Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə56/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   52   53   54   55   56   57   58   59   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
202 
 
öz Şirininə qovuşandan sonra hiss edir ki, xoşbəxt deyil. Şirinə deyir : “Bir 
tək  qaya  qalıb.  Onu  da  parçalayacağam.  ...  Məni  yenə  illərlə 
görməyəcəksən.  Alnımdakı  qırışlar  gözlərimin,  dodaqlarımın  uclarına 
enəcək...  Qocalacağam”.  Fərhadın  xalq  yolunda  çarpışması  onun  həyat 
amalı idi. 
Nazim  Hikmət  də  ömrünün  sonuna  qədər  bu  məqsədlə  yaşadı. 
Əqidəsindən dönmədi.  
...Qürbətdə  yaşayanlar  üçün  vətənin  nə  demək  olduğunu  izah  etməyə 
ehtiyac  yoxdur.  Nazim  Türkiyə  yadına  düşəndə  (  yadından  çıxırdı  ki?..) 
gilə-gilə  əriyirdi.  “Məmləkətim”  şeiri  buna  ən  yaxşı  misaldır.  Şeir  çox 
lakonik  və  mənalıdır.  Şair  məmləkətindən  bir  nişanə  axtarır.  Tapa  bilmir. 
Türkiyənin  yollarını daşımış  ayaqqabıları yoxdur artıq,  Şile bezindən olan 
son köynəyi də kürəyində paralanıb, özü də çoxdan... Bəs indi vətən hansı 
nişanələrdə yaşayır? Şair belə mənalandırır duyğularını: 
 
Sen şimdi yalnız saçımın akında 
İnfarktında yüreğimin, 
Alnımın cizgilerindesin Memleketim, 
Memleketim, 
Memleketim...  
Bu  şeirin Nazim səsindən lent yazısı var məndə. Onu sakit dinləmək 
olmur...  Ömrünün  son  aylarında  çox  həsrətli  idi  Nazim.  Bu  həsrət  də  onu 
özü  ilə  apardı.  Ölümünü  isə  zaman-zaman  boğula-boğula,  nəfəsi  təngiyə-
təngiyə deyirdi: “Məni burda qoymayın, aparın bir yerə. Ölmək istəmirəm. 
Ölmək istəmirəm”. “Vəsiyyət”ini isə çoxdan yazmışdı. 
Tez-tez  Azərbaycana,  Bakıya  can  atırdı  Nazim.  O,  Azərbaycana  sıx 
tellərlə bağlı sənətkardı. Mikayıl Rəfili, Səməd Vurğun, Süleyman Rüstəm, 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
203 
 
Rəsul  Rza,  Nigar  Rəfibəyli  N.Hikmətin  candan  bağlandığı  qələm 
sahiblərimizdi.  Sonrakı  illərdə  bu  əlaqələr  daha  da  möhkəmləndi  və 
genişləndi. Sonuncu dəfə Moskvaya gələndən sonra N.Hikmət bizim Əkbər 
Babayevlə yaxın dost oldu. Əkbər onun tədqiqatçısı, tərcüməçisi idi. 1961 
və  1963-cü  illərdə  Bakıda  N.  Hikmətin  ikicildliyi  nəşr  olundu.  Birinci 
cilddə onun şeir və poemaları, ikinci cilddə isə pyesləri toplanmışdı.  
Teatr  səhnələrimizdə  Nazimin  pyesləri  tamaşaya  qoyulurdu:  “Kəllə”, 
“Türkiyədə”,  “Qəribə  adam”,  “Şöhrət  və  ya  unudulan  adam”,  “Damoklın 
qılıncı” və s. Həmin pyeslərə musiqilər yazıldı, rəsmlər çəkildi. Ən böyük 
sənət qələbəsi isə Arif Məlikovun oldu. Nazim Hikmətin “Bir aşq masalı” 
pyesi əsasında Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini yaratdı.  
Azərbaycanda  Nazim  Hikmət  yaradıcılığı  ilə  bağlı  sanballı  elmi 
tədqiqat  işləri  də  yazılmışdır.  Azər  Abdullanın  namizədlik  dissertasiyası 
N.Hikmət  irsinin  öyrənilməsi,  onun  Azərbaycanla  əlaqəsi    sahəsində 
qiymətli  əsərdir.  Azərbaycan  Elmlər  Akademiyasının  Şərqşünaslıq 
İnstitutunun  türk  filologiyası  şöbəsinin  əməkdaşı,    tanınmış  tənqidçi  və 
ədəbiyyatşünas Qadir İsmayılın da Nazimlə bağlı dəyərli tədqiqat işləri var. 
Uzun  illər  Moskvada  yaşamış,  SSRİ  Elmlər  Akademiyası  Şərqşünaslıq 
institunun  baş  elmi  işçisi  olmuş,  həmyerlimiz  Tofiq  Məlikli  N.Hikmət 
poeziyasının tədqiqi sahəsində xidmətləri olan alimimizdir. 
Bundan  başqa,  türkşünas  və  ədəbiyyatşünaslarımızın  N.Hikmətə  həsr 
olunmuş yüzlərlə maraqlı elmi əsər, məqalə və xatirələri nəşr olunub. 
Tədqiqatçı-filosof  Aytən  Babayeva  N.Hikmətin  fəlsəfi  görüşlərinə 
həsr  olunmuş  dissertasiya  müdafiə  edib,  bu  mövzuda  monoqrafiya  çap 
etdirib. Amma bütün bunlar, azdır, əlbəttə. Hələ N.Hikmətin nəsri sanballı 
şəkildə öyrənilməyib. Bolqarıstanda şairin səkkizcildliyi buraxıldığı halda, 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
204 
 
Azərbaycanda  bu  sahədə  çox  az    iş  görülüb.  Nazimin  bir  sıra  pyesləri  də 
hələ  Azərbaycanda  səhnəyə  qoyulmayıb.  Nazim  haqqında  Əkbər 
Babayevin  Moskvada  rus  dilində  nəşr  etdirdiyi  kitabların  da  heç  biri 
Bakıda Azərbaycan dilində işıq üzü görməyib. 
Yeri  gəlmişkən,  N.Hikmət  yaradıcılığının,  ümumiyyətlə,  türk 
ədəbiyyatının  tədqiqi  və  təbliği  ilə  əlaqədar  bir  məsələni  də  qeyd  etmək 
istəyirəm. Ayrı-ayrı nəşrlərdə, habelə mətbuatda N.Hikmət müxtəlif yönləri 
ilə təhlil edilir. Çox təəssüf ki, bəzən türk ədəbiyyatını, o cümlədən Nazim 
Hikmət  poeziyasını,  dramaturgiyasını,  nəsrini  yaxşı  bilməyənlər  də 
mətbuatda  çıxış  edir  və  səhvlərə  yol  verilir.  Bəzən  mətbuatımızda  türk 
ədəbiyyatının  görkəmli  nümayəndələrinin  adları  da  səhv  yazılır,  türk 
romanları  naşı  tərcüməçilərə  tapşırılır  və  s.  Bütün  bunları  deməkdə 
məqsədim  odur  ki,  bizə  çox  yaxın  olan  və  illərlə  həsrət  qaldığımız  bir 
ölkənin  –  qardaş  Türkiyənin  ədəbiyyatını  xalqımıza  yüksək  səviyyədə 
təqdim  etmək  bizim  milli  borcumuzdur.  N.Hikmətin  həyatı,  əsərlərinin 
yazılma  tarixi,  qəzet  və  jurnallarda  çap  olunan  fotoşəkillərin  mətnaltı 
sözlərinin dəqiqliyi kimi məsələlərə diqqət yetirməliyik.  
Belə  diqqətsizlik  türk,  Moskva  nəşriyyat  və  mətbuatında  da  olur.  Bu 
yaxınlarda  bir  türk  qəzetində  N.Hikmətə  həsr  olunmuş  bir  xatirə  nəzərimi 
cəlb  etdi.  Şəkil  də  verilmişdi.  Həmin  şəklin  bir  nüsxəsi  məndə  də  var. 
1957- ci ildə Azərbaycan Dövlət Universitetində çəkilmişdi. Amma şəklin 
altında  belə  yazılmışdı:  “N.  Hikmət  Misirdə,  Qahirə  universitetində”.  Və 
yaxud,  Moskvanın  “Nauka”  nəşriyyatı  1990-cı  ildə  çapdan  buraxdığı 
“Türkiyə  Respublikası”  adlı  kitabda.  N.Hikmətin  “Romantika”  əsərinin 
yazılma  tarixini  1964-cü  il  kimi  qeyd  edib.  Halbuki,  N.Hikmət  o  vaxt 
həyatda  yox  idi.  Belə  qüsurlar  təəssüf  ki,  bizim  tədqiqat  işlərimizdə, 
yazılarımızda da az deyil. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə