Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə81/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   77   78   79   80   81   82   83   84   ...   266

 

164 


 

istehsal  edən  RAPD,  SSR  və  AFLP  kimi  markerlər  təbii  populyasiyalardakı 

variasiyanı  təxmini  olaraq  təmsil  edəcək  genetik  resursların  yaradılmasında  mühüm 

rol oynayır [25; 26; 27; 28; 29]. 

Ölkəmizdə yayılmış bitki nümunələrinin qorunması, saxlanması və istifadəsinə 

son  illərdə  maraq  daha  da  artmışdır.  Bu  məqsədlə,  AMEA  Genetik  Ehtiyatlar 

İnstitutu və onun tərkibində Cənubi Qafqazda ilk dəfə olaraq genbank yaradılmışdır. 

Bu  genbankda  8000-ə  yaxın  bitki  nümunəsi  qorunub  saxlanılır  ki,  onunda  1283 

nümunəsi buğda bitkisinə aiddir. Genbankda qorunub saxlanılan nümunələrin genetik 

identifikasiya  edilərək  pasportlaşdırılması  və  onlardan  seleksiyada  düzgün  istifadə 

edilməsi  günün  aktual  məsələsinə  çevrilmişdir.  İlk  dəfə  olaraq,  bu  məqsədlə, 

respublikamızda  yayılmış  diploid  və  tetraploid  buğda  növlərinin  RAPD  DNT 

markerlərilə  identifikasiyası  həyata  keçirilmişdir.  196  diploid  buğdanın 

(T.monococcum,  T.urartu,  T.boeoticum)  molekulyar  genetik  üsullarla  duza 

davamlılıq  genlərinə  görə  skrininqi  zamanı  Nax1  və  Nax2  davamlılıq  genlərinin 

diploid  buğdalardan  yalnız   T.monococcum və T.boeoticum-da  olduğu  müəyyən 

edilmişdir. 

Gen 


ekspresiyası 

analizi 


isə 

bu 


genlərin 

yalnız 


duza 

davamlı T.monococcum növünə  aid  nümunələrdə  ekspresiya  olunduğunu  aşkar 

etmişdir. 

Fraqment  analizi  nəticəsində,  ilk  dəfə  olaraq,  Azərbaycan  mənşəli  yumşaq 

buğda növmüxtəlifliklərində (T.aestivum v. erythrospermum, T.aestivum v. albidum, 

T.aestivum  v.  meridionale,  T.aestivum  v.  lutescens)  və  sortlarında  (Əkinçi  84, 

Günəşli, Mirbəşir 128) gövdə pasına davamlılıq geni (Sr31) aşkarlanmışdır. Aparılan 

molekulyar  skrininq  nəticəsində  yumşaq  buğdanın  Qrekum  75/50,  Arzu,  Zərdabi, 

Gürgənə-1,  Mirbəşir  128,  Əkinçi  84,  Günəşli  və  Yeganə  sortlarında  sarı  və  qonur 

pasa davamlılığı təmin edən ilişikli Yr18/Lr34 genləri tapılmışdır. 

Fransa alimləri ilə birgə aparılan tədqiqatlar zamanı Qazaxıstan mənşəli yabanı 

ərik  genotiplərinin  şarka  xəstəliyinə  davamlılıq  geni  ilə  ilişikli  olan  bir  mikrosatelit 

markeri  ilə   skrininqi  nəticəsində  bu  xəstəliyə  davamlı  olan  yeni  nümunələr  aşkar 

olunmuşdur. 

İlkin  molekulyar-genetik  tədqiqatlar  kimi,  buğda,  mərcimək  və  üzüm 

kolleksiyasında RAPD və SSR markerlərdən istifadə etməklə,  genetik müxtəliflik və 

genetik  oxşarlıq  dərəcəsi  tədqiq  olunmuşdur.  Öyrənilən  buğda,  mərcimək  və  üzüm 

kolleksiyasında yüksək genetik müxtəliflik dərəcəsinin olması təyin edilmişdir. 

İlk  dəfə  olaraq  Azərbaycanın  müxtəlif  rayonlarından  toplanmış  noxud 

genotipləri  üzərində  biomorfoloji,  RAPD,  ISSR  və  ən  perspektivli  markerlərdən 

hesab  olunan  SSR  marker  analizləri  kompleks  şəkildə  aparılmış  və  nəticədə 

nümunələr  arasında  yüksək  polimorfizm  dərəcəsi  aşkar  edilmişdir.  Genotiplər 

arasındakı genetik məsafə və genetik oxşarlıq əmsalları əsasında genotiplərin genetik 

qohumluq dərəcəsi müəyyən edilmişdir. UBC 880 ISSR praymeri ilə yalnız quraqlığa 

davamlı genotiplərdə 630 n.c. uzunluğunda bir spesifik amplikonun sintezi müəyyən 

olunmuşdur.  Bundan  əlavə,  ilk  dəfə  olaraq,  tolerantlıq  indeksləri  və  müxtəlif 

məhsuldarlıq  elementləri  əsasında  yerli  noxud  genotiplərinin  quraqlığa  davamlılığı 

statistik  metodların  köməyi  ilə  tədqiq  edilmiş  və  62  genotip  arasında  35,5% 

quraqlığadavamlı genotiplər aşkar edilmişdir. 




 

165 


 

Noxud  genotipləri  arasında  11  RAPD  marker  ilə  cəmi  77  amplikon  sintez 

edilmiş və onlardan 76 amplikon, 8 ISSR markerlə isə 42 amplikon sintez edilmiş və 

onlardan 32 amplikon polimorf olmuşdur. Ən çox amplikon sayı OPA 19 (12 ədəd) 

praymeri və UBC 810 (8 ədəd), ən az amplikon sayı isə OPG 14 (3 ədəd) və UBC 

873,  UBC  809  (3  ədəd)  praymerləri  vasitəsilə  sintez  edilmişdir.  Genetik  Oxşarlıq 

İndeksi  əsasında  genotiplər  12  qrupa  ayrılmış  və  genotiplərin  GMİ  orta  qiyməti  isə 

0.85-ə  bərabərdir.  Lakin  ISSR  markeri  ilə  müəyyən  olunmuş  GOİ  və  GMİ  əsasında 

genotiplər 8 klasterdə qruplaşmışdır. UBC 880 praymeri ilə yalnız quraqlığa davamlı 

genotiplərdə (Flip 00-19, Flip 97-32, Flip 97-81, Masallı 30, Flip 22-04, Şamaxı 25, 

Ağdaş  18,  Flip  03-27,  Flip  04-38,  Flip  97-24)  630  n.c.  uzunluğunda  bir  spesifik 

amplikon  sintez  olunmuşdur  ki,  ondan  genotiplərin  quraqlığa  davamlılığının 

skrininqində  və  ya daha spesifik SCAR marker hazırlanmasında  istifadə oluna bilər 

[30; 31]. 

Genetik Ehtiyatlar İnstitutugenofond kolleksiyalarında cəmlənmiş subtropik və 

giləmeyvə  bitkilərinin  400-dən  artıq  sort  və  formalarının  bioloji  xüsusiyyətləri  və 

təsərrüfat  göstəriciləri  müqayisəli  şəkildə  tədqiq  edilərək  qiymətləndirilmişdir. 

Müsbət  bioloji-təsərrüfat  göstəricilərinə  malik  sort  və  formalar  müəyyənləşdirilmiş 

və təsərrüfatlarda istifadə üçün tövsiyə edilmişdir.  

Molekulyar markerlərin dayanıqlılıq seleksiyasında istifadəsi. 

Dayanıqlılıq,  xəstəlik  və  zərərverici  orqanizmin  çoxalma  və  inkişafının  bitki 

tərəfindən  maneə  törətməsidir.  Bitkinin  xəstəlik  və  zərərverici  orqanizmə  qarşı 

davamlılığı  zəif,  orta  və  yüksək  dərəcədə  qiymətləndirilir.  Bitki  yüksək  dərəcədə 

davamlı  olduqda  patogen  heç  inkişaf  etmir  və  ya  çox  zəif  inkişaf  edir,  orta  və  zəif 

davamlılıqda  isə  xəstəlik  və  zərərverici  müəyyən  dərəcədə  inkişaf  edir.  Buna  qarşı 

həssas bitkidə davamlılığın tam əksi baş verir. Belə vəziyyətdə xəstəlik və zərərverici 

orqanizmin tamamilə çoxalmasına və yüksək infeksiyası nəticəsində bitkilərin məhv 

olmasına səbəb olur. 

Davamlılıq  seleksiyasında  molekulyar  markerlər:  a)  dayanıqlılıq  geni  ilə 

əlaqəli  marker  yaradılmış  və  ya  gen  klonlanmış:  b)  dayanıqlılıq  geni  ilə  əlaqədar 

marker  yaradılmamış və  ya  gen klonlanmamış olduqda tətbiqdə fərqliliklər göstərir. 

Dayanıqlılıq  geni  ilə  əlaqədar  molekulyar  marker  və  ya  markerlərin  öncədən 

yaradılması  və  ya  genin  klonlanması  davamlılıq  seleksiya  işlərini  asanlaşdırır. 

Araşdırılan  dayanıqlılıq  geni  ilə  əlaqədar  marker  və  ya  genə  xas  praymerlərdən 

istifadə edərək valideynlər və seleksiya nəticəsində əldə  olunan fərdlər (F

1, 

F

2



  və  s.) 

şitil  dönəmində  PCR  ilə  tez  və  etibarlı  şəkildə  müəyyənləşdirilir.  Molekulyar 

markerlərin bu kimi tətbiqləri seleksiya işlərində, Marker Yardımçı Seleksiya (MAS) 

olaraq adlandırılır [13; 17; 22; 29]. MAS-dan istifadə edilərək dayanıqlı fərdlər  tez 

bir zamanda təyin olunduğu üçün seleksiya işlərinə böyük bir təkan verir  və yalnız 

seçilmiş fərdlə tədqiqat işləri davam etdirilir. Molekulyar markerlərin bir başqa tətbiq 

sahəsi isə öyrənilən dayanıqlılıq geni ilə əlaqədar markerlərin  olmadığı və  ya  genin 

klonlanmadığı  hallarda  müraciət  olunur.  Belə  hallarda,  öncə  davamlılıq  geni  ilə 

əlaqədar  molekulyar  marker  yaradılır  və  gen  xəritələnir.  Bunun  üçün  seleksiya 

metodlarından  istifadə  edərək  F

2

,  BC  və  rekombinant  inbred  xətlər  yaradılır.  Daha 



sonra molekulyar markerlərdən istifadə edərək gen ilə əlaqəli molekulayr marker və 


Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə