Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə58/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   54   55   56   57   58   59   60   61   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
209 
 
Əkbər  Babayevin  köməyilə  Nazimlə  görüşlərim  barədə  mətbuatda  ətraflı 
yazılarım çıxıb. Həmin yazılarda dediklərimi təkrar etmək istəmirəm.  
–  Adətən  müdafiə  eləyənlər  onu  da  düĢünürlər  ki,  mövzunun 
obyektinin  özünün  də  köməkliyi  ola  bilər.  Nə  əcəb  bu  sizi 
Ģirnikləndirməyib? 
–    “Şirnikləndirmə”  barədə  qətiyyən  düşünməmişdim.  Həm  də  əvvəl 
Tevfik  Fikrəti  seçmişdim  axı.  Bu  sualla  bağlı  bir  əhvalatı  danışmaq 
istəyirəm. N.Hikmət görüşlərimizin birində mənə dedi: 
-Sən  Bakı  ilə  Moskva  arasında  qalmaqdansa,  elə  gəl  burda  oxu. 
İstəyirsən  Qafurovla  (Asiya  Xalqları  İnstitutunun  direktoru  idi  o  vaxt  –
A.B.) danışım, aspiranturanı burda bitir. Tez evə - həyat yoldaşıma məktub 
yazdım, şad xəbəri bildirdim. Mənə aspirantlar evində mənzil verəcəkdilər. 
Yoldaşımla,  körpəmlə  Moskvada  yaşayacaqdım.  Amma  əfsus  ki,  bu  ,  baş 
tutmadı. 
–  Nazim  yaradıcılığı  ilə  məĢğul  olduğunuz  günlərlə  baĢqa  vaxtın 
yaĢayıĢ tərzində bir fərq hiss edirsinizmi? 
–  Bu  yaxınlarda  məni  televiziyaya  dəvət  etdilər.  Nazim  Hikmət 
haqqında  danışdım.  Çıxışdan  əvvəl  bir  neçə  gün  Nazimin  əsərlərini 
vərəqləmişdim.  İnanın  mənə  bütün  dərd-sərimi  unutmuşdum,  böyük 
Nazimlə, dostum Əkbərlə görüşlərimi yenidən yaşadım.  
Sizə  bir  söz  də  deyim.  Qəribə  bir  hiss  var  məndə.  Mənə  elə  gəlir  ki, 
həmişə  N.Hikmət  yaradıcılığı  ilə  məşğul  olmuşam.  Altı  yaşlı  nəvəmə  də 
münasibətim  elədir.  Mənə  elə  gəlir  ki, bu  yumşaq  saçlı,  iri  gözlü,  mirvari 
dişli, gülərüzlü şirin nəvəm həmişə mənimlə olub. Ağlıma gətirə bilmirəm 
ki,  mən  altı  il  bundan  əvvəl  bu  şip-şirin  balasız  olmuşam.  Bu  duyğular 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
210 
 
yəqin  ki,  məhəbbətdən  gəlir.  Nazimə  münasibətim  də  belədir.  Bilmirəm 
fikrimi sizə çatdıra bildimmi? 
– Nazim Hikmətin kommunist kimi ömrü haqqında fikrinizi bilmək 
istərdik. 
– Nazim kommunizmə, kommunist ideallarına fanatikcəsinə bağlıydı. 
Özü demişkən “Təpədən dırnağa qədər kommunist” idi. “Vəsiyyət”ində də 
yeganə  oğlu  Mehmedi  Türkiyə  Kommunist  Partiyasına  əmanət  edirdi. 
İnanırdı Nazim. Şüarı sülh, qardaşlıq, bərabərlik, insanların səadəti olan bir 
partiyaya necə inanmayasan? Bütöv əqidəli insandı. 
Moskvada 
yaşadığı son 13 ildə Nazim xəyal qırıqlığına uğramışdı. Amma duyğularını 
bildirmirdi,  içəridən  çəkirdi,  nifrət  edirdi.  Amma  partiyaya  yox,  onu 
yaramaz  hala  salanlara.  Sözümün  canı  odur  ki,  mən  Nazim  Hikmət  kimi 
kommunistlərə  yox,  xalqı  aldadan,  uçuruma  aparan,  öz  şəxsi  mənafeyi 
üçün  millətini,  əqidəsini  satan,  “kreslo”sundan  dördəlli  yapışıb  ciblərini 
dolduran,  partiyanı  mafiyaya  çevirən  üzdəniraq  kommunistlərə  nifrət 
etmişəm  və  edirəm.  İndi  onlar  işdən  çıxsalar  da,  çox  mülayim,  insancıl 
kimi görünsələr də, mən onlara yenə təhlükəli adamlar kimi baxıram. Onlar 
kommunist  partiyası  məhvə  uğrasa  da,  öz  çirkin  əməllərindən  əl 
çəkməyəcək,  ancaq  ciblərini  dolduracaqlar.  Belə  adamlar  hər  hansı  bir 
şəraitdə  olursa-olsun  “siçan  yolu”  tapırlar  özləriyçin.  Partiyanı  yox,  nəyi 
ləğv edirlərsə etsinlər, belə adamlar zəli kimi şeydilər, yenə qan soracaqlar. 
Cəmiyyət belələrindən təmizlənməlidir. 
–  Nazim  Hikmətə  bir  Ģəxsiyyət  kimi  ikili  münasibət  var.  Siz  hansı 
mövqedə durursunuz? 
–  Doğrudan  da  elədir.  Nazimə  ikili  münasibət  var.  Bir  qrup  onu 
ideallaşdırır,  o  biri  qrup  isə  yerə  vurur.  Türkiyədə  birinci  qrupun  başında 
Kamal Sülkər gəlir. İkinci qrupun isə öndəri yoxdur. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
211 
 
Sadəcə  bir  sıra  yazıçılar,  fikir  adamları  Nazimi  sevmirlər,  qətiyyən 
qəbul etmirlər. Hətta nifrət edirlər. Nazimə belə ikili münasibət Türkiyədə 
də  var.  Sovet  İttifaqında  da  var,  Azərbaycanda  da.  Qısaca  olaraq  mən 
fikrimi belə ifadə etmək istərdim. Nazim nöqsansız deyil. Heç kəs ona ailə-
qadın məsələlərində haqq qazandıra bilməz. 
Amma  Nazimə  “Vətən  xaini”  demək  olmaz.  O,  1950-ci  ildə 
Türkiyədən  çıxmasaydı,  onu  öldürəcəkdilər.  Yaşamaqla  Nazim  çox  işlər 
gördü.  Ölmək  hünər deyil.  Yaşamaq  hünərdir!  Nazimin  belə bir  əsəri  var: 
“Yaşamaq  gözəl  şeydir,  qardaşım”.  Bir  sözlə  mən,  Nazim  Hikmət 
şəxsiyyətini nə göylərə qaldırıram, nə də, Allah eləməsin, kiçildirəm. Mən 
Nazimi    olduğu  kimi  qəbul  edirəm.  Uğurları,  günahları,  fanatikliyi, 
fədakarlığı,  həsrəti,  ağrısı,  kədəriylə  birlikdə.  Yəni  olduğu  kimi!  Yəni 
“Mavi gözlü dev” kimi! 
–  Nazim  Hikmətin  90  illiyi  ərəfəsində  düĢüncələriniz?  Bugün  90 
yaĢlı Nazimi necə xatırlayırsız? 
–  Nazim  həmişəyaşar  sənətkardır.  Bugün  Nazim  Hikmətin  90  illiyi 
ərəfəsində  ona  tam  yeni  gözlə  baxmaq  ,  indiyə  qədər  demədiklərimizi 
demək  imkanı  da  var.  Bu  imkan  xüsusən  imperiyanın  və  onun 
idealogiyasının süqutu mərhələsində xüsuslilə özünü biruzə verir. 
Xoşbəxtlikdən  Nazim  elə  qələm  sahibi  olmayıb  ki,  bağlandığı 
ideologiya  məhvə  uğradıqda,  onun  da  sənəti  dəfn  edilsin.  Nazim  mənim 
nəzərimdə  “Ceviz  ağacı”  kimidir.  Uca,  möhkəm,  qollu-budaqlı.  Mən 
“Ceviz ağacı” adlı sənədli bir povest yazmışam və bu yazımı Nazimin 90 
illiyinə həsr etmişəm. Burada Nazim Hikmətlə görüşlərimi və Türkiyədə üç 
il  ərzində  gördüklərimi  əks  etdirməyə  çalışmışam.  “Ceviz  ağacı”  Nazimin 
şeirinin  adıdır,  onun  tale  məhvəridir,  varlığının  və  əbədiliyinin  rəmzidir. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə