Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə57/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   53   54   55   56   57   58   59   60   ...   76

 
189 
dramaturgiyası  məhz  şairin  dramaturgiyasıdır,  onda  rejissor  Oruc  Qurbanova  bir  daha 
haqq qazandırmaq olar. 
Maraqlı  sujet  xəttinə  malik  olan  bu  pyes  müharibə  əleyhinə  yazılmış  bir  əsərdir. 
Damokl  qılıncı  insanlığın  başı  üzərində  böyük  bir  təhlükə  kimi  verilmişdir.  Nazik  bir 
ipdən asılmış bu qılınc hər dəqiqə yerindən qopub düşə bilər. 
Əsər A.B.adlı talesiz bir insanın məktubu ilə başlayır. Məktubda atom bombası ilə 
havada keşik çəkən, yaşamaqdan cana doymuş A.B. məktəb yoldaşı Arxitektora bildirir 
ki,  saat  səkkizdə  o,  bombalar  atıb  bütün  bəşəriyyəti  məhv  edəcəkdir.  O,  yazır: 
“Bombalar atacağam. Ondan sonra qiyamət qopacaqdır. Mən intiqam Allahıyam. Mən 
hər  şeyi  darmadağın  edən,  günahların  təmizlənməsini  tələb  edən  bir  Allaham.  Düz 
səkkiz  tamamda...  Siz  əvvəlcə  motorun  uğultusunu  eşidəcəksiniz.  Əvvəlcə  sizin 
şəhəriniz  yox  ediləcəkdir.  Sonra  isə  müharibə  başlanacaq.  Bütün  dünya  darmadağın 
ediləcək”. 
A.B.  yoxsul  adamdır.  Hələ  uşaqkən  sinif  yoldaşları  həmişə  onu  ələ  salarlarmış. 
Vaxtilə  onunla  bir  məktəbdə  oxumuş  Arxitektor  isə  həmişə  A.B.-yə  yaxşı  münasibət 
bəsləyibmiş.  Elə  ona  görə  də  əsərin  qəhrəmanı  ən  çətin,  çıxılmaz  dəqiqədə  -  bütün 
bəşəriyyəti  qırğına  verəcəyi  bir  zamanda  öz  niyyətini  yalnız  Arxitektora  bildirir.  A.B. 
“əmr alanlar”dan olur. Ona nə deyilirsə, yerinə yetirir. Hamıya “baş üstə” deyir. Onun 
buyruq  qulu  olmasından  istifadə  edən  rəzil  adamlar  –  Aptekçinin  oğlu,  Boksçu, 
Komissionçu  və  başqaları  A.B.-ni  hər  addımda  alçaldırlar.  Bu  uğursuz  taleli  insanın 
başına  əlli  min  oyun  açırlar.  O,  pilot  məktəbinə  göndəriləndə  tamaşaçıya  elə  gəlir  ki, 
A.B.-nin qarşısında, nəhayət ki, yaşıl işıq yandı. Amma ilk baxışda belə görünür. Əsərin 
qəhrəmanı tez bir vaxtda yenə uğursuzluğa yuvarlanır. Yaşamağından bezən, onu əhatə 
edən  mühitdən  təngə  gələn  bu  saf  qəlbli  insan  birdən-birə  dəyişir,  bütün  bəşəriyyəti 
məhv etmək istəyir. Ancaq... bacarmır. 
Bələdiyyə  teatrında  tamaşaya  qoyulmuş  əsərin  ən  cəlbedici,  unudulmaz 
epizodlarından  biri  məhz  bu  hadisənin  səhnə  həllidir.  Dəhşətli  uğultu  səsindən  sonra 
insanların  məhv  olmaq  qorxusundan  doğan  hayqırtılar  birdən-birə  kəsilir  və  səhnədə 
A.B.görünür.  O,  belə  deyir:  “Mən  ata  bilmədim.  Mən  uşaq  arabalarına,  çiçək 
səbətlərinə  bomba  ata  bilmədim”.  Nazim  Hikmət  uşaq  arabalarını  insanlığın,  çiçəkləri 


 
190 
isə  təbiətin  rəmzi  kimi  vermişdir.  A.B.-nin  əsərin  sonunda  dediyi  ürək  titrədən 
sözlərindən  sonra  onun  dilindən  bu  kəlmələri  eşidirik:  “Mən  İntiqam  Allahı  olmağı 
bacarmadım.  Amma  başqa  birisi  olacaqdır...”  Bu  son  sözlərin  dramatik  təcəssümü  də 
quruluşçu rejissor tərəfindən məharətlə işlənmişdir. 
Bələdiyyə  Teatrının  səhnəsində  tamaşaya  qoyulmuş  “Damokl  qılıncı”nın  uğuru 
təbii  olaraq,  əsasən,  aktyor  ansamblı  ilə  bağlıdır.  Elxan  Rzayev  A.B.  rolunu  məharətlə 
oynayır. Əsərdə qəhrəmanın başına gələn müsibətlər, keçirdiyi daxili sarsıntılar bu gənc 
aktyorun ifasında dəqiq, ifadəli şəkildə təcəssüm olunmuşdur. Əsərin maraqlı obrazları 
arasında Kar və onun arvadını ayrıca qeyd etmək istərdim. Bunlar simvolik obrazlardır. 
Yəni  dünyada elə  insanlar  var  ki,  baş  verən  hadisələrə  biganədirlər,  daha  dəqiq  desək, 
kardırlar.  Bütün  bəşəriyyət  məhv  olmaq  təhlükəsi  qarşısında  qalanda,  onlar  öz 
aləmlərində  yaşayırlar.  Yəni,  Nazim  Hikmətin  dediyi  kimi,  hadisələrə  kar  kimi 
münasibət bəsləyirlər, sanki heç nə eşitmirlər. Karın arvadı obrazı Mahirə Yaqubovanın 
ifasında çox inandırıcıdır. O, yaratdığı surətin mahiyyətini dərindən dərk etmişdir. Ona 
görə  də  tamaşaçı  aktrisanın  hər  sözünü  alqışlarla  qarşılayır.  Eyni  sözləri  Kar  rolunun 
ifaçısı Vaqif Əliyev haqqında da demək olar. Onun səhnəyə hər gəlişini tamaşaçı təqdir 
edir,  bəyənir.  Kazım  Abdullayev  (Aptekçi)  püxtələşmiş  aktyordur.  O,  Aptekçi  surətini 
özünəməxsus  orijinal  tərzdə  yaratmışdır.  Bələdiyyə  teatrının  aktyorlarından  Tofiq 
Bayramovun  (Hakim),  Aydın  Əliyevin  (Komissionçu),  Zemfira  Səidinin  (Hakimin 
qızı),  Qadir  Ramazanovun  (Boksçu),  Arzu  Şuşanovanın  (Benzinsatanın  qızı),  Rafiq 
İbrahimovun  (Arxitektor),  Esmiralda  Şahbazovanın  (Arxitektorun  arvadı)  və 
başqalarının yaratdıqları obrazlar yaddaqalandır, təsirlidir. 
Bütün bu müsbət keyfiyyətlərlə yanaşı, bir qeydimi də deməyi özümə borc bilirəm. 
Tamaşada  aktyorların  səs  tonunun  bəzən  yüksək  olması,  yersiz  çığırtı  əsərin  ümumi 
dəyərinə xələl gətirməsə də, islah olunmalı cəhətdir. 
Bəlkə  də  bu  tənqidi  qeydim  Şəhriyar  klubunun  akustikası  ilə  bağlıdır.  Yəni 
aktyorlar, tamaşaçı yaxşı eşitsin deyə, sözlərini uca səslə deyirlər. 
Mənə elə  gəlir ki, inşallah, bir  gün  gələr ki, Bələdiyyə  Teatrının öz binası  olar  və 
həmin binadakı teatr səhnəsində biz belə qüsurlara rast gəlmərik. 


 
191 
Teatrın  sərəncamçı  müdiri  Yusif  Muxtarovla  söhbətdə  mənə  məlum  oldu  ki, 
“Damokl qılıncı” pyesi 2002- ci ilin aprel ayında Nazim Hikmətin 100 illiyi münasibəti 
ilə İstanbulda nümayiş etdiriləcəkdir. 
İndidən,  Bələdiyyə  Teatrının  bədii  rəhbəri  və  direktoru,  millət  vəkili,  xalq  artisti, 
Dövlət  mükafatları  laureatı,  bir  çox  yenilikçi  tamaşaları  ilə  sənət  aləminin  haqlı 
rəğbətini  qazanmış  Amaliya  xanım  Pənahovaya  və  onun  başçılıq  etdiyi  aktyor 
ansamblının bütün üzvlərinə böyük uğurlar arzulayıram. 
 
“Azərbaycan” qəzeti, 21 fevral 2002. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə