Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə50/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   46   47   48   49   50   51   52   53   ...   76

 
167 
qramatikasından  dərs  deyərdi.  Özü  də  türk  dilində.  Onun  şirin  türkcəsi  indi  də 
yaddaşımdadır. 
1957-ci  ildə  N.  Hikmət  Bakıya  gəldi.  Otuz  illik  fasilədən  sonra  bu,  onun  “Neft 
diyarı”na  ikinci  səfəri  idi.  Bakıda  onu  böyük  məhəbbətlə  qarşıladılar.  Bu  məhəbbətin 
bircə  parçasını  -  onun  Universitet  tələbələrilə,  yəni  bizimlə  görüşünü  ömrüm  boyu 
unutmaram.  Bu  haqda  başqa  yazılarımda  geniş  söhbət  açmışam.  Onun  gəlişi  sözün 
həqiqi  mənasında  bayram  idi.  Nazim  çıxış  elədi.  Alqışlar  divarları  titrədirdi.  O  vaxt 
Nazim  Hikmət  mənimçün  əlçatmaz  bir  dünyaydı.  Əlbəttə,  ağlıma  da  gətirə  bilməzdim 
ki,  gün  gələcək,  mən  onun  yaradıcılığı  ilə  bağlı  dissertasiya  işi  yazacağam,  evində 
olacağam,  onunla  birlikdə  teatr  tamaşalarına  baxacağam  və  uzun-uzadı  söhbətlər 
edəcəyəm,  sonra  da  gün  gələcək,  onun  vətənində  üç  il  yaşayacağam,  Nazimi 
anacağam...  İnsan  sabahını  bilmir  ki...  Bilsə  nə  vardı  ki...Tale  belə  gətirdi  ki, 
universiteti  bitirdikdən  sonra  radionun  türk  şöbəsində  işləməyə  başladım.  Bir  sözlə 
niyyətim mənzilimə yetirdi məni. Sonra türk filologiyası üzrə aspiranturanı bitirdim. 
  Siz  müdafiə  üçün  niyə  məhz  Nazim  Hikməti  seçdiniz?  Və  bu  zaman  hansı 
çətinliklərlə  üzləşdiniz?  Sizdən  qabaq  müdafiə  eləyən  olmuşdumu  və  siz  həmin 
müdafiə ilə tanışdınızmı? 
–  Müdafiə  üçün  Nazim  Hikmət  mövzusunu  götürməmişdim.  Bəyəndiyim  şair 
Tevfik Fikrətdi. Onu da ürəyimdə tutmuşdum. Hələ aspirantı olduğum ADU-nun Yaxın 
Şərq  xalqları  ədəbiyyatı  tarixi  kafedrasına  ərizə  ilə  müraciət  etməmişdim.  Elmi 
rəhbərim Yusif Şirvan olacaqdı. Bunu əvvəlcədən danışmışdıq. Məni də Universitetə o, 
dəvət  etmişdi.  Sözarası  Tevfik  Fikrəti  mövzu  olaraq  götürmək  istədiyimi  bildirdim. 
Etiraz etmədi. 
Bir  gün  qələm  dostlarımdan  biri  mənə  dedi:  “Sən  axı  niyə  Nazim  Hikmətdən 
yazmırsan?”  Elə  bil  içimdəki  duyğular  -  orta  məktəbdə  ilk  dəfə  eşitdiyim  “Yanmamış 
çığara”  şeirindən  doğan  məftunluq,  “Kəllə”  pyesinin  qəlbimdə  yaratdığı  qibtə  hissi, 
1957-ci  ildə  universitetdə  gördüyüm  Nazim  Hikmət  əzəməti  qarşısındakı  heyranlıq, 
Əkrəm Cəfərin Nazim haqqında xatirələrindən, oxuduğu şeirlərdən doğan sevinc, fərəh 
– bütün bunlar bu suala bağlıymış. Sanki Nazim eşqi, Nazim sənəti bir fidandı içimdə, 
bu  sözdən  sonra  pardaxlandı,  çiçəyə  döndü.  Elə  bil  itirdiyimi  tapmışdım.  Nazim 


 
168 
Hikmətin  yaradıcılığını tədqiq edəcəkdim. Elmi rəhbərim bu dəfə də etiraz etmədi. Bir 
ay kitabxanada çalışdım. Mənə qədər yazılmış əsərlərlə tanış oldum. Müəyyən tədqiqat 
işləri  vardı.  Amma  N.Hikmətin  dramaturgiyası  haqqında  məqalələrdən  başqa  heç  nə 
tapmadım. Kafedraya ərizə yazdım. Sonra iclas çağırıldı. Ərizəmi müzakirəyə qoydular, 
mənə söz verdilər. Danışdım. Mövzum təsdiq olundu.  
İndi  məni  qarşıda  əməlli  iş  gözləyirdi.  Həm  Sovet  İttifaqında,  həm  də  Türkiyədə 
mənə  qədər  N.Hikmət  haqqında  yazılmış  irili-xırdalı  bütün  əsərləri,  yazıları  oxuyub 
öyrənməli  və  dissertasiyamda  onlara  münasibətimi  bildirməli,  ən  başlıcası  isə 
N.Hikmətlə görüşməliydim. Moskvaya gəlməyim, N.Hikmət yaradıcılığının bir nömrəli 
tədqiqatçısı,  həmyerlimiz  Əkbər  Babayevin  köməyilə  Nazimlə  görüşlərim  barədə 
mətbuatda ətraflı yazılarım çıxıb. Həmin yazılarda dediklərimi təkrar etmək istəmirəm.  
– Adətən müdafiə eləyənlər onu da düşünürlər ki, mövzunun obyektinin özünün 
də köməkliyi ola bilər. Nə əcəb bu sizi şirnikləndirməyib? 
–  “Şirnikləndirmə” barədə qətiyyən düşünməmişdim. Həm də əvvəl Tevfik Fikrəti 
seçmişdim  axı.  Bu  sualla  bağlı  bir  əhvalatı  danışmaq  istəyirəm.  N.Hikmət 
görüşlərimizin birində mənə dedi: 
-Sən  Bakı  ilə  Moskva  arasında  qalmaqdansa,  elə  gəl  burda  oxu.  İstəyirsən 
Qafurovla  (Asiya  Xalqları  İnstitutunun  direktoru  idi  o  vaxt  –A.B.)  danışım, 
aspiranturanı  burda  bitir.  Tez  evə  -  həyat  yoldaşıma  məktub  yazdım,  şad  xəbəri 
bildirdim.  Mənə  aspirantlar  evində  mənzil  verəcəkdilər.  Yoldaşımla,  körpəmlə 
Moskvada yaşayacaqdım. Amma əfsus ki, bu , baş tutmadı. 
– Nazim yaradıcılığı ilə məşğul olduğunuz günlərlə başqa vaxtın yaşayış tərzində 
bir fərq hiss edirsinizmi? 
–  Bu  yaxınlarda  məni  televiziyaya  dəvət  etdilər.  Nazim  Hikmət  haqqında 
danışdım. Çıxışdan əvvəl bir neçə gün Nazimin əsərlərini vərəqləmişdim. İnanın mənə 
bütün  dərd-sərimi  unutmuşdum,  böyük  Nazimlə,  dostum  Əkbərlə  görüşlərimi  yenidən 
yaşadım.  
Sizə  bir  söz  də  deyim.  Qəribə  bir  hiss  var  məndə.  Mənə  elə  gəlir  ki,  həmişə 
N.Hikmət  yaradıcılığı  ilə  məşğul  olmuşam.  Altı  yaşlı  nəvəmə  də  münasibətim  elədir. 
Mənə elə gəlir ki, bu yumşaq saçlı, iri gözlü, mirvari dişli, gülərüzlü şirin nəvəm həmişə 


 
169 
mənimlə olub. Ağlıma gətirə bilmirəm ki, mən altı il bundan əvvəl bu şip-şirin balasız 
olmuşam.  Bu  duyğular  yəqin  ki,  məhəbbətdən  gəlir.  Nazimə  münasibətim  də  belədir. 
Bilmirəm fikrimi sizə çatdıra bildimmi? 
– Nazim Hikmətin kommunist kimi ömrü haqqında fikrinizi bilmək istərdik. 
–  Nazim  kommunizmə,  kommunist  ideallarına  fanatikcəsinə  bağlıydı.  Özü 
demişkən  “Təpədən  dırnağa  qədər  kommunist”  idi.  “Vəsiyyət”ində  də  yeganə  oğlu 
Mehmedi  Türkiyə  Kommunist  Partiyasına  əmanət  edirdi.  İnanırdı  Nazim.  Şüarı  sülh, 
qardaşlıq,  bərabərlik,  insanların  səadəti  olan  bir  partiyaya  necə  inanmayasan?  Bütöv 
əqidəli insandı.  Moskvada  yaşadığı  son  13  ildə  Nazim  xəyal  qırıqlığına  uğramışdı. 
Amma duyğularını bildirmirdi, içəridən çəkirdi, nifrət edirdi. Amma partiyaya yox, onu 
yaramaz hala salanlara. Sözümün canı odur ki, mən Nazim Hikmət kimi kommunistlərə 
yox,  xalqı  aldadan,  uçuruma  aparan,  öz  şəxsi  mənafeyi  üçün  millətini,  əqidəsini  satan, 
“kreslo”sundan  dördəlli  yapışıb  ciblərini  dolduran,  partiyanı  mafiyaya  çevirən 
üzdəniraq  kommunistlərə  nifrət  etmişəm  və  edirəm.  İndi  onlar  işdən  çıxsalar  da,  çox 
mülayim, insancıl kimi görünsələr də, mən onlara yenə təhlükəli adamlar kimi baxıram. 
Onlar  kommunist  partiyası  məhvə  uğrasa  da,  öz  çirkin  əməllərindən  əl  çəkməyəcək, 
ancaq  ciblərini  dolduracaqlar.  Belə  adamlar  hər  hansı  bir  şəraitdə  olursa-olsun  “siçan 
yolu”  tapırlar  özləriyçin.  Partiyanı  yox,  nəyi  ləğv  edirlərsə  etsinlər,  belə  adamlar  zəli 
kimi şeydilər, yenə qan soracaqlar. Cəmiyyət belələrindən təmizlənməlidir. 
–  Nazim  Hikmətə  bir  şəxsiyyət  kimi  ikili  münasibət  var.  Siz  hansı  mövqedə 
durursunuz? 
– Doğrudan da elədir. Nazimə ikili münasibət var. Bir qrup onu ideallaşdırır, o biri 
qrup isə yerə vurur. Türkiyədə birinci qrupun başında Kamal Sülkər gəlir. İkinci qrupun 
isə öndəri yoxdur. 
Sadəcə bir sıra yazıçılar, fikir adamları Nazimi sevmirlər, qətiyyən qəbul etmirlər. 
Hətta nifrət edirlər. Nazimə belə ikili münasibət Türkiyədə də var. Sovet İttifaqında da 
var,  Azərbaycanda  da.  Qısaca  olaraq  mən  fikrimi  belə  ifadə  etmək  istərdim.  Nazim 
nöqsansız deyil. Heç kəs ona ailə-qadın məsələlərində haqq qazandıra bilməz. 
Amma  Nazimə  “Vətən  xaini”  demək  olmaz.  O,  1950-ci  ildə  Türkiyədən 
çıxmasaydı, onu öldürəcəkdilər. Yaşamaqla Nazim çox işlər gördü. Ölmək hünər deyil. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə