Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə54/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   50   51   52   53   54   55   56   57   ...   76

 
180 
ssenarisi  əsasında  filmin  çəkilişinə  icazə  verməsini  xahiş  edəndə  o,  bizə  əvvəlcə 
inamsızlıqla baxdı ( o vaxt bizim ikimizin birlikdə 50 yaşı olardı ), sonra dedi:  “yaxşı, 
başlayın, sizlər gəncsiniz, əminəm ki, öhdəsindən gələcəksiniz”. 
Biz  filmin  çəkilişinə  başlayandan  sonra  gördük  ki,  Nazim  Hikmət,  sözün  həqiqi 
mənasında  bu  əsərlə  yaşayır.  Az  qala  o,  hər  gün  çəkilişlərə  gəlir,  məsləhət  verir,  hətta 
dialoqları  dəyişib  üzünü  köçürürdü.  Düzünə  qalanda  o,  filmin  müştərək  quruluşçu 
rejissoru idi”. 
 “Məhəbbətim mənim, kədərim mənim” filmi isə onun “Fərhad ilə Şirin” pyesinin 
motivləri  əsasında  çəkilmişdir.  Hər  iki  film  kino  sənətinin  nadir  incilərindən  hesab 
oluna bilər. 
“Nazim  Hikmət  və  kino  sənəti”  məfhumu,  söz  yox  ki,  yuxarıda  qeyd  etdiyimiz 
əsərlərlə məhdudlaşmır. İnanırıq ki, hələ bundan sonra da kinemotoqrafçılarımız Nazim 
Hikmət yaradıcılığına müraciət edəcək və gözəl sənət nümunələri yaradacaqlar. 
 
“Elm və həyat” jurnalı,2000, № 1-2. 
 


 
181 
Azərbaycan Nazim Hikmət dünyasında 
 
Nazim  Hikmət    Azərbaycana  sıx  tellərlə  bağlı  bir  sənətkar  olmuşdur.  Onun  
şeirləri, nəsr əsərləri dəfələrlə respublikamızda nəşr edilmiş, pyesləri səhnəmizdə uğurla 
tamaşaya  qoyulmuşdur.  Mən  Nazim  Hikməti,  əvvəlki  yazılarımda  dediyim  kimi,    ilk 
dəfə  1957-ci  ildə  Azərbaycan  Dövlət  Universitetinin  tələbəsi  ikən  uzaqdan-uzağa 
dinləmişdim.  Sonra  Füzulinin,  Mirzə  Fətəli  Axundzadənin  yubileylərində  də  ona 
heyranlıqla  qulaq  asmışdım.  Onun  çıxışlarını  bir  müxbir  kimi  maqnitofona  da 
yazmışdım. İndi həmin lent yazılarının bir qismi Azərbaycan radiosunun qızıl fondunda 
saxlanılır.  Nazimin  nitqlərinin  böyük  bir  hissəsi  isə  arxivimdədir.  Əkbər  Babayevə 
istinad  etsək,  türk  şairi  Kamal  Bayramın  kitabında  qeyd  edildiyi  kimi,  Moskva 
radiosunda  şairin  27  lent  yazısı  vardır.  Rəsul  Rza,  Süleyman  Rüstəm  və  başqa  sənət 
xadimlərimiz  Nazimin  çıxışları  haqqında  öz  xatirələrində  geniş  söz  açmışlar. 
Ümumiyyətlə,  Nazimi  vaxtilə  tanımış  olan  hər  hansı  bir  şəxs  bu  fikri  təsdiq  edər  ki, 
Nazim  Hikmət  böyük  şair,  dramaturq,  kinossenarist,  nasir  olmaqdan  başqa,  həm  də 
alovlu  tribun  idi.  O,  kürsüyə  çıxan  zaman  salon  lal  olar,  onu  sonsuz  maraqla 
dinləyərdilər. Ahəngdar səsi, türk dilinin gözəlliklərini hamıya sevdirmək məharəti ona 
Allah tərəfindən verilmiş  vergi idi. Azərbaycanın ilk qadın kinorejissorlarından Qəmər 
Salamzadə  “Kiçik  pəncərədən  görünən  dünya”  adlı  əsərində  Nazim  Hikmət  haqqında 
belə  yazır:  “Mən  Nazimin  Bakıya  gəldiyi  və  Yazıçılar  İttifaqının  Natəvan  adına 
klubundakı çıxışlarının və yeni yazdığı şeirlərinin daimi dinləyicisi idim. Çox gözəl şeir 
oxuması  var  idi  Nazimin.  O,  kürsüyə  çıxdımı,  hamımız  susar,  böyük  sevgi  ilə  onu 
dinləyərdik. Gözəl natiq idi Nazim Hikmət. Onun səsi həmişə qulaqlarımdadır”. 
Arxivimdə  Nazim  Hikmətin  Mirzə  Fətəli  Axundzadənin  150  illik  yubileyində 
söylədiyi  geniş,  əhatəli  bir  nitqi  var.  Həmin  türkcə  nitqin  mətnini  ixtisarla  təqdim 
edirəm. 
“Yoldaşlar,  aziz  konuklar,  Bakülüler,  Azerbaycanlılar!  Sizin  büyük  bayramınızı 
Dünya Barış Şurası adına kutlarım, tebrik ederim! 
Emin  olun  ki,  sizin  bu  büyük  bayramınız,  bütün  ilerici,  barışçı  insanlığın  da 
bayramıdır.  Çünkü  Ahundzade  yalnız  Azerbaycanın  deyil,  yalnız  Doğunun  –  Şarkın, 


 
182 
Asiyanın  ve  Afrikanın  deyil,  bütün  insanlığın  öğüneceği  çok  büyük  bir  yazar,  çok 
büyük bir mütefekkirdir. 
...  Size  bir  az  kendi  Vatanımdan  söz  edeceğim.  Çünkü  Vatanımda  Ahundzadenin 
bugün başardığı , apardığı mücadele ve savaş qayet canlıdır. Ahundzade sizin için belki 
çok  yüksek  bir  gelenektir,  bir  enenedir.  Siz  onun  enenesi  izinde  yürüyorsunuz.  Ama 
bizde  Ahundzade  ölmedi,  dip-diri  yaşıyor  ve  bizde  irtica  var.  İrticanı  besleyen 
kuvvetlere karşı döğüşüyor  ve çarpışıyor. Bunu bir hayal diye söylemiyorum. Rusların 
dediyi gibi, bu, bir obraz değil, bu, bir gerçek. Biliyorsunuz, bugün Türkiye Amerikan 
imperializminin  bir  müstemlekesidir.  İstersiniz  bir  yarı  müstemleke  deyin,  daha  kibar 
olmak  için.  Fakat,  Türkiyenin  bugün  Amerikan  imperializminin  bir  müstemlekesi 
olduğu  maalesef  büyük  bir  gerçekdir.  Bu  müstemlekede  Amerikan  imperializmi 
istismarçılığa  dayanıyor...  Bu  istismarçılar  kimlerdir?  Bunlar  bizim  burjuazimizdir, 
bunlar,  bu  istismarçılar  bizim  büyük  topraq  beylerimiz,  toprak  ağalarımızdır,  bunlar 
bizdeki gerici kuvvetlerdir. Bu gerici kuvvetler halkı ezmek için, evvela halkın kafasını 
ve  yüreğini  esir  etmek  isterdiler.  Bu  esareti  yapmak  için  de  hacılara,  hocalara, 
meşedilere,  mollalara,  softalara  dayanırlar.  Yani,  Amerikan  imperializmi  kat-kat 
yukarıdan  aşağıya  iner  zülmünü  icra  etmek  için  ve  inerken  Türkiyede  bu  söylediyim 
sınıflara  dayanır...  Biz  bugün  Türkiyede  Ahundzadenin  fikirlerini,  düşüncelerini  halkı 
irticaya karşı seferber etmek için bir silah olarak kullanıyoruz. Ahundzadenin  yanısıra 
bizde Sabir döğüşüyor türk halkının kurtuluşu ve medeniyeti için. 
Bunu  boşuna  söylemiyorum,  yoldaşlar.  Belki  adını  duydunuz,  bizim  şimdi  irelici 
büyük bir müharririmiz var. Adı Aziz Nesin. Kendisi büyük hicivler yapar, hicviyeçidir. 
İstanbulda  bir  dergi  çıkarır,  bir  mecmua  çıkarır.  Bu  mecmuanın  adı  “Zübük”tür. 
“Zübük” uydurma bir kelimedir. “Zübük”ün bende yeni bir sayısı var. Bu sayının orta 
sayfasında  Sabirin  resmi  duruyor  ve  Sabirin  şiiri  çap  edilmişdir.  Azerbaycancası  bir 
yanda,  öbür  yanda  Türkçesi.  Şu  “Korkuram”  şiiri.  “Harda  müsülman  görürem, 
korkuram” şiirini çap etmiştir. Aynı sayıda tıpkı “Molla Nasreddin”in vaktile yapdığı iş 
var burada. Bir resim  görüyorsunuz: bir meşedi kara sakalını bir halı gibi  yaymış ve  o 
halının  üstünde  bir  burjua  göbekli,  başında  silindir  şapkası  yürüyor.  Yani  bizde 
istismarçıya,  kapitaliste  yol  açan,  doğrudan  doğruya  bizim  meşedinin,  bizim  hacının 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə