156
THE AGROBIOLOGICAL INDICATORS OF NEW SAMPLES OF HYBRID
ORIGIN OF CLUB WHEATS (T.compactum Host.)
Kh.N.Rustamov
Genetic Resources Institute of ANAS; Azerbaijan Research Institute of Crop
Husbandry
The article highlights the results to the study of new samples T.compactum
Host., selected from breeding material – induced hybrids in Terter ZES Research
Institute of Crop Husbandry. Of the eight founders – compact hybrids were selected
70 samples T.compactum, included in the different taxonomic groups (subconvar.
rigidicompactum; subconvar. roshanum; convar.compactum). Identified 20 varieties
of club wheats, as well as new (var. nova) – not specified in the wheat classifiers. It
was found, that the obtained genotypes differ sharply in form and color of the ear, on
the way of life, time of earing, plant height, resistance to yellow rust and crop yields.
New samples T.compactum after studying and reproduction seeds were transferred to
the National gene bank.
UOT 635.652/.654
ƏRZAQ PAXLALILARININ SELEKSİYASININ PRİORİTET
İSTİQAMƏTLƏRİ
A.İ.ƏSƏDOVA, E.B.RƏFİYEV
AMEA Genetik Ehtiyatlar İnstitutu, AZ1106, Azadlıq pr., 155, Bakı, Azərbaycan
almas58@box.az
Məqalədə çoxillik təcrübi tədqiqatların nəticəsi olaraq tərəvəz və dən lobyaları
üzrə yeni nəsil sortların yaradılmasından bəhs olunur.
Açar sözlər: lobya, seleksiya, ilkin material, sort
Ключевые слова: фасоль, селекция, исходный материал, сорт
Keywords: haricot bean, selection, initial material, variety
Ərzaq paxlası insan qidasının qiymətli komponentlərindəndir. Bunlar yüksək
zülallı dietik ərzaq, karbohidrat, mineral duzlar (kalium, kalsium, maqnezium) və
vitaminlərlə zəngindir. Ərzaq paxlalılarının bioloji qiymətliliyi zülalın tərkibindəki
amin turşularının qida baxımından ideal olmasıdır. Digər tərəfdən bu paxlalılar
atmosfer azotunu fiksasiya etməklə torpağın texnogen yükünü azaldır. İndi dünya
bazarlarında ərzaq paxlalılarının tərəvəz sortlarına üstünlük verilir. Dənli
paxlalıların 22 növünün ən çox 4 növündən; əkin göy noxudu, adi lobya, paxla və
vignadan tərəvəz məqsədi ilə istifadə olunur. Hazırda soya və noxudun tərəvəz
məqsədi ilə istifadə olunması imkanları araşdırılır. Tərəvəz paxlalılarının universal
xüsusiyyətlərini təyin etmək çətindir. Vigna, lobya və əkin göy noxudunun şəkərli
157
sortlarının mühüm xüsusiyyətləri paxlalarında perqament qatının olmaması və bunun
nəticəsində yetişmə fazasında paxlalarının zərif olmasıdır. Əsasən, bu cür paxlalarda
tikiş saplarının yumşaq olması böyük əhəmiyyət kəsb edir. Bu xarakterlərinə görə
vigna, adi lobya, hətta şəkərli əkin göy noxudunun yaşıl paxlaları texniki yetişmə
fazasında istifadə olunur. Digər tərəfdən bu xüsusiyyətlər tərəvəz paxlaları üçün heç
də qəbul edilmiş əsas göstərici deyil. Dənlərinin iri olması da mühüm amillərdəndir.
Bu paxlaların yeganə bir universal xüsusiyyəti onların konserv istehsalı üçün yararlı
olması hesab edilir. Lakin buna baxmayaraq eyni zamanda hər bir növ özünəməxsus
bioloji, morfoloji, anatomik və biokimyəvi xüsusiyyətlərə malikdir.
Paxlalı bitkilərin genetik müxtəlifliyi ərzaq təhlükəsizliyinin təmin olunmasında
və kənd təsərrüfatının davamlı inkişafında mühüm əhəmiyyət kəsb edir. Onların
genotiplərinin kompleks morfofizoloji əlamətlərə, məhsuldarlığa, dənin keyfiyyətinə
və aqroekoloji şəraitə uyğunlaşmasına görə seçılməsi və yeni sortların yaradılması
problem olaraq qalır. Hazırki minillikdə biz iqlimin qlobal və lokal dəyişkənliyinin
və istiləşmənin şahidi oluruq. Böyük ərazilər, dövrü dəyişgənliyin nəticəsində
quraqlaşır. Bu səbəbdən də əkinçiliyin qarşısında quraqlığa davamlı bitkilərin
becərilmə areallarının genişləndirilməsi kimi bir vəzifə durur. Bu bitkilərə ərzaq
paxlalılardan noxudu və lərgəni göstərmək olar. Ərzaq paxlalılarına olan tələbatın
hələ də ölkədaxili istehsalın hesabına ödənilməməsi halında bu bitkilərin becərilmə
areallarının genişləndirilməsi tələb olunur. Hazırda respublikada məhsuldarlığın
artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsinin real əsası torpaq-iqlim
şəraitinə uyğun yeni sortların yaradılmasıdır. Bunun həlli isə ərzaq paxlalılarının
kompleks əlamətlərlə səciyyələnən yüksək, davamlı, məhsuldar və keyfiyyətli
sortlarının yaradılmasının elmi əsaslarla işlənib hazırlanmasıdır. Bunlar öz genetik
potensialarını respublikanın mürəkkəb torpaq-iqlim şəraitində səmərəli realizə etmək
qabiliyyətinə malik olmalıdır. Bitkilərin morfofizoloji və təsərrüfat qiymətli
əlamətləri, kəmiyyət və keyfiyyət göstəriciləri arasındakı korrelyasiya əlaqələrini
müəyyən etməklə oların yaxşılaşdırılması imkanlarının öyrənilməsi mühüm
şərtlərdəndir. Məhsuldarlıq elementlərinin formalaşması və onların bir-birini
tamamlaması ilə bu bitki nümunələrinin işlənib hazırlanmış optimal morfotipləri
əsasında yaradılmış sortlar, ekoloji şəraitə uyğunlaşmaqla məhsuldarlığın maksimum
reallaşmasına da şərait yaradır.
Lobya bitkisi timsalında yüksək məhsuldar sortun morfotip modelinin işlənib
hazırlanması və onlardan seleksiyada istifadə etməklə yeni sortların yaradılmasını
müəyyən edərək ərzaq paxlalılarının prioritet istiqamətləri öyrənilmişdir. Lobya
dünyanın böyük hissəsində əsas tərəvəz bitkisidir. Dünya əkinçiliyində lobya ərzaq
paxlalıları içərisində dominant yerlərdən birini tutur və daha çox polimorfizm
əlamətləri ilə seçilir. Əsasən də ən çox müxtəliflik lobya toxumunun rəng, forma və
ölçüsündədir. Becərilməsi baxımdan Asiya ölkələri aparıcıdır. Çin, İndoneziya və
Türkiyə öndə durur. Asiya dünya əkin sahəsinin 72,7%-ni təşkil edir. FAO-nun
məlumatına görə 2010-cu ildə lobyanın əkin sahəsi dünyada 1 mln. 495 min hektar
olmuşdur. Bu göstərici ildən-ilə artır. Lobya tərəvəz və dən almaq məqsədi ilə
becərir. İstər tərəvəz, istərsə də dən lobyalarının özünə məxsus sortları mövcuddur.
Lobyanın tərəvəz sortlarından ən yaxşısı şəkərli və yarımşəkərli sortlar hesab olunur.