Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə44/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   40   41   42   43   44   45   46   47   ...   76

 
147 
onun  fikri,  dünyagörüşü,  hətta  öz  surəti  də  vardır.  Buna  görə  də  N.Hikmət 
dramaturgiyasını,  sözün  həqiqi  mənasında,  başa  düşmək,  dərk  etmək  üçün  hər  şeydən 
əvvəl dramaturqun həyatını, ömrü boyu uğrunda vuruşduğu idealları, onun bəşəriyyətə 
və  adi  həyat  məsələlərinə,  habelə  sənətə  olan  münasibətini  də  öyrənmək  lazımdır. 
Yalnız  belə  halda  N.Hikmət  dramaturgiyasının  canını,  ruhunu  qavramaq  və  onun 
pyeslərində həqiqətən özünün iştirak etdiyini aydın görmək olar. Məsələn, dramaturqun 
“Kəllə”  pyesinə  müraciət  edək.  Əsərin  qəhrəmanı  olan  Dalbanezonun  idealları 
N.Hikmətin öz fikirləridir. Lakin dramaturq öz düşüncələrini çılpaq şəkildə deyil, bədii 
surətdə,  simvolik  olaraq  əks  etdirmişdir.  Bu  fikirlər  Dalbanezonun  “seromu”  kimi 
verilmişdir.  Kapitalizm  mühitində  yaşayan  doktor  Dalbanezo  bəşəriyyəti  vərəm 
xəstəliyindən  xilas  etmək  üçün  hazırladığı  “seromu”  tətbiq  etməyə  çalışır.  Lakin  bəd 
qüvvələr  buna  mane  olurlar.  Çünki,  vərəmli  xəstələr  sağalsa,  sanatoriyalar  trestinin 
başçıları  olan  Mister  Vilyams  və  Miss  Paolina  iflasa  uğrayarlar.  Dramaturq  bu  əsəri 
qələmə  aldığı  illərdə  də  məhz  Dalbanezo  kimi  öz  “inqilabi  seromu”  ilə  xəstə  xalqı 
sağaltmaq  istəyirdi.  Bundan  qorxuya  düşən  hakim  təbəqələr  isə  N.Hikməti  addım-
addım təqib edir, onun qarşısına  sədd çəkirdilər. 
Dramaturqun  “Qəribə  adam”  pyesinin  qəhrəmanı  Əhməd  Rza  da  N.Hikmətin 
şəxsiyyətinə  yaxın  bir  surətdir.  N.Hikmət  deyirdi  ki,  Əhməd  Rzanın  başına  gələn 
əhvalatların bəzisi onun şəxsi həyatı ilə əlaqədardır. Müəllifin “Məhəbbət əfsanəsi”ndə 
dramaturqun  öz  surəti  vardır.  Bu,  Fərhaddır.  N.Hikmət  “Məhəbbət  əfsanəsi”ni 
həbsxanada  olduğu  vaxt  yazmışdı.  Bu  illərdə  Fərhad  kimi  N.Hikmətin  də  qarşısında 
“Dəmir  dağ”  dayanmışdı.  Bu  “Dəmir  dağ”  xalqı  illərdən  bəri  zülm  altında  saxlayan 
istismarçılar  təbəqəsi  idi.  Fərhad  Dəmir  dağı  qəlpə-qəlpə  parçalayıb  xalqa  su  vermək 
arzusunda olduğu kimi N.Hikmət də  türk xalqını azadlığa çıxarmaq istəyirdi. 
N.Hikmətin də arxasında ona qüvvət verən sadə insanlar dayanmışdı, Fərhadın da. 
Məhz  bu  yaxınlığa,  bu  böyük  idealları  özündə  cəmləşdirdiyinə  görə  idi  ki,  dramaturq 
Fərhad surətini xalq uğrunda dönmədən çarpışan bir qəhrəman kimi vermişdir. 
“Türkiyədə”  əsərində  də  Nazim  Hikmətin  öz  surəti  vardır.  Bu  pyesdə  Amerika 
imperialistlərinin zülmü altında əzab çəkən zavallı türk xalqının dözülməz həyatı əsərdə 
verilmiş şeir parçalarında əks etdirilmişdir.  


 
148 
N.Hikmət  pyeslərində  nəzəri  cəlb  edən  xüsusiyyətlərdən  biri  də  onun  əsərlərinin 
mütərrəqqi, yeni ideyalı olmasıdır. Dramaturqun novatorluğu da məhz bu yeni ideyaya 
ciddi münasibətin məhsuludur. Məlum olduğu kimi  yeni ideya mövcud ictimai şəraitin 
özündən  doğur,  onu  həyat  yaradır.  Novator  sənətkarın  vəzifəsi  isə  ideyanı  yazıçı 
təxəyyülündən  keçirmək,  onu  orijinal  formada  xalqa  çatdırmaqdır.    Burada  mövzu 
seçimi də, təbii ki, böyük rol oynayır. 
Bununla  əlaqədar  olaraq  müasir  Azərbaycan  dramaturgiyasının  banisi  Cəfər 
Cabbarlının dediyi sözləri xatırlatmaq yerinə düşərdi. Böyük dramaturq yazırdı: 
“Hər  bir  şairin,  yazıçının  və  dramaturqun  ən  böyük  məziyyətlərindən  biri  onun 
mövzu  seçməyi  bacarmasıdır.  Yazıçının  seçdiyi  mövzu,  onu  ilhama  gətirməli,  onun 
gördüklərini,  duyduqlarını,  dövrünün  ondan  tələb  etdiklərini,  başqalarının  hələ 
müşahidə etmədiklərini və ya müşahidə edərək bu barədə danışa bilmədiklərini oxucuya 
söyləmək imkanı yaratmalıdır.” 
 «Türkiyədə»  əsəri  Azərbaycan  Dövlət  Dram  teatrında  tamaşaya  qoyularkən 
rejissor  Adil  İskəndərov  “Xor”un  dilindən  deyilən  misraları  Nazim  Hikmətin  öz 
surətində  vermişdi.  Səhnəyə  Nazim  Hikmət  obrazı  gəlir  və  tamaşaçılara  üz  tutaraq 
deyirdi: 
 
Ankara şehrinde pazar kuruldu 
Ankara şehrinde sattılar bizi. 
Kolumuzu sattılar, 
Gözümüzü sattılar, 
Kanımızı sattılar. 
Memleket bizim kolumuz, 
Bizim gözümüz, 
Bizim kanımızdır, 
Sattılar Memleketi. 
 
N.Hikmətin  müasir  həyatdan  bəhs  edən  əsərləri  kimi,  tarixi  və  ya  şifahi  xalq 
ədəbiyyatından  götürdüyü  mövzularda  yaratdığı  sənət  nümunələri  də  orijinaldır.  Bu 


 
149 
fikrimizə sübut  olaraq dramaturqun “Bir aşk masalı” və “Yusif və Züleyxa” pyeslərini 
misal  göstərmək  olar.  Bu  əsərlər  dünya  dramaturgiyasının  ən  gözəl  nümunələri 
sırasında  yer  tutmağa  layiqdir.  Məlumdur  ki,  Fərhad  və  Şirin  hər  şeydən  əvvəl 
məhəbbət əfsanəsidir. Burada Fərhadla Şirin arasındakı sevgi motivi əsas yer tutur. Elə 
buna  görədir  ki,  bu  qədim  mövzunu  müxtəlif  Şərq  ölkələrində  qələmə  almış  bir  çox 
sənətkarlar  əfsanənin  əsas  ruhunu  saxlayaraq  əsərlərində  Fərhad  və  Şirinin  ideal 
məhəbbətini tərənnüm etmişlər. Lakin N.Hikmət Fərhad və Şirinin sevgisinə fərdi deyil, 
bəşəri  mənada  yanaşmışdır.  Fərhad  Dəmir  dağı  yarmağa  gedərkən  yalnız  Şirini 
düşünür. Onun məhəbbətinə çatmaq üçün bu fədakarlığa əl atır. Lakin zaman keçdikcə 
onun fərdi məhəbbəti ümumxalq məhəbbətinə çevrilir. Fərhad Dəmir dağı parçalayır ki, 
illərdən  bəri  su  üzünə  həsrət  qalmış  xalq  suya  qovuşsun.  Onun  bu  böyük  idealına 
qoşulan  sədaqətli  Şirin  də  Fərhadı  “bir  əsgər  anası  kimi”  həmişə  gözləyəcəyinə  söz 
verir.  Əsl  məhəbbət  budur.  N.Hikmətin  də  novatorluğu  xalq  əfsanəsinə  belə  yaradıcı 
yanaşması, həqiqi məhəbbətin dərin fəlsəfəsini bədii boyalarla tərənnüm etməsidir. 
Yaxud dramaturqun “Yusif və Züleyxa” əsərini götürək. Bu əfsanəyə də N.Hikmət 
novator  sənətkar  kimi  yanaşmışdır.  Dramaturq  Yusifin  və  Menofisin  mübarizəsi 
fonunda  iki  ideyanın  toqquşmasını  əsil  novator  sənətkar  kimi  işıqlandırmışdır.  Dünya 
dramaturgiyasında  N.Hikmətə  qədər  hələ  heç  kəs  İncil  mövzusunu  alıb  mütərrəqi 
ideyalı,  eyni  zamanda,  böyük  sənətkarlıqla  yazılmış  orijinal  sənət  nümunəsi 
yaratmamışdır.  Dramarurq  özü  bu  barədə  deyib:“Yanılmıramsa,  bir  İncil  mövzusunu 
götürərək pyes yazan ilk kommunist yazıçısı mənəm”. 
N.Hikmətin,  mövzusunu  əfsanələrdən  deyil,  real  həyatdan  götürdüyü  “Kəllə”, 
“Şöhrət  və  ya  unudulan  adam”,  “Qəribə  adam”,  “Bayramın  ilk  günü”,  “Türkiyədə”, 
“Damokl qılıncı” kimi pyesləri də çox yeni və orijinal sujet xəttinə malikdir. 
N.Hikmət dramaturgiyasında kiçik və ya xırda yeniliklər kimi görünə bilən, əslində 
isə  böyük  əhəmiyyətə  malik  olan  novatorluq  elementləri  də  az deyildir.  Fikrimizi  izah 
etmək  üçün  dramaturqun  mükəmməl  pyeslərindən  biri  olan  “Bir  aşk  masalı”na 
(“Məhəbbət  əfsanəsi”)  müraciət  edək.  Pyesin  birinci  səhnəsində  xəstə  Şirinin  başı 
üstündə  dayanıb  böyük  həyəcanla  qızın  taleyini  izləyən  Münəccimin,  Baş  həkimin, 
Vəzirin,  Mehmene  Banunun  və  Sərvinazın  daxili  aləmini  dramaturq  məharətlə  açır. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə