Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə60/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   56   57   58   59   60   61   62   63   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
216 
 
Bütün bunlara baxmayaraq, Türkiyədə işlədiyim vaxtları bugünə qədər 
çox  böyük  istəklə  xatırlayıram.  Türklərin  bizlərə-  azərbaycanlılara  olan 
sonsuz məhəbbətini unutmaqmı olar?! 
Üç  il  ərzində  sanballı  kitablar,  xüsusən  də  Nazim  Hikmətə  və  türk 
dramaturgiyasına  aid  ədəbiyyat  topladım.  O  kitablar  sonralar  mənə  çox 
gərək  oldu.  Doktorluq  işimdə  orada  topladığım  elmi-bədii  əsərlərdən  – 
ilkin,  orijinal    qaynaqlardan  lazımınca  bəhrələndim.  Əsərin  böyük  bir 
hissəsi  də  Nazim  Hikmətin  dram  yaradıcılığına  həsr  olunmuşdu. 
Türkiyədən qayıtdıqdan sonra Nazim Hikmət haqqında 1978-ci ildə “İşıq” 
nəşriyyatında  kitab  çap  etdirdim.  Daha  sonra  Almaniyada  da  böyük 
sənətkara  həsr  olunmuş  türkcə  “Nazim  Hikmətin  yaşamı”  adlı  kitabım  
(1989) işıq üzü gördü. 
–  QardaĢ  Türkiyədə  Nazim  Hikmətə  o  vaxt  da,  lap  elə  indi  də 
birmənalı  münasibət  bəslənmir.  Onu  “solçu”  ,  “vətən  xaini”  və  s. 
adlandıranlar da var, türk dünyasının böyük sənətkarı hesab edənlər də. 
Mən  bu  yaxınlarda  mətbuatda  maraqlı  bir  materialla  tanıĢ  oldum. 
Əsrimizin  ortalarında  Nazim  Hikməti  yaxından  tanıyan  bir  rus-sovet 
Ģairi  xatirələrində  yazır  ki,  o,  hamının  düĢündüyü  qədər  də  qatı 
kommunist,  “sovetçi”  deyildi.  Maraqlıdır,  görəsən,  Nazim  Hikmət 
həqiqətən kor-koranə kommunist olub, yoxsa?.. 
 Çox maraqlı məsələyə toxundunuz. Mən sizə bir söz deyim. Nazim 
Hikmət  təpədən-dırnağa qədər kommunist  olub, özü də bütün varlığı  ilə o 
ideyalara  inanırdı.  Və  ona  görə  də  hər  cür  əzab-əziyyətə  dözürdü.  Amma 
Moskvaya  gəlib  keçmiş  SSRİ-də  yaşamağa  başlayanda,  dəqiq  desəm, 
ömrünün son illərində aldanıldığını başa düşdü. Öz müəllimi, türk jurnalisti 
Zəkəriyyə Sərtələ onun etirafı var. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
217 
 
İlk  baxışdan  Nazim  Hikmət  Moskvada  hər  cür  qayğı  ilə  əhatə 
olunmuşdu. Amma o, çox yaxşı hiss edirdi ki, onun hər addımını izləyirlər. 
O, əsl türk oğlu kimi həqiqəti, doğru olanı, gördüyünü deyir, qələmə alırdı 
ki,  bu  da  hakimiyyət  dairələrinə  heç  cür  sərf  eləmirdi:  istər  Türkiyədə 
olsun,  istərsə  də  Rusiyada.  1957-  ci  ildə  ikinci  dəfə  Bakıya  gələndə  ona 
Mikayıl  Müşfiqin,  Hüseyn  Cavidin,  Əhməd  Cavadın  faciəsini  danışdılar. 
Və  tədricən  dərk  elədi  ki,  kommunizm  onun  düşündüyü  ideal  cəmiyyət 
deyil.  
–  Mən  çox  üzr  istəyirəm.  Sizə  qulaq  asa-asa  beynimdə  qəribə  bir 
müqayisə  yarandı.  XX  əsrin  birinci  yarısı  bütün  dünyada  söz-qələm 
adamlarının,  sənətkarlarının  təqibi  ilə  zəngindir.  Belə  ki,  bizdə 
MüĢfiqlərin, Cavidlərin, Əhməd Cavadların məhv edilməsi keçmiĢ SSRĠ-
nin  hər  yerində  ziyalıların  repressiyası,  Türkiyədə  Nazim  Hikmət  və 
əqidədaĢlarının həbsi, Ġspaniyada Federiko Lorkanın güllələnməsi, nasist 
Almaniyasında, 
yaxud 
faĢist 
Ġtaliyasındakı  solçu  sənətkarların 
vətənlərindən  didərgin  salınması...  Bu  qlobal  problemi  necə  izah  etmək 
olar? 
–  Bilirsiz,  söz,  xüsusən  də  bədii  söz  çox  qüdrətli  bir  vasitədir. 
Xatırlatmaq  istəyirəm  ki,  əsrin  əvvəllərində  bütün  milli  və  sinfi 
mübarizələrin  önündə    ziyalılar,  yazıçılar,  sənətkarlar  gedirdi.  Tutarlı 
deyilən söz həmişə çox güclü silahları əvəz edib. Məsələn, uzağa getməyək 
,  türk  ədəbiyyatında  Nazim  Hikmətin,  yaxud  azərbaycanlı  şair  Xəlil  Rza 
Ulutürkün  həyat  və  yaradıcılığını  yadımıza  salaq.  Onların  hər  yeni 
əsərindən  hakimiyyət  nümayəndələri  qorxuya  düşürdülər:  çünki  dillərə 
düşən  şeirlər  beyinləri  silkələyir,  mübarizəyə  çağırırdı.  Nazim  Hikmətdən 
sonra onun “Kərəm kimi” şeirlərini əzbər deyənləri təqib edir, həbsxanaya 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
218 
 
salırdılar.  Bu  da  təbii  ki,  dar  qafalı  hakim  dairə  nümayəndələrinin  qorxu 
hissindən  irəli  gəlirdi.  Qüdrətli  söz  ürəyə  yatırsa,  inqilab  etməyə  qadirdir: 
“Ben  yanmasam,  sen  yanmasan,  biz  yanmasak,  nasıl  çıkar  karanlıklar 
aydınlığa?”- soruşurdu Nazim Hikmət. 
Hakim  dairələr  1938-ci  ildə  Nazim  Hikməti  həbs  edib  1950-ci  ildə 
azadlığa buraxandan sonra da ondan çəkinirdilər.  
–  XX  əsrin  30-cu  illərinə  qədər  dünyanın  əksər  yerlərində  totalitar 
sistemlər  hökm  sürürdü.  Ġndi  cəmiyyətdə  normal  qəbul  edilən 
“Jurnalistlər 
dördüncü 
hakimiyyətdir!” 
demokratik 
prinsipi  
xatırlatmaqla  fikrimi  aydınlaĢdırmaq  istəyirəm.  Bəlkə  də  yazarlar, 
sənətçilər  o  vaxtlar  dördüncü  hakimiyyət  rolunu  oynadıqlarına  görə 
təqiblərə  məruz  qalır,  öldürülür,  sürgün  edilir,  vətənlərindən 
uzaqlaĢdırılırdı...  
–  Mən  dəqiqləşdirim  ki,  dördüncü  yox,  ikinci  hakimiyyət  idilər... 
Doğrudur, 1937- ci ildə Nazim Hikmət böyük öndər Atatürkə məktub yazır 
ki, mən Sizin gördüyünüz böyük işləri qiymətləndirirəm və ömrümdə Sizə 
qarşı  çıxa  bilmərəm.  Amma  o  məktubu  xəstə  Atatürkə  çatdırmamışdılar. 
Şairin  ölümündən  sonra  da  ona  münasibət  birmənalı  olmayıb.  Sevindirici 
haldır  ki,  son  illər  bu  münasibət  yaxşılığa  doğru  dəyişib.  Mən  türk 
ədəbiyyatşünasları ilə görüşəndə bəzən mübahisələrimiz olur. Deyirəm ki, 
tutalım  Nazim  Hikmətin  bir  sıra  əsərlərini  qəbul  etmirsiz,  bəs  onun 
məhəbbət lirikası, vətən həsrəti ilə yazdığı şeirləri, neçə-neçə başqa yazıları 
necə  olsun?  Təpədən-dırnağa  qədər  vətənpərvər  olan  Nazim  Hikmətin 
Moskvada  səhnəyə  qoyulmuş  “Qəribə  adam”  pyesinin  sayca  250-  ci 
tamaşasından  sonra  mənim  böyük  şairlə  söhbətim  oldu.  Ürək  ağrısı  ilə 
bildirdi  ki,  mənim  bütün  əsərlərim  xaricdə  çap  edilir,  pyeslərim  dünyanın 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə