Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə75/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   71   72   73   74   75   76   77   78   ...   266

 

152 


 

Təcrübələrin  qoyulması,  fenoloji  müşahidələrin  aparılması,  xəstəliklərə 

davamlılığın  qiymətləndirilməsi  müvafiq  metodikalara  [1;  7;  8],  botaniki  növ  və 

növmüxtəlifliklərinin  təyinatı  ÜRBİ  (VİR)  təyinedicisinə  əsasən  aparılmışdır  [5;  6]. 

Kompaktum  nümunələrində  inkişaf  tipi–həyat  tərzi  yazda,  kollanma  fazasının 

sonunda kollanma formasına əsasən müəyyən edilmişdir [3; 10].  

Cari ildə Dağlıq Şirvan şəraitində qış fəsli mülayim keçmiş, yazın uzunmüddətli 

olması,  havanın  temperaturunın  orta  çoxillik  normadan  aşağı  olması  və  yağıntıların 

miqdarının  nisbətən  çox  olması  müşahidə  edilmişdir.  Mayın  sonlarında  isə  güclü 

torpaq  quraqlığı  ilə  müşayət  olunan  yüksək  hərarət  başladığından  burada  göbələk 

xəstəliklərinin  epifitotiyası  müşahidə  olunmamışdır.  İqlim  şəraiti  ilə  bağlı  olaraq 

öyrənilən  sortnümunələrdə  potensial  yüksək  boy  göstəriciləri  və  sünbülləmə 

müddətinin ötən illərə nisbətən 4-10 gün gecişməsi qeyd edilmişdir.  

Qeyd  etdiyimiz  kimi,  Tərtər  BTS-dən  toplanılmış  materiallardan  seçilmiş  8 

kompaktoid  hibriddən  növbəti  illərdə,  uyğun  olaraq,  20,  54  və  70  nümunə 

seçilmişdir, 22 nümunədə iki növmüxtəlifliyi (qılçıqsız-qılçıqlı, ağ-qırmızı sünbüllü, 

ağ-qara  qılçıqlı,  ağ-qırmızı  dənli  və  s.)  təyin  edilmişdir.  Seçilmiş  nümunələr  2013-

2015-ci  illərdə  1  m

2

  sahədə  səpilərək  öyrənilmiş,  toxumları  artırılaraq  Milli 



Genbanka təhvil verilmişdir (Cədvəl 1, 2).  

Cədvəl 2 

Növdaxili və növlərarası hibridləşdirmədən seçilmiş kompakt buğdaların 

növmütəlifliyi tərkibi, Qobustan, 2015 

Növmüxtəlifliyi 

Say 

Səciyyəvi əlamətləri 



T.cоmpactum Hоst. subconvar.rigidicompactum – 38 nümunə 

v.karsiense 

8 

Qılçıqsız, sünbülcük pulcuğu ağ, tükcüksüz, dəni ağ 

v.splendidorigidum 

3 

Qılçıqlı, sünbülcük pulcuğu ağ, tükcüksüz, qılçığı, dəni ağ 

v.pseudofetissovii 

8 

Qılçıqlı, sünbülcük pulcuğu qırmızı, tükcüksüz, qılçığı qara, dəni ağ 

v.asiaticicterinum  

4 

Qılçıqlı, sünbülcük pulcuğu ağ, tükcüksüz, qılçığı ağ, dəni qırmızı 

v.erinaceum 

9 

Qılçıqlı, sünbülcük pulc. qırmızı, tükcüksüz, qılçığı qırm., dəni ağ 

v.pseudoerinaceum 

6 

Qılçıqlı, sünbülcük pulc. qırmızı, tükcüksüz, qılçığı qara, dəni ağ 

       subconvar.roshanum 12 – nümunə 

v.humboldtinflatum 

1 

Qılçıqsız, sünbülcük pulcuğu şişkin, ağ, tükcüksüz, dəni ağ 

v.rufinflatum  

2 

Qılçıqsız, sünbülcük pulcuğu şişkin, qırmızı, tükcüksüz, dəni ağ 

v.wernerinflatum 

4 

Qılçıqsız, sünbülcük pulcuğu şişkin, ağ, tükcüksüz, dəni qırmızı 

v.roshanum 

5 

Qılçıqsız, sünbülcük pulcuğu şişkin, qırmızı, tükcüksüz, dəni qırmızı 

        convar.compactum – 40 nümunə 

v.humboldtii 

5 

Qılçıqsız, sünbülçük pulcuğu ağ, tükcüksüz, dəni ağ 

v.rufulum 

11 

Qılçıqsız, sünbülcük pulcuğu qırmızı, tükcüksüz, dəni ağ 

v.wernerianum 

7 

Qılçıqsız, sünbülcük pulcuğu ağ, tükcüksüz və dəni qırmızı 

v.creticum 

4 

Qılçıqsız, sünbülcük pulcuğu qırmızı, tükcüksüz, dəni qırmızı 

v.pseudorubrum 

2 

Qılçıqsız, sünb. pulc. qırm., tükcüklü, qılçıqv. çıxıntı qara, dəni qırm. 

v.compactum 

3 

Qılçıqlı, sünbülcük pulcuğu ağ, tükcüksüz, qılçığı və dəni ağ 

v.icterinum 

3 

Qılçıqlı, sünbülcük pulcuğu ağ, tükcüksüz, qılçığı və dəni qırmızı 

v. rubriceps (kompakt, 

var.nova) 

Qılçıqlı, sünbül. pulcuğu zərif, qırmızı, tükcüklü, qılçığı qırmızı, dəni ağ 



v.echinoides (var.nova) 

Qılçıqlı, sünbül. pulcuğu zərif, qırmızı, tükcüklü, qılçığı və dəni qırmızı 



 

Tədqiq  olunan  nümunələrdə  sünbül  və  əlamətləri,  həyat  tərzi,  sünbülləmə 

müddəti,  boy,  sarı  pasa  davamlılığa  və  məhsuldarlığa  görə  polimorfizm  müşahidə 



 

153 


 

edilmişdir. T.compactum nümunələri həyat tərzinə görə fərqli olmuşlar. Nümunələrin 

təqribən  yarısı  (48,6%)  payızlıq  (9  ball)  həyat  tərzinə  malikdir,  23  nümunə  isə  əsl 

payızlıqdır  (kollanma  fazasında  yabanı  buğdalar  kimi  tam  yerə  sərilmiş  olur  –  ball 

9+).  Nümunələrin  35,7%-i  payızlıq-yazlıq,  8,6%-i  yarımpayızlıq,  7,1%-i  yazlıq-

payızlıq  olmuşdur.  Əsl  yazlıq  genotiplərə  rast  gəlinməmişdir.  Müqayisə  üçün, 

Naxçıvan  MR  ərazisindən  toplanılmış  T.compactum  nümunələrin  də  təqribən  yarısı 

payızlıq 39,8%-i payızlıq-yazlıq həyat tərzinə malik olmuşdur [3].  

Son  2014-2015-ci  illərdə  Gobustanda  göbələk  xəstəliklərinin  epifitotiyası 

müşahidə  edilməmişdir.  Buna  baxmayaraq,  T.spelta,  T.compactum  və  yumşaq 

buğdanın Asiya növaltısına aid nümunələrin sarı pasla müxtəlif dərəcədə (MR-70S) 

siyarətlənməsi qeyd olunmuşdur. Ekspedisiya nəticəsində Naxçıvan MR ərazisindən 

toplanılmış spontan T.compactum nümunələrinə nisbətən hibrid mənşəlilərdə immun 

(R)  və  orta  davamlı  (MR)  nümunələrin  sayı  çox  olmuşdur.  Bunu  onların  valideyin 

formalarının  son  illərdə  yaradılmış,  o  cümlədən  Beynəlxalq  təşkilatlatdan  alınmış 

müasir, yüksək davamlı yumşaq və bərk buğdaların olması ilə izah etmək olar. 

Qeyd  etdiyimiz  kimi,  cari  ildə  sünbülləmə  fazasının  ötən  illərə  nisbətən  4-10 

gün  gecişməsi  müşahidə  edilmişdir.  Bölgədə  rayonlaşdırılmış  Qobustan  yumşaq 

buğda  sortundan  tez  (24  may)  sünbülləyən  T.compactum  genotiplərinə  rast 

gəlinməmişdir.  Nümunələrin  təqribən  yarısı  (48,6%)  nisbətən  tez  (26-27  may), 

18,6%-i gec (01-04 iyun) sünbülləmişdir.  

Sünbülləmə  fazasında  yüksək  hava  hərarəti  və  torpaq  quraqlığı  –  depresiya 

səbəbindən  kompaktum  buğdaların  əksəriyyətində  sünbülaltı  buğumarasının 

uzunluğunun  ötən  illərə  nisbətən  qısalması  müşahidə  olunmuşdur.  Öyrənilmiş 

kompaktum nümunələrində minimal boy 70,0 sm, maksimum 127,0 sm, orta göstərici 

104,3 sm olmuşdur (Cədvəl 3). Qeyd etmək lazımdır ki, cari ildə Naxçıvan MR-ə aid 

ekspedisiya materiallarında minimal boy 75,0 sm, maksimum 127,0 sm, orta göstərici 

99,7 sm olmuşdur. 

 

Cədvəl 3 

Yüksək məhsuldar kompaktum nümunələrinin aqrobioloji göstəriciləri, 

Qobustan, 2015 

Növmüxtəlifliyi 

Həyat tərzi, 

ball 

Sünbülləmə 

Sarı pas, 

ball 

Boy, 

sm 

Məhsuldarlıq, 

q/m

2

 

v.karsiense (xırda sünbül) 

9+ 


27.V 

112,0 



472,0 

v.pseudorubrum 

27.V 



MR 

123,0 


400,0 

v.erinaceum 

26.V 



108,0 


451,0 

v.roshanum, rufinflatum 

9+ 


26.V 

123,0 



417,0 

v.karsiense 

9+ 


27.V 

112,0 



462,0 

v.creticum 

27.V 



MR 

120,0 


418,0 

v.rufulum, creticum  

27.V 



MR 

118,0 


423,0 

v.rufulinflatum, roshanum  

28.V 



MS 

108,0 


429,0 

v.roshanum, rufinflatum  

28.V 



40S 

113,0 


460,0 

v.echinoideum 

(convar.compactum) 

27.V 


113,0 


401,0 

Qobustan (Standart) 

24.05 


98,0 


216,0 

 

T.compactum  nümunələri  vahid  sahədən  məhsuldarlığa  görə  də  fərqlənmişlər. 

Minimum  məhsuldarlıq  61,0  q/m

2

,  maksimum  472,0  q/m



2

,  məhsuldarlığın  orta 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə