Aqşin Babayev_______________________________________________
198
Pəyami Səfa kimi düşmənləri olub. Bunlar böyük düşmənlərdi. Bunun kimi
cılız deyildi. Kölgəsindən qorxan bu türkün haqqımızda dediyi sözlər
zərrəbinlə baxılıb seçilmişdi. Ağarmış bənizində, çuxura düşmüş
gözlərində, rəngini itirmiş dodaqlarında bir kəlmə söz yazılmışdı. “Qorxu!”
Səksəkəliydi. Elə bilirdi səsini gizlicə lentə yazacağıq. Necə oldusa o da
tost dedi:
-
Azərbaycan xalqı çox qonaqpərvərdir. Xalqınızın şərəfinə!
Yordu bizi ədəb qaydaları. Yaxşı qonağa da hörmət eləyirik, pisinə də.
Burada üzümüzə gülürlər, çörəyimizi yeyirlər, sonra gedib əleyhimizə
yazırlar.
Bu türklə birlikdə dinlədiyimiz lent yazısında Nazim Hikmət bir şeir
oxuyurdu:
Əqrəb kimisən, qardaşım.
Əqrəb kimi!
Bəlkə özünü tanımışdı bu misralarda Nazimi sevməyən türk. Adını
yazardım. Əgər tək bu olsaydı. Nə yazıq ki, tək bu deyil. Hələlik var belə
“Əqrəb kimilər”. Amma bir ovucdur onlar. Tarix gec-tez siləcək onları öz
səhnəsindən!
_______________________________________________
Nazim Hikmət qalaktikası
199
Əsrimizin böyük sənətkarı
(Nazim Hikmətin 90 illiyi qarĢısında)
Nazim Hikmət bu dünyadan Türkiyəni, oğlunu görmədən getdi. Göz
yaşı axıdanlar da oldu, sevinənlər də, inanmayanlar da. Nazimi
sevməyənlər dünyaya car çəkdilər: “Vətənini satan Nazim Hikmət öldü!”.
Sağlığında belə tale oyunlarından çox görmüşdü N.Hikmət. Onu “Vətən
xaini” də adlandırmışdılar.
Nazim vətənindən ayrılanda buna sevinənlər olmuşdu. Bu sevinənlərə
o, “Ceviz ağacı” şeirilə cavab vermişdi:
Ben bir ceviz ağacıyım Gülhanə parkında,
Ne sen bunun farkındasın, ne de polis farkında.
Elə indi də Nazim Hikmət ceviz ağacıdır, nəinki Gülhanə parkında,
bütün Türkiyədə yaşayır o. Özü də polis hər şeyin fərqindədir. Gah Nazimi
göylərə qaldırırlar, gah da onun “Kərəm” kimi şeirini oxuyan cavanları
həbs edirlər. Gah yeni-yeni kitablarını çapdan buraxırlar, gah da əsərlərini
yığışdırırlar... Beləcə yaşayır Nazim Hikmət. Beləcə ölüb-dirilir Nazim...
Üç il yaşadığım Türkiyədə mən bunun canlı şahidi oldum. Bir dəfə
hətta kitab dükanından Nazim Hikmətin əsərlərini soruşduqda “Bizde
Vatan haininin kitabı satılamaz!” cavabını aldım.
Öz ölkəsində mövcud olan siyasi hakimiyyətlə razılaşmayan
mütərəqqi fikirli adamlar zaman-zaman vətənlərini tərk edib qürbətdə
yaşamaq məcburiyyətində qalıblar. Belə mühacirlərə vətən xaini demək
olarmı? Özü də xaricdə yaşamaq məcburiyyətində qalanların ən böyük
həsrəti, ən müqəddəs diləyi gec-tez öz vətənlərinə qayıtmaq olub. Nazim də
bu duyğularla yaşayıb həmişə. Türkiyədə çap olunmuş kitablarda, xüsusən
Aqşin Babayev_______________________________________________
200
“Nazim Hikmət dosyası”, “Bu dünyadan Nazim keçdi”, “Nazim Hikmətin
son illəri” və s. əsərlərdə böyük sənətkarın öz vətənindən uzaq düşməsi
səbəbləri dəqiq faktlarla, şahidlərin xatirələri ilə, ən başlıcası isə hüquqi
sənədlərlə göstərilib. Bütün bu kitabları oxuduqdan sonra belə bir qənaətə
gəlirsən ki, 1950-ci ildə azadlığa buraxılan şair türk hakim dairələri
tərəfindən mütləq öldürüləcəkdi.
Əvvəlki səhifələrdə qeyd etdiyim bir fakta yenidən qayıtmaq
istəyirəm. Nazim həbsdən çıxdıqdan sonra dərhal əsgərliyə çağırılmışdı. 48
yaşlı Nazim Hikmət əsgəri xidmətə göndərilirdi. Halbuki, o, dənizçilik
məktəbində oxuduğu vaxt sətəlcəm xəstəliyinə tutulmuş, ölümdən
qurtulmuş və hərbi komissiya onu səhhətinə görə rəsmən əsgərlikdən azad
etmişdi. Bu azadedilmə bir sənəd kimi Nazimin arxiv işinə tikilmişdi.
Sonra həmin işi həbsxanaya aparmışdılar. 1950-ci ildə N.Hikmət əsgəri
xidmətə çağırılarkən bu sənədi tapmaq üçün çalışdı. Nazimin yaxın dostu
İrfan Emin bu sənəd üçün Bursa həbsxanasına getdi. Amma məyus qayıtdı.
“N.Hikmət hərbi xidmətdə iştirak etməmək üçün əsgərlik sistemindən xaric
edilsin” sənədi tapılmadı ki, tapılmadı. N.Hikmət başa düşdü ki, həmin
sənədi işin içindən çıxarıblar. Demək, əsgərlik bəhanədir. N.Hikməti bu
yolla öldürmək istəyirdilər. Sonralar “Dünya” qəzeti yazmışdı: “Nazimin
Türkiyədən son qaçışının səbəbi 50 yaşından sonra əsgərliyi ilə bağlı
istintaq işlərinin başlanması ilə əlaqədardı. Əsgərliyə bir borcu yoxdu...
Səbahəddin
Əli kimi öldürüləcəyindən qorxdu. İllərlə həbsdə
çəkdiklərindən sonra yeni bir işkəncəyə uğramaq hər şeyi onun gözləri
önündə canlandırdı”.
O vaxtlar Nazim Hikmətin qapısında polis maşını gecə-gündüz keşik
çəkirdi. Nazim həbsxanadan sonra göz dustağı olmuşdu. Vətənindən
ayrılmasaydı, onu mütləq öldürəcəkdilər. Nazimin başına gələn oyunlardan
_______________________________________________
Nazim Hikmət qalaktikası
201
onun taleyində bir həqiqət təkzibedilməzdir ki, Nazim sağ qalmaqla çox iş
gördü. Mən onun monumental əsərlərini, həm də ictimai fəaliyyətini
nəzərdə tuturam. Moskvada keçirdiyi 13 illik ömrü də rahat , işıqlı, hamar
olmamışdı onun. Mən Nazim Hikməti görəndə, tanıyanda onun 58 yaşı
vardı. Moskvada dəfələrlə evində olmuşdum. Onun haqqında dissertasiya
işi yazırdım. Tələsirdim ki, tez bitirəm. Bitirdim də. Amma... 1963-cü ildə
Nazim Hikmət 61 yaşında vəfat etdi. 60 illiyini böyük təntənə ilə qeyd
etmişdik. “Bakıya sənin müdafiənə mütləq gələcəyəm” - deyirdi. Gələ
bilmədi. Nə yaxşı ki, üç il onu görə bilmişdim və bu üç ildə onunla birlikdə
teatr tamaşalarına baxa-baxa, müxtəlif disput və görüşlərdə onu dinləyə-
dinləyə başa düşmüşdüm ki, Nazim bütün ömrünü döyüşərək yaşamışdır. O
mənim nəzərimdə söz ustasından çox döyüşkən bir əsgər idi. Mübahisə
edirdi, razılaşmırdı, küsürdü, nifrət edirdi, söyürdü, onu başa
düşməyənlərə,
“İvan İvanıç varmıydı, yoxmuydu” kimi sovet
cəmiyyətindəki bürokratizmi ifşa edən pyeslərini repertuardan çıxaranlara
“Allah qəhr etsin” deyirdi, ürək ağrıları tuturdu, yatağa düşürdü.
Amma əqidəsindən dönmürdü. Çünki o, bütöv şəxsiyyət idi. Və bu
bütövlük təmiz duyğulardan yoğrulmuşdu. O, partiya biletini atıb sonra geri
götürənlərdən, partiya biletini sol cibində, ürəyinin başında gəzdirib rüşvət
alanlardan, pulla vəzifə satan, evlər yıxan, qapılar bağlayan “adamlar”dan
deyildi. Öz dili ilə desək “Mən nə xalqın alın tərindən on para qapmışam,
nə bir şairin cibindən bir sətir” (“Cavab N 2” şeirindən).
N.Hikmət əsl xalq oğluydu. Mübarizəsi də xalq yolunda idi. Nazim
özü ehtiyac içində yaşamamışdı. Varlı-hallı, tanınmış, yüksək mənsəbə
malik bir ailədə böyümüşdü. Ancaq məqsədi, idealı başqa idi. O bu idealı
“Bir aşq masalı” pyesində Fərhadın dililə vermişdi. Əsərin sonunda Fərhad
Dostları ilə paylaş: |