Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə88/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   84   85   86   87   88   89   90   91   ...   266

 

178 


 

Research Institute of Crop Husbandry, Ministry of Agriculture of Azerbaijan  

 

 

In present article the extensive information on history, distribution area, origin, 



species,  some  useful  properties  of  an  amaranth  plant  in  different  areas,  including 

agriculture, medicine, to cosmetology, pharmacology, etc have given.  

 

UOT 581.9. 

 

SÜTƏNÇAY VADİSİNİN  BİTKİLİYİNİN TƏSNİFATI 

 (Şərqi Azərbaycan İran) 

 

T.E.GAJOTİ



1

, A.T. MƏMMƏDOV

2

 

1- Şərqi Azərbaycan (İran) Kənd Təsərrüfatı Təbii Ehtiyatlar Tədqiqat Mərkəzi, 

Təbriz, İran 

2- AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı ş., AZ1106, Azadlıq 155. 

Məqalədə  tədqiqatlara  əsasən  İran  İslam  Respublikasının  Ərəsbaran  qoruq 

məntəqəsi daxilində Sütənçay vadisinin bitkiliyinin təsnifatı təyin edilmişdir. Sütənçay 

vadisində  növlərin  fidellik  və  sabitliyinə  görə  və  aparılan  statistik  analizlərin 

nəticələrinin  əsasında  assosiasiyalar  təyin  olunmuşdur.  Məntəqədə  əhatə  edilmiş 

ərazinin dəniz səviyyəsindən yüksəkliyi 450-2300 m, arealı 13335 ha-dir.  

 

Açar sözlər: bitkiliyinin təsnifatı, assosiasiya, Sütənçay vadisi, İran 

Ключевые  слова:  классификация  растительности,  ассоциация  вида, 

Сутан-Чайская  долина 



Key words: Classification of vegetation, Association, Sutan-Chay Basin 

 

Müхtəlif  vadilərin  flоra  və  bitkiliyinin  öyrənilməsi  üzrə  хüsusi  işlər  kimi 



dünyada  A.M.Mоldоyarоvun,  R.V.Kamеlinin,  M.G.Barbourun  və  s.  [5;  1;  8], 

Azərbaycan  Respublikasında  V.C.Hacıyеvin,  A.R.Səfərоvun,  M.Q.Musayеvin, 

Е.M.Qurbanоvun  və  s.  [1;  2;  3;  4],  İran  İslam  Respublikasında  K.H.Rechinger, 

M.Asadi, K.Javanshir və s. [7; 4; 14] kimi müəlliflərin tədqiqatlarını göstərmək оlar. 

V.C.Hacıyеvin  və  bir  sıra  digər  müəlliflərin  əsərlərində  yüksək  dağlıq  bitkiliyinin 

еkоsistеmi  tədqiq  еdilmişdir  ki,  bu  da  çay  dərələrinin  subalp  və  alp  sahələrini  də 

əhatə etmişdir [1].  

Vitaker  və  digərləri  [17;  18]  Klimaks  metodunun  əsasında  qeyd  etmişlər  ki, 

bitki örtüyünün yayılması mozaika şəklindədir. Bu nəzəriyyə “tək ictima” nəzəriyyəsi 

adı  altında  məşhurdur.  Onun  əsasında  bu  fikir  durur  ki,  bitki  örtüyü  daşın  xırda 

tikələri kimi müxtəlif şəkillərdə mozaikanın daxilində təkrar olunur.  

Küçler  assosiasiyaların  təsnifatında  bitkilərin  həyati  formalarının  mühüm  rol 

oynadığını  qeyd  etməklə,  fizionomik  (zahiri  görünüş),  dinamik,  flora  və  nəhayətdə 

bitkilərin mühitlə qarşılıqlı əlaqəsinin nəzərə alınmasını vacib sayır [13].  

Tarixdə botaniki tədqiqatlar floristik [3] və ya bitki örtüyünün [15] təsnifatının 

izahında təbii və əsasi rol oynayır. 




 

179 


 

Hanson və Churchill-ə (1961) görə [11], assosiasiyaların təsnifatında bir və ya 

bir neçə flora amili və ekoloji əlaqələr nəzərə alınmalıdır.  

Cənubi  Avropa  və  ya  Sürix  Monpelye  metodu  Bran  Blanke  vasitəsi  ilə  izah 

edilmişdir  ki,  ona  Siqmatizm  metodu  da  deyilir.  Bu  metodda  bitki  örtüyünün 

assosiasiyalarının  təsnifatı  flora  tərkibinə  görə  aparılır.  Bran  Blanke  metodunda 

(Surix  Monpelye  ya  Siqmatism  metodu)  bitki  assosiasiyalarının  tanınması  növ 

tərkibinin  əsasında  həyata  keçirilir  və  assosiasiyaların  təsnifatını  təyin  etmək  bitki 

qruplaşmalarının taksonomiyasında mühüm amil hesab olunur [9]. 

Kəmiyyət analizində bitki növlərinin tərkibi tədqiqatın əsasıdır və Bran Blanke 

metodu  [9]  da  o  istiqamətdədir.  Kəmiyyət  və  yarımkəmiyyət  metodlarından  istifadə 

etməklə,  bitki  örtüyünün  homogenliyi,  əvvəlcə  bitkilərin  zahiri  şəkli  əsasında  və 

sonra  da  bitki  növlərinin  dominant  olması  cəhətindən  təyin  olunur.  Bran  Blanke 

metodında bitki cəmiyyətlərinin təsnifatının vahidi  assosiasiyadır ki, o, özünəməxsus 

bitki növlərinin tərkibi ilə təyin olunur. 

Bizim tədqiqatlarda  əvvəlcə görünüş  ya  fizionomika əsasında  bitki tipləri bir-

birindən ayrılıb təyin  olunmuşdur. Tədqiqat ərazisi zahiri şəkli cəhətindən homogen 

qismətlərə yəni formasiya sinfilərinə  bölünmüşdür. 

Məntəqənin  tiplərini  və  formasiya  sinfilərini  təyin  edəndən  sonra  dominant 

növlərin əsasında formasiyalar təyin olunur [13].  

Tip,  formasiya  sinfi  və  formasiyaları  ayırmaq  və  onların  arealını  hesablamaq 

üçün GİS sistemindən istifadə edilmişdir.  

Təcrübə  sahələrinin  təsnifatında  Jakard  oxşarlıq  indeksindən  istifadə 

edilmişdir, çünki bu indeks başqa indekslərə nisbətən daha çox istifadə olunur. Jakard 

indeksi  təcrübə  sahələrinin  oxşarlığını  və  onlar  arasında  korrelyasiyanı  göstərir. 

Ondan sonra klaster analizindən istifadə edildi və Vardın minimum variasiya metodu 

ilə müxtəlif assosiasiyalar müəyyən olundu. 

Vardın minimum variasiya metodu [16] (bu metod səmərəli hesab edilir, çünki 

onun  nəticəsində  bir-birinə  oxşar  qruplar  yaranır,  bu  metod  ekoloji  baxımdan 

mənalıdır)  təcrübə  sahələrinin  təsnıfatında  ən  yaxşı  metoddur  ki,  onun  vasitəsi  ilə 

müxtəlif fasilələrdə 5, 6 və 7 qrup  təyin etmək olar.  

Tədqiqat  ərazisində  bitki  örtüyünün  öyrənilməsi  nəticəsində  60  fəsilə,  211 

cinsə  aid  olan  303  bitki  növü  aşkar  edilmişdir.  Floranın  zənginliyi  ekoloji  şəraitin 

münasibliyini göstərir, bu məsələ iqlim və torpağın müxtəlifliyindən irəli gəlir. 

Raunkiyerin təsnifat metodundan istifadə olunmaqla öyrənilən növlərin həyati 

formaları da təyin edilmişdir. Bu metodın əsasında hemikriptofitlərin daha çox növü 

özündə birləşdirdiyi (142 növ  və  ya 46.86%) məlum olmuşdur,  yəni  bu məntəqənin 

fitoiqlim,  yaxud  bitkilik  iqlimi  hemikriptofitik  iqlimidir  ki,  iqlimin  mötədil  və 

yarımquraqlıq olduğunu göstərir. 

Yuxarıda qeyd  edilmişdi ki, assosiasiyalar iki amilə:  yəni növlərin fidellik  və 

sabitliyinə görə tanınır. Bir qrupun daxilində bir növün davamlılıq və sabitlik indeksi 

həmin növün mövcud olduğu təcrübə sahələrinin sayı ilə hesablanır. Fidellik indeksi 

bir növün  yalnız bir və  ya bir neçə assosiasiyaya bağlı  olmaq dərəcəsini göstərir  və 

müxtəlif şəkillərdə görünür (Cədvəl 1.). 

 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə