Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə95/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   91   92   93   94   95   96   97   98   ...   266

 

194 


 

UOT 633:11:547.979.7 

 

STRESS AMİLLƏRİNİN TƏSİRİNDƏN BƏRK BUĞDA (T.DURUM DESF.) 

YARPAQLARINDA PROLİN AMİN TURŞUSU VƏ XLOROFİLİIN 

MİQDARİNDA BAŞ VERƏN DƏYİŞİLMƏLƏR 

 

R.T.ƏLIYEV, Ş.İ.HACIYEVA, E.S.HACIYEV 

AMEA Genetik Ehtiyatlar İnstitutu, Azadlıq prosp.155,Az1106, Bakı, Azərbaycan 

E-mail aramiz@box.az 

 

Müəyyən  edilmişdir  ki,  T.durum  v.mutico  leucurum  və  T.  durum  v.leucurum 

Abşeron  hibridləri  quraqlıq  və  duzluluq  streslərinə  davamlılıq  dərəcəsinə  görə 

öyrənilən digər hibridlərdən daha üstündür.  

 

Açar sozlər: buğda, quraqlıq, duzluluq, xlorofil, prolin 

Ключевые слова: пшеница, засухе, соленость, хлорофилл, пролин 

Key words: wheat, drought, 

salinity, chlorophyll, prolin 

 

Bitkilərin quraqlıq stresinə reaksiyaları su çatışmamazlığının təbiətindən asılıdır. 

Bu reaksiyalar qısa, orta və uzun müddətli kimi təsnif edilə bilər. Su stresi zamanında 

CO

2



-in  udulmasının  maksimum  azalması,  bitkilərin  qısa  müddətli  reaksiyalarıdır. 

Quraqlıq  stresinə  orta  müddətli  reaksiyaya,  duzların  toplanması  ilə  osmotik 

tənzimləmədə baş verən dəyişmələri aid etmək olar. Quraqlıq stresinə uzun müddətli 

reaksiya genetik modellər vasitəsi ilə biokütlənin paylanmasıdır.  

Bitkilər  quraqlıq  şəraitində  su  udmaq  üçün  hüceyrənin  osmotik  təzyiqini 

yüksəldirlər.  Yüksək  osmotik  təzyiq  hüceyrə  şirəsində  üzvi  turşuların,  şəkərlərin  və 

başqa  turqorogen  maddələrin  toplanması  nəticəsində  əmələ  gəlir.  Bu  maddələr 

hüceyrənin  adi  biokimyəvi  fəaliyyətinə  müdaxilə  etmir,  ancaq  osmotik  stress 

boyunca osmotik qoruyucular kimi davranırlar. Məhluldakı maddələr arasında, prolin 

amin turşusunun xüsusi rolu vardır. Quraqlıq stresinə uyğunlaşma proseslərində onun 

toplanmsının  böyük  əhəmiyyəti  olması  bir  çox  tədqiqatçılar  tərəfindən  qeyd 

edilmişdir.  

Hesab  edilir  ki,  quraqlıq  stresinə  məruz  qalmış  bitkilər,  ən  effektiv  müdafiə 

mexanizmlərindən  biri  kimi  osmotik  aktiv  birləşmələrin  sintezini  sürətləndirərək 

turqorun  düşməsinin  qarşısını  ala  bilirlər.  Bu  maddələrin  hüceyrədə  toplanması 

onların  osmotik  potensialını  nizamlamağa  kömək  edir.  Osmotik  qoruyucular 

orqanellərə  daxil  olaraq  sitoplazmada  toplandıqlarından  onlara  vakuollarda  rast 

gəlinmir. Osmotik qoruyuculara prolin, betainlər, dimetilsulfoniopropionat (DMSP), 

polyollər, trehaloz və fruktanları misal  göstərmək  olar. Prolin osmotik bir qoruyucu 

olmaqla subselular qruluşların qorunması ilə sərbəst radikalların uzaqlaşdırılmasında 

rol  oynyarkən,  qlisin,  betain  yüksək  duz  qatılıqlarında  və  yüksək  istiliklərdə 

kompleks  protein  və  enzimlərin  dördlü  qruluşlarının  qorunmasında  digər  osmotik 

qoruyuculara görə daha təsirlidir [1].  



 

195 


 

Tədqiqat  bərk  buğdanın  4  hibridi  (09K-175  var.leucurum  Abşeron;  09K-56 

var.hordeiforme  hibrid;  13K-55  var.mutuco  leucurum  hibrid;  13K122  var.mutico-

affine  hibrid)  üzərində  aparılmışdır.  Sahədə  əkilmiş  bu  nümunələrdən  (sünbül 

əmələgəlmə fazasında) bir neçə bitki kökü ilə çıxarılaraq laboratoriyaya gətirilmiş və 

onlara  streslər  verilmişdir.  Köklü  bitkilərin  bir  hissəsi  suda,    bir  hissəsi  quraqlıq 

şəraitində  (20  atm  saxaroza  məhlulunda),  o  biri  hissəsi  isə  2%-li  duz  məhluluna 

yerləşdirilmişdir.  Bitkilər  laboratoriyaya  gətirilərkən  onlarda  xlorofilin  miqdarı 

ölçülmüş,  stresdən  3  gün  sonra  təkrarən  həmin  bitkilərin  yarpaqlarında  olan  ümumi 

xlorofilin  miqdarı  SPAD  502  cihazının  vasitəsilə  ilə  ölçülmüşdür.  SPAD  metr 

İnadanın metodu əsasında dizayn edilmiş və istehsal olunmuşdur. SPAD-502 yarpaq 

toxumasından  işığın  qırmızı  və  infraqırmızı    zonalarını  (659  nm-940  nm  dalğa 

uzunluğunda)  ölçərək,  xlorofilin  nisbi  qatılığını  müəyyən  edir  [2;  3].  Ölçülər  hər 

bitkinin  flaq  yarpağının  orta  hissəsində  aparılmışdır.  Eyni  zamanda  həmin 

yarpaqlardan nümunələr götürülərək onlarda xlorofil “a”, xlorofil “b” (4) və prolinin 

(5) miqdarı təyin edilmişdir.  

Yarpaqlarda ümumi xlorofilin miqdarını  göstərən  rəqəmlər 1 nömrəli cədvəldə 

verilmişdir.  Təcrübə  obyekti  olan    Abşerondan  toplanmış  v.  leucurum  (09K-175) 

özünü  duza  və  quraqlığa  davamlı  kimi  göstərmişdir.  Belə  ki,  nəzarət  variantında 

həmin nümunənin yarpaqlarında ümumi xlorofilin miqdarı 54,4 olduğu halda (SPAD-

502-nin  göstəricisi)  duz  və  quraqlıq  stresindən  sonra  yarpaqlarda  demək  olar  ki  heç 

bir dəyişiklik baş verməmışdır (55,0; 55,5). 

 

Bərk buğda nümunələrinin yarpaqlarında quraqlıq və duz stresi ilə əlaqədar 



xlorofilin miqdarı 

 (SPAD 502 aparatının göstəricisi) 

Cədvəl 1 

 

Kataloq 



№-ləri 

Nümunələrin adları, 

toplandığı yer 

Sahədən 


gətirilən vaxt 

xlorofilin 

miqdarı 

 

Variantlar 



 

 

Stresdən 



 3 gün 

sonra 


 Nəzarətə 

görə fərq 

Nəzarətə 

görə, 


 %-lə 

09K-175  v.leucurum Abşeron 

56,4 

55,1 


55,8 

Nəzarət 


Saxaroza 

Duz  


54,4 

55,2 


55,5 

 

+0.6 



+1.1 

 

101.1 



102.0 

09K-56 


v. hordeiforme hibrid 

“____________” 

55,0 

48,3 


50,7 

Nəzarət 


Saxaroza 

Duz 


55,6 

42,8 


49,1 

 

-2.8 



-6.5 

 

76.9 



88.3 

13K-55 


v. mutico leucurum 

hibrid 


“____________” 

52,2 


51,2 

56,2 


Nəzarət 

Saxaroza 

Duz 

50,9 


50,4 

52,8 


 

-0.5 


+1.9 

 

99.0 



103.7 

13K-122 


v. mutico- affine 

hibrid 


“____________” 

58,5 


60,6 

61,2 


Nəzarət 

Saxaroza 

Duz  

53,8 


54,7 

52,3 


 

-4.1 


-6.5 

 

 



93.0 

88.2 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə