Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə62/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   58   59   60   61   62   63   64   65   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
222 
 
yenə rejissor assisteni idi. Həmin əsər məşhur rus yazıçısı Aleksandr Qrinin 
hekayələrinin  motivləri  əsasında  yaradılmışdı. Film  tez  bir  zamanda  geniş 
tamaşaçı  kütləsinin  hüsn-rəğbətini  qazandı.  Bu  iki  böyük  şəxsiyyətin 
yaradıcılıq  dostluğu  bir-birinin  ardınca  öz  gözəl  bəhrələrini  verirdi. 
N.Hikmətin ssenariləri və M.Ərtoğrulun rejissorluğu ilə çəkilən filmlər türk 
kino  xəzinəsinin  bəzəyi  idi.  Bu  filmlərin  bir  qismi  də  Nazim  Hikmətin 
özünün  rejissorluğu  ilə  yaradılmışdı.  Sənətkarın  1934-cü  ildə  çəkdiyi 
“İstanbul simfoniyası” və “Bursa simfoniyası” kimi qısametrajlı filmlərini 
xüsusilə qeyd etmək lazımdır. Bu əsərlərdə Türkiyənin ictimai-siyasi həyatı 
bütün  incəliklərinə  qədər  əks  etdirilmişdi.  Vətəndaş  sənətkar  bu 
kinolentlərdə İstanbul və Bursa gecəqondularındakı həyatı, burada yaşayan 
zavallı  insanların  taleyini  göstərə  bilmişdi.  1937-ci  ildə  çəkdiyi  qısa 
metrajlı  “Günəşə  doğru”  filmində  isə  şair  sadə,  zəhmətkeş  insanların 
gələcəyə inamını poetik boyalarla əks etdirmişdi. 
Nazim Hikmət kinoşünaslıq sahəsində də qələm işlətmişdir. Onun həm 
yerli, həm xarici filmlər haqqında dövri mətbuatda çap etdirdiyi məqalələri  
şairi  bir  kinoşünas  kimi  tanıtmışdı.  Nazim  Hikmət  yazırdı: 
“Kinematoqrafiya  rəssamlıq,  poeziya  kimi  incəsənət  növüdür.  Bundan 
başqa,  kinematoqrafiya  bütün  sənət  növlərini  özündə  sintetik  şəkildə 
birləşdirən bir incəsənət qoludur. O, nəinki əyləndirməli, həm də öyrətməli, 
düşündürməlidir”. 
N.Hikmət  həmişə  bayağı,  yüngül,  əxlaqsızlığı  təbliğ  edən  xarici 
filmlərin  əleyhinə  olmuş  və  bu  mövzuda onlarla  tənqidi  məqalə  yazmışdı. 
Bu  məqalələrdən  biri  də  “Bu  təkrar  olunmamalıdır”  adlanırdı.  Nazim 
Hikmət,  adı  çəkilən  yazısında  Qərb  ölkələrinin  bir  sıra  filmlərini  boykot 
etməyi  məsləhət  görürdü.  Sənətkar  belə  yazılarında  tamaşaçının  zövqünü 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
223 
 
korlamamağı,  əksinə,  gözəl,  dəyərli  sənət  nümunələri  ilə  ona  ülvi  hisslər 
aşılamağı təklif edirdi. 
Məlumdur ki, Nazim Hikmət çox keşməkeşli bir həyat yolu keçmişdir. 
O,  ilk  şeirlərini  yazdığı  gündən  ömrünün  sonuna  qədər  hakim  dairələr 
tərəfindən qəbul edilməmiş, təqib olunmuşdu. Yüzlərlə poetik nümunənin, 
onlarla pyesin və kinossenarinin müəllifi olan Nazim Hikmət bütün həyatı 
boyu kino sənəti ilə bağlı olmuşdur. Sənətkar 13 illik həbsxana həyatından 
sonra,  1950-ci  ildə  Moskvaya  döndükdən  sonra  təsəllisini  Azərbaycanda, 
Azərbaycan  xalqı  ilə  təmasda,  sənət  adamlarımızla  görüşlərdə  tapa 
bilmişdi.  Nazim  Hikmət  Azərbaycanın  kino  xadimləri  ilə  də  ömrünün 
sonuna  qədər  bağlı  olmuşdur.  “Qəribə  adam”,  “Bir  məhəlləli  iki  oğlan”,  
“Məhəbbətim  mənim,  kədərim  mənim”  və.s.  filmlər  Nazim  Hikmətin 
əsərləri  əsasında  çəkilmiş,  geniş  tamaşaçı  kütləsinin  hüsn-rəğbətini 
qazanmışdır. 
“Bir  məhəlləli  iki  oğlan”  filmi  Nazim  Hikmətin  ssenarisi  əsasında 
yaradılmışdı. Bu haqda görkəmli kinorejissor Əjdər İbrahimov belə yazırdı: 
“Biz  Qurinlə  bərabər  (  filmin  ikinci  rejissoru  İlya  Qurin  nəzərdə  tutulur-
A.B.)  Nazim  Hikmətin  yanına  gəlib  onun  ssenarisi  əsasında  filmin 
çəkilişinə icazə verməsini xahiş edəndə o, bizə əvvəlcə inamsızlıqla baxdı ( 
o vaxt bizim ikimizin birlikdə 50 yaşı olardı ), sonra dedi: “yaxşı, başlayın, 
sizlər gəncsiniz, əminəm ki, öhdəsindən gələcəksiniz”. 
Biz  filmin  çəkilişinə  başlayandan  sonra  gördük  ki,  Nazim  Hikmət, 
sözün  həqiqi  mənasında  bu  əsərlə  yaşayır.  Az  qala  o,  hər  gün  çəkilişlərə 
gəlir,  məsləhət  verir,  hətta  dialoqları  dəyişib  üzünü  köçürürdü.  Düzünə 
qalanda o, filmin müştərək quruluşçu rejissoru idi”. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
224 
 
 “Məhəbbətim  mənim,  kədərim  mənim”  filmi  isə  onun  “Fərhad  ilə 
Şirin” pyesinin motivləri əsasında çəkilmişdir. Hər iki film kino sənətinin 
nadir incilərindən hesab oluna bilər. 
“Nazim Hikmət və kino sənəti” məfhumu, söz yox ki, yuxarıda qeyd 
etdiyimiz  əsərlərlə  məhdudlaşmır.  İnanırıq  ki,  hələ  bundan  sonra  da 
kinemotoqrafçılarımız  Nazim  Hikmət  yaradıcılığına  müraciət  edəcək  və 
gözəl sənət nümunələri yaradacaqlar. 
 
“Elm və həyat” jurnalı,2000, № 1-2. 
 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
225 
 
Azərbaycan Nazim Hikmət dünyasında 
 
Nazim  Hikmət    Azərbaycana  sıx  tellərlə  bağlı  bir  sənətkar  olmuşdur. 
Onun  şeirləri, nəsr əsərləri dəfələrlə respublikamızda nəşr edilmiş, pyesləri 
səhnəmizdə  uğurla  tamaşaya  qoyulmuşdur.  Mən  Nazim  Hikməti,  əvvəlki 
yazılarımda  dediyim  kimi,    ilk  dəfə  1957-ci  ildə  Azərbaycan  Dövlət 
Universitetinin tələbəsi ikən uzaqdan-uzağa dinləmişdim. Sonra Füzulinin, 
Mirzə  Fətəli  Axundzadənin  yubileylərində  də  ona  heyranlıqla  qulaq 
asmışdım.  Onun  çıxışlarını  bir  müxbir  kimi  maqnitofona  da  yazmışdım. 
İndi həmin lent yazılarının bir qismi Azərbaycan radiosunun qızıl fondunda 
saxlanılır.  Nazimin  nitqlərinin  böyük  bir  hissəsi  isə  arxivimdədir.  Əkbər 
Babayevə istinad etsək, türk şairi Kamal Bayramın kitabında qeyd edildiyi 
kimi, Moskva radiosunda şairin 27 lent yazısı vardır. Rəsul Rza, Süleyman 
Rüstəm  və  başqa  sənət  xadimlərimiz  Nazimin  çıxışları  haqqında  öz 
xatirələrində geniş söz açmışlar. Ümumiyyətlə, Nazimi vaxtilə tanımış olan 
hər  hansı  bir  şəxs  bu  fikri  təsdiq  edər  ki,  Nazim  Hikmət  böyük  şair, 
dramaturq,  kinossenarist,  nasir  olmaqdan  başqa,  həm  də  alovlu  tribun  idi. 
O,  kürsüyə  çıxan  zaman  salon  lal  olar,  onu  sonsuz  maraqla  dinləyərdilər. 
Ahəngdar  səsi,  türk  dilinin  gözəlliklərini  hamıya  sevdirmək  məharəti  ona 
Allah 
tərəfindən 
verilmiş 
vergi 
idi. 
Azərbaycanın 
ilk 
qadın 
kinorejissorlarından Qəmər Salamzadə “Kiçik pəncərədən görünən dünya” 
adlı  əsərində  Nazim  Hikmət  haqqında  belə  yazır:  “Mən  Nazimin  Bakıya 
gəldiyi  və  Yazıçılar  İttifaqının  Natəvan  adına  klubundakı  çıxışlarının  və 
yeni yazdığı şeirlərinin daimi dinləyicisi idim. Çox gözəl şeir oxuması var 
idi  Nazimin.  O,  kürsüyə  çıxdımı,  hamımız  susar,  böyük  sevgi  ilə  onu 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə