180
Cədvəl 1.
Müxtəlif assosiasiyalarda xarakter növlərin yayılması (fidellik)
Assosiasiyalar
Növlər
A
(Otluq
Assosiasiya-
ları)
B
(Querce
tum macran
thera)
C
(Carpin
etum
betulus)
D
(Juniper
etum foetidis
sima)
E
(Paliur
etum spina-
christii)
1 (Taxus baccata L. )
**********
2 (Cornus mass L.)
…………… ********** ……………
3 (
Acer campestre L.)
.................... **********
4
(Celtis
caucasica
Willd.)
********** **********
5 (Jasminum fruticans)
********** **********
6 (Veronica ceratocarpa) ********** **********
7 (Fraxinus excelsior L.)
********** ********** **********
8 (Stachys byzantina C.
Koch.)
********** ********** ********** **********
1.Elə xarakterik növlərdir ki, yalnız bir assosiasiyada rast gəlinir (C assosiasiyası).
2. Elə xarakterik növlərdir ki, C assosiasiyasının qonşu assosiasiyalarında da (B və
D) görünür.
3. Elə xarakterik növlərdir ki, A assosiasiyasında görünür.
4. C və B assosiasiyalarını A və D assosiasiyalarından ayıran növ.
5,6. E və D, həmçinin A və B assosiasiyalarını qonşu assosiasiyalardan ayıran növlər.
7. B, C və D assosiasiyaları təşkil edən növ.
8. Müxtəlif məskən şəraitinə fərq qoymayan növ.
Aparılan statistik analizlərin nəticələrinin əsasında aşağıdakı 6 assosiasiya
təyin olundu. Sütənçay vadisində nisbi bitki layihəsi və nisbi sıxlıq əsasında
dominant növləri təyin olundu və ona görə 6 formasiya seçildi. Vadinin bitkiliyinin
təsnifatı aparıldı (Şəkil 1.).
181
Şək 1. Sütənçay vadisinin bitkiliyinin təsnifatı
Tədqiqat ərazisi Witakerin metodunun əsasında Meşə və Çəmən bitkiliyindən
təşkil olunmuşdur. Bu ərazi ağaclıq, kolluq, kolcuqluq və otluq tiplərinə malikdir.
Meşə bitkiliyi enliyarpaq və iynəyarpaq meşələrdən təşkil olunmuşdur. Çəmən
bitkiliyidə bozqır və subalp çəmənliklərinə malikdir. Meşə bitkiliyi ağaclıq və kolluq
tiplərindən təşkil olunmuşdur. Çəmən bitkiliyidə kolcuqluq və otluq tiplərinə
malikdir.
Tədqiqat ərazisində ağaclıq ən böyük tipdir və bu tip, Carpinetea, Quercetea
və Juniperetea formasiyalarından təşkil olunmuşdur. Ağaclıq (meşə) tipində zahiri
görünüş cəhətdən fanerofitlər üstünlük təşkil edir. Ərazinin ikinci böyük tipi kolluq
tipidir ki Paliuretea formasiyasına malikdir. Kollar ərazinin aşağı sərhədlərində,
meşə kənarlarında və meşə tərkibində geniş yayılmışdır. Onlar meşələrdə meşəaltı
təbəqəsini əmələ gətirir.
Otluq və kolcuqluq tipləri, müvafiq olaraq, Festucetea və Thymetea
formasiyalarından təşkil olunmuşdur.
Məntəqədə çox məhdudiyyət və problem yaradan amillərin olmamasına görə
biomüxtəliflik çoxdur və bu əsasda növlərin arasında olan rəqabətin miqdarı onların
fərdləri arasındakı rəqabətə nisbətən çoxdur. Bu rəqabət əməldə növlərin ekoloji
meydanını göstərir.
182
Bu tədqiqatlar əsasında yüksəklik, yamacın cəhəti və yamacın meyllik faizi
ərazinin nisbətən məhdudiyyət yaradan amillərindən hesab olunur, belə ki, o,
bitkilərin yayılmasında mühüm rol oynayır. O cümlədən, Paliuretum spina – christii
assosiasiyası 630-920 m yüksəklikdə və Juniperetum foetidissima assosiasiyası 800-
1250 m yüksəklikdə müşahidə olunmuşdur.
Ona görə bu iki assosiasiyanın xarakter növləri özünəməxsus yüksəklikdə bitir
ki, ondan istər aşağıda, istərsə də yuxarıda bu növlər itəcəkdir, yəni yüksəklik bəzi
növlərə məhdudiyyət yaradır.
Növlərin bir miqdarına çətinlik yaradan digər bir amil də yamacın cəhətidir. Bu
barədə yalnız şimal yamaclarında müşahidə edilən Taxus baccata növunə işarə etmək
olar ki, orada rütubətlilik əmsalı vahiddən böyükdür. Digər mənada bu yerlərin
torpağının rəngi qəhvəyidir və onlarda temperatur az, rütubət və üzvi maddənin
miqdarı çoxdur.
Palıd və ya Quercetum macranthera assosiasiyanın xarakterik növləri əsasən
cənub və cənub-şərq yamaclarında rast gəlinir. Bu assosiasiyanın bəzi hallarda şərq
və şimal-qərb yamaclarında da müşahidə olunması mümkündür.
Vələs və ya Carpinetum betulus assosiasiyası və onun xarakterik növlərinin
əksəriyyəti şimal və şimal-qərb yamaclarında yayılmışdır. Vələs növü həmin
yamaclarda sıx toplumlar təşkil edir, yəni bu assosiasiya temperatur və işıq rejimi
münasib olan rütubətli yerlərdə müşahidə olunur. Bu tədqiqatlar əsasında vələs növü
müvafiq yamaclarda təmiz formasiya şəklində rast gəlinir. Vələs formasiyasının bu
yamaclarda layihə örtüyü 90%-dən çoxdur ki, bu da gözəyarı təyin edilmişdir.
Yamacın meyllik dərəcəsi bitkilərin yayılmasında məhdudiyyət yarada bilən ekoloji
amillərdəndir. Yuxarıda qeyd etmişdik ki, meyllik dərəcəsi 65-85%-ə bərabər olan
yamaclarda göyrüş (Fraxinus excelsior) növü daha çox rast gəlinir. Hər hansı bir
növün meydana çıxması, yayılması və itməsində yamacın rolu böyükdür.
Tədqiqat ərazisində aşağıdan yuxarıya yüksəkliyin artması ilə rütubət və ali
maddənin miqdarı çoxalır və nəhayətdə məskən şəraiti yaxşılaşır. Ekoloji amillər
bəzən bir-biri ilə mövqelərini dəyişir. Məsələn, Fraxinus excelsior şimal
istiqamətlərində, sərt yamaclarda (>70%) daha çox müşahidə olunur.
ƏDƏBİYYAT
1.
Haciyev V.C. Azərbaycanın yüksək dağlıq bitkiliyinin ekosistemi. Baki: Təhsil
Eim, 2004, 130s.
2.
Musayеv M.Q. Kür-Araz оvalığındakı şirin su hövzələrinin flоra və bitkiliyinin
müasir еkоlоji vəziyyəti: Biоl. еlm. nam. … dis. avtоrеf. Bakı, 2009, 20 s.
3.
Qurbanov E.M. Ali bitkilərin sistematikası. Bakı, 2009, 420 s.
4.
Səfərоv A.R. Kürəkçay hövzəsinin flоra və bitkiliyi, оnun təsərrüfat əhəmiyyəti:
Biоl. еlm. nam. … dis. avtоrеf. Bakı, 2003, 24 s.
5.
Камелин Р.В. Флористический анализ естественной флоры горной Средней
Азии. Л.: Наука, 1973, 355 с.
6.
Молдояров А.М. Растительность бассейна реки Калба и её хозяйственное
значение. Фрунзе: АН Киргизской ССР, 1964, 205 с.