Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə57/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   53   54   55   56   57   58   59   60   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
205 
 
1992-ci ilin yanvarında N.Hikmətin 90 illik yubileyini qeyd edəcəyik. 
Yubiley  bir  iclas  keçirib  qonaqları  dəvət  etməkdən  ibarət  olmamalıdır. 
Gəlin  elə  edək  ki,  əsrimizin  böyük  sənətkarı  N.Hikmətin  ədəbi  irsinin 
öyrənilməsi sahəsində faydalı bir iş görək. Axı, Nazim Hikmət bir baxıma 
bizim elə öz şairimizdir.  
 
“Ədəbiyyat qəzeti”, 6 sentyabr 1991. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
206 
 
Evimizdə türk klassik ədəbiyyatının ruhu hakimdi... 
(Nazim Hikmətin  90 illiyi qarĢısında AqĢin Babayevlə müsahibə)  
 
– AqĢin müəllim, Nazim Hikmətin yaradıcılığı ilə ilk tanıĢlığınız nə 
vaxt olub? 
– İlk dəfə Nazim Hikmətin adını və bir şeirini orta məktəbdə eşitdim. 
Ədəbiyyatı çox sevirdim. Müharibədən şikəst qayıtmış, qoltuq ağacları ilə 
gəzən bir Ənvər müəllimimiz vardı. Bir gün bizə Ənvər Məmmədxanlının 
“Buz  heykəl”  hekayəsini  oxudu.  Ədəbiyyata  bütün  varlığımla  bağlandım. 
Mətbuatımızda  o  vaxt  Səməd  Vurğun,  Rəsul  Rza,  Süleyman  Rüstəm 
poeziyası  ilə  yanaşı  N.Hikmətin  şeirləri  də  çap  olunurdu.  Bir  gün 
N.Hikmətin “Kəllə” pyesini radiodan eşitdim. Ələsgər Ələkbərovun Mister 
Dalbanezosu  məni  heyran  etdi.  Evimizdə  isə  meyl  türk  ədəbiyyatının 
klassiklərinə  idi.  Atam,  xüsusən  əmim  Tofiq  Fikrəti,  Mehmet  Emini,  Rza 
Tofiqi,  Ziya  Paşanı  əzbər  bilirdilər.  Ailəmizin  yaxın  adamlarından  diş 
həkimi  Nahid  (  bu  onun  təxəllüsüydü,  adını  unutmuşam.  Ə.Vahidin 
dostlarındandı).  Ziya  Paşanın,  Tofiq  Fikrətin  şeirlərini  əski  əlifba  ilə  çap 
olunmuş kitablardan oxuyar, hər şeirdən sonra kitabı öpərdi... 
Bir  sözlə,  evimizdə  türk  klassik  ədəbiyyatının  ruhu  hakimdi.  Atam 
türklərdən  böyük  məhəbbətlə  danışar,  deyərdi:  “Mart  davasında  (  1918-ci 
ili  nəzərdə  tuturdu.-  A.B.)  türklər  olmasaydı,  ermənilər  bizi  qıracaqdılar”. 
Maraqlı  əhvalatlar  danışardı.  İkisi  yadımda  qalıb.  “Türklər  Ləəş 
bağlarından  gəlib  keçdilər,  uşaqdım,  on  bir  yaşım  vardı.  Dayanıb 
heyranlıqla türk əskərlərinə baxırdım. Lap qabaqda gedən türk əskəri dönə-
dönə  təkrar  edirdi:  “  İslama  gavurun  gülləsi  dəyəməz!  Dəyəməz!”  İkinci 
epizod  ermənilərin  qaniçənliyi  ilə  bağlıdır.  “Gözümlə  gördüm,  -  deyirdi 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
207 
 
atam  –  evimizin tinində  bir  tüfəngli  erməni  azərbaycanlı  qadını  qarnından 
vurdu. Türklər olmasaydı, hamımızı qıracaqdılar”. 
Bir    sözlə,  mən  türklərə  rəğbət,  məhəbbət  içində  nəfəs  alırdım.  Bu 
duyğularla  böyüdüm.  1954-cü  ildə  universitetin  filologiya  fakültəsində 
təhsil  almağa  başladım.  Müəllimlərimizdən  Əkrəm  Cəfər,  Yusif  Ziya 
Şirvani, Əli Fəhmi türk dilinin, ədəbiyyatının aşiqi idilər. Xüsusən Əkrəm 
Cəfər. Türk şairlərindən Mehmet Emin və Nazim Hikmət dilinin əzbəriydi. 
Yusif Ziya Şirvani isə bizə türk dillərinin müqayisəli qramatikasından dərs 
deyərdi. Özü də türk dilində. Onun şirin türkcəsi indi də yaddaşımdadır. 
1957-ci  ildə  N.  Hikmət  Bakıya  gəldi.  Otuz  illik  fasilədən  sonra  bu, 
onun  “Neft  diyarı”na  ikinci  səfəri  idi.  Bakıda  onu  böyük  məhəbbətlə 
qarşıladılar. Bu məhəbbətin bircə parçasını - onun Universitet tələbələrilə, 
yəni  bizimlə  görüşünü  ömrüm  boyu  unutmaram.  Bu  haqda  başqa 
yazılarımda  geniş  söhbət  açmışam.  Onun  gəlişi  sözün  həqiqi  mənasında 
bayram  idi.  Nazim  çıxış  elədi.  Alqışlar  divarları  titrədirdi.  O  vaxt  Nazim 
Hikmət  mənimçün  əlçatmaz  bir  dünyaydı.  Əlbəttə,  ağlıma  da  gətirə 
bilməzdim ki, gün gələcək, mən onun yaradıcılığı ilə bağlı dissertasiya işi 
yazacağam, evində olacağam, onunla birlikdə teatr tamaşalarına baxacağam 
və  uzun-uzadı  söhbətlər  edəcəyəm,  sonra  da  gün  gələcək,  onun  vətənində 
üç il yaşayacağam, Nazimi anacağam... İnsan sabahını bilmir ki... Bilsə nə 
vardı  ki...Tale  belə  gətirdi  ki,  universiteti  bitirdikdən  sonra  radionun  türk 
şöbəsində  işləməyə  başladım.  Bir  sözlə  niyyətim  mənzilimə  yetirdi  məni. 
Sonra türk filologiyası üzrə aspiranturanı bitirdim. 
  Siz  müdafiə  üçün  niyə  məhz  Nazim  Hikməti  seçdiniz?  Və  bu 
zaman  hansı  çətinliklərlə  üzləĢdiniz?  Sizdən  qabaq  müdafiə  eləyən 
olmuĢdumu və siz həmin müdafiə ilə tanıĢdınızmı? 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
208 
 
–  Müdafiə  üçün  Nazim  Hikmət  mövzusunu  götürməmişdim. 
Bəyəndiyim  şair  Tevfik  Fikrətdi.  Onu  da  ürəyimdə  tutmuşdum.  Hələ 
aspirantı  olduğum  ADU-nun  Yaxın  Şərq  xalqları  ədəbiyyatı  tarixi 
kafedrasına  ərizə  ilə  müraciət  etməmişdim.  Elmi  rəhbərim  Yusif  Şirvan 
olacaqdı.  Bunu  əvvəlcədən  danışmışdıq.  Məni  də  Universitetə  o,  dəvət 
etmişdi.  Sözarası  Tevfik  Fikrəti  mövzu  olaraq  götürmək  istədiyimi 
bildirdim. Etiraz etmədi. 
Bir  gün  qələm  dostlarımdan  biri  mənə  dedi:  “Sən  axı  niyə  Nazim 
Hikmətdən yazmırsan?” Elə bil içimdəki duyğular - orta məktəbdə ilk dəfə 
eşitdiyim “Yanmamış çığara” şeirindən doğan məftunluq, “Kəllə” pyesinin 
qəlbimdə yaratdığı qibtə hissi, 1957-ci ildə universitetdə gördüyüm Nazim 
Hikmət  əzəməti  qarşısındakı  heyranlıq,  Əkrəm  Cəfərin  Nazim  haqqında 
xatirələrindən,  oxuduğu  şeirlərdən  doğan  sevinc,  fərəh  –  bütün  bunlar  bu 
suala  bağlıymış.  Sanki  Nazim  eşqi,  Nazim  sənəti  bir  fidandı  içimdə,  bu 
sözdən  sonra  pardaxlandı,  çiçəyə  döndü.  Elə  bil  itirdiyimi  tapmışdım. 
Nazim Hikmətin yaradıcılığını tədqiq edəcəkdim. Elmi rəhbərim bu dəfə də 
etiraz  etmədi.  Bir  ay  kitabxanada  çalışdım.  Mənə  qədər  yazılmış  əsərlərlə 
tanış  oldum.  Müəyyən  tədqiqat  işləri  vardı.  Amma  N.Hikmətin 
dramaturgiyası haqqında məqalələrdən başqa heç nə tapmadım. Kafedraya 
ərizə  yazdım.  Sonra  iclas  çağırıldı.  Ərizəmi  müzakirəyə  qoydular,  mənə 
söz verdilər. Danışdım. Mövzum təsdiq olundu.  
İndi məni qarşıda əməlli iş gözləyirdi. Həm Sovet İttifaqında, həm də 
Türkiyədə  mənə  qədər  N.Hikmət  haqqında  yazılmış  irili-xırdalı  bütün 
əsərləri, yazıları oxuyub öyrənməli və dissertasiyamda onlara münasibətimi 
bildirməli,  ən  başlıcası  isə  N.Hikmətlə  görüşməliydim.  Moskvaya 
gəlməyim,  N.Hikmət  yaradıcılığının  bir  nömrəli  tədqiqatçısı,  həmyerlimiz 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə