Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə52/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   48   49   50   51   52   53   54   55   ...   76

 
173 
məruzəçi mən olmuşdum. O vaxtlar - radionun türk verilişləri redaksiyasında işlədiyim 
zamanlar  türk  dilinə  və  ədəbiyyatına,  bir  sözlə  Türkiyəyə  o  qədər  bağlanmışdım  ki, 
1972-ci ilin dekabr ayında Ankara şəhərinə gələndə soyuqdan yox, keçirdiyim hisslərin 
həyəcanından titrəyirdim. 
Hər  addımda  elə  bilirdim  ki,  haçansa  buralarda  olmuşam.  Nazim  Hikmətin  bu 
küçələrdə gəzdiyini yadıma salıb həyəcanlanırdım. O vaxtlar Türkiyəyə Azərbaycandan 
tək-tük  adamları  yollayırdılar  ki,  onların  da  əksəriyyəti  işləməyə  gedirdi.  Moskva  
tərəfdən azərbaycanlılara qarşı xüsusi qısqanclıq hiss olunurdu. Amma çarələri yox idi. 
Türk dilini bilənlərə ehtiyacları vardı. 
Türkiyədə  -  İskəndərunda  işləyirdim:  ruscadan  türk  dilinə  və  əksinə  tərcümə 
edirdim.  Mənim  əsas  işim  mütərcimlik  olsa  da,  əlimə  düşən  fürsətdən  istifadə  edib  o 
zamankı  Türkiyə  ədəbi-mədəni  hadisələri  ilə  yaxından  tanış  olur,  kitablar  toplayır, 
ədəbi  prosesləri  izləməyə  çalışırdım.  Qəribə  idi,  xalqın  Nazim  Hikmətə  sevgisinin 
həddi-hüdudu  olmadığı  halda  böyük  türk  şairinin  şeirlərini  oxuyanları    hər  yerdə  təqib 
edirdilər.  
Bütün bunlara baxmayaraq, Türkiyədə işlədiyim vaxtları bugünə qədər çox böyük 
istəklə  xatırlayıram.  Türklərin  bizlərə-  azərbaycanlılara  olan  sonsuz  məhəbbətini 
unutmaqmı olar?! 
Üç  il  ərzində  sanballı  kitablar,  xüsusən  də  Nazim  Hikmətə  və  türk 
dramaturgiyasına  aid  ədəbiyyat  topladım.  O  kitablar  sonralar  mənə  çox  gərək  oldu. 
Doktorluq işimdə orada topladığım elmi-bədii əsərlərdən – ilkin, orijinal  qaynaqlardan 
lazımınca  bəhrələndim.  Əsərin  böyük  bir  hissəsi  də  Nazim  Hikmətin  dram 
yaradıcılığına  həsr  olunmuşdu.  Türkiyədən  qayıtdıqdan  sonra  Nazim  Hikmət  haqqında 
1978-ci ildə “İşıq” nəşriyyatında kitab çap etdirdim. Daha sonra Almaniyada da böyük 
sənətkara həsr olunmuş türkcə “Nazim Hikmətin yaşamı” adlı kitabım  (1989) işıq üzü 
gördü. 
–  Qardaş  Türkiyədə  Nazim  Hikmətə  o  vaxt  da,  lap  elə  indi  də  birmənalı 
münasibət  bəslənmir.  Onu  “solçu”  ,  “vətən  xaini”  və  s.  adlandıranlar  da  var,  türk 
dünyasının böyük sənətkarı hesab edənlər də. Mən bu yaxınlarda mətbuatda maraqlı 
bir  materialla  tanış  oldum.  Əsrimizin  ortalarında  Nazim  Hikməti  yaxından  tanıyan 


 
174 
bir  rus-sovet  şairi  xatirələrində  yazır  ki,  o,  hamının  düşündüyü  qədər  də  qatı 
kommunist,  “sovetçi”  deyildi.  Maraqlıdır,  görəsən,  Nazim  Hikmət  həqiqətən  kor-
koranə kommunist olub, yoxsa?.. 
  Çox  maraqlı  məsələyə  toxundunuz.  Mən  sizə  bir  söz  deyim.  Nazim  Hikmət 
təpədən-dırnağa qədər kommunist olub, özü də bütün varlığı ilə o ideyalara inanırdı. Və 
ona  görə  də  hər  cür  əzab-əziyyətə  dözürdü.  Amma  Moskvaya  gəlib  keçmiş  SSRİ-də 
yaşamağa başlayanda, dəqiq desəm, ömrünün son illərində aldanıldığını başa düşdü. Öz 
müəllimi, türk jurnalisti Zəkəriyyə Sərtələ onun etirafı var. 
İlk baxışdan Nazim Hikmət Moskvada hər cür qayğı ilə əhatə olunmuşdu. Amma 
o, çox yaxşı hiss edirdi ki, onun hər addımını izləyirlər. O, əsl türk oğlu kimi həqiqəti, 
doğru  olanı,  gördüyünü  deyir,  qələmə  alırdı  ki,  bu  da  hakimiyyət  dairələrinə  heç  cür 
sərf  eləmirdi:  istər  Türkiyədə  olsun,  istərsə  də  Rusiyada.  1957-  ci  ildə  ikinci  dəfə 
Bakıya  gələndə  ona  Mikayıl  Müşfiqin,  Hüseyn  Cavidin,  Əhməd  Cavadın  faciəsini 
danışdılar.  Və  tədricən  dərk  elədi  ki,  kommunizm  onun  düşündüyü  ideal  cəmiyyət 
deyil.  
–  Mən  çox  üzr  istəyirəm.  Sizə  qulaq  asa-asa  beynimdə  qəribə  bir  müqayisə 
yarandı.  XX  əsrin  birinci  yarısı  bütün  dünyada  söz-qələm  adamlarının, 
sənətkarlarının  təqibi  ilə  zəngindir.  Belə  ki,  bizdə  Müşfiqlərin,  Cavidlərin,  Əhməd 
Cavadların  məhv  edilməsi  keçmiş  SSRİ-nin  hər  yerində  ziyalıların  repressiyası, 
Türkiyədə  Nazim  Hikmət  və  əqidədaşlarının  həbsi,  İspaniyada  Federiko  Lorkanın 
güllələnməsi,  nasist  Almaniyasında,  yaxud  faşist  İtaliyasındakı  solçu  sənətkarların 
vətənlərindən didərgin salınması... Bu qlobal problemi necə izah etmək olar? 
–  Bilirsiz,  söz,  xüsusən  də  bədii  söz  çox  qüdrətli  bir  vasitədir.  Xatırlatmaq 
istəyirəm  ki,  əsrin  əvvəllərində  bütün  milli  və  sinfi  mübarizələrin  önündə    ziyalılar, 
yazıçılar,  sənətkarlar  gedirdi.  Tutarlı  deyilən  söz  həmişə  çox  güclü  silahları  əvəz  edib. 
Məsələn,  uzağa  getməyək  ,  türk  ədəbiyyatında  Nazim  Hikmətin,  yaxud  azərbaycanlı 
şair  Xəlil  Rza  Ulutürkün  həyat  və  yaradıcılığını  yadımıza  salaq.  Onların  hər  yeni 
əsərindən  hakimiyyət  nümayəndələri  qorxuya  düşürdülər:  çünki  dillərə  düşən  şeirlər 
beyinləri silkələyir, mübarizəyə çağırırdı. Nazim Hikmətdən sonra onun “Kərəm kimi” 
şeirlərini  əzbər  deyənləri  təqib  edir,  həbsxanaya  salırdılar.  Bu  da  təbii  ki,  dar  qafalı 


 
175 
hakim dairə nümayəndələrinin qorxu hissindən irəli  gəlirdi. Qüdrətli söz ürəyə  yatırsa, 
inqilab  etməyə  qadirdir:  “Ben  yanmasam,  sen  yanmasan,  biz  yanmasak,  nasıl  çıkar 
karanlıklar aydınlığa?”- soruşurdu Nazim Hikmət. 
Hakim  dairələr  1938-ci  ildə  Nazim  Hikməti  həbs  edib  1950-ci  ildə  azadlığa 
buraxandan sonra da ondan çəkinirdilər.  
–  XX  əsrin  30-cu  illərinə  qədər  dünyanın  əksər  yerlərində  totalitar  sistemlər 
hökm  sürürdü.  İndi  cəmiyyətdə  normal  qəbul  edilən  “Jurnalistlər  dördüncü 
hakimiyyətdir!” demokratik prinsipi  xatırlatmaqla fikrimi aydınlaşdırmaq istəyirəm. 
Bəlkə  də  yazarlar,  sənətçilər  o  vaxtlar  dördüncü  hakimiyyət  rolunu  oynadıqlarına 
görə təqiblərə məruz qalır, öldürülür, sürgün edilir, vətənlərindən uzaqlaşdırılırdı...  
– Mən dəqiqləşdirim ki, dördüncü yox, ikinci hakimiyyət idilər... Doğrudur, 1937- 
ci  ildə  Nazim  Hikmət  böyük  öndər  Atatürkə  məktub  yazır  ki,  mən  Sizin  gördüyünüz 
böyük işləri qiymətləndirirəm və ömrümdə Sizə qarşı çıxa bilmərəm. Amma o məktubu 
xəstə  Atatürkə  çatdırmamışdılar.  Şairin  ölümündən  sonra  da  ona  münasibət  birmənalı 
olmayıb. Sevindirici haldır ki, son illər bu münasibət yaxşılığa doğru dəyişib. Mən türk 
ədəbiyyatşünasları  ilə  görüşəndə  bəzən  mübahisələrimiz  olur.  Deyirəm  ki,  tutalım 
Nazim  Hikmətin  bir  sıra  əsərlərini  qəbul  etmirsiz,  bəs  onun  məhəbbət  lirikası,  vətən 
həsrəti ilə yazdığı şeirləri, neçə-neçə başqa yazıları necə olsun? Təpədən-dırnağa qədər 
vətənpərvər  olan  Nazim  Hikmətin  Moskvada  səhnəyə  qoyulmuş  “Qəribə  adam” 
pyesinin  sayca  250-  ci  tamaşasından  sonra  mənim  böyük  şairlə  söhbətim  oldu.  Ürək 
ağrısı ilə bildirdi ki, mənim bütün əsərlərim xaricdə çap edilir, pyeslərim dünyanın hər 
yerində  tamaşaya  qoyulur,  ancaq  xalqım  üçün  yazdığım  şeirlərim  Türkiyədə  doğma 
dilimdə işıq üzü görmür. 
Fərəhli  haldır  ki,  son  zamanlar  Türkiyədə  şairin  şeirləri  nəşr  olunur,  əsərləri 
tədqiqata  cəlb  edilir.  Bu  yaxınlarda  isə  Arif  Məlikovun  Nazim  Hikmətin  “Bir  aşk 
masalı”  pyesi  əsasında  yazdığı  “Məhəbbət  əfsanəsi”  baletini  yenidən  tamaşaya 
qoymuşlar. 
– O münasibətin müsbət göstəricisi kimi artıq qardaş Türkiyədə “Nazim Hikmət 
Kültür  və  Sanat  Vakfı”  yaradılmışdır  ki,  bu  günlərdə  onun  Rəyasət  Heyətinin 
toplantısında  Sizi  yekdilliklə  danışma  Kurumuna  –  Məşvərət  Şurasına  üzv  seçiblər. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə