Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə60/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   56   57   58   59   60   61   62   63   ...   76

 
200 
Nazim  Hikmət  pyeslərinin  səhnə  təcəssümü  və  taleyi  ilə  əlaqədar  sənətkarın 
aşağıdakı sözlərini xatırlamaq yerinə düşər. Nazim Hikmət yazırdı: 
“Kəllə”  pyesini  1932-ci  ildə  İstanbulda  yazmışam.  Yanılmıramsa  bu,  mənim 
onuncu  səhnə  əsərimdir.  İlk  pyeslərimi  20-ci  illərdə  Boluda,  Ankarada  və  Moskvada 
yazmışdım. Həmin il “Kəllə” İstanbulda kitab şəklində nəşr olundu. 1951-1960- cı illər 
ərzində əsər rus, alman, rumın, çex, polyak, ərəb, italyan və ingilis dillərində çıxdı. Mən 
teatr  səhnəsində  onu  İstanbuldan  sonra  yalnız  Gəncə  dram  teatrında  görə  bildim.  Həm 
quruluş,  həm  də  aktyorların  oyunu  xoşuma  gəldi.  “Kəllə”  pyesindən  sonra,  yenə  də 
1932-ci  ildə  “Bayramın  ilk  günü”  pyesini  yazdım.  Pyesin  adı  o  zaman  “Bir  ölü  evi, 
yaxud  mərhumun  xanəsi”  idi.  1953-cü  ildə  bu  pyesi  yenidən  işlədim.  Pyes  İstanbul 
“Darülbədai”  teatrında  1932-ci  ildə  oynanıldı.  “Unudulan  adam”  pyesi  mənim 
Türkiyədə oynanılan və çap edilən son əsərimdir. Onu 1935-ci ildə yazdım və həmin il 
yenə  də  Ərtoğrul  Mühsinin  “Darülbədai”  teatrına  verdim.  “Unudulan  adam”ı  da, 
əvvəlki  iki  pyesim  kimi,  mən  Moskvada    yenidən  işlədim,  bəzi  yerlərini  dəyişdim  və 
rus  dilində  çap  etdirdim.  Sovet  İttifaqının  bir  çox  şəhərlərində,  o  cümlədən  Bakıda  və 
xalq  demokratiyası  ölkələrində  səhnəyə  qoyuldu.  “Yusif  və  Züleyxa”  pyesini  1948-ci 
ildə  Türkiyədə,  Bursa  həbsxanasında  yazdım,  həbsxanada  əlimə  İncillə  Quranın 
türkcəyə tərcümələri düşdü. 
İncildəki  “Süleymanın  mahnılar  mahnısı”nı  mən  hələ  uşaqlıqdan  çox  sevərdim. 
İndi  də  sevirəm.  Məncə  bu  “Mahnılar  mahnısı”  dünya  ədəbiyyatının  ən  gözəl 
şeirlərindən biridir. Yusifin hekayəsi bizim türk şeirinə də girmişdir. Kəndlərdə və kiçik 
şəhərlərdə xalq aşıq və məddahları tərəfindən yayılan və xalq qarşısında ucadan oxunan 
kitablarda  da  Yusif  və  Züleyxa  hekayəsi  məşhurdur.  Bu  kitablardan  bir  çoxu 
həbsxanada mənim əlimə düşdü. Yusif və  Züleyxa hekayəsini dönə-dönə və sevə-sevə 
oxudum.  Yusifin  və  Zelihanın  (Quranda  Züleyxa  adlanır)  xarakterlərini  mən,  olduğu 
kimi, İncildən və Qurandan götürdüm.  
…“Qəribə  adam”  pyesini  də  1949-cu  ildə  Bursa  həbsxanasında  yazdım. 
Yanılmıramsa, “Fərhad və Şirin” pyesini yazdığım ildi. Niyyətim bu idi ki, fürsət tapıb 
əsəri həbsxanadan bayıra çıxardım və İstanbulda teatrların birində başqa bir adamın adı 
ilə  tamaşaya  qoydurum.  Niyyətim  baş  tutmadı.  Pyesi  yazmağına  yazdım,  ancaq  bayıra 


 
201 
çıxarda bilmədim. Beləcə, əsərin birinci variantı itib getdi. Həbsxanadan çıxdıqdan və 
Moskvaya gəldikdən sonra ikinci variantını 1955-ci ildə yazdım. 
…“Qəribə  adam”  bir  çox  ölkələrdə  tamaşaya  qoyulmuşdur.  O  cümlədən  Bakıda 
Əzizbəyov  adına  teatrda  da  oynanılmışdır.  (Azərbaycan  Akademik  Milli  Dram  teatrı 
nəzərdə tutulur.-A.B. ) 
“Damokl  qılıncı”nı  1959-cu  ildə  Praqada  yazdım…  Göstərmək  istədim  ki,  atom 
bombası insanlığın başı üstündə qədim yunan əfsanəsindəki Damokl qılıncı kimi nazik 
bir ipdən asılmışdır və bu ip hər dəqiqə qırıla bilər.”  
Ömrünün  son  aylarında  Nazim  Hikmət  həmişə  dediyi  sözü  təkrar  etməkdən 
yorulmurdu: “Ən böyük arzum əsərlərimin yenidən Türkiyədə tamaşaya qoyulmasıdır.”  
N.  Hikmətin  bu  arzusu  ölümündən  sonra  gerçəkləşdi.  Əsərləri  yenidən  nəşr 
olundu, pyesləri səhnəyə qoyuldu. 
Bu  haqda  ədəbiyyatşünas  Mehmet  Fuat  belə  yazırdı:  “Nazim  Hikmətin  əsərləri 
Türkiyədə ölümündən iki il sonra, 1965- ci ildə nəşr oluna bildi .”  
N.Hikmət Azərbaycanı ikinci vətəni hesab edirdi. Onun zəngin ədəbi irsi bugün də 
Azərbaycanda tədqiq olunur və əsərləri nəşr edilir. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  “Azərbaycan  dilində  latın 
qrafıkası  ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında”  sərəncamına  uyğun  olaraq 
bu  sətirlərin  müəllifinin  tərtib  etdiyi  Nazim  Hikmətin  “Seçilmiş  əsərləri”  nin    işıq  üzü 
görməsi  qardaş  ölkənin  –  Türkiyənin  böyük  sənətkarına  ehtiram  və  rəğbətin  parlaq 
təzahürüdür. 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət 
Universitetinin Elmi Əsərləri, Bakı, 2008, N 3-4. 


 
202 
“Başım üstündə bir çinar olursa... ” 
 
Nazim  Hikmət  vəsiyyət  etmişdi  ki,  öləndə  onu  Anadoluda  bir  kənd  məzarlığında 
dəfn etsinlər. “Başım üstündə bir çinar olursa, taş-maş da istəməz”, - demişdi. Onun bu 
istəyi yerinə yetmədi. Nazim Hikmət qırx səkkiz ildir ki, əvvəlcə heyran olduğu, sonra  
gəlişinə peşiman olduğu Moskvada uyuyur...  
Türkiyənin  məşhur  şairi  və  fikir  adamı  Orxan  Seyfi  bir  zamanlar  yazırdı:  “Nazim 
Hikmət üçün kommunizm bir “din”dir. Bir dəfə bu “din”ə inandıqdan sonra kor-koranə 
axıra qədər ona sədaqət göstərməyi lazım bilir. Nazimin yuxudan oyanacağı günü bir az 
daha gözləmək lazımdır.” Kommunizm ideallarına, bütün xalqların bərabərliyinə, varlı-
yoxsul,  əzən-əzilən  anlayışlarının  bir  dəfəlik  yox  olacağına  bütün  varlığı  ilə  inanan 
kommunistlər kimi Nazim Hikmət də gün gəldi ki, yuxudan ayıldı. Amma gec idi artıq. 
Geriyə  yol  yox  idi.  Türkiyə  qəbul  etmirdi.  Moskvada  isə  “İvan  İvanıç  varmıydı, 
yoxmuydu”  adlı  sovet  bürokratizmini  ifşa  edən  pyesinin  repertuardan  çıxarılması  ilə 
başlanan təqiblər davam edirdi. Günlərin birində də şairin 1951-ci ildən 1963-cü ilədək 
sürən  Moskva  həyatı  sona  yetdi.  1963-cü  il  iyunun  3-də  Nazim  bu  dünyadan  köçüb 
getdi... 
Nazim  Hikmətin  sonuncu  həyat  yoldaşı  Vera  Tulyakova  şairin  ölümünü  ona 
müraciətlə öz xatirələrində belə təsvir edirdi: “Yuxudan ayıldım. Yataqdan qalxmadım. 
Səni  oyatmaq  istəmədim.  Poçtalyon  qəzetləri  poçt  qutusuna  yerləşdirdi.  Bu  səsdən 
bildim  ki,  saat  7.20  dəqiqədir.  Beş  dəqiqə  sonra  sən  cəld  qalxdın,  az  qala,  yüyürərək 
qapıya  getdin.  İstədim  səni  səsləyim,  amma  fikirləşdim  ki,  bir  az  da  mürgü  vurum. 
Ancaq sən qayıtmadın. Bir dəqiqə keçdi, iki dəqiqə keçdi... sən nədənsə bayır qapısını 
açmırdın,  özünü  qəribə  şəkildə  sakit  aparırdın.  Mən  yenə  bir  az uzandım,  amma  hansı 
bir qüvvəsə məni ayağa qaldırdı ki, baxım görüm sən hardasan. Qalxdım, fikirləşdim ki, 
yəqin  su  içmək  istəmisən,  ya  da  siqaret  çəkirsən.  Tez  mətbəxə  keçdim.  Yox  idin. 
Hamamxanaya baxdım, sonra tualetə. Birdən qorxu hissi bürüdü məni. Bu elə bir qorxu 
hissi idi ki, sanki arxadan məni odlu bir küləyin zərbəsi vurmuşdu. Tez dəhlizə çıxdım 
və  asılqanın  arxa  tərəfində  yerdə  -  döşəmənin  üstündə  gördüm  səni.  Oturmuşdun, 
kürəyin qapıda, bir əlin yerdə. Bir ayağın altındaydı, o biri ayağını uzatmışdın qabağa... 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə