Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə77/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   73   74   75   76   77   78   79   80   ...   266

 

156 


 

THE AGROBIOLOGICAL INDICATORS OF NEW SAMPLES OF HYBRID 

ORIGIN OF CLUB WHEATS (T.compactum Host.) 

 

Kh.N.Rustamov 

Genetic Resources Institute of ANAS; Azerbaijan Research Institute of Crop 

Husbandry 

 

The  article  highlights  the  results  to  the  study  of  new  samples  T.compactum 



Host.,  selected  from  breeding  material  –  induced  hybrids  in  Terter  ZES  Research 

Institute  of Crop Husbandry. Of the  eight founders – compact hybrids were selected 

70  samples  T.compactum,  included  in  the  different  taxonomic  groups  (subconvar. 

rigidicompactum;  subconvar.  roshanum;  convar.compactum).  Identified  20  varieties 

of club wheats, as well as new (var. nova) – not specified in the wheat classifiers. It 

was found, that the obtained genotypes differ sharply in form and color of the ear, on 

the way of life, time of earing, plant height, resistance to yellow rust and crop yields. 

New samples T.compactum after studying and reproduction seeds were transferred to 

the National gene bank. 



 

UOT 635.652/.654 

 

ƏRZAQ PAXLALILARININ SELEKSİYASININ PRİORİTET 

İSTİQAMƏTLƏRİ 

 

A.İ.ƏSƏDOVA, E.B.RƏFİYEV 

AMEA Genetik Ehtiyatlar İnstitutu, AZ1106, Azadlıq pr., 155, Bakı, Azərbaycan  

 almas58@box.az 

 

Məqalədə çoxillik təcrübi tədqiqatların nəticəsi olaraq tərəvəz və dən lobyaları 



üzrə yeni nəsil sortların yaradılmasından bəhs olunur. 

 

Açar sözlər: lobya, seleksiya, ilkin material, sort 

Ключевые слова: фасоль, селекция, исходный материал, сорт 

Keywords: haricot bean, selection, initial material, variety     

 

Ərzaq  paxlası  insan  qidasının  qiymətli  komponentlərindəndir.  Bunlar  yüksək 



zülallı  dietik  ərzaq,  karbohidrat,  mineral  duzlar  (kalium,  kalsium,  maqnezium)  və 

vitaminlərlə    zəngindir.  Ərzaq  paxlalılarının  bioloji  qiymətliliyi  zülalın  tərkibindəki 

amin  turşularının  qida  baxımından  ideal  olmasıdır.  Digər  tərəfdən  bu  paxlalılar 

atmosfer  azotunu  fiksasiya  etməklə  torpağın  texnogen  yükünü  azaldır.  İndi  dünya 

bazarlarında  ərzaq  paxlalılarının  tərəvəz  sortlarına  üstünlük  verilir.  Dənli   

paxlalıların  22  növünün  ən  çox  4  növündən;  əkin  göy  noxudu,  adi  lobya,  paxla  və 

vignadan  tərəvəz  məqsədi  ilə  istifadə  olunur.  Hazırda  soya  və  noxudun  tərəvəz 

məqsədi  ilə  istifadə  olunması  imkanları  araşdırılır.  Tərəvəz  paxlalılarının  universal 

xüsusiyyətlərini  təyin  etmək  çətindir.  Vigna,  lobya  və  əkin  göy  noxudunun  şəkərli 



 

157 


 

sortlarının mühüm xüsusiyyətləri paxlalarında perqament qatının olmaması və bunun 

nəticəsində yetişmə fazasında paxlalarının zərif olmasıdır. Əsasən, bu cür paxlalarda 

tikiş  saplarının  yumşaq  olması  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  xarakterlərinə  görə 

vigna,  adi  lobya,  hətta  şəkərli  əkin  göy  noxudunun  yaşıl  paxlaları  texniki  yetişmə 

fazasında istifadə olunur. Digər tərəfdən bu xüsusiyyətlər tərəvəz paxlaları üçün heç 

də qəbul edilmiş əsas göstərici deyil. Dənlərinin iri olması da mühüm amillərdəndir. 

Bu paxlaların yeganə bir universal xüsusiyyəti onların konserv istehsalı üçün yararlı 

olması hesab edilir. Lakin buna baxmayaraq eyni zamanda hər bir növ özünəməxsus 

bioloji, morfoloji, anatomik və biokimyəvi xüsusiyyətlərə malikdir. 

      Paxlalı  bitkilərin  genetik  müxtəlifliyi  ərzaq  təhlükəsizliyinin  təmin  olunmasında 

və  kənd  təsərrüfatının  davamlı  inkişafında  mühüm  əhəmiyyət  kəsb  edir.  Onların 

genotiplərinin kompleks morfofizoloji əlamətlərə, məhsuldarlığa, dənin keyfiyyətinə 

və  aqroekoloji  şəraitə  uyğunlaşmasına  görə  seçılməsi  və  yeni  sortların  yaradılması 

problem  olaraq  qalır.  Hazırki  minillikdə  biz  iqlimin  qlobal  və  lokal  dəyişkənliyinin 

və  istiləşmənin  şahidi  oluruq.  Böyük  ərazilər,  dövrü  dəyişgənliyin  nəticəsində 

quraqlaşır.  Bu  səbəbdən  də  əkinçiliyin  qarşısında  quraqlığa  davamlı  bitkilərin 

becərilmə  areallarının  genişləndirilməsi  kimi  bir  vəzifə  durur.  Bu  bitkilərə  ərzaq 

paxlalılardan  noxudu  və  lərgəni  göstərmək  olar.  Ərzaq  paxlalılarına  olan  tələbatın 

hələ  də  ölkədaxili  istehsalın  hesabına  ödənilməməsi  halında  bu  bitkilərin  becərilmə 

areallarının  genişləndirilməsi  tələb  olunur.    Hazırda  respublikada  məhsuldarlığın 

artırılması  və  ərzaq  təhlükəsizliyinin  təmin  edilməsinin  real  əsası  torpaq-iqlim 

şəraitinə  uyğun  yeni  sortların  yaradılmasıdır.  Bunun  həlli  isə  ərzaq  paxlalılarının 

kompleks  əlamətlərlə  səciyyələnən  yüksək,  davamlı,  məhsuldar  və  keyfiyyətli 

sortlarının  yaradılmasının  elmi  əsaslarla  işlənib  hazırlanmasıdır.  Bunlar  öz  genetik 

potensialarını respublikanın mürəkkəb torpaq-iqlim şəraitində səmərəli realizə etmək 

qabiliyyətinə  malik  olmalıdır.  Bitkilərin  morfofizoloji  və  təsərrüfat  qiymətli 

əlamətləri,  kəmiyyət  və  keyfiyyət  göstəriciləri  arasındakı  korrelyasiya  əlaqələrini 

müəyyən  etməklə  oların  yaxşılaşdırılması  imkanlarının  öyrənilməsi  mühüm 

şərtlərdəndir.  Məhsuldarlıq  elementlərinin  formalaşması  və  onların  bir-birini 

tamamlaması  ilə  bu  bitki  nümunələrinin  işlənib  hazırlanmış  optimal  morfotipləri 

əsasında yaradılmış sortlar, ekoloji şəraitə uyğunlaşmaqla məhsuldarlığın maksimum 

reallaşmasına da şərait yaradır.  

     Lobya  bitkisi  timsalında  yüksək  məhsuldar  sortun  morfotip  modelinin  işlənib 

hazırlanması    və  onlardan  seleksiyada  istifadə  etməklə  yeni  sortların  yaradılmasını 

müəyyən  edərək  ərzaq  paxlalılarının  prioritet  istiqamətləri  öyrənilmişdir.  Lobya 

dünyanın  böyük  hissəsində  əsas  tərəvəz  bitkisidir.  Dünya  əkinçiliyində  lobya  ərzaq 

paxlalıları  içərisində  dominant  yerlərdən  birini  tutur  və  daha  çox  polimorfizm 

əlamətləri ilə seçilir. Əsasən də ən çox müxtəliflik lobya toxumunun rəng, forma və 

ölçüsündədir.  Becərilməsi  baxımdan  Asiya  ölkələri  aparıcıdır.  Çin,  İndoneziya  və 

Türkiyə  öndə  durur.  Asiya  dünya  əkin  sahəsinin  72,7%-ni  təşkil  edir.  FAO-nun 

məlumatına  görə 2010-cu ildə  lobyanın əkin sahəsi dünyada 1 mln. 495 min hektar 

olmuşdur.  Bu  göstərici  ildən-ilə  artır.  Lobya  tərəvəz  və  dən  almaq  məqsədi  ilə 

becərir.  İstər  tərəvəz,  istərsə  də  dən  lobyalarının  özünə  məxsus  sortları  mövcuddur. 

Lobyanın tərəvəz sortlarından ən yaxşısı şəkərli və yarımşəkərli sortlar  hesab olunur.  



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə