102
2-ci cədvəldən göründüyü kimi, bir bitkidə olan toxumların sayı 53 ilə 185
arasında olması təyin edilmiş, st.Arzu sortunda bu göstərici 108 olmuşdur. Bir bitkidə
olan paxlaların sayı 37 ilə 141 arasında tərəddüd etdiyi müəyyən edilmişdir (cədvəl
2).
Nümunələrdə paxlada olan toxumların sayı 1-2 ilə 2 arasında olmuşdur.
Bitkilərdə paxlanın uzunluğu 1sm ilə 1,5 sm arasında dəyişmişdir, st.Arzu sortunda
isə bu göstərici 1,8 sm olmuşdur. Tədqiq olunan nümunələrdə 100 toxumun kütləsi
3,4 q-la 5,2 q arasında tərəddüd etmişdir, st.Arzu sortunda isə bu göstərici 6,0 q
olması təyin edilmişdir. Həmçinin sortnümunələrdə məhsuldarlıq göstəricisi 76 q-la
370,8 q arasında dəyişmişdir, bu göstərici st.Arzu sortunda 632 q olması müəyyən
edilmişdir.
Beləliklə, aparılan tədqiqat nəticəsində biomorfoloji parametrləri standart
sortdan (Arzu sortu) yüksək olan genotiplər aşkar olunmuşdur. Nümunələr üzərində
tədqiqat işləri davam etdirilir.
ƏDƏBİYYAT
1.
Ağayev H.C. və başq. Aqronomun məlumat kitabı. Bakı, 1989, 239 s.
2. Cəfərov M.İ. və başq. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma
texnologiyası. Bakı, 2000, 634 s.
3. Məmmədov T.Y. Azərbaycanda paxlalı yem bitkiləri. Bakı: Azərnəşr, 1964, 159 s.
4. Əmirov L.Ə., Əkpərov Z.İ., Mirzəyev R.S. Dənli-paxlalı bitkilərin seleksiyası //
Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun elmi əsərləri məcmuəsi. Bakı:
Müəllim, 2005, c.XXI, s.55-59
5. Əmirov L.Ə., Mirzəyev R.S. və başq. Mərcimək genofondunun tədqiqi və
seleksiyanın nəticələri //Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun elmi
əsərləri məcmuəsi. Bakı: Müəllim, 2014, c.XXV, s.38-41
6. Mirzəyev R.S., Əmirov L.Ə., Cahangirov A.A. Ərzaq-paxlalıları nümunələrinin
quraqlığa davamlılığının öyrəniıməsi //Azərbaycan Elmi-Tədqiqat Əkinçilik
İnstitutunun elmi əsərləri məcmuəsi. Bakı: Müəllim, 2014, c.XXV, s.152-155
7. Hüseynova T.N., Şıxəliyeva K.B. İntroduksiya olunmuş yeni noxud və mərcimək
sortnümunələrinin biomorfoloji və fizioloji qiymətləndirilməsi // Azərbaycan Elmi-
Tədqiqat Əkinçilik İnstitutunun elmi əsərləri məcmuəsi. Bakı: Müəllim, 2015,
c.XXVI, s.185-188
8. Mirzəyev R.S., Əmirov L.Ə. Ərzaq paxlalıları nümunələrinin xüsusi yarpaq
kütləsinin vegetasiya dövrü ərzində dəyişməsi // Azərbaycan Elmi-Tədqiqat Əkinçilik
İnstitutunun elmi əsərləri məcmuəsi. Bakı: Müəllim, 2015, c.XXVI, s.198-202
9. Məmmədova Ş.E., Şıxlinski H.M. Mərcimək və lobya genotiplərində göbələk
xəstəliklərinin biokimyəvi göstəricilərə təsiri // Azərbaycan Elmi-Tədqiqat Əkinçilik
İnstitutunun elmi əsərləri məcmuəsi. Bakı: Müəllim, 2015, c.XXVI, s.252-256
ИЗУЧЕНИЕ НЕКОТОРЫХ БИОМОРФОЛОГИЧЕСКИХ ПАРАМЕТРОВ
ГЕНОТИПОВ ЧЕЧЕВИЦЫ
Ш.E.MАМЕДОВА,
Г.M.ШИХЛИНСКИЙ
103
НАНA, Институт Генетических Ресурсов
Статья посвящена исследованию на институте Абшеронской Научно-
Исследовательской Базе ряда биоморфологических показателей (количество
всходов, цветение 50% растений, формирование 50% бобов, высота растений
(см), высота до образования первых бобов (см), число стеблей, количество
семян с одного растения, количество бобов с одного растения, количество
семян с одного боба, длина боба, вес 100 семян, урожайность) генотипов
чечевицы.
STUDY OF SOME BIOMORPHOLOGICAL INDICATORS OF LENTIL
GENOTYPES
Sh.E.MAMMADOVA, H.M.SHIKHLINSKI
ANAS, Genetic Resources Institute
The article investigates of biomorphological indicators (number of shoots,
flowering 50% of the plants, the formation of 50% of beans, plant height (cm), height
to the formation of the first beans (cm), number of internodes, number of seeds per
plant, the number of beans per plant, number of seeds per bean, bean length, weight
of 100 seeds, yield) of lentil genotypes in Absheron Research Baseof the institute.
UOT 303553.303.503
ƏNCİR GENOFONDUNUN TOPLANMASI VƏ ÖYRƏNİLMƏSİ
N.Ə.HƏSƏNOV, A.H.HƏSƏNOVA
AMEA Genetik Ehtiyatlar İnstitutu, AZ1106, Azadlıq pr. 55, Bakı
Məqalədə seleksiya yolu ilə yaradılan əncir sortları haqqında, həmin sortların
artırılması və aparılan yüksək aqrotexniki tədbirlərdən bəhs edilir. Eyni zamanda
respublikanın bir neçə rayonlarından toplanan yeni əncir formaları, onların
toplanması, artırılması və öyrənilməsi haqqında məlumat verilir.
Açar sözləri: əncir, genofond, ekspedisiya, xarakteristika, deskriptor,
pomologiya, morfofiziologiya, seleksiya, şəkərlilik, vitamin A və C
Ключевые слова: фиг, генофонд, экспедиция, характеристика,
дескриптор, помология, морфофизиология, селекция, сахаристость, витамин А
и С
Key words: fig, genpool, expedition, characteristic, descriptor, pomology,
morphophysiology, breeding, sugar degree, vitamin A and C
Respublikamız bir çox subtropik bitkilərin vətənidir. Respublikamızda təbii
halda min hektarlarla nar, əncir, qafqaz xirniyi, yabanı püstə (saqqız ağacı), sümşad