Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə45/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   41   42   43   44   45   46   47   48   ...   76

 
150 
N.Hikmət bu formanın daha təkmilləşmiş şəklini Züleyxa surətinin üç səsli replikasında 
da vermişdir. Züleyxa danışmır. Yalnız onun qəlbindən keçən duyğular  səslər şəklində 
verilir.  Belə  formadan  istifadə  edən  Nazim  Hikmət  öz  qəhrəmanının  daxili  aləmini 
bütün incəliklərinə qədər tamaşaçıya çatdıra bilir.  
N.Hikmət bir neçə pyesində məkan prinsipini və bununla əlaqədar olaraq obrazlara 
müəyyən  adlar  verilməsi  ənənəsini  də  pozaraq  yeni  tipli  obrazlar  yaratmışdır.  Belə 
pyeslər üçün dramaturqun  “Şöhrət  və  ya unudulan adam”  və  “Damokl qılıncı” əsərləri 
xüsusilə  xarakterikdir.  Hər  iki  əsərdə  məkan  və  obrazların  adı  verilməmişdir.  Surətlər 
Doktor,  Doktorun  arvadı,  Qız  və  s.  (  “Şöhrət  və  ya  unudulan  adam”)  və  Arxitektor  , 
Arxitektorun  arvadı,  A.B.,  Boksçu,  Aptekçinin  oğlu,  Hakimin  qızı  və  s.  (“Damokl 
qılıncı” ) şəklində verilmişdir. 
Dramaturqun  öz  pyeslərində  belə  formadan  istifadə  etməsini  N.Hikmət 
dramaturgiyasının  bəşəriliyi  kimi  izah  etmək  lazımdır.  Bununla  dramaturq  hər  iki 
əsərdə  mövcud  hadisələrin  müəyyən  bir  yerə  və  konkret  məkanda  yaşayan  insanlara 
deyil, bütün insanlığa şamil olduğunu göstərmişdir. 
N.Hikmət  teatrı  poetikdir,  yeni  formalar,  monumental  üslub  və  sadəlik  teatrıdır. 
N.Hikmətin  ritorikadan,  təmtəraqdan  tamamilə  uzaq  olan  dramaturgiyası  səhnəyə 
maraqlı  novatorluq  elementləri  gətirməklə  yanaşı,  teatr  sənətini  daha  da  inkişaf 
etdirmək yollarında yeni bir addımdır. 
 
“Aspirantların elmi əsərləri” toplusu.  
Elmi konfransın materialları.  
Azərbaycan Dövlət Universiteti, Bakı, 1966. 


 
151 
Vətən həsrətli gözlər 
(Nazim Hikmətin anadan olmasının 70 illiyi münasibətilə) 
 
Nazim  Hikmətin  adını  ilk  dəfə  orta  məktəbdə  oxuyarkən  eşitmişdim.  Ədəbiyyat 
müəllimimiz bizə şairin “Yanmamış cığara” şeirindən aşağıdakı sətirləri dedi: 
- Cığaran  varmı? dedi... 
- Var! - dedim 
- Kibrit? 
- Yok, 
cığaranı kurşun yakar, 
dedim. 
 
Bu misralar dilimizdə əzbər oldu. O vaxt müharibə illəri idi. O şeiri dinləyəndə göz 
önünə atalarımız gəlirdi: papiros istəyirdilər, papiroslarını da güllə yandırırdı... 
1961-ci  il.  Moskva.  Şairin  evindəyəm.  Çoxdan  mən  ona  yaxından  baxmaq 
istəyirdim. Ömrünün on üç ilini zindanda keçirmiş bu polad iradəli insanın həyatı məni 
çox  maraqlandırırdı.  Onunla  üz-üzə  oturmuşam.  Sarışın  saçlarına,  mavi  gözlərinə, 
dənizçi  dodaqlarına  bənzər  sərt  dodaqlarına,  çilli  əllərinə  baxıram.  (Nazimlə  ilk 
görüşümü əvvəlki yazılarda oxumusunuz.) 
Nazim  Hikmətlə  unudulmaz  görüşlərimin  biri  də  onun  “Qəribə  adam”  pyesinin 
Yermolova teatrındakı 250-ci tamaşası ilə bağlıdır. 
Moskva.  Qorki  küçəsi.  Yermolova  teatrı.  Narın  qar  yağır.  Teatrın  qapısında 
N.Hikmət,  Əkbər  Babayev  və  mən  dayanmışıq.  Yazıçı  Mehdi  Hüseyn  və  xanımı 
tamaşaya  baxmağa  gələcəklər.  (Nazim  Hikmət  Mehdi  Hüseyni  çox  sevərdi.  Ondan 
həmişə məhəbbətlə danışardı). Nazim Hikmət narahatlıqla dillənir: 
-Görən niyə belə gecikirlər? 
Nazim  nigaran-nigaran  yola  baxanda  bir  kişi  ona  yaxınlaşdı.  Hal-əhval  tutdular. 
Sonra Nazim Hikmətlə Əkbər bu kişiyə dedilər ki, indi gəlirik.  
Mənə bir söz demədilər. Qaldım bu tanımadığım adamla tək. Qar bir az gücləndi. 
Yaxşı  ki,  aldığım  gülləri  əvvəlcədən  içəri  qoymuşdum.  Teatra  tez-tez  gəlib  getdiyim 


 
152 
üçün  məni  tanıyırdılar.  Baxdım  ki,  kişi  başıaçıq  olduğu  üçün  yağan  qar  alnından 
süzülüb  yanaqlarına  axır.  Dedim  istəyirsiz  mən  sizi  teatra  buraxdırım.  Dedi  istəyirəm. 
Qapıçıya  dedim  ki,  bu,  Nazim  Hikmətin  qonağıdır,  icazə  verin  içəri  keçsin.  Qadın  bir 
söz demədi, gülümsündü ancaq.  
Bir  azdan  Nazim  Hikmət,  Əkbər  Babayev,  Mehdi  Hüseyn  və  xanımı  da    gəldilər. 
Amma içəri buraxdırdığım kişi yox idi. 
Tamaşa başlandı. Hər şey gözəldi. Aktyorların oyunu, musiqi, xüsusən rejissor işi. 
Rejissor  əsərə  yeni  surət  gətirmişdi.  Bu,  kazino  səhnəsində  bir  tərəfdə  oturmuş  lal, 
dinməz  bir  insan  idi.  Kazinoda  əsərin  qəhrəmanı  vəkil  Əhməd  Rza  vaxtilə  cəzaya 
məhkum  etdiyi  qatillə  toqquşanda,  kazino  sahibi  içəri  girən  kimi  həmin  lal-dinməz 
insandan yapışırdı. Onu çölə çıxarmağa çalışırdı. Guya ki, nə xəta olsa, ilk növbədə bu 
adamdan  baş  verə  bilər.  Bu  epizod  Nazim  Hikmətin  “Qəribə  adam”da  qoyduğu  əsas 
problemin həllinə qüvvət verirdi. 
Birinci pərdədən sonra Nazim Hikməti səhnəyə çağırdılar. Ona gül-çiçək dəstələri 
təqdim etdilər. Mən də Nazim Hikmətə bir çiçək dəməti verdim. Pərdə örtüldü. Nazim 
Hikmət aktyorlara minnətdarlığını bildirdi. Nihal rolunu oynayan aktrisa dedi: 
-Çox sağ olun ki, bizim teatra belə gözəl əsər vermisiniz. 
Nazim Hikmət böyük sevinc hissi ilə: 
-Çoxsağolların  hamısını  rejissor  Komissarjevskiyə    demək  lazımdır  –  dedi  -  və 
bayaq “teatra buraxdırdığım” kişini göstərdi. 
Pərt  oldum.  Sonra  bu  əhvalat  lətifəyə  çevrilmişdi.  Nazim  Hikmət  mənə  həmişə 
sataşıb  deyirdi:  “Bu,  bilirsinizmi  kimdir?  Komissarjevskini  öz  teatrına  buraxan 
oğlandır”. Deyir və ucadan gülürdü... 
“Qəribə  adam”  pyesinin  tamaşasından  sonra  xeyli  söhbət  etdik.  Nazim  Hikmət 
söhbətinin bir yerində kədərləndi: 
-  Mənim  pyeslərim  indi  bir  çox  dünya  səhnələrini  gəzir  –  dedi,  –  İstanbuldan 
başqa.  Türkiyədə  pyeslərim  otuzuncu  illərdə  tamaşaya  qoyuldu.  Sonra  yasaq  edildi. 
Şeirlərim də elədir. Az qala bütün dünya dillərində çap edilir, türk dilindən başqa. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə