Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə47/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   43   44   45   46   47   48   49   50   ...   76

 
156 
Nazim Hikmətin “Romantika” kitabının Azərbaycan nəşrinə ön söz. 
Bakı,“Yazıçı” nəşriyyatı, 1983.  


 
157 
Gün kimi şəfəq saçdı...
 
(Nazim Hikmətin 80 illiyi münasibətilə) 
 
 
Nazim  Hikmət  XX  yüzilin  4-5  ulu  ozanından  biri  idi.  O  kiminlə  yanaşı 
durur? Bu sualı “Kim onunla yanaşı durur?” şəklində qurmaq yəqin ki, daha doğru 
olardı.  Yaxşı,  kim  onunla  yanaşı  durur?  Pablo  Neruda,  Lui  Araqon,  Jorj  Amadu, 
Vladimir    Mayakovski,  Rəsul  Rza.  Bir  də  hər  xalq  özünün  ən  böyük  çağdaş 
ozanını bu cərgəyə qata bilər… 
 
Nazim  Hikmət  həzin,  titrək,  kövrək,  ağlar  bir  bayatı  idi.  Türk  xalqının 
bağrından qopmuşdu. Nazim Hikmət  61 il həyat yolu ilə, 47 sənət yolu ilə keçən 
bir  atlı  idi.  O,  dünyanın  və  Türkiyənin  ona  olan  ehtiyacından  yaranmışdı.  Atını 
heçlikdən əbədiyyətə çapırdı.  
                                                 Burdan bir atlı keçdi, 
                                                 Atın oynatdı keçdi. 
                                       Gün kimi şəfəq saçdı, 
                                       Ay kimi batdı keçdi. 
Yaxşı  ki,  günəşlə  ay  səmanı  boş  qoymurlar.  Gündüz  biri,  gecə  o  biri  nur 
saçır… 
Nazim  Hikmətin  həzinliyi,  kövrəkliyi,  titrəkliyi  bir  sıra  səbəblərə  bağlı  idi. 
Başdan,  özü  qəlbi  yumşaq  idi.  Humanist  idi.  Bütün  ulular  kimi.  Sonra  uzun  illər 
həbsxanada  yatmışdı.  Acılar  dadmışdı.  Daha  sonra,  ömrünün  bir  hissəsi  vətəndən 
uzaqlarda keçmişdi. Həsrətlə. Lap sonda, açıq desək, Nazimin şəxsi həyatı faciəli 
idi.  
Nazim “Tərcümeyi-hal” şeirində yazırdı: 
                                       Həbsxanalarda da yatdım, 
                             Böyük otellərdə də. 
                             Kimi balıqların çeşidini bilir, 
                             Mənsə ayrılıqların. 
Bütün bunlardan sonra kim idi Nazim Hikmət? Bu sualın çox cavabları var. 
Nazim  mətin,  yenilməz,  cəsur  bir  insan  idi. Özü  kimilərin  zəfər  şərqisi,  marşı  idi. 


 
158 
Kərəm  idi,  siqarasını  qurşun  yaxacaq  fədai  idi.  Məmləkətindən  insan  mənzərələri 
yaradan rəssam idi.  
Nazim  Hikmət  Azərbaycana  və  azərbaycanlılara  son  dərəcə  böyük    rəğbət 
bəsləyirdi.  Təsadüfi  deyil  ki,  onun  ilk  şeirlər  kitabı  (1928)  məhz  Bakıda  nəşr 
olunmuşdu. Nazim görüşlərinin birində demişdi: “Canım, gözüm bakılılar! Bakıya 
gəldim, dünyalar mənim oldu!  İnanın, həmişə sizi xatırlayıram. Bakı, Azərbaycan 
bilirsinizmi  mənə  nə  qədər  əzizdir?  Mənim  gəncliyim  də,  qocalığım  da  Bakıya 
bağlıdır”. 
N.  Hikmət  bizim  sənət  və  ədəbiyyat  xadimlərimizlə  sıx  yaradıcılıq  və 
dostluq  telləri  ilə  bağlı  olmuşdu.  Bu  əlaqələr,  bu  görüşlər  N.Hikmətin 
yaradıcılığında  öz  geniş  əksini  tapmışdı.  Şübhəsiz  N.  Hikmətin  Azərbaycan 
poeziyasına böyük təsiri olmuşdur. 
Şairin Bakıya hər gəlişi nazimsevərlər üçün o cümlədən mənim üçün də əsl 
bayram  idi.  Mən  həm  onun  haqqında  tədqiqat  işi  yazan  aspirant  və  eyni  zamanda 
bir  radiojurnalist  kimi  tez-tez  Nazimlə  görüşərdim,  onunla  maraqlı  söhbətlər 
edərdik.  
 
Şair  Bakıya  gələndə  həmyerlimiz  Əkbər  Babayev  həmişə  onun  yanında 
olardı. İndi nə Nazim Hikmət həyatdadır, nə də Əkbər Babayev. Qalan xatirələrdir, 
lent  yazılarıdır,  şəkillərdir,  bir  də  ən  qiymətli  xəzinə  olan  kitablardır.  Əkbər  özü 
ömrü  boyu  bircə  dəfə  də  Türkiyədə  olmadı,  amma  onu  bu  məmləkətdə  tanıyırlar, 
sevirlər. İndi də onu kövrək duyğularla  yad edirlər. Bu  yadetmələr təkcə quru söz 
olaraq  qalmır,  mətbuat  səhifələrinə  çıxır,  xalqın  malı  olur.  Türkiyədə  Əkbər 
haqqında yazılanları oxuyanda iftixar hissi keçirirəm.  
 
Türk sənət xadimlərinin dediklərindən:  
HALDUN  TANER:  “Hamımızın  dostu,  ən  böyük  köməkçimiz  idi.  Demək 
olar ki, onu həm heç tanımırıq, həm də çox yaxşı tanıyırıq. Çünki Nazim Hikmətin 
bir  parçası  kimi  idi.  Nazimə  olan  böyük  sevgisinə  görə  bəlkə  də  bir  az  kölgədə 
qalmışdı.  Amma  bu  sevgidən,  bu  dostluqdan,  yaxınlıqdan  əsla  istifadə  etməyə 
çalışmamışdı…Əkbərin  təvəllüdünün  1913-cü  il  olduğunu  biləndə  inanmadım. 


 
159 
Yaşından  xeyli  cavan  görünürdü…  Sanki  100  yaşınadək  yaşıyacaq  insanlar  kimi 
idi…” 
 
ÇİNGİZ  BEKTAŞ:  “Türk  yazıçıları  üçün  Sovet  İttifaqında  iki  səfirlik 
vardı.  Biri  rəsmi  səfirlik,  o  biri  Babayevin    evi  di.  Belə  bir  dost  idi…  Sovet 
yazıçıları,  tadqiqatçıları  türkoloqları  və  tərcüməçiləri  isə  onun  haqqında  belə 
deyirlər:  Ə.  Babayev    olmasaydı,  biz  türk  ədəbiyyatını  tanıya  bilməzdik.  O,  türk 
ədəbiyyatının ağzı, dili, qulaqı idi…” 
 
ƏZİZ  NESİN: (Türkiyə Yazarlar  Sindikatının sədri olaraq Sovet Yazıçılar 
İttifaqına  göndərdiyi  teleqramdan)  “Qabaqçıl  türk  yazıçılarının  dostu  olan  Ə. 
Babayevin  ölümü  münasibətilə  Türk  Yazarlar  Sindikatının  bütün  üzvləri  dərin 
kədər  duymuşlar.  İllərdən  bəri  həsrətlə  Türkiyəni  ziyarət  etmək  istəməsinə  və 
bizim də bu  yolda əlimizdən  gələni etdiyimizə  baxmayaraq,  Türkiyəni görmədən 
ölməsi bu kədərimizi daha da artırmışdır.” 
 
Amma  türklərin  hamısı  Nazimi  sevməz.  Məsələn,  bir  türk  gəlmişdi  bu 
yaxınlarda Bakıya. Yaxşı süfrə açdıq ona. Nazimin səsini dinləyəndən sonra “Onu 
sevmirəm” dedi. Ağzından bir kəlmə də xoş söz çıxmadı Nazim Hikmət üçün. Mən 
bilirəm,  Türkiyədə  Nazimin  Orxan  Seyfi,  Pəyami  Səfa  kimi  düşmənləri  olub. 
Bunlar  böyük  düşmənlərdi.  Bunun  kimi  cılız  deyildi.  Kölgəsindən  qorxan  bu 
türkün haqqımızda dediyi sözlər zərrəbinlə baxılıb seçilmişdi. Ağarmış bənizində, 
çuxura düşmüş  gözlərində, rəngini  itirmiş dodaqlarında bir kəlmə söz yazılmışdı. 
“Qorxu!” Səksəkəliydi. Elə bilirdi səsini gizlicə lentə yazacağıq. Necə oldusa o da 
tost dedi: 
-
 
Azərbaycan xalqı çox qonaqpərvərdir. Xalqınızın şərəfinə! 
Yordu  bizi  ədəb  qaydaları.  Yaxşı  qonağa  da  hörmət  eləyirik,  pisinə  də. 
Burada  üzümüzə  gülürlər,  çörəyimizi  yeyirlər,  sonra  gedib  əleyhimizə 
yazırlar. 
Bu  türklə  birlikdə  dinlədiyimiz  lent  yazısında  Nazim  Hikmət  bir  şeir 
oxuyurdu: 
 
Əqrəb kimisən, qardaşım. 
   
Əqrəb kimi! 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə