Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə53/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   49   50   51   52   53   54   55   56   ...   76

 
176 
Bu  barədə  və  Nazim  Hikmətin  Azərbaycanla  bağlılığı  haqqında  qısa  məlumat 
verməyinizi xahiş edirik.  
–  Bu  il  mart  ayının  7-sində  mən  “Nazim  Hikmət  Kültür  və  Sanat  Vakfı”dan 
məktub aldım. Məktubun yuxarı hissəində Nazim Hikmətin imzasını görəndə sevindim. 
Əlbəttə,  belə  bir  qurumun  üzvü  olmaq  mənim  üçün  böyük  şərəfdir.  Bu  etimadı 
doğrultmağa çalışacağam. O ki qaldı Nazim Hikmətin Azərbaycanla bağlılığına bu, çox 
geniş mövzudur. Qısaca onu deyə bilərəm ki, Azərbaycanın elm və sənət adamlarından 
Əkbər Babayev, Anar, Tofiq Məlikli, Qadir İsmayıl, Azər Abdulla, Altay Məmmədov, 
Tofiq Abdin, Abbas Abdulla, Arif Abdullazadə, Nəcəf Quliyev, Rəşid Quliyev, Abuzər 
İsmayılzadə  və  Aytən  Babayevanın  adlarını  çəkmək  kifayətdir  ki,  Nazim  Hikmətin 
bizdə  nə  qədər  sevilə-sevilə  öyrənildiyi  məlum  olsun.  Münəvvər  Rzayeva  onun 
heykəlini  işləyib,  Arif  Məlikov  şairin  pyesi  əsasında  balet  yazıb,  dram  əsərləri 
səhnəmizdə  oynanılıb,  onun  ssenariləri  əsasında    filmlər  çəkilib.  Bütün  bunları  qeyd 
etməkdə  məqsədim  Nazim  Hikmət  yaradıcılığının  Azərbaycan-Türkiyə  ədəbi-mədəni 
əlaqələrinin inkişafındakı rolunun böyüklüyünü göstərməkdir. 
     1998-  ci  ildə  çap  etdirdiyim  “Azərbaycan  və  türk  dünyası”  kitabımda  da  bu 
məsələyə  toxunmuşam.  Hal-hazırda  isə  “100  yaşlı  Nazim  Hikmət”  adlı  bir  kitab 
üzərində işləyirəm. Yeri gəlmişkən qeyd edim ki, bu kitabın hazırlanmasında mən xalq 
yazıçısı  Anara  çox  minnətdaram.  O,  Rəsul  Rzanın  şəxsi  arxivindən  Nazim  Hikmətlə 
bağlı qiymətli sənədləri böyük məmuniyyətlə mənə verdi.  
Bayaq  da  qeyd  etdiyim  kimi,  Nazim  Hikmət  Azərbaycanla  sıx  bağlı  olan  bir 
şəxsiyyət  idi.  “Bakıya  gedirəm”  adlı  kitabda  Nazim  Hikmətə  şeir  həsr  edən  şairlərin 
arasında  Səməd  Vurğunun,  Rəsul  Rzanın,  Nigar  Rəfibəylinin,  Bəxtiyar  Vahabzadənin, 
Mirvarid Dilbazinin, Balaş Azəroğlunun, Mədinə Gülgünün, Məmməd Arazın, Nəriman 
Həsənzadənin,  Musa  Yaqubun,  Sabir  Rüstəmxanlının,  Vaqif  Bəhmənlinin,    Məmməd 
Aslanın,  Tofiq  Abdinin,  daha  neçə-neçə  qələm  sahibinin  imzasına  rast  gəlmək 
mümkündür. Fikrət Qocanın “Nazim Hikmət”, Fikrət Sadığın “Oğul həsrəti” əsərləri də 
bu qəbildəndir. 
Sevindirici haldır ki, son dövrlərdə müstəqil Azərbaycanla qardaş Türkiyə arasında 
bütün sahələrdə olduğu kimi, ədəbi-mədəni əlaqələrdə də bir canlanma, sıx əməkdaşlıq 


 
177 
yaranmışdır.  Kitablar  çıxır,  mədəniyyət  hadisələri  qarşılıqlı  qeyd  edilir,  təcrübə 
mübadiləsi  aparılır.  Biz  də  çalışırıq  ki,  bu  münasibətlərin  genişlənməsinə  öz 
töhfələrimizi verək. 
 Müsahibəni apardı Aydın Əhmədoğlu 
  
“Ədəbiyyat qəzeti”, 10 mart 2000. 


 
178 
Nazim Hikmət və kino 
 
Nazim  Hikmət  şair,  dramaturq  olmaqla  yanaşı,  həm  də  bir  kinossenarist  kimi 
məşhurlaşmışdı.  Onun  qələmə  aldığı  ssenarilər,  eyni  zamanda,  kinematoqrafçıların 
onun  yaradıcılığına  müraciəti  Nazim  Hikmətlə  kino  sənətini  bir-birinə  bağlayan  əsas 
amillərdir.  Əlamətdar  haldır  ki,  Nazim  Hikmət,  yaradıcılığının  ilk  dövründən 
başlayaraq kino sənəti ilə məşğul olmuşdur. 
1932-ci  ildə  İstanbulda  Nazim  Hikmətin  “Benerci  özünü  nə  üçün  öldürdü?”  adlı 
poeması  çap  olunur.  Əsərin  qəhrəmanı  xalqını  əsrlər  boyu  davam  edən  zülm  və 
işkəncələrdən  xilas  etmək  üçün  inqilabi  hərəkata  qoşulmuş  gənc  bir  hindlidir.  30-cu 
illərdə şairin Hindistan mövzusuna müraciət etməsi onun senzuradan ehtiyatlanması ilə 
bağlı  idi.  Sənətkar  bu  əsərdə  Türkiyəyə  xas  olan  ictimai  problemləri  Hindistan 
prizmasından  əks  etdirmiş,  gənc  hindlinin  dilində  öz  ideallarını  səsləndirmişdi.  Həmin 
illərdə  Türkiyədə  kino  və  teatr  xadimi  kimi  tanınmış  Muhsin  Ərtoğrul  türk 
kinematoqrafiyasının  inkişafında  mühüm  işlər  görürdü.  O,  Nazim  Hikmətin  “Benerci 
özünü  nə  üçün  öldürdü?”  əsərini  oxuduqdan  sonra,  şairə  bu  mövzuda  ssenari  yazmağı 
təklif etdi. Nazim Hikmət ssenarini yazdı, ancaq film çəkilmədi. Onların bu fikri həyata 
keçməsə  də,  bu  əsər  iki  sənətkarı  birləşdirən  bir  amil  oldu.    Cəmi  bircə  il  sonra  onlar 
“Yaraşıqlı  bərbər”  adlı  satirik  kinokomediya  yaratdılar.  Nazim  Hikmət  bu  filmdə 
ssenari  müəllifi  və  rejissor  assistenti  kimi  iştirak  edirdi.  Hadisələr  əsərin  qəhrəmanı  – 
gənc, yaraşıqlı, ancaq kasıb bərbərin ətrafında cərəyan edirdi. 
1934-cü ildə Nazim Hikmətlə Muhsin Ərtoğrul müştərək olaraq  “Aysel – körfəzli 
qız” filmini çəkdilər. N.Hikmət bu filmdə dialoqçu və yenə rejissor assisteni idi. Həmin 
əsər  məşhur  rus  yazıçısı  Aleksandr  Qrinin  hekayələrinin  motivləri  əsasında 
yaradılmışdı. Film tez bir zamanda geniş tamaşaçı kütləsinin hüsn-rəğbətini qazandı. Bu 
iki  böyük  şəxsiyyətin  yaradıcılıq  dostluğu  bir-birinin  ardınca  öz  gözəl  bəhrələrini 
verirdi.  N.Hikmətin  ssenariləri  və  M.Ərtoğrulun  rejissorluğu  ilə  çəkilən  filmlər  türk 
kino  xəzinəsinin  bəzəyi  idi.  Bu  filmlərin  bir  qismi  də  Nazim  Hikmətin  özünün 
rejissorluğu ilə yaradılmışdı. Sənətkarın 1934-cü ildə çəkdiyi “İstanbul simfoniyası” və 
“Bursa  simfoniyası”  kimi  qısametrajlı  filmlərini  xüsusilə  qeyd  etmək  lazımdır.  Bu 


 
179 
əsərlərdə  Türkiyənin  ictimai-siyasi  həyatı  bütün  incəliklərinə  qədər  əks  etdirilmişdi. 
Vətəndaş  sənətkar  bu  kinolentlərdə  İstanbul  və  Bursa  gecəqondularındakı  həyatı, 
burada  yaşayan  zavallı  insanların  taleyini  göstərə  bilmişdi.  1937-ci  ildə  çəkdiyi  qısa 
metrajlı  “Günəşə  doğru”  filmində  isə  şair  sadə,  zəhmətkeş  insanların  gələcəyə  inamını 
poetik boyalarla əks etdirmişdi. 
Nazim Hikmət kinoşünaslıq sahəsində də qələm işlətmişdir. Onun həm  yerli, həm 
xarici  filmlər  haqqında  dövri  mətbuatda  çap  etdirdiyi  məqalələri    şairi  bir  kinoşünas 
kimi  tanıtmışdı.  Nazim  Hikmət  yazırdı:  “Kinematoqrafiya  rəssamlıq,  poeziya  kimi 
incəsənət  növüdür.  Bundan  başqa,  kinematoqrafiya  bütün  sənət  növlərini  özündə 
sintetik  şəkildə  birləşdirən  bir  incəsənət  qoludur.  O,  nəinki  əyləndirməli,  həm  də 
öyrətməli, düşündürməlidir”. 
N.Hikmət həmişə bayağı, yüngül, əxlaqsızlığı təbliğ edən xarici filmlərin əleyhinə 
olmuş  və  bu  mövzuda  onlarla  tənqidi  məqalə  yazmışdı.  Bu  məqalələrdən  biri  də  “Bu 
təkrar olunmamalıdır” adlanırdı. Nazim Hikmət, adı çəkilən yazısında Qərb ölkələrinin 
bir  sıra  filmlərini  boykot  etməyi  məsləhət  görürdü.  Sənətkar  belə  yazılarında 
tamaşaçının zövqünü korlamamağı, əksinə, gözəl, dəyərli sənət nümunələri ilə ona ülvi 
hisslər aşılamağı təklif edirdi. 
Məlumdur  ki,  Nazim  Hikmət  çox  keşməkeşli  bir  həyat  yolu  keçmişdir.  O,  ilk 
şeirlərini  yazdığı  gündən  ömrünün  sonuna  qədər  hakim  dairələr  tərəfindən  qəbul 
edilməmiş,  təqib  olunmuşdu.  Yüzlərlə  poetik  nümunənin,  onlarla  pyesin  və 
kinossenarinin  müəllifi  olan  Nazim  Hikmət  bütün  həyatı  boyu  kino  sənəti  ilə  bağlı 
olmuşdur.  Sənətkar  13  illik  həbsxana  həyatından  sonra,  1950-ci  ildə  Moskvaya 
döndükdən  sonra  təsəllisini  Azərbaycanda,  Azərbaycan  xalqı  ilə  təmasda,  sənət 
adamlarımızla görüşlərdə tapa bilmişdi. Nazim Hikmət Azərbaycanın kino xadimləri ilə 
də  ömrünün  sonuna  qədər  bağlı  olmuşdur.  “Qəribə  adam”,  “Bir  məhəlləli  iki  oğlan”,  
“Məhəbbətim mənim, kədərim mənim” və.s. filmlər Nazim Hikmətin əsərləri əsasında 
çəkilmiş, geniş tamaşaçı kütləsinin hüsn-rəğbətini qazanmışdır. 
“Bir məhəlləli iki oğlan” filmi Nazim Hikmətin ssenarisi əsasında yaradılmışdı. Bu 
haqda görkəmli kinorejissor Əjdər İbrahimov belə yazırdı: “Biz Qurinlə bərabər ( filmin 
ikinci  rejissoru  İlya  Qurin  nəzərdə  tutulur-A.B.)  Nazim  Hikmətin  yanına  gəlib  onun 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə