Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə51/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   47   48   49   50   51   52   53   54   ...   76

 
170 
Yaşamaq hünərdir! Nazimin belə bir əsəri var:  “Yaşamaq  gözəl  şeydir, qardaşım”. Bir 
sözlə  mən,  Nazim  Hikmət  şəxsiyyətini  nə  göylərə  qaldırıram,  nə  də,  Allah  eləməsin, 
kiçildirəm.  Mən  Nazimi    olduğu  kimi  qəbul  edirəm.  Uğurları,  günahları,  fanatikliyi, 
fədakarlığı, həsrəti, ağrısı, kədəriylə birlikdə. Yəni olduğu kimi! Yəni “Mavi gözlü dev” 
kimi! 
–  Nazim  Hikmətin  90  illiyi  ərəfəsində  düşüncələriniz?  Bugün  90  yaşlı  Nazimi 
necə xatırlayırsız? 
– Nazim həmişəyaşar sənətkardır. Bugün Nazim Hikmətin 90 illiyi ərəfəsində ona 
tam yeni gözlə baxmaq , indiyə qədər demədiklərimizi demək imkanı da var. Bu imkan 
xüsusən  imperiyanın  və  onun  idealogiyasının  süqutu  mərhələsində  xüsuslilə  özünü 
biruzə verir. 
Xoşbəxtlikdən  Nazim  elə  qələm  sahibi  olmayıb  ki,  bağlandığı  ideologiya  məhvə 
uğradıqda, onun da sənəti dəfn edilsin. Nazim mənim nəzərimdə “Ceviz ağacı” kimidir. 
Uca,  möhkəm,  qollu-budaqlı.  Mən  “Ceviz  ağacı”  adlı  sənədli  bir  povest  yazmışam  və 
bu  yazımı  Nazimin  90  illiyinə  həsr  etmişəm.  Burada  Nazim  Hikmətlə  görüşlərimi  və 
Türkiyədə üç il ərzində gördüklərimi əks etdirməyə çalışmışam. “Ceviz ağacı” Nazimin 
şeirinin  adıdır,  onun  tale  məhvəridir,  varlığının  və  əbədiliyinin  rəmzidir.  Nazim 
ömrünün  son  illəri  çoxları  kimi  mənim  də  yaxşı  yadımdadır.  Nazim  “Vətən  xaini” 
adlandırılmışdı və türk vətəndaşlığından çıxarılmışdı. O, bu münasibətlə “Vətən xaini” 
şeirini  yazmışdı. “Ceviz ağacı” şeirilə isə onu türk vətəndaşlığından çıxaranlara cavab 
vermişdi  və  demişdi  ki,  qürbətdə  yaşasam  da,  siz  məni  türk  vətəndaşlığından  çıxarsaz 
da, mən Türkiyədəyəm.  
Ağır illərdi o illər... Moskvada keçirdiyi illər. Nazim ömrünün çırpıntılı, səksəkəli 
bir yuxuya bənzəyən son 13 ili ancaq zahirən parıltılı gürünürdü. Ümumiyyətlə, Nazim 
sağlığında  da,  ölümündən  sonra  da  ölüb-dirilən  şair  olub.  Gah  əsərlərini  nəşr  ediblər, 
gah  yığışdırıblar.  Təzadlı  olub  ömrü.  Son  13  ildə  Nazimin  qəlbinə  dağ  çəkən  bir 
tərəfdən vətən həsrətiydi, digər tərəfdən qürbət həyatının müsibətləriydi. “Ceviz ağacı” 
şeirində “Başım köpük-köpük bulut. İçim, dışım deniz” deyən Nazim dəniz məfhumunu 
“Vətən, məmləkət” rəmzi kimi vermişdi. Hələ çox əvvəllər “denize dönmək istiyorum , 
mavi  aynasında  suların  boy  verib  görünmek  istiyorum”  deyəndə  də  məmləkətini 


 
171 
düşünmüşdü  və  “saçının  akında,  alnının  cizgilerinde,  yüreginin  infarktında  yaşayan 
memleketi”nin  həsrətini  gilə-gilə  əriyərək  çəkmişdi.  Bir  yandan  da  Moskva  mühitinin 
təqibləri  onu  cana  gətirmişdi.  Zəkəriyyə  Sərtəl  xatirələrində  yazır  ki, Nazimin  yanında 
həmişə  bir  kölgə  gəzərdi.  Bir  dəfə  xaricdə  görüşdüm  onunla.  Soruşdum  ki,  Nazim  bu 
kimdir, dedi bu mənim pasportumdur. Gülə-gülə dedi bu sözləri, amma acı gülüşdü. 
Zəkəriyyənin  dediyi  acı  gülüşü  mən  Nazim  Hikmətdə  bir  neçə  dəfə  sezmişdim. 
Moskvada  olanda.Onun  dramaturgiyasından  yazırdım  deyə  “İvan  İvanış  varmıydı, 
yoxmuydu?”  pyesindən  söz  açdım.  Bilirdim  ki,  bu  pyes  repertuardan  çıxarılıb.  Və  bu 
görüşdə həmin pyesdən söhbət getdi. Çox narazı idi. 
Nazim  heç  vaxt  sözünü  qəlbində  gizlətmirdi.  Əkbərin  təbirincə  desək,  “dilini 
saxlamırdı” . Ona görə də əziyyət çəkirdi.  
Nazimin  90  illiyi  ərəfəsində  əsas  duyğularım  onun  “Ceviz  ağacı”  şeirilə  bağlıdır. 
Nazim,  Vala  Nurəddin  demişkən,  dünyamızdan  keçdi,  amma  əbədilik  köçmədi.  O,  bir 
ceviz ağacıdır nəinki Gülhanə parkında, Türkiyənin, hətta dünyanın müxtəlif yerlərində. 
Ən başlıcası  isə Azərbaycanımızda! 
 
“Qobustan” jurnalı, 1992, N1-2. 


 
172 
Nazim Hikmət - əsrlərə sığmayan türk şairi 
(Müsahibə) 
 
2002-ci  ildə  –  gələn  minilliyin  başlanğıcında  dünya  ədəbiyyatının  tanınmış  simalarından 
biri,  türk  dünyasının  ölməz  şəxsiyyətlərindən  sayılan  Nazim  Hikmətin  anadan  olmasının  100 
illiyi (qəribə təsadüf: 2003-cü ildə isə vəfatının 40-cı ildönümüdür) tamam olur. 300 milyon türk 
dünyası  artıq  indidən  bu  əlamətdar  hadisəyə  hazırlaşır.  Sevindirici  haldır  ki,  indiyə  qədər 
Nazim Hikmət yaradıcılığına birmənalı münasibət bəsləməyən qardaş Türkiyə cumhuriyyətində 
də  artıq  bu  böyük  sənətkara  münasibət  dəyişilib,  qələm  adamının  şəxsiyyəti  ilə  yaradıcılığı 
arasındakı fərqə hörmətlə yanaşılır. Azərbaycanda Nazimsevərlərin sayı bir tərəfə dursun, onu 
tədqiq edənlərin, davamçılarının nə qədər çox olduğunu izah etməyə dəyməz. Bu mənada qardaş 
ölkədə 9 ilə yaxın fəaliyyət göstərən “Nazim Hikmət  Kültür və Sanat Vakfı”  Yönətim Kurumu 
başkanı  professor  Aydın  Aybayın  və  genel  sekreter  Kıymet  xanım  Coşqunun  Nazim  Hikmət 
yaradıcılığının  yorulmaz  tədqiqatçısı,  Milli  Məclisin  Mətbuat  Xidmətinin  rəhbəri,  filologiya 
elmləri doktoru, yazıçı Aqşin Babayevin təmsil etdikləri qurumun Məşvərət Şurasına üzv qəbul 
edilməsi münasibətilə Türkiyədən faksla göndərdikləri xoş xəbəri alanda təəccüblənmədik. 
Ədəbi-mədəni  əlaqələrimizin  inkişafı  baxımından  əlamətdar  olan  bu  hadisə  münasibətilə 
Aqşin  Babayevlə  görüşüb  uzun  müddət  Azərbaycan  üçün  Türkiyənin  işıqlı  pəncərəsi  rolunu 
oynamış Nazim Hikməti anmağı vacib saydıq. 
– Aqşin müəllim, ilk öncə sizi təbrik edirik. Mümkünsə, bir qədər geriyə, qardaş 
Türkiyədə üç il yaşayıb fəaliyyət göstərdiyiniz vaxtlara qayıtmaqla, o zamanın siyasi-
mədəni hadisələri fonunda yaxından tanış olduğunuz , tədqiq etdiyiniz Nazim Hikmət 
şəxsiyyəti və yaradıcılığına nəzər salaq. 
–  Təbrikə  görə  çox  sağ  olun!  Mən  hələ  Türkiyəyə  getməmişdən  əvvəl  Nazim 
Hikmətin  yaradıcılığını  dissertasiya  mövzusu  kimi  tədqiq  etməyə  başlamışdım.  Onda 
Nazim  Hikmət  sağ  idi.  1961-ci  ildə  ilk  dəfə  Moskvada  onunla  görüşdüm.  Sonra  onun 
ömrünün sonuna qədər bizim görüşlərimiz davam etdi. Amma onun gözlənilməz vəfatı 
əlimi  işdən  soyutdu.  Yalnız  4  ildən  sonra,  1967-ci  ildə  “Nazim  Hikmətin 
dramaturgiyası”  mövzusunda  namizədlik  dissertasiyamı  müdafiə  etdim.  İşləmək  üçün 
Türkiyəyə  gedəndə  artıq  Nazim  Hikmət  yaradıcılığı  ilə  yaxından  tanış  idim  və  qardaş 
ölkənin  o  dövrkü  ədəbi-mədəni  durumu  barədə  müəyyən  təsəvvürüm  vardı.  Onu  da 
qeyd  edim  ki,  1972-ci  ildə  Nazim  Hikmətin  70  illiyi  Aktyor  evində  qeyd  ediləndə 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə