Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə56/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   52   53   54   55   56   57   58   59   ...   76

 
186 
İlk tamaşa barədə nə demək olar? Mən eşitdiklərimə  və gördüklərimə heyranam. 
Olduqca  gözəl  baletdir,  cazibədar  musiqisi  var!  Bir  də  axı,  eyni  məqsədə  yönəldilmiş 
musiqi, quruluş və bədii tərtibatın harmonik vəhdəti nadir hadisələrdəndir.” 
Nazim  Hikmətin  heyran  olduğu  əsərlərdən  biri  də  onun  əsəri  əsasında  Arif 
Məlikovun yaratdığı “Məhəbbət əfsanəsi” baleti idi.  
Bu  yaxınlarda  “Məhəbbət  əfsanəsi”  baletinin  İstanbulda  65-ci  premyerası  oldu. 
Bütün  afişalarda  “Tamaşanın  liberettosu  Nazim  Hikmətindir”  sözləri  yazılmışdı. 
Premyerada  iştirak  edən  Arif  Məlikov  Bakıya  döndükdən  sonra  mətbuata  müsahibə 
verdi:  “Başqa ölkələrdə dəfələrlə səhnələşdirilən “Məhəbbət əfsanəsi”  İstanbulda 65-ci 
premyerasını qeyd elədi. Tamaşanın librettosu Nazim Hikmətindir axı. Onun doğulduğu 
şəhərdə  tamaşa  əsl  bayrama  çevrildi.  Baletin  1961-ci  ildəki  ilk  premyerasında  şair 
demişdi  ki,  bu  əsər  dünyanın  çox  şəhərlərini  gəzəcək.  Şestakoviç  “Məhəbbət 
əfsanəsi”ni  “etap-tamaşa”  adlandırıb  söyləmişdi  ki,  bu  baletin  böyük  gələcəyi  var.  O 
vaxt  həmin  sözlər  mənə  fantaziya  kimi  görünürdü.  Axı  onları  iki  böyük  şəxsiyyət  28 
yaşlı gəncin əsəri haqda demişdi. İndi, doğrudan da, əsər dünyanı qarış-qarış gəzir. Bu 
baletin  arxasında  Yuri  Qriqoroviçin  və  Virsaladzenin  adları  dayanır.  Qriqoroviç 
İstanbulda  da  missiyasını  uğurla  yerinə  yetirdi,  mərhum  Virsaladzenin  tələbələri  isə 
dekorasiyayla, kostyumlarla bağlı işləri müəllimlərinin adına layiq gördülər. 
...  Əsərin  İstanbul  səhnəsində  qoyulması  mənim  üçün  xüsusilə  əlamətdar  idi.  Elə 
bilirəm,  ustad  Nazim  Hikmətin  ruhu  qarşısında  oğulluq  borcumu  qaytardım.  O,  məni 
həmişə  “oğul”  çağırırdı.  Sağlığında  çox  arzulayırdı  ki,  “Məhəbbət  əfsanəsi”  bir  gün 
onun doğma şəhərinə də gəlib çıxsın. Nəhayət, arzusu çin  oldu. Çox xoşbəxtəm. 
... Türkiyədə Nazim Hikmətin 100 illik yubileyini qeyd eləməyə hazırlaşırlar. Elə o 
vaxtacan  əsər  də  repertuarda  saxlanılacaq.  Bu  müddətdə  əsərin  həm  də  müxtəlif 
ölkələrə turneləri nəzərdə tutulub. 
...Mən  İstanbul  Teatrını  Paris,  Moskva  teatrıyla  müqayisə  eləmək  istəmirəm. 
Amma  səviyyə  kifayət  qədər  yüksəkdir.  Balet  truppası  130-140  nəfər,  xor  qrupu  120 
nəfərdir.  Dekorasiyalar,  kostyumlar  isə  Moskva  və  Peterburqdan  heç  də  geri  qalmır. 
İstanbul  Avropayla  Asiyanın  qovuşağındadır,  bura  minlərlə  turist  gəlir.  Şəhərin  13-15 
milyon  əhalisi  var.  Tamaşa  nümayiş  etdirilən  gün  İstanbul  “Atatürk”  sarayı  tamam 


 
187 
dolmuşdu.  Əsər  səhnələşdiriləndə  ortaya  heç  bir  problem  çıxmadı  nə  texniki 
məsələlərdə,  nə  yaradıcılıqla  bağlı.  Türkiyə  İş  Bankı  tamaşaya  külli  miqdarda  pul 
ayırmışdı. Həm də onu görə ki, bu əsərin arxasında bir türk oğlunun – Nazim Hikmətin 
adı var. Ilk tamaşa pulsuz oldu. 1500-ə qədər dəvətnamə paylanmışdı.” 
Arif  Məlikov  (əvvəllər  də  qeyd  etdiyim  kimi)  neçə  illərdən  bəridir  ki,  Nazim 
Hikmətin  “Yusif  və  Züleyxa”  əsəri  üzərində  işləyir.  İnanıram  ki,  onun  qəlbindən 
süzülən  musiqi  şairin  eyni  adlı  pyesi  əsasında  bir  baletə  çevriləcək  və  bu  əsər  də 
dünyanın hər yerini gəzəcək.  
 
 
“Azərbaycan” jurnalı, 2002, N1. 


 
188 
“Damokl qılıncı” pyesi Bələdiyyə teatrının səhnəsində 
 
Nazim  Hikmətin  ”Damokl  qılıncı”  pyesinə  Bələdiyyə  Teatrında  böyük  maraqla 
baxdım.  Bu  əsər  məni  altmışıncı  illərin  əvvəllərinə  apardı.  Çox  aktual,  günümüzlə 
səsləşən  bu  pyesə  ilk  dəfə  Nazim Hikmətin  özü  ilə  birlikdə  Moskvada  Satira  teatrında 
baxmışdım. Sonra  “Damokl qılıncı” Bakıda Səməd Vurğun adına Rus Dram Teatrında 
tamaşaya qoyuldu. Nazim Hikmət Bakıya gəldi. Məşhur rejissor Məhərrəm Haşımovun 
hazırladığı  bu  əsərə  baxdı  və  bəyəndi.  Şair-dramaturq  öz  xatirələrində  sonralar  belə 
yazırdı: 
“Damokl  qılıncı”nı  1959-cu  ildə  Praqada  yazdım...  Göstərmək  istədim  ki,  atom 
bombası insanlığın başı üstündə qədim yunan əfsanəsindəki Damokl qılıncı kimi nazik 
bir ipdən asılmışdır və bu ip hər dəqiqə qırıla bilər. 
“Damokl  qılıncı”,  pyeslərimin  arasında  ən  xoşqədəm  pyeslərdən  biridir.  İndiyə 
qədər  onlarla  ölkədə,  onlarla  teatrda  oynanılmaqdadır.  Bu  əsərə  bir  çox  teatrlarda 
tamaşa  etdim,  bir  çoxu  xoşuma  gəldi.  Bakı  Rus  Dram  Teatrının  tamaşası  da  onlardan 
biridir”. 
Mən  deyərdim  ki,  Bələdiyyə  teatrının  səhnəsində  tamaşaya  qoyulmuş  bu  əsər 
Nazim  Hikmətin  sağlığında  həm  Moskvada,  həm  də  Bakıda  oynanılan  “Damokl 
qılıncı”ndan  heç  də  geridə  qalmır  və  daha  maraqlıdır.  Bu  maraqlılıq  nədədir?  Hər 
şeydən  əvvəl  tamaşanın  səhnə  həllində.  Quruluşçu  rejissor  Oruc  Qurbanovun,  rəssam 
Mürsəl Veysəlovun yaradıcılığında və ümumiyyətlə, aktyorların oyun tərzində. 
Məlumdur  ki,  “Damokl  qılıncı”  pyesində  hadisələrin  cərəyan  etdiyi  yer  və 
obrazların  adları  göstərilməmişdir.  Yəni  əsərdəki  hadisələr  dünyanın  istənilən 
nöqtəsində baş verə bilər. Bəşəri mövzuda qələmə alınmış bu pyesin ilk səhnəsi əsərin 
leytmotivinə  tam  uyğun  əks  etdirilmişdir.  Pyesin  əvvəlindən  sonuna  qədər  tamaşaçını 
özünə  cəlb  edən  dekorasiyalar  –  Azadlıq  heykəli,  piramidalar,  Eyfel  qülləsi,  məscidlər 
və  başqa  təsvirlər  bu  mövzunun  hər  hansı  konkret  ölkəyə  deyil,  bütün  ölkələrə,  ayrıca 
götürülmüş bir fərdə deyil, bütün insanlığa aid olduğunu bariz şəkildə nəzərə çarpdırır. 
Səhnədə  Nazim  Hikmətin  portretlərinin  verilməsi,  yeri  gəldikcə  onun  şeirlərinin 
səsləndirilməsi də əsərin ana xəttinə xidmət edir. Əgər nəzərə alsaq ki, Nazim Hikmətin 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə