196
Bitkilərin stres amillərə davamlılığının təyinində ən çox istifadə olunan
diaqnostik metodlardan biri də yarpaqlarda sərbəst prolin aminturşusu miqdarının
öyrənilməsidir.
Su stresi şəraitində sərbəst prolin amin turşusu miqdarının artmasının səbəbini
izah edən müxtəlif fikirlər mövcuddur. Bunlardan biri, prolin amin turşularının
parçalanmaması və ya onun zülalların strukturuna daxil olmasının qarşısının alınması
ilə prolin amin turşularının miqdarının arta bilməsidir. Bəzi alimlər belə qənaətə
gəlmişlər ki, prolin amin turşularının miqdarının artması böyük molekulların, o
cümlədən zülalların parçalanması hesabına baş verir. Bu mexanizm vasitəsilə bitkilər
öz hüceyrələrində turqor təzyiqinin yaranmasına şərait yaradaraq, bir tərəfdən su
molekullarının itirilməsinin qarşısını alır, digər tərəfdən isə, hüceyrə şirəsinin su
saxlama qabiliyyətini artırmaqla, osmotik tənzimləmə yolu ilə transpirasiyanı
azaldaraq, fotosintez prosesini davam etdirə bilirlər.
Bəzi tədqiqatçıların nəticələrinə görə, daha çox prolin toplamaq qabiliyyətinə
malik olan bitkilər adətən daha çox osmotik tənzimləməyə də malik olurlar ki, onların
quru və susuz ərazilərdə öz hüceyrələrində yüksək su saxlama potensialı olduğuna
görə adətən daha çox məhsuldarlığa malik olurlar. Lakin, bəzi tədqiqatların nəticələri
göstərmişdir ki, quraqlğa davamlı sortlar həmişə yüksək miqdarda prolin toplamır və
hətta quraqlığa həssas sortların prolin toplama miqdarı davamlı sortlarla müqayisədə
daha yüksək olur [6].
Bizim təcrübəmizdə öyrənilən 4 bərk buğda hibridlərinin yarpaqlarında
streslərlə əlaqədar prolin amin turşusunun miqdarının təyini göstərdi ki, onlar öz
yarpaqlarında müxtəlif miqdarda prolin amin turşusu toplanmasına səbəb olmuşlar
(Şəkil 1, Cədvəl 2).
Stresə məruz qalmış bərk buğda (T. durum Desf.) nümunələrinin yarpaqlarında
prolin amin turşusunun miqdarı
Cədvəl 2
Kataloq
№-ləri
Nümunələrin adı,
toplandığı yer
Mmol/q-la
Nəzarətə görə,
%-lə
Nəzarət
Quraqlıq
Duz
Quraqlıq
Duz
09K-175
v.
leucurum Abşeron
“______”
2,96
3,00
3,20
101,35
108,1
0
09K-56
v.
hordeiforme hibrid
“______”
2,95
2,74
2,30
92.8
77.9
13K-55
v.
mutico leucurum hibrid
“______”
3,05
3,24
3,20
106,29
104,9
0
13K-122
v.
mutico- affine hibrid
“______”
3,24
2,96
2,32
91,35
71,60
197
Şəkil 1. Stresə məruz qalmış bərk buğda (T. durum Desf.) nümunələrinin
yarpaqlarında prolin amin turşusunun miqdarı (Mmol/q-la)
Cədvəl və şəkildən də göründüyü kimi, duz stresinin təsirindən prolin amin
turşusunun miqdarında ən çox artım v.
leucurum Abşeron hibridində müşahidə
edilmişdir (108.1%). Bu hibriddə quraqlıq stresi zamanı da prolin amin tirşusunun
miqdarında müəyyən qədər artım (101.3%) baş vermişdir. V.mutico leucurum hibridi
isə hər iki stresə qarşı demək olar ki, eyni reaksiya göstərmiş, quraqlıq stresi
təsirindən yarpaqlarda prolinin miqdarında 106.3%, duz stresi təsirindən isə 104.9%
artım olmuşlar. Öyrənilən digər iki hibriddə qraqlıq stresi təsirindən prolinin
miqdarında xeyli azalma, duz stresi təsirindən isə kəskin azalma müşahidə edilmişdir.
Stres amillərin təsirindən yarpaqlarda prolinin miqdarını əks etdirən bu nəticələr
ümumi xlorofilin miqdarında baş verən nəticələrə tamamilə uyğun gəlir. Oxşar
nəticələr v.mutico leucurum hibridində də müşahidə edilmişdir. Bu hibridin
yarpaqlarında ümumi xlorofilin miqdarı nəzarət variantinda 50.9 olmuşdursa, qraqlıq
stresindən sonra bu rəqəm 50.4, duz stresindən sonra isə 52.8- ə bərabər olmuşdur.
Başqa sözlə, quraqlığın təsirindən xlorofilin miqdarında cəmi 1% azalma, duz stresi
təsirindən isə hətta 3.7% artım baş vermişdir. Bu da öyrənilən hibridin hər iki stresə
qarşı davamlı oloduğunu göstərir. Bunlardan fərqli olaraq öyrənilən digər hibridlərdə
quraqlıq və duz streslərinin təsirindən ümumi xlorofilin miqdarında nəzərə çarpacaq
azalmalar baş verməmişdir. V.hordeiforme (09K-56) və v.mutico-affine (13K-122)
hibridlərində ümumi xlorofilin miqdarı quraqlıq stresinin təsirindən 23.1 və 7%; duz
stresinin təsirindən isə 11.7 və 11.8% azalmışdır. Odur ki, bu hibridləri quraqlıq və
duz streslərinə qarşı həssas və ya orta davamlı nümunələr kimi qiymətləndirmək olar.
Sahədən laboratoriyaya gətirilərək stres verilmiş bitkilərin yarpqlarında prolinin
miqdarını təyin etməklə bərabər onlarda ayrılıqda xlorofil “a” və xlorofil “b”-nin
miqdarı da təyin edilmiş və alınmış nəticələr 3 nömrəli cədvəldə göstərilmişdir.
Cədvəldən göründüyü kimi, stres amillərin təsirindən ümumi xlorofilin və prolinin
miqdarında baş verən dəyişmələr ayrılıqda xlorofil “a” və xlorofil “b”-nin miqdarında
da özünü göstərmişdir. Belə ki, quraqlıq və duz stresinin təsirindən xlorofil (a+b)-nin
miqdarı v.leucurum Abşeron hibridində 106 və 111; v.mutico leucurum hibridində isə
2,96
2,95
3,05
3,24
3
2,74
3,24
2,96
3,2
2,3
3,2
2,32
0
0,5
1
1,5
2
2,5
3
3,5
v.leucurum
Abşeron
v. hordeiforme
hibrid
v. mutico leucurum
hibrid
v. mutico- affine
hibrid
Nəzarət
Quraqlıq
Duz