Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə46/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   42   43   44   45   46   47   48   49   ...   76

 
153 
Nazim  Hikmətin  bu  arzusu  ölümündən  sonra  həyata  keçdi.  Sənətkarın  “Bir  aşk 
masalı”  (“Məhəbbət  əfsanəsi”)  pyesi    1965-ci  ildə,  müəlifin  ölümündən  iki  il  sonra 
İstanbulda  tamaşaya qoyulanda türk mətbuatı yazırdı: 
“Bir  günə  qədər  türk  teatrında  bu  qədər  güclü  bir  türkcə  ilə  yazılmış  əsər 
oynanmamışdır.  Hər  hansı  bir  əfsanənin,  hər  hansı  bir  mövzunun  türk  dilində  bundan 
daha gözəl və doyurucu anladıldığını xatırlamırıq”. 
Təəssüf ki, Nazim Hikmət özü bu sətirləri oxuya bilmədi. 
Görüşlərimizdə,  söhbətlərimizdə  Nazim  Hikmətin  sənət  mülahizələri  məni  heyran 
edirdi.  O,  təkcə  ədəbiyyatı  deyil,  musiqini,  rəssamlığı,  (özü  də  rəssam  idi) 
heykəltəraşlığı çox sevirdi. Həm də nəinki sadəcə sevirdi, dərindən başa düşürdü, fikir 
yürüdürdü, məsləhətlər verirdi. 
Nazim Hikmət sənətdə təfərrüatçılığın qəti əleyhinə idi. Uzun-uzadı təsvirləri artıq, 
lazımsız hesab edərdi. Nazim Hikmət deyərdi: 
-  Hər  bir  rəssam,  şair,  bəstəkar  öz  əsərində  oxucu,  dinləyici,  tamaşaçı  üçün 
“yaradıcılıq payı” saxlamalıdır. Hər bir insan yaradıcıdır, bunu unutmaq olmaz. 
Moskvadakı  görüşlərimiz  vaxtı  Nazim  Hikmət  mənim  tədqiqat  işimlə  maraqlanar 
və tez-tez deyərdi: 
-Müdafiədən  əvvəl  mənə  mütləq  xəbər  verərsən.  Bakıya  gələcəyəm,  sənin 
müdafiəndə iştirak edəcəyəm. 
Nə yazıq ki, qismət olmadı... 
Bakıya  gələcəyini  deyəndə  mavi  gözlərində  işıq  parladı.  Bakı,  Azərbaycan  şairin 
Vətən həsrətini ovudurdu, amma bu yaranı sağalda bilmirdi... 
 
“Ədəbiyyat və incəsənət” qəzeti,  22 yanvar 1972.  
 
 
 
 


 
154 
“Üç cür yaşamaq var...” 
 
XX  əsrin  ən  böyük  sənətkarlarından  olan  Nazim  Hikmət  qüdrətli  şair,  ustad 
dramaturq  olmaqla  yanaşı,    həm  də  mahir  nasirdir.  Lakin  Nazim  Hikmətin  gözəl  bir 
nasir  olması,  nədənsə,  mütəxəssislər  istisna  olunmaqla,  geniş  oxucu  kütləsinə  o  qədər 
də məlum deyil. Bunun da öz səbəbləri var. Bu işdə hər şeydən əvvəl Nazim Hikmətin 
parlaq  şairlik  istedadının  təsiri  görünür.  Poeziya  onun  yaradıcılığının  əsas  mehvəridir. 
Nazimin  bizə  bəxş  etdiyi  ikinci  sevinc  vəsiləsi  onun  eyni  zamanda  böyük  dramaturq 
olmasıdır.  Bu  da  onun  nasirliyini  kölgədə  qoyan  ikinci  amildir.  Burada  üçüncü  bir 
səbəbi  də  qeyd  etmək  lazımdır.  Bu,  ədəbi  ictimaiyyətimizin,  alimlərin,  tərcüməçilərin, 
nəşriyyatların  Nazim  irsində  mühüm  yer  tutan  nəsr  əsərlərinə  lazımi  diqqət 
yetirməməsidir.  
Diqqətinizə  təqdim  olunan  “Yaşamaq  gözəl  şeydir,  qardaşım...”  romanı  Nazim 
Hikmətin  çox  qüvvətli  nəsr  əsəridir.  Roman  əsasən  avtobioqrafik  xarakter  daşıyır. 
Burada  N.Hikmətin  inqilabi  fəaliyyəti,  Moskvada  Şərq  Zəhmətkeşlərinin  Kommunist 
Universitetində  təhsil  alması,  türk  kommunistlərinin  və  kommunist  əqidəli  adamların 
taleyi, mübarizəsi əks olunur. 
Roman Nazim yaradıcılığına bötüvlükdə xas olan novatorluqla yazılmışdır. Mövzu 
baxımından  son  dərəcə  maraqlı  olan  bu  əsər  öz  aktuallığını  indi  də  qoruyur.  Çünki, 
şairin demokratiya uğrunda apardığı mübarizə bugün də eyni şərtlər altında davam edir. 
“Yaşamaq  gözəl  şeydir,  qardaşım...”  romanı  bu  mübarizənin  bədii  (bəzi  hallarda 
sənədli) salnaməsidir, tarixidir. 
Əsərin  bədii  məziyyətləri  sırasında  onun  lakonikliyini,  obrazların  bitkinliyini, 
dolğunluğunu  vurğulamaq  lazımdır.  Qısa,  lakin  mənalı  dialoqlar,  daxili  monoloqlar, 
keçmişə  qayıdış,  daha  doğrusu,  keçmişlə  indinin  zaman  və  məkan  sintezi  romanın  ən 
səciyyəvi  cəhətləridir.  Bu  novatorluq  Nazim  Hikmətə,  şeirlərində  və  dram  əsərlərində 
olduğu  kimi,  “Yaşamaq  gözəl  şeydir,  qardaşım...”  romanında  da  parlaq  surətlər 
yaratmağa  imkan  vermişdir.  Nazim  Hikmət  şəxsən  tanıdığı  insanları,  şahidi  olduğu 
hadisələri  öz  yaradıcılıq  təxəyyülündən  keçirərək  ümumiləşdirmiş  və  tipikləşdirmişdir. 


 
155 
Buna  görə  də  Əhməd,  İsmayıl,  Kərim,  Hüsnü  kimi  surətlərin  həyatı,  mübarizəsi  bizə 
təbii, canlı və maraqlı görünür. 
Romanı  ana  dilimizə  SSRİ  Elmlər  Akademiyası  Şərqşünaslıq  İnstitutunun  elmi 
əməkdaşı, tanınmış türkşünas Tofiq Məlikli çevirmişdir. O, tərcümənin orijinala yaxın 
olmasına çalışaraq hər bir cümlənin, hər bir sözün məna çalarlarına,  yükünə ciddi fikir 
vermişdir.  Əsərin  ən  mühüm  məziyyətlərindən  biri  onun  üslub  orijinallığıdır.  Roman 
poetik dillə nəsr dilinin sintezinə ən gözəl nümunədir. N.Hikmət bu üslubun sayəsində 
böyük bir tarixi dövrü yığcam lövhələrlə əks etdirə bilmişdir. Romanda hadisələrin bir-
birini orijinal priyomlarla əvəz etməsi əsəri çox oxunaqlı edir. Belə bir üslub orijinallığı 
hər  şeydən  əvvəl  əsərin  dilində  öz  əksini  tapmışdır.  Tofiq  Məlikli  əsərin  üslub 
gözəlliyini  saxlamağa  çalışmışdır.  O,  Nazimin    dilini  yaralamamağa  səy  göstərmiş, 
orijinala sadiq qalmışdır. 
“Yaşamağın gözəl şey”  olduğunu bilən və onun daha da gözəlləşməsinə can atan 
qəhrəmanların mübarizəsini, sevincini, kədərini, nifrətini və məhəbbətini əks etdirən bu 
realist  əsərin  Azərbaycan  dilində  nəşr  olunması,  heç  şübhəsiz,  oxuculara  gözəl 
hədiyyədir.  Nazim  Hikmət  həbsxanadan  yazdığı  məktubların  birində  yaşamaq  barədə 
deyirdi:  “...Üç  cür  yaşamaq  var.  Birincisi,  yaşadığının  fərqində  belə  olmamaq.  Yəni 
yaşadığını,  yaşamaq  deyilən  məfhumu  bütün  əzəmətilə  dərk  etmədən  yaşamaq.  Yəni 
insanların böyük əksəriyyəti kimi... İkincisi, harada olursan ol, hansı şərtlər altında var 
olursan  ol,  yaşamaq  bir  səadətdir  səninçin.  Düşünmək,  oxumaq,  sevmək,  döyüşmək, 
görmək, eşitmək, çalışmaq, işkəncə görmək, nifrət etmək, bir sözlə, bütün bu maddi və 
mənəvi  şeylər  səadətdir  səninçin.  Yəni  müstəqil  və  sərbəst  yaşamaq  deyilən  şey-nə 
gözəldir!  Bunu  hər  an  və  hər  şəraitdə  dərk  edirsən.  Üçüncüsü,  yaşamaq  sadəcə  bir 
vəzifədir  səninçin.  Bəzən  ölmək  necə  bir  vəzifə  olursa,  yaşamaq  elə  bir  vəzifədir. 
Mənim  üçün  yaşamaq  məfhumu  istər  həbsdə  olum,  istər  olmayım,  istər  sevgilimin  əli 
əlimdə  ay  işığını  seyr  edim,  istər  həbsxanadakı  otağımın  tavanını...  -  yaşamaq  bir 
səadətdir. Hətta mənə elə gəlir ki, türk ədəbiyyatında “Yaşamaq nə gözəl şeydir” deyən 
ilk şair bəndənizdir”. 
Başqa  bir  yaşamaq  növü  isə  -  ölümsüzlükdür.  Bu,  Nazim  Hikmətin  özünə  və 
əsərlərinə aiddir. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə