Aqressivliyin diaqnostikasi. Bass-Darki sorğusu


Müəllimlər arasında aparılan psixoloji maarifləndirmə işi



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə11/14
tarix12.06.2023
ölçüsü1,26 Mb.
#116709
1   ...   6   7   8   9   10   11   12   13   14
Psixoloji-məsləhət-və-psixokonsultasiya-N.Məmmədova

Müəllimlər arasında aparılan psixoloji maarifləndirmə işi 
Plan: 
1.
Müəllimlər arasında aparılan psixoloji maarifləndirmə işinin məzmunu 
2.
Müəllimlər arasında aparılan psixoloji maarifləndirmə işinin formaları 
3.
Müəllimlərlə aparılan maarifləndirmə işində psixoloqun vəzifələri. 
Müəllim və tərbiyəçinin peşəkar fəaliyyətinin səmərəliliyi onların peşə mühiti ilə yanaşı, 
pedaqoji ünsiyyət bacarıqlarından, şagirdlərin yaş və psixoloji xüsusiyyətləri haqqında 


biliklərinin səviyyəsindən, başqa sözlə desək peşə səriştəliliyindən əhəmiyyətli dərəcədə 
asılıdır. Müasir dövrdə milli təhsil sistemimiz nəticəyönümlü və şəxsiyyətyönümlü strategiya 
üzrə inkişaf etməkdir. Bu prosesdə psixoloji komponent vacib amillərdən biri kimi ciddi nəzərə 
alınmalıdır. Hələ 19-cu əsrdə təhsildə bu amilin rolunu yüksək qiymətləndirən rus ədibi, 
tənqidçisi Belinski yazırdı: “ psixologiya əsaslanmayan pedaqogika anotomiyanın 
mövcudluğundan xəbəri olmayan fiziologiya kimi yoxsuldur”. Təhsil sistemində praktik psixoloji 
xidmət şəbəkəsinin genişlənməsi zəruriliyini həyatı tələbat və reallıqdır. Uzun müddət peşəkar 
pedaqoji fəaliyyət sahəsində çalışan müəllimlər ixtisasartırma və təkmilləşdirmə kursları 
vasitəsilə psixologiya elmində ki yeniliklərlə tanış olsalar da, indi bu sahədə işin ağırlığı 
əhəmiyyətli şəkildə məktəb psixoloqunun üzərinə düşür. Onun iş sistemində müəllimlər 
arasında aparılan psixoloji maarifləndirmə üzrə işlər müəyyən yer tutur. Bu istiqamətdə 
aparılacaq işlərin sistemində aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılmalıdır; 
-
Müəllimlərin ümumi psixoloji savadının yüksəldilməsinə kimlə etmək
-
Şəxsiyyətin inkişaf prosesini öyrənmək üçün aaa diaqnostik metodikaları 
mənimsəməkdə onlara kömək göstərmək 
-
Şagirdlərin və şagird kollektivinin psixi inkişafında müşahidə olunan qüsurların aradan 
qaldırılmasında psixoloji biliklərə istinad edilməsini təmin etmək.
Psixoloqun müəllimlərlə işi o halda səmərə verə bilər ki, müəllimlər öz peşə fəaliyyətinin 
mahiyyətini dərk edərək özünütəhsil və özünü inkişafın zəruriliyini anlamış olsunlar. 
Pedaqoji konsiliumların təşkili və keçirilməsində psixoloq öz mütəxəssis mövqeyini ortaya 
qoymağa bacarmalı, şagirdlər haqqında məlumatların yalnız müəllimlərdən deyil, müxtəlif 
mənbələrdən əldə edilməsinin mümkünlüyünü və zəruriliyini əsaslandırmağı bacarmalıdır, 
psixoloqun müəllimlərlə işinin əsas məqsədi pedaqoji prosesin hər bir uşağın azad inkişafı 
mühitinə çevrilməsinə yardım göstərməkdən, təlim-tərbiyə prosesində hər bir uşağın 
fəaliyyətinin, maraq və meyillərinin formalaşmasına əlverişli zəmin yaratmaqdan ibarətdir. Bu 
məqsədlə nail olmaq üçün psixoloq ilk növbədə müəllimlər arasında müasir pedaqoji-psixoloji 
nəzəriyyələrin fəal təbliğinə nail olmalıdır 
Psixoloq müəllimlərlə şagirdlər arasındakı qarşılıqlı münasibətlərin öyrənilməsinə, bu 
münasibətlərin humanist, demokratik, qarşılıqlı əməkdaşlıq ,uşaq şəxsiyyətinə hörmət 
prinsipləri əsasında qurulmasına həssaslıqla yanaşmalıdır. 


Psixoloqun biri onun müəllimlərin daimi fəaliyyət göstərən seminarın təşkil etməsidir. Burada 
müəllimlərin peşə fəaliyyəti ilə bağlı müxtəlif pedaqoji- psixoloji problemlərin müzakirələri 
yanaşı,sinif rəhbərləri, uşaq birliyi təşkilatının rəhbəri və məktəb rəhbərləri də iştirak etməlidir. 
Məktəbdə təşəkkül tapmış ənənələrin daha da möhkəmləndirilməsi, şagird özünüidarəsinin 
müxtəlif formalarının inkişaf etdirilməsi istiqamətində apardığı səmərəli fəaliyyətinin nəticələri 
heç şübhəsiz psixoloqun məktəbin pedaqoji və şagird kollektivi arasında mərkəzi və nüfuzlu bir 
sima kimi mövqelərinin möhkəmlənməsinə etibarlı təminat yaratmış olur. Müasir dövrdə 
müəllimin pedaqoji şüuruna, yeni pedaqoji təfəkkürə əsaslanan təhsil quruculuğu prosesində 
hər bir psixoloji bilik və bacarıqlara böyük tələbat hiss edir. Ona görə də bu sahədəki mövcud 
boşluğu doldurmaq üçün psixoloji xidmət sisteminin və onu həyata keçirən əsas şəxs kimi 
praktik məktəb psixoloqunun üzərinə bir sıra vəzifələr düşür 
1.
Müəllimlər arasında maarifləndirmə işinin və psixoloji biliklərini təbliğini forma və 
metodlarının müəyyənləşdirilməsi. 
Bu istiqamətdə həyata keçirilən tədbirlərin təşkilində yaş və pedaqoji psixologiya kursu üzrə 
tematik mühazirə və seminarların, pedaqoji Psixologiyanın aktual məsələlərinin müzakirəsinə 
həsr olunmuş”dəyirmi masa”dan istifadə etmək mümkündür. Müəllimlər arasında psixoloji 
biliklərin təbliğinin və onlar arasında maarifləndirmə işinin əsas mərkəzi kimi psixoloji xidmət 
kabinetindəki psixoloji ədəbiyyatlardan, respublikamızda çap olunan “ Məktəb psixoloqu “ 
qəzetindəki materiallardan, şagirdlərin öyrənilməsi üçün müxtəlif metodikalardan istifadə 
etmək məqsədəuyğundur. 
2.
Müəllimlərin şagirdlərin öyrənilməsi metodları ilə tanış edilməsi. 
Hər bir müəllim gündəlik peşəkar fəaliyyətində rastlaşdığı pedaqoji situasiyaların həllində 
şübhəsiz ki, psixoloji biliklərə bu və ya digər səviyyədə istinad etməli olur. Lakin bütün 
müəllimlər heç də həmişə lazımi psixoloji səriştə nümayiş etdirə bilmir, böhranlı situasiyalarda 
çaşıb qalır. Şagirdlərin öyrənmə metodları haqqında kifayət qədər nəzəri biliyə, tədqiqat 
metodikaların bələd olmayan müəllimlər onların maraq və meyillərini , təlimdə geridə 
qalmanın, ayrı-ayrı şagirdlərin qüsurlu davranışının səbəblərini öyrənmək də, belə halların 
aradan qaldırılması yollarını müəyyənləşdirə bilmirlər. Məktəb psixoloqu müəllimlərə 
şagirdlərin davranış motivlərini, həyat planlarını, idrak maraqlarını, ünsiyyət dairəsini, 


sinifdəkimivəetini müəyyənləşdirməyə imkan verən tədqiqat metodları ilə tanış etməli, ayrı-
ayrı metodikaların tətbiqi xüsusiyyətləri haqqında məlumat verməli, tematik konsiliumlar, 
sosial-psixoloji treninqlər keçirməlidir. 
3.
Müəllimlərin korreksiya metodları ilə tanış edilməsi 
Psixoloqun müəllimlər arasında apardığı maarifləndirmə işinin sistemində onların müxtəlif 
korreksion metodikalarla tanış edilməsi mühüm yer tutur.Psixokorreksiya üzrə işlər şagirdlərin 
idrak proseslərini, şəxsiyyət keyfiyyətlərini, onların yaşlılar və ya və yaşıdları ilə qarşılıqlı 
münasibətlərini, davranış patologiyaları da daxil olmaqla çox böyük fəaliyyət zonasını əhatə 
edir. 
Müəllimlərin qeyd olunan sahələrdə fəaliyyət uzun zəruri metodikalarla və iş üsulları ilə tanış 
edən psixoloq onlarla işin xüsusiyyətləri ilə məlumatlandırır. 
Psixokorreksion metodikalarla müəllimlərin taksi edilməsi məqsədilə psixoloq tematik 
seminarlar təşkil edir. 

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə