır ki, onunda 1283
nümunəsi buğda bitkisinə aiddir. Genbankda qorunub saxlanılan nümunələrin genetik
identifikasiya edilərək pasportlaşdırılması və onlardan seleksiyada düzgün istifadə
edilməsi günün aktual məsələsinə çevrilmişdir. İlk dəfə olaraq, bu məqsədlə,
respublikamızda yayılmış diploid və tetraploid buğda növlərinin RAPD DNT
markerlərilə identifikasiyası həyata keçirilmişdir. 196 diploid buğdanın
(T.monococcum, T.urartu, T.boeoticum) molekulyar genetik üsullarla duza
davamlılıq genlərinə görə skrininqi zamanı Nax1 və Nax2 davamlılıq genlərinin
diploid buğdalardan yalnız T.monococcum və T.boeoticum-da olduğu müəyyən
edilmişdir.
Gen
ekspresiyası
analizi
isə
bu
genlərin
yalnız
duza
davamlı T.monococcum növünə aid nümunələrdə ekspresiya olunduğunu aşkar
etmişdir.
Fraqment analizi nəticəsində, ilk dəfə olaraq, Azərbaycan mənşəli yumşaq
buğda növmüxtəlifliklərində (T.aestivum v. erythrospermum, T.aestivum v. albidum,
T.aestivum v. meridionale, T.aestivum v. lutescens) və sortlarında (Əkinçi 84,
Günəşli, Mirbəşir 128) gövdə pasına davamlılıq geni (Sr31) aşkarlanmışdır. Aparılan
molekulyar skrininq nəticəsində yumşaq buğdanın Qrekum 75/50, Arzu, Zərdabi,
Gürgənə-1, Mirbəşir 128, Əkinçi 84, Günəşli və Yeganə sortlarında sarı və qonur
pasa davamlılığı təmin edən ilişikli Yr18/Lr34 genləri tapılmışdır.
Fransa alimləri ilə birgə aparılan tədqiqatlar zamanı Qazaxıstan mənşəli yabanı
ərik genotiplərinin şarka xəstəliyinə davamlılıq geni ilə ilişikli olan bir mikrosatelit
markeri ilə skrininqi nəticəsində bu xəstəliyə davamlı olan yeni nümunələr aşkar
olunmuşdur.
İlkin molekulyar-genetik tədqiqatlar kimi, buğda, mərcimək və üzüm
kolleksiyasında RAPD və SSR markerlərdən istifadə etməklə, genetik müxtəliflik və
genetik oxşarlıq dərəcəsi tədqiq olunmuşdur. Öyrənilən buğda, mərcimək və üzüm
kolleksiyasında yüksək genetik müxtəliflik dərəcəsinin olması təyin edilmişdir.
İlk dəfə olaraq Azərbaycanın müxtəlif rayonlarından toplanmış noxud
genotipləri üzərində biomorfoloji, RAPD, ISSR və ən perspektivli markerlərdən
hesab olunan SSR marker analizləri kompleks şəkildə aparılmış və nəticədə
nümunələr arasında yüksək polimorfizm dərəcəsi aşkar edilmişdir. Genotiplər
arasındakı genetik məsafə və genetik oxşarlıq əmsalları əsasında genotiplərin genetik
qohumluq dərəcəsi müəyyən edilmişdir. UBC 880 ISSR praymeri ilə yalnız quraqlığa
davamlı genotiplərdə 630 n.c. uzunluğunda bir spesifik amplikonun sintezi müəyyən
olunmuşdur. Bundan əlavə, ilk dəfə olaraq, tolerantlıq indeksləri və müxtəlif
məhsuldarlıq elementləri əsasında yerli noxud genotiplərinin quraqlığa davamlılığı
statistik metodların köməyi ilə tədqiq edilmiş və 62 genotip arasında 35,5%
quraqlığadavamlı genotiplər aşkar edilmişdir.
165
Noxud genotipləri arasında 11 RAPD marker ilə cəmi 77 amplikon sintez
edilmiş və onlardan 76 amplikon, 8 ISSR markerlə isə 42 amplikon sintez edilmiş və
onlardan 32 amplikon polimorf olmuşdur. Ən çox amplikon sayı OPA 19 (12 ədəd)
praymeri və UBC 810 (8 ədəd), ən az amplikon sayı isə OPG 14 (3 ədəd) və UBC
873, UBC 809 (3 ədəd) praymerləri vasitəsilə sintez edilmişdir. Genetik Oxşarlıq
İndeksi əsasında genotiplər 12 qrupa ayrılmış və genotiplərin GMİ orta qiyməti isə
0.85-ə bərabərdir. Lakin ISSR markeri ilə müəyyən olunmuş GOİ və GMİ əsasında
genotiplər 8 klasterdə qruplaşmışdır. UBC 880 praymeri ilə yalnız quraqlığa davamlı
genotiplərdə (Flip 00-19, Flip 97-32, Flip 97-81, Masallı 30, Flip 22-04, Şamaxı 25,
Ağdaş 18, Flip 03-27, Flip 04-38, Flip 97-24) 630 n.c. uzunluğunda bir spesifik
amplikon sintez olunmuşdur ki, ondan genotiplərin quraqlığa davamlılığının
skrininqində və ya daha spesifik SCAR marker hazırlanmasında istifadə oluna bilər
[30; 31].
Genetik Ehtiyatlar İnstitutugenofond kolleksiyalarında cəmlənmiş subtropik və
giləmeyvə bitkilərinin 400-dən artıq sort və formalarının bioloji xüsusiyyətləri və
təsərrüfat göstəriciləri müqayisəli şəkildə tədqiq edilərək qiymətləndirilmişdir.
Müsbət bioloji-təsərrüfat göstəricilərinə malik sort və formalar müəyyənləşdirilmiş
və təsərrüfatlarda istifadə üçün tövsiyə edilmişdir.
Molekulyar markerlərin dayanıqlılıq seleksiyasında istifadəsi.
Dayanıqlılıq, xəstəlik və zərərverici orqanizmin çoxalma və inkişafının bitki
tərəfindən maneə törətməsidir. Bitkinin xəstəlik və zərərverici orqanizmə qarşı
davamlılığı zəif, orta və yüksək dərəcədə qiymətləndirilir. Bitki yüksək dərəcədə
davamlı olduqda patogen heç inkişaf etmir və ya çox zəif inkişaf edir, orta və zəif
davamlılıqda isə xəstəlik və zərərverici müəyyən dərəcədə inkişaf edir. Buna qarşı
həssas bitkidə davamlılığın tam əksi baş verir. Belə vəziyyətdə xəstəlik və zərərverici
orqanizmin tamamilə çoxalmasına və yüksək infeksiyası nəticəsində bitkilərin məhv
olmasına səbəb olur.
Davamlılıq seleksiyasında molekulyar markerlər: a) dayanıqlılıq geni ilə
əlaqəli marker yaradılmış və ya gen klonlanmış: b) dayanıqlılıq geni ilə əlaqədar
marker yaradılmamış və ya gen klonlanmamış olduqda tətbiqdə fərqliliklər göstərir.
Dayanıqlılıq geni ilə əlaqədar molekulyar marker və ya markerlərin öncədən
yaradılması və ya genin klonlanması davamlılıq seleksiya işlərini asanlaşdırır.
Araşdırılan dayanıqlılıq geni ilə əlaqədar marker və ya genə xas praymerlərdən
istifadə edərək valideynlər və seleksiya nəticəsində əldə olunan fərdlər (F
1,
F
2
və s.)
şitil dönəmində PCR ilə tez və etibarlı şəkildə müəyyənləşdirilir. Molekulyar
markerlərin bu kimi tətbiqləri seleksiya işlərində, Marker Yardımçı Seleksiya (MAS)
olaraq adlandırılır [13; 17; 22; 29]. MAS-dan istifadə edilərək dayanıqlı fərdlər tez
bir zamanda təyin olunduğu üçün seleksiya işlərinə böyük bir təkan verir və yalnız
seçilmiş fərdlə tədqiqat işləri davam etdirilir. Molekulyar markerlərin bir başqa tətbiq
sahəsi isə öyrənilən dayanıqlılıq geni ilə əlaqədar markerlərin olmadığı və ya genin
klonlanmadığı hallarda müraciət olunur. Belə hallarda, öncə davamlılıq geni ilə
əlaqədar molekulyar marker yaradılır və gen xəritələnir. Bunun üçün seleksiya
metodlarından istifadə edərək F
2
, BC və rekombinant inbred xətlər yaradılır. Daha
sonra molekulyar markerlərdən istifadə edərək gen ilə əlaqəli molekulayr marker və