Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə55/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   51   52   53   54   55   56   57   58   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
198 
 
Pəyami Səfa kimi düşmənləri olub. Bunlar böyük düşmənlərdi. Bunun kimi 
cılız  deyildi.  Kölgəsindən  qorxan  bu  türkün  haqqımızda  dediyi  sözlər 
zərrəbinlə  baxılıb  seçilmişdi.  Ağarmış  bənizində,  çuxura  düşmüş 
gözlərində, rəngini itirmiş dodaqlarında bir kəlmə söz yazılmışdı. “Qorxu!” 
Səksəkəliydi.  Elə  bilirdi  səsini  gizlicə  lentə  yazacağıq.  Necə  oldusa  o  da 
tost dedi: 
-
 
Azərbaycan xalqı çox qonaqpərvərdir. Xalqınızın şərəfinə! 
Yordu  bizi  ədəb  qaydaları.  Yaxşı  qonağa  da  hörmət  eləyirik,  pisinə  də. 
Burada  üzümüzə  gülürlər,  çörəyimizi  yeyirlər,  sonra  gedib  əleyhimizə 
yazırlar. 
Bu  türklə  birlikdə  dinlədiyimiz  lent  yazısında  Nazim  Hikmət  bir  şeir 
oxuyurdu: 
 
Əqrəb kimisən, qardaşım. 
   
Əqrəb kimi! 
 
Bəlkə  özünü  tanımışdı  bu  misralarda  Nazimi  sevməyən  türk.  Adını 
yazardım. Əgər tək bu olsaydı. Nə yazıq ki, tək bu deyil. Hələlik var belə 
“Əqrəb kimilər”. Amma bir ovucdur onlar. Tarix gec-tez siləcək onları öz 
səhnəsindən! 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
199 
 
Əsrimizin böyük sənətkarı 
(Nazim Hikmətin 90 illiyi qarĢısında) 
 
Nazim  Hikmət  bu  dünyadan  Türkiyəni,  oğlunu  görmədən  getdi.  Göz 
yaşı  axıdanlar  da  oldu,  sevinənlər  də,  inanmayanlar  da.  Nazimi 
sevməyənlər  dünyaya  car  çəkdilər:  “Vətənini  satan  Nazim  Hikmət  öldü!”. 
Sağlığında  belə  tale  oyunlarından  çox  görmüşdü  N.Hikmət.  Onu  “Vətən 
xaini” də adlandırmışdılar. 
Nazim vətənindən ayrılanda buna sevinənlər olmuşdu. Bu sevinənlərə 
o, “Ceviz ağacı” şeirilə cavab vermişdi: 
Ben bir ceviz ağacıyım Gülhanə parkında, 
Ne sen bunun farkındasın, ne de polis farkında. 
Elə  indi  də  Nazim  Hikmət  ceviz  ağacıdır,  nəinki  Gülhanə  parkında, 
bütün Türkiyədə yaşayır o. Özü də polis hər şeyin fərqindədir. Gah Nazimi 
göylərə  qaldırırlar,  gah  da  onun  “Kərəm”  kimi  şeirini  oxuyan  cavanları 
həbs edirlər. Gah yeni-yeni kitablarını çapdan buraxırlar, gah da  əsərlərini 
yığışdırırlar... Beləcə yaşayır Nazim Hikmət. Beləcə ölüb-dirilir Nazim... 
Üç  il  yaşadığım  Türkiyədə  mən  bunun  canlı  şahidi  oldum.  Bir  dəfə 
hətta  kitab  dükanından  Nazim  Hikmətin  əsərlərini  soruşduqda  “Bizde 
Vatan haininin kitabı satılamaz!” cavabını aldım. 
Öz  ölkəsində  mövcud  olan  siyasi  hakimiyyətlə  razılaşmayan 
mütərəqqi  fikirli  adamlar  zaman-zaman  vətənlərini  tərk  edib  qürbətdə 
yaşamaq  məcburiyyətində  qalıblar.  Belə  mühacirlərə  vətən  xaini  demək 
olarmı?  Özü  də  xaricdə  yaşamaq  məcburiyyətində  qalanların  ən  böyük 
həsrəti, ən müqəddəs diləyi gec-tez öz vətənlərinə qayıtmaq olub. Nazim də 
bu duyğularla yaşayıb həmişə. Türkiyədə çap olunmuş kitablarda, xüsusən 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
200 
 
“Nazim Hikmət dosyası”, “Bu dünyadan Nazim keçdi”, “Nazim Hikmətin 
son  illəri”  və  s.  əsərlərdə  böyük  sənətkarın  öz  vətənindən  uzaq  düşməsi 
səbəbləri  dəqiq  faktlarla,  şahidlərin  xatirələri  ilə,  ən  başlıcası  isə  hüquqi 
sənədlərlə göstərilib. Bütün bu kitabları  oxuduqdan sonra belə  bir  qənaətə 
gəlirsən  ki,  1950-ci  ildə  azadlığa  buraxılan  şair  türk  hakim  dairələri 
tərəfindən  mütləq öldürüləcəkdi.  
Əvvəlki  səhifələrdə  qeyd  etdiyim  bir  fakta  yenidən  qayıtmaq 
istəyirəm. Nazim həbsdən çıxdıqdan sonra dərhal əsgərliyə çağırılmışdı. 48 
yaşlı  Nazim  Hikmət  əsgəri  xidmətə  göndərilirdi.  Halbuki,  o,  dənizçilik 
məktəbində  oxuduğu  vaxt  sətəlcəm  xəstəliyinə  tutulmuş,  ölümdən 
qurtulmuş və hərbi komissiya onu səhhətinə görə rəsmən əsgərlikdən azad 
etmişdi.  Bu  azadedilmə  bir  sənəd  kimi  Nazimin  arxiv  işinə  tikilmişdi. 
Sonra  həmin  işi  həbsxanaya  aparmışdılar.  1950-ci  ildə  N.Hikmət  əsgəri 
xidmətə  çağırılarkən  bu  sənədi  tapmaq  üçün  çalışdı.  Nazimin  yaxın  dostu 
İrfan Emin bu sənəd üçün Bursa həbsxanasına getdi. Amma məyus qayıtdı. 
“N.Hikmət hərbi xidmətdə iştirak etməmək üçün əsgərlik sistemindən xaric 
edilsin”  sənədi  tapılmadı  ki,  tapılmadı.  N.Hikmət  başa  düşdü  ki,  həmin 
sənədi  işin  içindən  çıxarıblar.  Demək,  əsgərlik  bəhanədir.  N.Hikməti  bu 
yolla  öldürmək  istəyirdilər.  Sonralar  “Dünya”  qəzeti  yazmışdı:  “Nazimin 
Türkiyədən  son  qaçışının  səbəbi  50  yaşından  sonra  əsgərliyi  ilə  bağlı 
istintaq  işlərinin  başlanması  ilə  əlaqədardı.  Əsgərliyə  bir  borcu  yoxdu... 
Səbahəddin 
Əli  kimi  öldürüləcəyindən  qorxdu.  İllərlə  həbsdə 
çəkdiklərindən  sonra  yeni  bir  işkəncəyə  uğramaq  hər  şeyi  onun  gözləri 
önündə canlandırdı”. 
O  vaxtlar  Nazim  Hikmətin  qapısında  polis  maşını  gecə-gündüz  keşik 
çəkirdi.  Nazim  həbsxanadan  sonra  göz  dustağı  olmuşdu.  Vətənindən 
ayrılmasaydı, onu mütləq öldürəcəkdilər. Nazimin başına gələn oyunlardan 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
201 
 
onun taleyində bir həqiqət təkzibedilməzdir ki, Nazim sağ qalmaqla çox iş 
gördü.  Mən  onun  monumental  əsərlərini,  həm  də  ictimai  fəaliyyətini 
nəzərdə tuturam. Moskvada keçirdiyi 13 illik ömrü də rahat , işıqlı, hamar 
olmamışdı  onun.  Mən  Nazim  Hikməti  görəndə,  tanıyanda  onun  58  yaşı 
vardı.  Moskvada  dəfələrlə  evində  olmuşdum.  Onun  haqqında  dissertasiya 
işi yazırdım. Tələsirdim ki, tez bitirəm. Bitirdim də. Amma... 1963-cü ildə 
Nazim  Hikmət  61  yaşında  vəfat  etdi.  60  illiyini  böyük  təntənə  ilə  qeyd 
etmişdik.  “Bakıya  sənin  müdafiənə  mütləq  gələcəyəm”  -  deyirdi.  Gələ 
bilmədi. Nə yaxşı ki, üç il onu görə bilmişdim və bu üç ildə onunla birlikdə 
teatr  tamaşalarına  baxa-baxa,  müxtəlif  disput  və  görüşlərdə  onu  dinləyə-
dinləyə başa düşmüşdüm ki, Nazim bütün ömrünü döyüşərək yaşamışdır. O 
mənim  nəzərimdə  söz  ustasından  çox  döyüşkən  bir  əsgər  idi.  Mübahisə 
edirdi,  razılaşmırdı,  küsürdü,  nifrət  edirdi,  söyürdü,  onu  başa 
düşməyənlərə, 
“İvan  İvanıç  varmıydı,  yoxmuydu”  kimi  sovet 
cəmiyyətindəki  bürokratizmi  ifşa  edən  pyeslərini  repertuardan  çıxaranlara 
“Allah qəhr etsin” deyirdi, ürək ağrıları tuturdu, yatağa düşürdü. 
Amma  əqidəsindən  dönmürdü.  Çünki  o,  bütöv  şəxsiyyət  idi.  Və  bu 
bütövlük təmiz duyğulardan yoğrulmuşdu. O, partiya biletini atıb sonra geri 
götürənlərdən, partiya biletini sol cibində, ürəyinin başında gəzdirib rüşvət 
alanlardan, pulla  vəzifə  satan,  evlər  yıxan,  qapılar  bağlayan  “adamlar”dan 
deyildi. Öz dili ilə desək “Mən nə xalqın alın tərindən on para qapmışam, 
nə bir şairin cibindən bir sətir” (“Cavab N 2” şeirindən). 
N.Hikmət  əsl  xalq  oğluydu.  Mübarizəsi  də  xalq  yolunda  idi.  Nazim 
özü  ehtiyac  içində  yaşamamışdı.  Varlı-hallı,  tanınmış,  yüksək  mənsəbə 
malik bir ailədə böyümüşdü. Ancaq məqsədi, idealı başqa idi. O bu idealı 
“Bir aşq masalı” pyesində Fərhadın dililə vermişdi. Əsərin sonunda Fərhad 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə