Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə59/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   55   56   57   58   59   60   61   62   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
212 
 
Nazim ömrünün son illəri çoxları kimi mənim də yaxşı yadımdadır. Nazim 
“Vətən xaini” adlandırılmışdı və türk vətəndaşlığından çıxarılmışdı. O, bu 
münasibətlə  “Vətən  xaini”  şeirini  yazmışdı.  “Ceviz  ağacı”  şeirilə  isə  onu 
türk  vətəndaşlığından  çıxaranlara  cavab  vermişdi  və  demişdi  ki,  qürbətdə 
yaşasam  da,  siz  məni  türk  vətəndaşlığından  çıxarsaz  da,  mən 
Türkiyədəyəm.  
Ağır  illərdi  o  illər...  Moskvada  keçirdiyi  illər.  Nazim  ömrünün 
çırpıntılı,  səksəkəli  bir  yuxuya  bənzəyən  son  13  ili  ancaq  zahirən  parıltılı 
gürünürdü. Ümumiyyətlə, Nazim sağlığında da, ölümündən sonra da ölüb-
dirilən şair olub. Gah əsərlərini nəşr ediblər, gah yığışdırıblar. Təzadlı olub 
ömrü. Son 13 ildə Nazimin qəlbinə dağ çəkən bir tərəfdən vətən həsrətiydi, 
digər  tərəfdən  qürbət  həyatının  müsibətləriydi.  “Ceviz  ağacı”  şeirində 
“Başım  köpük-köpük  bulut.  İçim,  dışım  deniz”  deyən  Nazim  dəniz 
məfhumunu  “Vətən,  məmləkət”  rəmzi  kimi  vermişdi.  Hələ  çox  əvvəllər 
“denize  dönmək  istiyorum  ,  mavi  aynasında  suların  boy  verib  görünmek 
istiyorum”  deyəndə  də  məmləkətini  düşünmüşdü  və  “saçının  akında, 
alnının cizgilerinde, yüreginin infarktında yaşayan memleketi”nin həsrətini 
gilə-gilə əriyərək çəkmişdi. Bir yandan da Moskva mühitinin təqibləri onu 
cana  gətirmişdi.  Zəkəriyyə  Sərtəl  xatirələrində  yazır  ki,  Nazimin  yanında 
həmişə bir kölgə gəzərdi. Bir dəfə xaricdə görüşdüm onunla. Soruşdum ki, 
Nazim bu kimdir, dedi bu mənim pasportumdur. Gülə-gülə dedi bu sözləri, 
amma acı gülüşdü. 
Zəkəriyyənin  dediyi  acı  gülüşü  mən  Nazim  Hikmətdə  bir  neçə  dəfə 
sezmişdim.  Moskvada  olanda.Onun  dramaturgiyasından  yazırdım  deyə 
“İvan İvanış varmıydı, yoxmuydu?” pyesindən söz açdım. Bilirdim ki, bu 
pyes  repertuardan  çıxarılıb.  Və  bu  görüşdə  həmin  pyesdən  söhbət  getdi. 
Çox narazı idi. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
213 
 
Nazim heç vaxt sözünü qəlbində gizlətmirdi. Əkbərin təbirincə desək, 
“dilini saxlamırdı” . Ona görə də əziyyət çəkirdi.  
Nazimin  90  illiyi  ərəfəsində  əsas  duyğularım  onun  “Ceviz  ağacı” 
şeirilə  bağlıdır.  Nazim,  Vala  Nurəddin  demişkən,  dünyamızdan  keçdi, 
amma  əbədilik  köçmədi.  O,  bir  ceviz  ağacıdır  nəinki  Gülhanə  parkında, 
Türkiyənin,  hətta  dünyanın  müxtəlif  yerlərində.  Ən  başlıcası    isə 
Azərbaycanımızda! 
 
“Qobustan” jurnalı, 1992, N1-2. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
214 
 
Nazim Hikmət - əsrlərə sığmayan türk Ģairi 
(Müsahibə) 
 
2002-ci  ildə  –  gələn  minilliyin  baĢlanğıcında  dünya  ədəbiyyatının  tanınmıĢ 
simalarından  biri,  türk  dünyasının  ölməz  Ģəxsiyyətlərindən  sayılan  Nazim 
Hikmətin anadan olmasının 100 illiyi (qəribə təsadüf: 2003-cü ildə isə vəfatının 40-
cı ildönümüdür) tamam olur. 300 milyon türk dünyası artıq indidən bu əlamətdar 
hadisəyə  hazırlaĢır.  Sevindirici  haldır  ki,  indiyə  qədər  Nazim  Hikmət 
yaradıcılığına  birmənalı  münasibət  bəsləməyən  qardaĢ  Türkiyə  cumhuriyyətində 
də  artıq  bu  böyük  sənətkara  münasibət  dəyiĢilib,  qələm  adamının  Ģəxsiyyəti  ilə 
yaradıcılığı  arasındakı  fərqə  hörmətlə  yanaĢılır.  Azərbaycanda  Nazimsevərlərin 
sayı  bir  tərəfə  dursun,  onu  tədqiq  edənlərin,  davamçılarının  nə  qədər  çox 
olduğunu  izah  etməyə  dəyməz.  Bu  mənada  qardaĢ  ölkədə  9  ilə  yaxın  fəaliyyət 
göstərən  “Nazim  Hikmət  Kültür  və  Sanat  Vakfı”  Yönətim  Kurumu  baĢkanı 
professor  Aydın  Aybayın  və  genel  sekreter  Kıymet  xanım  CoĢqunun  Nazim 
Hikmət  yaradıcılığının  yorulmaz  tədqiqatçısı,  Milli  Məclisin  Mətbuat  Xidmətinin 
rəhbəri,  filologiya  elmləri  doktoru,  yazıçı  AqĢin  Babayevin  təmsil  etdikləri 
qurumun  MəĢvərət  ġurasına  üzv  qəbul  edilməsi  münasibətilə  Türkiyədən  faksla 
göndərdikləri xoĢ xəbəri alanda təəccüblənmədik. 
Ədəbi-mədəni  əlaqələrimizin  inkiĢafı  baxımından  əlamətdar  olan  bu  hadisə 
münasibətilə AqĢin Babayevlə görüĢüb uzun müddət Azərbaycan üçün Türkiyənin 
iĢıqlı pəncərəsi rolunu oynamıĢ Nazim Hikməti anmağı vacib saydıq. 
–  AqĢin  müəllim,  ilk  öncə  sizi  təbrik  edirik.  Mümkünsə,  bir  qədər 
geriyə,  qardaĢ  Türkiyədə  üç  il  yaĢayıb  fəaliyyət  göstərdiyiniz  vaxtlara 
qayıtmaqla,  o  zamanın  siyasi-mədəni  hadisələri  fonunda  yaxından  tanıĢ 
olduğunuz  ,  tədqiq  etdiyiniz  Nazim  Hikmət  Ģəxsiyyəti  və  yaradıcılığına 
nəzər salaq. 
– Təbrikə görə çox sağ olun! Mən hələ Türkiyəyə getməmişdən əvvəl 
Nazim  Hikmətin  yaradıcılığını  dissertasiya  mövzusu  kimi  tədqiq  etməyə 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
215 
 
başlamışdım. Onda Nazim Hikmət sağ idi. 1961-ci ildə ilk dəfə Moskvada 
onunla  görüşdüm.  Sonra  onun  ömrünün  sonuna  qədər  bizim  görüşlərimiz 
davam etdi. Amma onun gözlənilməz vəfatı əlimi işdən soyutdu. Yalnız 4 
ildən  sonra,  1967-ci  ildə  “Nazim  Hikmətin  dramaturgiyası”  mövzusunda 
namizədlik dissertasiyamı müdafiə etdim. İşləmək üçün Türkiyəyə gedəndə 
artıq Nazim Hikmət yaradıcılığı ilə yaxından tanış idim və qardaş ölkənin o 
dövrkü  ədəbi-mədəni  durumu  barədə  müəyyən  təsəvvürüm  vardı.  Onu  da 
qeyd  edim  ki,  1972-ci  ildə  Nazim  Hikmətin  70  illiyi  Aktyor  evində  qeyd 
ediləndə  məruzəçi  mən  olmuşdum.  O  vaxtlar  -  radionun  türk  verilişləri 
redaksiyasında  işlədiyim  zamanlar  türk  dilinə  və  ədəbiyyatına,  bir  sözlə 
Türkiyəyə  o  qədər  bağlanmışdım  ki,  1972-ci  ilin  dekabr  ayında  Ankara 
şəhərinə  gələndə  soyuqdan  yox,  keçirdiyim  hisslərin  həyəcanından 
titrəyirdim. 
Hər  addımda  elə  bilirdim  ki,  haçansa  buralarda  olmuşam.  Nazim 
Hikmətin bu  küçələrdə gəzdiyini  yadıma  salıb  həyəcanlanırdım. O  vaxtlar 
Türkiyəyə  Azərbaycandan  tək-tük  adamları  yollayırdılar  ki,  onların  da 
əksəriyyəti  işləməyə  gedirdi.  Moskva    tərəfdən  azərbaycanlılara  qarşı 
xüsusi  qısqanclıq  hiss  olunurdu.  Amma  çarələri  yox  idi.  Türk  dilini 
bilənlərə ehtiyacları vardı. 
Türkiyədə  -  İskəndərunda  işləyirdim:  ruscadan  türk  dilinə  və  əksinə 
tərcümə  edirdim.  Mənim  əsas  işim  mütərcimlik  olsa  da,  əlimə  düşən 
fürsətdən  istifadə  edib  o  zamankı  Türkiyə  ədəbi-mədəni  hadisələri  ilə 
yaxından tanış olur, kitablar toplayır, ədəbi prosesləri izləməyə çalışırdım. 
Qəribə idi, xalqın Nazim Hikmətə sevgisinin həddi-hüdudu olmadığı halda 
böyük türk şairinin şeirlərini oxuyanları  hər yerdə təqib edirdilər.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə