Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə86/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   82   83   84   85   86   87   88   89   ...   266

 

174 


 

 

Bizə  qonşu  olan  Rusiya  Federasiyasında  amarant  (rusca  şiritsa)  yeni  bitki 



sayılsa da o zəngin və balanslaşdırılmış zülal tərkibinə, vitamin və mineral duzların  

yüksək  qidalılıq  xüsusiyyətlərinə  görə  qısa  müddət  ərzində    çoxlu  sayda  müxtəlif 

sahədə  çalışan  mütəxəssislərin  diqqətini  cəlb  etmiş  və  hazırda  ən  əsas      bioloji 

tədqiqat obyektlərindən birinə çevrilmişdir. Onun demək olar ki bütün orqanlarının-

dəninin,  yarpaqlarının,  gövdəsinin  qida  üçün  yararlı  olması  hələ  keçən  əsrin  30-cu 

illərində  görkəmli  sovet  alimi  N.İ.Vavilovun    (1932)  nəzərindən  yayınmamış,  o  bu 

bitkinin  gələcəkdə  təkcə  dünya  əhalisinin  ərzaq  təminatında    deyil,  insanların  həyat 

fəaliyyətinin  ən  müxtəlif  sferalarında  prioritet  mövqe  tutacağına  böyük  ümidlər 

bəsləmişdir.  Ancaq  alimin  həmin  illərdə  repressiyaya  məruz  qalması  onun 

ideyalarının  uzun  dövr  ərzində  reallaşmasına  imkan  vermədi.  Hazırda  Sankt-

Peterburq  Dövlət  Universitetinin  professoru  İ.M.Maqomedovun  rəhbərliyi  ilə 

amarantın  kənd  təsərrüfatına  intensiv  tətbiqi  Rusiyada  və  keçmiş  SSRİ-nın  digər 

ölkələrində  geniş  miqyasda  həyata  keçirilir.  Artıq  “Amarant”  adlanan  Avropa 

assosiyasiyası yaradılmışdır. 

 

Zülal  tərkibinə  görə  amarant  (13-19  %)  daha  çox  nəzəri  hesablanmış  ideal 



zülallara, əvəzolunan və əvəzolunmayan amin turşularının balanslaşdırılmış tərkibinə 

görə isə ana südünə bərabər hesab edilir. Müqayisə üçün qeyd edək ki,   ideal zülalda 

qidalılıq qiymətinin əmsalı –amarantda 75, inək südündə 72, soyada 68, arpada  62, 

buğdada 60, qarğıdalıda 44, araxisdə 32-dir. Hesablamalara görə 100 qram amarant 

zülalının tərkibində 6.2 qram əvəzolunmaz lizin amin turşusu mövcuddur ki, bu qədər 

lizin heç bir bitkidə müşahidə edilməyib.  

           Hazırda yer kürəsində 1 milyarddan çox əhali zəruri  qida çatışmazlığından və 

xüsusən də zülal qıtlığından əziyyət çəkir ki, bu da onlarda fiziki,  əqli  qüsurların və 

müxtəlif  formada  ciddi  ağır  xəstəliklərin  yaranmasının  əsas  səbəbi  hesab  olunur.  

Odur  ki,    bitki  mənşəli  qidalarda  zülalın  miqdarının  artırılması  və  keyfiyyətinin 

yaxşılaşdırılması  dünya  alimlərinin  qarşısında  duran  ən  təxirəsalınmaz  vəzifələrdən 

sayılır  və  bu  istiqamətdə  aparılan  tədqiqatlarda  zülal  mənbəyi  kimi    amarant 

bitkisinin  xüsusi  rolu  gündəmdə  durur.  Artıq  ilk  uğurlar  inkişaf  etməkdə  olan 

ölkələrdə  milyonlarla  insanların  qida  rasionunun  əsasını  təşkil  edən,  çoxlu  sayda 

müsbət xüsusiyyətləri ilə yanaşı, ancaq zülal tərkibinə və miqdarına görə bir o qədər 

də  yüksək  göstəricilərə  malik  olmayan  kartof  bitkisində  əldə  edilmişdir.  Belə  ki, 

Hindistan  biotexnoloqlarının  kartofun  zülal  tərkibini  artırmaq  üçün  sınaqdan 

keçirdikləri müxtəlif mənbələrdən olan genlərdən yalnız amarant bitkisinin dənindən 

alınan  AmA1 (Amaranth  Albumin1)  geninin  köçürülməsi    əsasında  yaradılan 

transgen  kartof  analoqu    praktiki  tətbiqinə  görə  müsbət  nəticələr  verdi.  Ənənəvi 

üsulla – aqrobakteriyaların köməkliyi ilə köçürülən AmA1 geninin ən əsas funksiyası 

köküyumrularda  zülal  ehtiyatlarını  toplamaqdan  ibarət  olmuşdur.  Yeni  yaradılmış 

transgen  kartof  bitkisində  zülalın  miqdarı  adi  köküyumrulardan  müqayisədə  60% 

çox,  aminturşularının  balanslaşdırılmış  miqdarına  və  eləcə  də  qidalılıq  qiymətinə 

görə  yüksək  olduğundan  o  Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)  tərəfindən 

dəstəklənmişdir. Bu tədqiqatlarda diqqət çəkən məqam odur ki, Amarant bitkisi, digər 

mədəni  bitkilərdən  fərqli  olaraq  geni  qəbul  edən  resipiyent  forma    qismində  deyil, 

əksinə,  donor  kimi  istifadə  olunaraq    başqa  bir  bitkinin,  bu  halda  kartof  bitkisinin,  




 

175 


 

zülal  tərkibini,  onun  qidalılığını  yüksəltmək  məqsədi  ilə  iştirak  etmişdir.  Şübhə 

yoxdur ki, amarant bitkisinin donorluq xüsusiyyəti təkcə bununla bitmir, onun çoxlu 

sayda  qiyməli  əlamətləri  taksonomik  cəhətdən  daha  yaxın  olan  –  bitkilər  arasında     

gen  mübadiləsini,  başqa  sözlə,  gen  manipulyasiyalarını    aparmağa  geniş  imkanlar 

yaradır  ki,  bu  da  GMO  orqanizmlərin  istifadəsi  zamanı  ehtimal  olunan  risklərin 

minimuma endirilməsinə xidmət edəcək.   

 

Amarantın  ən  qiymətli  xüsusiyyətlərindən  biri  onun  dənindən  hazırlanmış 



yağında  skvalen  adlanan  maddənin  olmasıdır.  Bu  maddə  antioksidant  xüsusiyyətinə 

malik  olmaqla  yanaşı  şiş  xəstəliklərinin  qarşısının  alınmasında,  xərçəng 

hüceyrələrinin dağıdıcı təsirinin aradan götürülməsində ən güclü vasitə  hesab edilir. 

Bundan  əlavə  çoxdan  məlumdur  ki,  skvalen  insanlar  üçün  antikonserogen, 

antimikrob,  antifungisid  və  immunostimulyator  funksiyalarını  yerinə  yetirməklə  

orqanizmdə  oksigen  qıtlığını  azaldır,  hüceyrələrin  oksidləşdirici  fəaliyyətini 

gücləndirir,  şiş  xəstəliklərinin  yaranmasını  və  inkişafını  dayandırır,  bütövlükdə 

orqanizmin  immun  sisteminin    gücünü  dəfələrlə  artırır  və  beləliklə  də  orqanizmin 

vaxtından əvvəl qocalmasına imkan vermir. Skvalenin unikal xüsusiyyətləri  və eləcə 

də  son  dərəcə  çətin  əldə  edilməsi  alimlərin  onun  alternativ  mənbələrinin  axtarışı 

istiqamətində  tədqiqatlarını  genişləndirməyə  və  intensivləşdirməyə  vadar  edirdi. 

Müasir tədqiqatların nəticələri bu maddənin az miqdar da olsa zeytun yağında, buğda 

cücərtilərində, düyü kəpəyində və maya göbələyində mövcudluğunu göstərdi. Həmən 

axtarışlar  prosesində  məlum  oldu  ki,  bu  maddənin  ən  çox  miqdarına  (8-10  %) 

amarant  bitkisinin  dəninin  yağında  təsadüf    edilir  və  indiyə  qədər  bu  rekord  rəqəm 

heç  bir  canlı  orqanizmdə  qeydə  alınmayıb.  Amarant  yağından  terapiyadan  əvvəl  və 

sonra  istifadə  edilməsi  zamanı  skvalen  bədənə  nüfuz  etməklə  daxili  orqanların 

regenerativ  proseslərinin  sürətlə  getməsini  və  beləliklə  də  xəstə  pasiyentlərin 

sağlamlıqlarının tezliklə bərpasını təmin  edir.  Farmokoloqlar haqlı  olaraq bu bitkini  

dərman  anbarı  hesab  edərək  göstərirlər  ki,  o,  məlum  olan  bütün  antioksidantlar 

arasında ən güclüsüdür. 

 

Amarantın  yuxarıda  sadalanan  çoxlu  sayda  müsbət  xüsysiyyətlərinin  siyahısı 



heç də bunlarla bitmir və  onun geniş imkanlarını özündə tam əks etdirmir. Belə ki, 

bu  bitkinin  kənd  təsərrüfatınnın  müxtəlif  istiqamətlərində  istifadəsi  heyvandarlıq, 

quşçuluq,  arıçılıq  təsərrüfatlarının  rentabelli  işləmələrinə,  bu  sahədə  məhsul 

istehsalının artırılmasına  öz əvəzsiz töhfəsini verir.  Amarantın yaşıl kütləsini bütün 

ev  heyvanları  çox  həvəslə  yeyirlər.  Qida  rasionuna  amarantın  əlavə  edilməsi 

heyvanların  say  artımına,  əldə  olunan  məhsulun  kəmiyyət  və  keyfiyyət 

göstəricilərinin  yüksəldilməsinə    və  eyni  zamanda  çəkilən  xərclərin  maya  dəyərinin 

aşağı salınmasına öz təsirini göstərir. Müşahidələr göstərir ki, əgər qida üçün  ümumi 

yem məhsullarına   amarant bitkisinin 25 %  yaşıl kütləsi əlavə edilərsə  dovşanların, 

xəzdərili heyvanların, cücələrin inkişafı 2-3 dəfə, donuzların  imkanı 2.5 dəfə tezləşir, 

inək və keçilərin süd sağımı və süddə yağın miqdarı xeyli yüksəlir, donuzların  4 ay 

müddətəndə diri çəkisi 60 kq artır. 

 

Amarant  çox  yaxşı  siloslaşdırılır,  ancaq  onun  qarğıdalı  və  sorqo  ilə  qarışığı  



daha  böyük  effekt  verir,  çünki  qarğıdalının  yaşıl  kütləsində  şəkər,  amarantda  isə 

proteinlərın çox olması qarışıq silosun qidalılığını  daha da artırır.   




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə