Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə49/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   45   46   47   48   49   50   51   52   ...   76

 
164 
Bu    şeirin  Nazim  səsindən  lent  yazısı  var  məndə.  Onu  sakit  dinləmək  olmur... 
Ömrünün  son  aylarında  çox  həsrətli  idi  Nazim.  Bu  həsrət  də  onu  özü  ilə  apardı. 
Ölümünü isə zaman-zaman boğula-boğula, nəfəsi təngiyə-təngiyə deyirdi: “Məni burda 
qoymayın,  aparın  bir  yerə.  Ölmək  istəmirəm.  Ölmək  istəmirəm”.  “Vəsiyyət”ini  isə 
çoxdan yazmışdı. 
Tez-tez  Azərbaycana,  Bakıya  can  atırdı  Nazim.  O,  Azərbaycana  sıx  tellərlə  bağlı 
sənətkardı.  Mikayıl  Rəfili,  Səməd  Vurğun,  Süleyman  Rüstəm,  Rəsul  Rza,  Nigar 
Rəfibəyli  N.Hikmətin  candan  bağlandığı  qələm  sahiblərimizdi.  Sonrakı  illərdə  bu 
əlaqələr daha da möhkəmləndi və genişləndi. Sonuncu dəfə Moskvaya gələndən sonra 
N.Hikmət  bizim  Əkbər  Babayevlə  yaxın  dost  oldu.  Əkbər  onun  tədqiqatçısı, 
tərcüməçisi  idi.  1961  və  1963-cü  illərdə  Bakıda  N.  Hikmətin  ikicildliyi  nəşr  olundu. 
Birinci cilddə onun şeir və poemaları, ikinci cilddə isə pyesləri toplanmışdı.  
Teatr səhnələrimizdə Nazimin pyesləri tamaşaya qoyulurdu: “Kəllə”, “Türkiyədə”, 
“Qəribə  adam”,  “Şöhrət  və  ya  unudulan  adam”,  “Damoklın  qılıncı”  və  s.  Həmin 
pyeslərə musiqilər yazıldı, rəsmlər çəkildi. Ən böyük sənət qələbəsi isə Arif Məlikovun 
oldu.  Nazim  Hikmətin  “Bir  aşq  masalı”  pyesi  əsasında  Arif  Məlikov  “Məhəbbət 
əfsanəsi” baletini yaratdı.  
Azərbaycanda  Nazim  Hikmət  yaradıcılığı  ilə  bağlı  sanballı  elmi  tədqiqat  işləri  də 
yazılmışdır.  Azər  Abdullanın  namizədlik  dissertasiyası  N.Hikmət  irsinin  öyrənilməsi, 
onun  Azərbaycanla  əlaqəsi    sahəsində  qiymətli  əsərdir.  Azərbaycan  Elmlər 
Akademiyasının  Şərqşünaslıq  İnstitutunun  türk  filologiyası  şöbəsinin  əməkdaşı,  
tanınmış tənqidçi  və ədəbiyyatşünas Qadir İsmayılın da Nazimlə bağlı dəyərli tədqiqat 
işləri  var.  Uzun  illər  Moskvada  yaşamış,  SSRİ  Elmlər  Akademiyası  Şərqşünaslıq 
institunun  baş  elmi  işçisi  olmuş,  həmyerlimiz  Tofiq  Məlikli  N.Hikmət  poeziyasının 
tədqiqi sahəsində xidmətləri olan alimimizdir. 
Bundan  başqa,  türkşünas  və  ədəbiyyatşünaslarımızın  N.Hikmətə  həsr  olunmuş 
yüzlərlə maraqlı elmi əsər, məqalə və xatirələri nəşr olunub. 
Tədqiqatçı-filosof  Aytən  Babayeva  N.Hikmətin  fəlsəfi  görüşlərinə  həsr  olunmuş 
dissertasiya  müdafiə  edib,  bu  mövzuda  monoqrafiya  çap  etdirib.  Amma  bütün  bunlar, 
azdır, əlbəttə. Hələ N.Hikmətin nəsri sanballı şəkildə öyrənilməyib. Bolqarıstanda şairin 


 
165 
səkkizcildliyi  buraxıldığı  halda,  Azərbaycanda  bu  sahədə  çox  az    iş  görülüb.  Nazimin 
bir  sıra  pyesləri  də  hələ  Azərbaycanda  səhnəyə  qoyulmayıb.  Nazim  haqqında  Əkbər 
Babayevin  Moskvada  rus  dilində  nəşr  etdirdiyi  kitabların  da  heç  biri  Bakıda 
Azərbaycan dilində işıq üzü görməyib. 
Yeri gəlmişkən, N.Hikmət yaradıcılığının, ümumiyyətlə, türk ədəbiyyatının tədqiqi 
və təbliği ilə əlaqədar bir məsələni də qeyd etmək istəyirəm. Ayrı-ayrı nəşrlərdə, habelə 
mətbuatda  N.Hikmət  müxtəlif  yönləri  ilə  təhlil  edilir.  Çox  təəssüf  ki,  bəzən  türk 
ədəbiyyatını,  o  cümlədən  Nazim  Hikmət  poeziyasını,  dramaturgiyasını,  nəsrini  yaxşı 
bilməyənlər  də  mətbuatda  çıxış  edir  və  səhvlərə  yol  verilir.  Bəzən  mətbuatımızda  türk 
ədəbiyyatının  görkəmli  nümayəndələrinin  adları  da  səhv  yazılır,  türk  romanları  naşı 
tərcüməçilərə tapşırılır və s. Bütün bunları deməkdə məqsədim odur ki, bizə çox yaxın 
olan və illərlə həsrət qaldığımız bir ölkənin – qardaş Türkiyənin ədəbiyyatını xalqımıza 
yüksək  səviyyədə  təqdim  etmək  bizim  milli  borcumuzdur.  N.Hikmətin  həyatı, 
əsərlərinin  yazılma  tarixi,  qəzet  və  jurnallarda  çap  olunan  fotoşəkillərin  mətnaltı 
sözlərinin dəqiqliyi kimi məsələlərə diqqət yetirməliyik.  
Belə diqqətsizlik türk, Moskva nəşriyyat və mətbuatında da olur. Bu yaxınlarda bir 
türk  qəzetində  N.Hikmətə  həsr  olunmuş  bir  xatirə  nəzərimi  cəlb  etdi.  Şəkil  də 
verilmişdi.  Həmin  şəklin  bir  nüsxəsi  məndə  də  var.  1957-  ci  ildə  Azərbaycan  Dövlət 
Universitetində  çəkilmişdi.  Amma  şəklin  altında  belə  yazılmışdı:  “N.  Hikmət  Misirdə, 
Qahirə universitetində”. Və yaxud, Moskvanın “Nauka” nəşriyyatı 1990-cı ildə çapdan 
buraxdığı  “Türkiyə  Respublikası”  adlı  kitabda.  N.Hikmətin  “Romantika”  əsərinin 
yazılma tarixini 1964-cü il kimi qeyd edib. Halbuki, N.Hikmət o vaxt həyatda  yox idi. 
Belə qüsurlar təəssüf ki, bizim tədqiqat işlərimizdə, yazılarımızda da az deyil. 
1992-ci ilin yanvarında N.Hikmətin 90 illik yubileyini qeyd edəcəyik. Yubiley bir 
iclas keçirib qonaqları dəvət etməkdən ibarət olmamalıdır.  Gəlin elə edək ki, əsrimizin 
böyük  sənətkarı  N.Hikmətin  ədəbi  irsinin  öyrənilməsi  sahəsində  faydalı  bir  iş  görək. 
Axı, Nazim Hikmət bir baxıma bizim elə öz şairimizdir.  
 
“Ədəbiyyat qəzeti”, 6 sentyabr 1991. 


 
166 
Evimizdə türk klassik ədəbiyyatının ruhu hakimdi... 
(Nazim Hikmətin  90 illiyi qarşısında Aqşin Babayevlə müsahibə)  
 
– Aqşin müəllim, Nazim Hikmətin yaradıcılığı ilə ilk tanışlığınız nə vaxt olub? 
– İlk dəfə Nazim Hikmətin adını və bir şeirini orta məktəbdə eşitdim. Ədəbiyyatı 
çox  sevirdim.  Müharibədən  şikəst  qayıtmış,  qoltuq  ağacları  ilə  gəzən  bir  Ənvər 
müəllimimiz  vardı.  Bir  gün  bizə  Ənvər  Məmmədxanlının  “Buz  heykəl”  hekayəsini 
oxudu. Ədəbiyyata bütün varlığımla bağlandım. Mətbuatımızda o vaxt Səməd Vurğun, 
Rəsul Rza, Süleyman Rüstəm poeziyası ilə yanaşı N.Hikmətin şeirləri də çap olunurdu. 
Bir  gün  N.Hikmətin  “Kəllə”  pyesini  radiodan  eşitdim.  Ələsgər  Ələkbərovun  Mister 
Dalbanezosu  məni  heyran  etdi.  Evimizdə  isə  meyl  türk  ədəbiyyatının  klassiklərinə  idi. 
Atam,  xüsusən  əmim  Tofiq  Fikrəti,  Mehmet  Emini,  Rza  Tofiqi,  Ziya  Paşanı  əzbər 
bilirdilər. Ailəmizin yaxın adamlarından diş həkimi Nahid ( bu onun təxəllüsüydü, adını 
unutmuşam.  Ə.Vahidin  dostlarındandı).  Ziya  Paşanın,  Tofiq  Fikrətin  şeirlərini  əski 
əlifba ilə çap olunmuş kitablardan oxuyar, hər şeirdən sonra kitabı öpərdi... 
Bir  sözlə,  evimizdə  türk  klassik  ədəbiyyatının  ruhu  hakimdi.  Atam  türklərdən 
böyük  məhəbbətlə  danışar,  deyərdi:  “Mart  davasında  (  1918-ci  ili  nəzərdə  tuturdu.- 
A.B.) türklər olmasaydı, ermənilər bizi qıracaqdılar”. Maraqlı əhvalatlar danışardı. İkisi 
yadımda  qalıb.  “Türklər  Ləəş  bağlarından  gəlib  keçdilər,  uşaqdım,  on  bir  yaşım  vardı. 
Dayanıb  heyranlıqla  türk  əskərlərinə  baxırdım.  Lap  qabaqda  gedən  türk  əskəri  dönə-
dönə  təkrar  edirdi:  “  İslama  gavurun  gülləsi  dəyəməz!  Dəyəməz!”  İkinci  epizod 
ermənilərin  qaniçənliyi  ilə  bağlıdır.  “Gözümlə  gördüm,  -  deyirdi  atam  –  evimizin 
tinində  bir  tüfəngli  erməni  azərbaycanlı  qadını  qarnından  vurdu.  Türklər  olmasaydı, 
hamımızı qıracaqdılar”. 
Bir    sözlə,  mən  türklərə  rəğbət,  məhəbbət  içində  nəfəs  alırdım.  Bu  duyğularla 
böyüdüm.  1954-cü  ildə  universitetin  filologiya  fakültəsində  təhsil  almağa  başladım. 
Müəllimlərimizdən  Əkrəm  Cəfər,  Yusif  Ziya  Şirvani,  Əli  Fəhmi  türk  dilinin, 
ədəbiyyatının  aşiqi  idilər.  Xüsusən  Əkrəm  Cəfər.  Türk  şairlərindən  Mehmet  Emin  və 
Nazim  Hikmət  dilinin  əzbəriydi.  Yusif  Ziya  Şirvani  isə  bizə  türk  dillərinin  müqayisəli 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə