Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə96/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   92   93   94   95   96   97   98   99   ...   266

 

196 


 

Bitkilərin  stres  amillərə  davamlılığının  təyinində  ən  çox  istifadə  olunan 

diaqnostik  metodlardan  biri  də  yarpaqlarda  sərbəst  prolin  aminturşusu  miqdarının 

öyrənilməsidir.  

Su  stresi  şəraitində  sərbəst  prolin  amin  turşusu  miqdarının  artmasının  səbəbini 

izah  edən  müxtəlif  fikirlər  mövcuddur.  Bunlardan  biri,  prolin  amin  turşularının 

parçalanmaması və ya onun zülalların strukturuna daxil olmasının qarşısının alınması 

ilə  prolin  amin  turşularının  miqdarının  arta  bilməsidir.  Bəzi  alimlər  belə  qənaətə 

gəlmişlər  ki,  prolin  amin  turşularının  miqdarının  artması  böyük  molekulların,  o 

cümlədən zülalların parçalanması hesabına baş verir. Bu mexanizm vasitəsilə bitkilər 

öz  hüceyrələrində  turqor  təzyiqinin  yaranmasına  şərait  yaradaraq,  bir  tərəfdən  su 

molekullarının  itirilməsinin  qarşısını  alır,  digər  tərəfdən  isə,  hüceyrə  şirəsinin  su 

saxlama  qabiliyyətini  artırmaqla,  osmotik  tənzimləmə  yolu  ilə  transpirasiyanı 

azaldaraq, fotosintez prosesini davam etdirə bilirlər.  

Bəzi  tədqiqatçıların  nəticələrinə  görə,  daha  çox  prolin  toplamaq  qabiliyyətinə 

malik olan bitkilər adətən daha çox osmotik tənzimləməyə də malik olurlar ki, onların 

quru  və  susuz  ərazilərdə  öz  hüceyrələrində  yüksək  su  saxlama  potensialı  olduğuna 

görə adətən daha çox məhsuldarlığa malik olurlar. Lakin, bəzi tədqiqatların nəticələri 

göstərmişdir ki, quraqlğa davamlı sortlar həmişə yüksək miqdarda prolin toplamır və 

hətta quraqlığa həssas sortların prolin toplama miqdarı davamlı sortlarla müqayisədə 

daha yüksək olur [6]. 

Bizim  təcrübəmizdə  öyrənilən  4  bərk  buğda  hibridlərinin  yarpaqlarında 

streslərlə  əlaqədar  prolin  amin  turşusunun  miqdarının  təyini  göstərdi  ki,  onlar  öz 

yarpaqlarında  müxtəlif  miqdarda  prolin  amin  turşusu  toplanmasına  səbəb  olmuşlar 

(Şəkil 1, Cədvəl 2).  

 

Stresə məruz qalmış bərk buğda (T. durum Desf.) nümunələrinin yarpaqlarında 



prolin amin turşusunun miqdarı 

Cədvəl 2 

Kataloq 


№-ləri 

Nümunələrin adı, 

toplandığı yer 

Mmol/q-la 

Nəzarətə görə, 

 %-lə 


Nəzarət 

Quraqlıq 

Duz 

Quraqlıq 



Duz 

09K-175 


v.leucurum Abşeron 

“______” 

2,96 

3,00 


3,20 

101,35 


108,1

09K-56 



v. hordeiforme hibrid 

“______” 

2,95 

2,74 


2,30 

92.8 


77.9 

13K-55 


v. mutico leucurum hibrid 

“______” 

3,05 

3,24 


3,20 

106,29 


104,9

13K-122 



v. mutico- affine hibrid 

“______” 

3,24 

2,96 


2,32 

91,35 


71,60 

 

 


 

197 


 

 

 

Şəkil 1. Stresə məruz qalmış bərk buğda (T. durum Desf.) nümunələrinin 

yarpaqlarında prolin amin turşusunun miqdarı (Mmol/q-la) 

 

Cədvəl  və  şəkildən  də  göründüyü  kimi,  duz  stresinin  təsirindən  prolin  amin 



turşusunun  miqdarında  ən  çox  artım  v.leucurum  Abşeron  hibridində  müşahidə 

edilmişdir  (108.1%).  Bu  hibriddə  quraqlıq  stresi  zamanı  da  prolin  amin  tirşusunun 

miqdarında müəyyən qədər artım (101.3%) baş vermişdir. V.mutico leucurum hibridi 

isə  hər  iki  stresə  qarşı  demək  olar  ki,  eyni  reaksiya  göstərmiş,  quraqlıq  stresi 

təsirindən yarpaqlarda prolinin miqdarında 106.3%, duz stresi təsirindən isə 104.9% 

artım  olmuşlar.  Öyrənilən  digər  iki  hibriddə  qraqlıq  stresi  təsirindən  prolinin 

miqdarında xeyli azalma, duz stresi təsirindən isə kəskin azalma müşahidə edilmişdir. 

Stres  amillərin  təsirindən  yarpaqlarda  prolinin  miqdarını  əks  etdirən  bu  nəticələr 

ümumi  xlorofilin  miqdarında  baş  verən  nəticələrə  tamamilə  uyğun  gəlir.  Oxşar 

nəticələr  v.mutico  leucurum  hibridində  də  müşahidə  edilmişdir.  Bu  hibridin 

yarpaqlarında ümumi xlorofilin miqdarı nəzarət variantinda 50.9 olmuşdursa, qraqlıq 

stresindən  sonra  bu  rəqəm  50.4,  duz  stresindən  sonra  isə  52.8-  ə  bərabər  olmuşdur. 

Başqa sözlə, quraqlığın təsirindən xlorofilin miqdarında cəmi 1% azalma, duz stresi 

təsirindən isə hətta 3.7% artım baş vermişdir. Bu da öyrənilən hibridin hər iki stresə 

qarşı davamlı oloduğunu göstərir. Bunlardan fərqli olaraq öyrənilən digər hibridlərdə 

quraqlıq və duz streslərinin təsirindən ümumi xlorofilin miqdarında nəzərə çarpacaq 

azalmalar  baş  verməmişdir.  V.hordeiforme  (09K-56)  və  v.mutico-affine  (13K-122) 

hibridlərində ümumi xlorofilin miqdarı quraqlıq stresinin təsirindən 23.1 və 7%; duz 

stresinin təsirindən isə 11.7 və 11.8% azalmışdır. Odur ki, bu hibridləri quraqlıq və 

duz streslərinə qarşı həssas və ya orta davamlı nümunələr kimi qiymətləndirmək olar.  

Sahədən laboratoriyaya gətirilərək stres verilmiş bitkilərin yarpqlarında prolinin 

miqdarını  təyin  etməklə  bərabər  onlarda  ayrılıqda  xlorofil  “a”  və  xlorofil  “b”-nin  

miqdarı  da  təyin  edilmiş  və  alınmış  nəticələr  3  nömrəli  cədvəldə  göstərilmişdir. 

Cədvəldən  göründüyü  kimi,  stres  amillərin  təsirindən  ümumi  xlorofilin  və  prolinin 

miqdarında baş verən dəyişmələr ayrılıqda xlorofil “a” və xlorofil “b”-nin miqdarında 

da özünü göstərmişdir. Belə ki, quraqlıq və duz stresinin təsirindən xlorofil (a+b)-nin 

miqdarı v.leucurum Abşeron hibridində 106 və 111; v.mutico leucurum hibridində isə 

2,96 


2,95 

3,05 


3,24 

2,74 



3,24 

2,96 


3,2 

2,3 


3,2 

2,32 


0

0,5


1

1,5


2

2,5


3

3,5


v.leucurum

Abşeron

v. hordeiforme

hibrid

v. mutico leucurum

hibrid

v. mutico- affine

hibrid

Nəzarət 


Quraqlıq

Duz



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə