Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə80/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   76   77   78   79   80   81   82   83   ...   266

 

162 


 

Restriksiya  fraqmentinin  uzunluq  polimorfizmi  (Restriction  Fragment  Lenght   

Polymorphisms,  RFLP):  İlk  kəşf  edilən  molekulyar  marker  sistemidir.  Əsas  prinsipi 

restriktazalar  vasitəsilə  parçalanmış  DNT  fraqmentlərinin  elektroforetik  üsulla 

identifikasiyasından  ibarətdir.  Restriktaza  adlanan  fermentlər  endonukleazalara  aid 

olub,  DNT  molekulunu  ancaq  müəyyən  yerlərdən  parçalamaq  qabiliyyətinə 

malikdirlər.  Restriksiya  fraqmentinin  uzunluq  polimorfizmi  (restriction  fragment 

length  polymorphism-RFLP)  adlanan  metod  alınmış  restriksiya  fermentlərinin 

aqaroza  gelində  elektroforezi  və  ethidium  bromid  ilə  boyadıldıqdan  sonra  geldə 

əmələ  gələn  DNT  ləkələrinin  yeri  və  sayının  standartla  müqayisə  edilməsinə 

əsaslanır.  Daha  çox  DNT-ə  olan  tələbat  bahalı  və  çox  vaxt  tələb  etməsi  texniki 

metodun  mənfi  cəhətini,  alınan  nəticələrin  etibarlılığı  və  kodominant 

(heteroziqotların  fenotipində,  hər  iki  allel  cütün  təsir  göstərməsi)  marker  sisteminə 

malik olması isə üstünlüklərini təşkil edir [15; 16]. 



Təsadüfi  DNT  hissəsinin  amplifikasiyası  (Random  Amplified  Polymorphic 

DNA,  RAPD):  RFLP  metodundakı  çətinliklərin  qarşısını  almaq  və  PCR  metodunun 

əmələ  gətirdiyi  üstünlüklərdən  faydalanmaq  məqsədi  ilə  RAPD  metodu  işlənib 

hazırlanmışdır.  RAPD  markerləri  qısa  zaman  ərzində  bütöv  genom  səviyyəsində 

böyük miqdarda nümunələrin identifikasiyasını reallaşdırmağa imkan verir. Təsadüfi 

xarakterli  RAPD  markerləri  qabaqcadan  genom  haqqında  heç  bir  informasiya  tələb 

etmir və eyni zaman ərzində bir neçə gen lokusunu tədqiq etməyə imkan verir. PCR 

məhsulları,  elektroforez  edildikdən  sonra  ethidium  bromid  ilə  rəngləndikdən  sonra 

əmələ  gələn polimorfik diapazonlar nəzərə alınmaqla davamlı və həssas fərdlər bir-

birindən fərqlənir. İstifadə olunan hər RAPD praymeri üçün yaranan PCR məhsulları 

iki qrup daxilində araşdırılır. Birinci dəyişən olaraq adlanır və bunlar nukleotidlərdəki 

inversion,  delesyon  və  praymer  əlaqə  sahəsindəki  nukleotid  dəyişikliyindən 

qaynaqlanır. İkinci isə dəyişən olmayanlar (monomorfiq) adlandırılır [17; 18]. 

RAPD  analizi  sadədir,  tətbiq  olunması  tez  və  asandır.  Çoxaltma  əməliyyatı 

normal  PCR  şərtlərindən  fərqli  olmaqla,  praymer  (13-30  nukleotid  uzunluğunda 

PCR-in  spesifikliyini  müəyyənləşdirən  sintetik  DNT  parçasıdır)  əlaqələnmə 

temperaturu  aşağı  olmaqla  (35-37

0

C)  və  yalnız  bir  praymerdən  istifadə  olunur. 



Markerin tətbiqinin tez və asan olması onun üstünlüyünü, yalnız dominant markerlər 

yaradılması, PCR əsnasında səhv uyğunlaşmaların olması, PCR şərtlərindəki kiçik bir 

dəyişikliyin  nəticələrə  təsir  etməsi  və  laboratoriyalar  arasında  təkrarlanma 

probleminin mövcudluğu markerin mənfi cəhətidir [19; 20; 21]. 



Amplifikasiya fraqmentinin uzunluq polimorfizmi (Amplified Fragment  Length 

Polymorphisms,  AFLP):  Yeni  bir  marker  sistemi  olaraq  inkişaf  etmişdir  (P.Vos  və 

başq., 1995). Cinsi  yolla (valideyn) və seleksiya nəticəsində  yaranan fərdlərin DNT 

molekulaları  iki  restriktaza  adlanan  fermentlərin  təsiri  ilə  parçalanır  və  DNT 

molekulunun  parçalanması  nəticəsində  əmələ  gələn  DNT  hissəcikləri  adapterlərlə 

(liqasyon) birləşir. Liqasyon (genetik əlaqə) məhsulları bir əsas  əlavə edilmiş DNT 

zəncirləri ilə (praymerlərlə) PCR olunur və əldə olunan PCR məhsulları 3 əsas əlavə 

edilmiş praymerlərlə (praymerin biri radioaktiv və ya fluoresent ilə nişanlanır) seçici 

PCR məruz qalır. PCR məhsullarının poliakrilamid gelində elektroforezi nəticəsində 

əmələ gələn polimorfizmə görə nəticələr qiymətləndirilir. Tək bir reaksiyada 30-150 



 

163 


 

bölgə müəyyən olunur, nəticələrin təkrarlanması ən əhəmiyyətli üstünlüyüdür. Mənfi 

cəhəti  isə  bahalı  olması,  laboratoriya  avadanlıqlarına  tələbat  və  dominant  marker 

olmasıdır [15; 17; 21; 22]. 



Sadə  ardıcıllıqlı  təkrarlar(Simple  Sequence  Repeats,  SSR:  Canlıların 

genomunda  daha  çox  təkrarlanan  DNT  ardıcıllığı  vardır.  Bu  ardıcıllıqlar  müəyyən 

sayda təkrarlanır. Ardıcıllıqların genomun hansı hissəsində və neçə dəfə təkrarlandığı 

növə görə dəyişir. Eyni növ daxilindəki fərdlər arasındakı bu ardıcıllıqların mövcud 

olmamasına  əsaslanan  SSR  markeri  inkişaf  etmişdir.  Təkrarlanan  bölgələrə  xas 

spesifik  praymerlər  inkişaf  etdirilmiş  və  bu  praymerlər  ilə  PCR  aparılır.  PCR 

fermentləri  elektroforez  edildikdən  sonra  ethidium  bromid  və  ya  gümüş  nitrat  ilə 

boyandıqdan  sonra  polimorfizm  aşkarlanır.  Markerin,  kodominant  olması  və 

təkrarlanması ən əhəmiyyətli cəhəti, genom məlumatına və sequens analizine ehtiyacı 

olması onun mənfi cəhətini təşkil edir [23; 24]. 



Molekulyar markerlərin təsnifatı. 

Dominant  markerlər:  Allel  genlərarası  əlaqədə  dominantlıq  üstünlük  təşkil 

etdiyindən heteroziqot fərdləri (Aa) təyin etmək mümkün deyildir. 



Kodominant  markerlər:  Allellərarası  əlaqədə  dominantlıq  əsas  olmadığından 

heteroziqot  fərdləri  (Aa)  homoziqot  dominant  fərdlərdən  (AA)  ayırd  etmək 

mümkündür.  Buna  görə  hər  hansı  bir  nöqtədəki  marker  üçün  3  müxtəlif  şəkil  (AA, 

Aa və aa) əldə edilə bilər və bunlar bir-birlərindən asanlıqla ayrıla bilər. 



Molekulyar markerlərin xüsusiyyətləri. 

Molekulyar  markerlər  morfoloji  və  biokimyəvi  xüsusiyyətlərinə  görə  bir  çox 

üstünlüklərə malikdir [24]. Bunlara daxildir: 

a)

 



Genoma bağlı olduqlarından etibarlıdırlar; 

b)

 



Təkrarlana  bilir  və  laboratoriyalar  arasında  standartlaşdırılması 

mümkündür; 

c)

 

Genomda birdən çox bölgəni müəyyən etmə imkanına malikdir; 



d)

 

Ətraf mühit şəraitindən asılı deyildir; 



e)

 

Dominant və kodominant xüsusiyyətlərə malikdirlər; 



f)

 

Bütün toxumalarda təyin oluna bilirlər; 



g)

 

Markerlər öldürücü təsirə malik deyillər. 



Genetik ehtiyatların müəyyən edilməsi və qorunması. 

Molekulyar  markerlər  sayəsində  gen  resurslarının  bütün  genetik  kökləri  ilə 

əlaqədar  olduqca  faydalı  məlumatlar  əldə  edilir.  Bu  məlumatlar  seleksiyaçılar  üçün 

aparılan  tədqiqat  işlərində  xüsusilə  nadir  olan  genləri  daşıyan  gen  resurslarının 

istifadə edib etməyəcəklərinə qərar vermədə əhəmiyyətlidir. Dəyişən ekoloji və bazar 

tələbləri,  mədəni  ticari  sortlarının  inkişaf  etdirilməsini  zəruriləşdirir.  Yeni  sortlarda 

dəyişik bir meyvə rəngi və ya hər hansı bir xəstəliyə dayanıqlılıq kimi xüsusiyyətlər 

tələb  oluna  bilər.  Lazım  gəldikdə  hər  hansı  bir  xüsusiyyəti,  kolleksiyada  olan  bir 

bitkidən  hibridləşmə  yolu  ilə  bazar  tələblərinə  uyğun  sortlara  köçürülə  bilər.  Bu 

vəziyyətdə,  genetik  müxtəlifliyin  qorunması  və  lazım  olduqda  istifadə  edilməsi 

məqsədi  ilə  genetik  ehtiyatların  qorunması  və  gen  qaynaqlarında  yer  alan  genlərin 

müəyyənləşdirilməsi  lazımdır.  Molekulyar  markerlərdən  istifadə  edərək  müxtəlif 

genetik  quruluşlu  bitkilər  təsbit  edilərək  qorunur.  Çox  sürətli  polimorfik  marker 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə