Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə61/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   57   58   59   60   61   62   63   64   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
219 
 
hər  yerində  tamaşaya  qoyulur,  ancaq  xalqım  üçün  yazdığım  şeirlərim 
Türkiyədə doğma dilimdə işıq üzü görmür. 
Fərəhli  haldır  ki,  son  zamanlar  Türkiyədə  şairin  şeirləri  nəşr  olunur, 
əsərləri  tədqiqata  cəlb  edilir.  Bu  yaxınlarda  isə  Arif  Məlikovun  Nazim 
Hikmətin  “Bir  aşk  masalı”  pyesi  əsasında  yazdığı  “Məhəbbət  əfsanəsi” 
baletini yenidən tamaşaya qoymuşlar. 
–  O  münasibətin  müsbət  göstəricisi  kimi  artıq  qardaĢ  Türkiyədə 
“Nazim  Hikmət  Kültür  və  Sanat  Vakfı”  yaradılmıĢdır  ki,  bu  günlərdə 
onun Rəyasət Heyətinin toplantısında Sizi yekdilliklə danıĢma Kurumuna 
–  MəĢvərət  ġurasına  üzv  seçiblər.  Bu  barədə  və  Nazim  Hikmətin 
Azərbaycanla bağlılığı haqqında qısa məlumat verməyinizi xahiĢ edirik.  
–  Bu  il  mart  ayının  7-sində  mən  “Nazim  Hikmət  Kültür  və  Sanat 
Vakfı”dan  məktub  aldım.  Məktubun  yuxarı  hissəində  Nazim  Hikmətin 
imzasını görəndə sevindim. Əlbəttə, belə bir qurumun üzvü olmaq  mənim 
üçün  böyük  şərəfdir.  Bu  etimadı  doğrultmağa  çalışacağam.  O  ki  qaldı 
Nazim Hikmətin Azərbaycanla bağlılığına bu, çox geniş mövzudur. Qısaca 
onu  deyə  bilərəm  ki,  Azərbaycanın  elm  və  sənət  adamlarından  Əkbər 
Babayev,  Anar,  Tofiq  Məlikli,  Qadir  İsmayıl,  Azər  Abdulla,  Altay 
Məmmədov,  Tofiq  Abdin,  Abbas  Abdulla,  Arif  Abdullazadə,  Nəcəf 
Quliyev,  Rəşid  Quliyev,  Abuzər  İsmayılzadə  və  Aytən  Babayevanın 
adlarını çəkmək kifayətdir ki, Nazim Hikmətin bizdə nə qədər sevilə-sevilə 
öyrənildiyi  məlum  olsun.  Münəvvər  Rzayeva onun heykəlini  işləyib,  Arif 
Məlikov  şairin  pyesi  əsasında  balet  yazıb,  dram  əsərləri  səhnəmizdə 
oynanılıb,  onun  ssenariləri  əsasında    filmlər  çəkilib.  Bütün  bunları  qeyd 
etməkdə  məqsədim  Nazim  Hikmət  yaradıcılığının  Azərbaycan-Türkiyə 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
220 
 
ədəbi-mədəni 
əlaqələrinin 
inkişafındakı 
rolunun 
böyüklüyünü 
göstərməkdir. 
     1998-  ci  ildə  çap  etdirdiyim  “Azərbaycan  və  türk  dünyası” 
kitabımda da bu məsələyə toxunmuşam. Hal-hazırda isə “100 yaşlı Nazim 
Hikmət” adlı bir kitab üzərində işləyirəm. Yeri gəlmişkən qeyd edim ki, bu 
kitabın  hazırlanmasında  mən  xalq  yazıçısı  Anara  çox  minnətdaram.  O, 
Rəsul  Rzanın  şəxsi  arxivindən  Nazim  Hikmətlə  bağlı  qiymətli  sənədləri 
böyük məmuniyyətlə mənə verdi.  
Bayaq  da  qeyd  etdiyim  kimi,  Nazim  Hikmət  Azərbaycanla  sıx  bağlı 
olan  bir  şəxsiyyət  idi.  “Bakıya  gedirəm”  adlı  kitabda  Nazim  Hikmətə  şeir 
həsr  edən  şairlərin  arasında  Səməd  Vurğunun,  Rəsul  Rzanın,  Nigar 
Rəfibəylinin,  Bəxtiyar  Vahabzadənin,  Mirvarid  Dilbazinin,  Balaş 
Azəroğlunun, 
Mədinə 
Gülgünün, 
Məmməd 
Arazın, 
Nəriman 
Həsənzadənin, Musa Yaqubun, Sabir Rüstəmxanlının, Vaqif Bəhmənlinin,  
Məmməd  Aslanın,  Tofiq  Abdinin,  daha  neçə-neçə  qələm  sahibinin 
imzasına rast gəlmək mümkündür. Fikrət Qocanın “Nazim Hikmət”, Fikrət 
Sadığın “Oğul həsrəti” əsərləri də bu qəbildəndir. 
Sevindirici  haldır  ki,  son  dövrlərdə  müstəqil  Azərbaycanla  qardaş 
Türkiyə arasında bütün sahələrdə olduğu kimi, ədəbi-mədəni əlaqələrdə də 
bir  canlanma,  sıx  əməkdaşlıq  yaranmışdır.  Kitablar  çıxır,  mədəniyyət 
hadisələri qarşılıqlı qeyd edilir, təcrübə mübadiləsi aparılır. Biz də çalışırıq 
ki, bu münasibətlərin genişlənməsinə öz töhfələrimizi verək. 
 Müsahibəni apardı Aydın Əhmədoğlu 
  
“Ədəbiyyat qəzeti”, 10 mart 2000. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
221 
 
Nazim Hikmət və kino 
 
Nazim  Hikmət  şair,  dramaturq  olmaqla  yanaşı,  həm  də  bir 
kinossenarist  kimi  məşhurlaşmışdı.  Onun  qələmə  aldığı  ssenarilər,  eyni 
zamanda,  kinematoqrafçıların  onun  yaradıcılığına  müraciəti  Nazim 
Hikmətlə  kino  sənətini  bir-birinə  bağlayan  əsas  amillərdir.  Əlamətdar 
haldır  ki,  Nazim  Hikmət,  yaradıcılığının  ilk  dövründən  başlayaraq  kino 
sənəti ilə məşğul olmuşdur. 
1932-ci  ildə  İstanbulda  Nazim  Hikmətin  “Benerci  özünü  nə  üçün 
öldürdü?”  adlı  poeması  çap  olunur.  Əsərin  qəhrəmanı  xalqını  əsrlər  boyu 
davam  edən  zülm  və  işkəncələrdən  xilas  etmək  üçün  inqilabi  hərəkata 
qoşulmuş  gənc  bir  hindlidir.  30-cu  illərdə  şairin  Hindistan  mövzusuna 
müraciət  etməsi  onun  senzuradan  ehtiyatlanması  ilə  bağlı  idi. Sənətkar  bu 
əsərdə Türkiyəyə xas olan ictimai problemləri Hindistan prizmasından əks 
etdirmiş, gənc hindlinin dilində öz ideallarını səsləndirmişdi. Həmin illərdə 
Türkiyədə  kino  və  teatr  xadimi  kimi  tanınmış  Muhsin  Ərtoğrul  türk 
kinematoqrafiyasının inkişafında mühüm işlər görürdü. O, Nazim Hikmətin 
“Benerci  özünü  nə  üçün  öldürdü?”  əsərini  oxuduqdan  sonra,  şairə  bu 
mövzuda ssenari yazmağı təklif etdi. Nazim Hikmət ssenarini yazdı, ancaq 
film  çəkilmədi.  Onların  bu  fikri  həyata  keçməsə  də,  bu  əsər  iki  sənətkarı 
birləşdirən bir amil oldu.  Cəmi bircə il sonra onlar “Yaraşıqlı bərbər” adlı 
satirik  kinokomediya  yaratdılar.  Nazim  Hikmət  bu  filmdə  ssenari  müəllifi 
və rejissor assistenti kimi iştirak edirdi. Hadisələr əsərin qəhrəmanı – gənc, 
yaraşıqlı, ancaq kasıb bərbərin ətrafında cərəyan edirdi. 
1934-cü  ildə  Nazim  Hikmətlə  Muhsin  Ərtoğrul  müştərək  olaraq 
“Aysel  –  körfəzli  qız”  filmini  çəkdilər.  N.Hikmət  bu  filmdə  dialoqçu  və 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə